Məhkəmə qərarları › İş №2(001)-3246/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3246/2024

24.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3246/2024 24.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilk iddia və Cavabdeh İddiaçı qarşı “avtomobilin bazar dəyərinin ½ hissəsinin cavabdehdən tutulması və mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 12.000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, atası X30 ilə X24 arasında olan alqısatqıya əsasən birinciyə məxsus 900 kv.m torpaq sahəsinin 400 kv.m atasına verilmişdir. Həmin torpaq sahəsinin atasına ayrılması ilə əlaqədar X24 xx.xx.2008-ci il tarixdə 27 saylı Dövlət Notariat Kontorunda 7E-35/13302 reyestr nömrəli etibarnamə vermişdir. Torpaq sahəsini əldə etdikdən sonra atası həmin torpaq sahəsində yaşayış evi inşa etmişdir. Onunla cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ailə münasibətləri qurulmuş və həmin tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X12 anadan olmuşdur. İnşa edilmiş yaşayış evi qanunsuz tikili olsa da tikili qazlaşdırılmış, elektrik enerjisi ilə təmin edilmiş və su təchizatı ilə təmin edilmişdir. Yəni bütün bu müqavilələr onun adınadır və həmin müqavilələri iş materiallarına əlavə edir. Tikilinin kirayə dəyəri müəyyənləşdirilmiş, bununla əlaqədar mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən Sulutəpə qəsəbəsində eyni tipli evlərin kirayə dəyəri 400-500 manat civarında müəyyən edilmişdir. Hal-hazırda o, həmin evdə yaşayır, münasibətləri düz gəlmədiyinə görə xx.xx.2018-ci il tarixdə nikahlarına Binəqədi Rayon Məhkəməsinin 2(001)-563/2018 saylı qətnaməsi ilə xitam verilmişdir. Hal-hazırda cavabdeh atasına məxsus evdə yaşayır, onların münasibətləri uyğun gəlmir, dəfələrlə arasında münaqişələr baş vermişdir. Buna görə də eyni evdə yaşamaqları mümkün deyil. Kompensasiya ödənilməklə cavabdehin istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması zəruri hal almışdır. Qeyd olunan ərazidə evlərin kirayə dəyəri 400-500 manat civarında müəyyən edilmişdir. O, iki üçün cavabdehin yaşayışını təmin etmək məqsədilə ona hər ay üçün 500 manat olmaqla 2 il müddət üçün 6.000 manat kompensasiya verməyi nəzərdə tutulmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə, daha sonra qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Kia Optima” markalı, **- TD-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2007, mühərrik G4KA7H026949, BAN: KNAGE**********25) avtomobilin satılması barədə İddiaçı ilə X21 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobildə onun ½ pay hüququnun, İddiaçı ½ pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 2 ünvanına istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 180 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin iddiasını tamamilə əsassız hesab edir və qəbul etmir. İlk növbədə qeyd edir ki, o, birgə nikah dövründən ilkin iddiada göstərilmiş ünvan 3 ünvanda deyil, ünvan 4vanda yaşayır. Bundan başqa, İddiaçı iddiada göstərdiyi tələblərə dair ümumiyyətlə subyektiv hüququ yoxdur. ünvan 4vanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlak kimi İddiaçı adına dövlət qeydiyyatına alınmamışdır. İddiaçı özünün iddiaya əlavə etdiyi sənədlərdən, İddiaçı atasının Binəqədi r-nu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 285 ünvanda yerləşən fərdi yaşayış evinə hər-hansı aidiyyəti olduğu müəyyən edilmir. Həmin sənədlərdən yalnız Xocəsən Bələdiyyəsi tərəfindən qeyri-müəyyən ərazidə işə aidiyyəti olmayan X2 məqsədləri üçün 1 ha torpaq sahəsi ayrıldığı məlum olur. Bundan başqa, İddiaçı iddiada mübahisəli evdə yaşaması barədə göstərdikləri həqiqətə uyğun deyildir. Bunu elə İddiaçı iddiasında özünün yaşayış yeri kimi ünvan 5 ünvanı göstərməsi də sübut edir. İddiaçı ilə onun nikahları xx.xx.2010-cu ildə qeydiyyat alınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Artıq 7 ildir ki, onlar birlikdə bir evdə yaşamırlar, yəni İddiaçı ünvan 4vanda yaşamır, çıxıb getmiş, başqa ünvanda yeni qurduğu ailə ilə yaşayır. Hazırda o, ünvan 6 ünvanda qızı xx.xx.2011-ci il təvəllüdlü X12 ilə birlikdə yaşayır. İddiaçı 7 il əvvəl nikah pozulduqdan sonra Bakı şəhəri, Binəqədi r-nu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev kücəsi, 285 ünvanda fərdi yaşayış evindən çıxıb gedərkən həmin evin ona və qızları xx.xx.2011-ci il təvəllüdlü X9 qalmasına razı olduğunu bildirmişdi. İddiaçı iddiaya əlavə etdiyi arayış 2009-cu il tarixdə verilmişdir. Həm də İddiaçı iddiaya əlavə etdiyi sənədlərdən də görünür ki, o, 2020-ci ildə yenidən nikaha daxil olmuş, bu nikahdan X25 da dünyaya gəlmiş və oğlunu da 7 ildir yaşamadığı ünvan 4vanda qanunsuz olaraq qeydiyyatdan keçirmişdir. İddiaçı iddiaya əlavə etdiyi yaşayış yeri arayış da 2009-cu il tarixdə verilmişdir. Artıq 7 ildir ki, İddiaçı ünvan 4vandan çıxıb başqa ünvanda daimi yaşadığı üçün həmin ünvana dair istifadə hüququnu itirmişdir. Bundan başqa, Cavabdeh 2010-cu ildən yaşadığı Bakı şəhəri, Binəqədi r-nu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev kücəsi, 285 ünvandakı fərdi yaşayış evinə 60.000 manat dəyərində təmir xərci çəkilmişdir, həmçinin son 7 il ərzində evin bütün kommunal xərcləri də Cavabdeh tərəfindən ödənilmişdir. Bundan başqa, hazırda ona məlum olmuşdur ki, İddiaçı xx.xx.2016-cı ildə, yəni birgə nikah dövründə KİAOPTİMA markalı 90TD141 qeydiyyat nişanlı (buraxılış ili 2007, mühərrik G4KA7H026949, BAN: KNAGE**********25) minik avtomobili əldə etmiş, xx.xx.2016-cı ildə isə həmin avtomobili satmışdır. Onun həmin əqddən xəbəri olmamış və bu əqdin bağlanmasına razılıq verməmişdir. Bundan başqa, məhkəməyə daxil olmuş AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı ildə, yəni birgə nikah dövründə “KİA OPTİMA” markalı **-TD-*** qeydiyyat nişanlı (buraxılış ili 2007, mühərrik G4KA7H026949, BAN: KNAGE**********25) minik avtomobili əldə etmiş, xx.xx.2016-cı ildə isə həmin avtomobili X3. Cavabdeh həmin əqddən xəbəri olmamış, bu əqdin bağlanmasına razılıq verməmişdir və avtomobilin satışından əldə edilmiş vəsaiti İddiaçı ailə ehtiyacları üçün xərcləməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaya etiraz verərək bildirmişdir ki, qeyd edilən ünvanda yerləşən ev birgə nikah dövründə tikilməmişdir və Cavabdeh həmin hazır və təmirli olan evə onunla ailə qurduqdan sonra köçmüşdür. Bu isə həmin evin tam hazır olmasından təxminən 1-1,5 il sonra olmuşdur. Qeyd edilən evin tikintisində mal-materiala və ustalara xərclənən pulların bir hissəsinin qeydiyyatı hazırda da onda var və həmin qeydlərin nə vaxt yazıldığını zərurət olarsa yəqin ki ekspertiza ilə də müəyyən etmək olar. Həmçinin, qeyd edilən evin tikintisində digər ustalarla yanaşı onun yaxın qohumları da iştirak etmişdir və zərurət olarsa bunu bütün hamı təsdiq edə bilər. Hətta rəsmi nikahdan təxminən 1 ay əvvəl atası tərəfindən cehiz olaraq göndərilən 1-2 divan və 1 yataq dəstinin gətirilməsini də həm onlar tərəfdən həm də onun tərəfindən tanışlar və qohumlar təsdiq edə bilərlər. Məlumat üçün bildirir ki, həmin ünvanda yerləşən evlərin əksəriyyətinin sənədləri mövcud deyil və oxşar hal orada olan əksər evlərə aiddir. Buna baxmayaraq, bir sıra çətinliklərlə də olsa həmin evdə kommunal xidmətlərin çəkilməsini hissə-hissə təmin etmişdir. İlk növbədə isə işıq çəkilmişdir. Evin nikah dövründən əvvəl tikildiyini işığın sayğacının ilk quraşdırılma tarixi də təsdiq edir. Bundan əlavə peyk görüntüləri ilə də bunu sübut etmək mümkündür. Cavabdeh onunla ailə qurduqdan sonra demək olar ki, heç yerdə işləməmiş və heç bir gəlir yeri olmamışdır. Ailəli olduqları müddətdə evin, uşağın və yaşayış üçün zəruri olan bütün digər xərclərin hamısını onun özü çəkmişdir. Bundan əlavə tək gəlir gətirən o, olduğundan və xərclərin çəkilməsini çatdırmadığından bir sıra borclar almış və kreditlər götürmüşdür. Qeyd edilən nəqliyyat vasitəsinin alqı-satqı müddəti arasındakı fərq cəmi 9 gün təşkil edir və həmin nəqliyyat vasