Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3244/2024 20.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2023-cü il tarixli, 41 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2023-cü il tarixli, 41 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş həyat yoldaşı X6 ilə nikaha daxil olmuş və 2015-ci ildə ayrılmışlar. Onların birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Nikahları pozulduqdan sonra övladları anasının himayəsinə verilmişdir. İddiaçının oğlu X8 əqli qüsurlu olaraq dünyaya gəlmişdir. X6 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə oğlu - X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair müraciət olunmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, e-2(001)-1945/2022 saylı qətnamə qəbul edilmişdir. Qətnamədə iddiaçının oğlu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab olunmuşdur. İddiaçının oğlu İİ qrup əlildir. Ona F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları, eşitmə qabiliyyətinin zəifləməsi ilə İQ-25 Amillər diaqnozu qoyulmuşdur. İddiaçının oğlunun əlilliyi ilə bağlı dövlət tərəfindən ona müavinət təyin olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə iddiaçının keçmiş həyat yoldaşı X6 fəaliyyətli qabiliyyətli olmayan oğlu X8 üzərində qəyyum təyin olunmuşdur. X8 anasının qəyyumluğunda olsa da, qəyyumu olan anası tərəfindən ona lazımı qulluq və qayğı göstərilmir. Göstərilənlərlə əlaqədar olaraq iddiaçı tərəfindən keçmiş həyat yoldaşı X2 oğlunun üzərində qəyyum təyin olunan sərəncamının ləğvi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət olunsa da müraciətinə müsbət baxılmamış, “Yaşayış sahənizə baxış keçirilən zaman keçmiş həyat yoldaşınız X2 oğlunuz X8 üzərində qəyyum təyin olunan sərəncamın ləğv olunmasına dair hər hansı bir hal aşkar edilməmişdir” cavabı verilmişdir. İddiaçı göstərilən halla bağlı razı deyil və bügünkü gündə oğlu anasının yanında qalmaq istəmir və valideyinlik vəzifələrini yetərincə icra etmir, övladının hesabına gələn aylıq müvainət pulunu yalnız öz şəxsi ehtiyacları üçün xərcləyir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən övladı X4 hüquqlarının müdafiəsi ilə bağlı ilkin olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 4434/2024 saylı qərardadında mövcud mübahisənin Bakı İnzibati Məhkəməsində baxılmalı olmadığını və qeyd olunan müraciətin aidiyyatı üzrə ailə-mülki mübahisə predmetinə aid olduğundan yaşadığı yer üzrə rayon məhkəməsinə müraciət etməli olduğu iddiaçıya izah olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin etirazı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “ ... iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə keçmiş həyat yoldaşı X2 fəaliyyət qabiliyyəti olmayan oğlu X8 üzərində qəyyum təyin olunması barədə sərəncamın ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 5-10/1-Q-83- 099/2023 saylı ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətində qeyd olunmuş xüsusatları araşdırmaq məqsədi ilə iddiaçının keçmiş həyat yoldaşı S.Ə.Bayramova Rayon icra hakimiyyətinə dəvət olunmuşdur. Qəbul zamanı S.Ə.Bayramova iddiaçı tərəfindən onun ünvanına deyilənlərlə razı olmadığını, hal-hazırda oğlu və iddiaçı ilə eyni ünvanda yaşadığını, oğlunun qayğısına qaldığını, ona qulluq etdiyini bildirərək, oğlunun onun qəyyumluğuna verilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 fevral 2023-cü il tarixli 41 saylı Sərəncamın ləğvinə etiraz etdi. Vətəndaş S.Ə.Bayramova qəbul zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yuxarıda qeyd olunan Sərəncamının verilib-verilməməsi zamanı iddiaçının fəaliyyət qabiliyyəti olmayan oğlu üzərində S.Ə.Bayramovanın qəyyum təyin edilməsinə etiraz etmədiyini və bununla bağlı sərəncamın verildiyi vaxt notariat qaydada təsdiq olunmuş razılıq ərizəsini təqdim etdiyini bildirdi. S.Ə.Bayramova qəbul zamanı iddiaçı ilə aralarında olan mübahisənin oğluna dövlət tərəfindən ödənilən sosial müavinətlə bağlı olduğunu bildirmişdir. Belə ki, onun sözlərinə görə hal-hazırda oğlunun kartı onda olduğundan və karta köçürülən məbləği kartdan özü çəkdiyindən iddiaçı ilə aralarında mübahisə yaranmışdır. Beləliklə də, iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı onun keçmiş həyat yoldaşı S.Ə.Bayramovaya qarşı dedikləri öz təsdiqini tapmadığından Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 fevral 2023-cü il tarixli 41 saylı Sərəncamının tərəfimizdən ləğv olunması 28 sentyabr 2023-cü il tarixli 5-10/1-Q-83-099/2023 saylı məktubla məqsədəmüvafiq hesab olunmamışdır. Məsələnin araşdırılması zamanı belə bir sual yaranır: Əgər S.Ə.Bayramova həqiqətəndə fəaliyyət qabiliyyəti olmayan oğluna lazımi diqqət və qayğı göstərmirdisə niyə sərəncam qəbul edilən zaman oğlu üzərində anasının qəyyum təyin olunmasına etiraz etməmişdir? Belə ki, iddiaçının iddia qaldırdığı vaxtla (xx.xx.2023) sərəncamın verilmə vaxtı arasında (xx.xx.2023) elə də böyük bir zaman müddəti olmamışdır. Bir daha qeyd etmək istəyirik ki, aparılmış araşdırma zamanı S.Ə.Bayramovanın fəaliyyət qabiliyyəti olmayan oğlu Y.İddiaçı üzərində qəyyum təyin olunnması barədə sərəncamın ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər-hansı əsas aşkar olunmamışdır”. Məsələnin həssaslığı nəzərə alınaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3244/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «qəyyumluğun təyin edilməsi barədə sərəncamın ləğv» edilməsi tələbinə dair mülki iş üzrə rəy verilməsi üçün 2(001)-3244/2024 saylı mülki iş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. xx.xx.2002-ci il təvəllüdlü X5 hal-hazırda faktiki olaraq kim qulluq edir və ona münasibətdə qəyyumun icra etməli olduğu funksiyaları kim icra edir?
2. xx.xx.2002-ci il təvəllüdlü X3 qəyyumu X6 ilə yaşaması fəaliyyət qabiliyyəti olmayan şəxsin maraqları və X2 özünün təhlükəsizliyi baxımından hazırkı vəziyyətdə məqsədəmüvafiqdirmi?”. Qərardadda aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə etirazda qeyd olunanları iddia ərizəsinin rədd edilməsi üçün birmənalı əsas olaraq qəbul etmir. Belə ki, S.Ə.Bayramovanın sərəncam qəbul edilən zaman uşağa lazımi diqqət və qayğı göstərməsi, hal-hazırda da – sərəncamın qəbul edilməsindən bir ildən artıq müddət keçdikdən sonra da lazımi diqqət və qayğı göstərməsinə dəlalət etmir və qeyd olunan xüsusatların mütləq qaydada araşdırılması zərurəti var. Hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdən məhkəmənin icraatında olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış X6 heç bir məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarına iddiaçı əslində X2 yanında olmalı olan X8 ilə gəlmiş və Yusif Quluyev anasına münasibətdə kəskin aqressiv mövqe nümayiş etmişdir. Məhkəmə iclasında X6 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış və o, bildirmişdir ki, məhkəməyə gəlməyəcək, uşağını heç kimə verməyə razı deyil, uşaq indi ona görə atasının yanındadır ki, atası uşağı ona qarşı öyrədir və onu uşağa döydürür”. Bakı Şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-10/2- 1717/2024 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Bir daha qeyd etmək istəyirik ki, aparılmış araşdırma zamanı S.Ə.Bayramovanın fəaliyyət qabiliyyəti olmayan oğlu Y.İddiaçı üzərində qəyyum təyin olunnması barədə sərəncamın ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər-hansı əsas aşkar olunmamışdır. Belə ki, S.Ə.Bayramova öz üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədiyi, qəyyumluqdan tamah məqsədi ilə istifadə etdiyi və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduğu, ona qayğı göstərmədiyi tərəfimizdən aşkar olunmamışdır. Belə olduğu halda mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının mübahisələndirdiyi sərəncamın ləğvinə dair heçbir əsas mövcud deyildir. ... Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələbləri əsas götürülərək, S.Ə.Bayramovanın əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla fəaliyyət qabiliyyəti olmayan oğlu Y.İddiaçı arasında mövcud münasibətlər qəyyum təyin edilərkən nəzərə alınmışdır. Halhazırda S.Ə.Bayramova Y.İddiaçı ilə birlikdə yaşayır. Nəzərinizə çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunanlardan da görünür ki, qanunvericilikdə qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından azad və kənar edilməsi, qəyyumluğa və himayəçiliyə xitam verilməsi halları konkret olaraq göstərilmişdir. Lakin tərəfimizdən aparılan araşdırma zamanı bu halların heçbiri müəyyən edilməmiş, S.Ə.Bayramova tərəfindən öz vəzifələrindən kənar hər hansı bir hərəkətin edilməsi aşkar edilməmişdir. Belə olduğu halda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 fevral 2023-cü il tarixli 41 saylı Sərəncamının ləğvinə dair heçbir əsas mövcud deyildir. İddiaçı tərəfindən iddiada qeyd olunan halların mövcudluğunu əsaslandıracaq heçbir sübut məhkəməyə təqdim edilməmişdir”. Məhkəmə iclasında iştirak edən İddiaçı yenidən övladı Yusif Quluyevlə birlikdə gəlmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda o, məhkəməyə bildirdi ki, X6 əvvəllər heç olmasa hərdən gəlibgedirdisə yaşadığı evə, xx.xx.2024-cü il tarixdən bacıları və digər ailə üzvləri ilə birlikdə köçüb gedib Kəlbəcərə. O vaxtdan onlar onun üzünü görməyiblər. SMS yazıb ki, ailə quracaq. Sahibə Bayramovanı maraqlandıran yalnız maddiyətdir. Özü deyir ki, kartı ver mənə, uşağın mübahisəsini eləməyəcəm. Kartı versə bəs uşağı necə saxlasın. Bakı Şəhəri Binəqədi rayonu İcra Hakimiyyətində rəy iclas keçirilmədən, onlar çağırılmadan və məsələ araşdırılmadan verilmişdir. Qanunsuz iş görüblər. “Kişi sözündən dönməz” prinsipini əsas götürərək eyni məzmunlu rəy vermişlər. X1 iki aydan çoxdur ki, Kəlbəcərdə yaşayır, uşaq isə Bakı şəhərində, onun yanındadır. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş) və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2023-cü il tarixli, 41 nömrəli sərəncamı ilə X6 fəaliyyət qabiliyyəti olmayan X8 üzərində qəyyum təyin edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi rəydə aşağıdakı normalara istinad etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 33.3-cü maddəsinə müvafiq olaraq, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Mülki Məcəllənin 35.2-ci maddəsinə görə, qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Mülki Məcəllənin 35.3-cü maddəsinə əsasən, qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Mülki Məcəllənin 38.4-cü maddəsinə görə, qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Mülki Məcəllənin 38.5-ci maddəsinə əsasən isə , qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəsinə əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir. Yuxarıda istinad olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3244/2024 saylı qərardadının məzmunundan göründüyü kimi, məhkəmə tərəfindən icra edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilmiş qərardadda xüsusi olaraq qeyd olunmuşdur ki, “Hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdən məhkəmənin icraatında olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış X6 heç bir məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarına iddiaçı əslində X2 yanında olmalı olan X8 ilə gəlmiş və Yusif Quluyev anasına münasibətdə kəskin aqressiv mövqe nümayiş etmişdir”. Lakin Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti bu xüsusatlara ümumiyyətlə hər hansı münasibət bildirmədən, iddiaçını çağırıb dinləmədən, Yusif Quluyevin hal-hazırda harada və faktiki olaraq kimin himayəsində olmasını araşdırmadan, formal məzmunlu bir rəy vermişdir. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, ən azı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il vaxt aralığını əhatə edən müddətdə Yusif Quluyev atası X3 yanında olmuş və iddiaçı əslində qəyyumun üzərinə düşən vəzifələri icra etmişdir. Bu da X2 üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirməməsini təsdiq edən hal kimi qəbul edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, X2 fəaliyyət qabiliyyəti olmayan X8 üzərində qəyyum təyin edilməsi barədə Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2023-cü il tarixli, 41 nömrəli sərəncamı ləğv edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. X2 fəaliyyət qabiliyyəti olmayan X8 üzərində qəyyum təyin edilməsi barədə Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2023-cü il tarixli, 41 nömrəli sərəncamı ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə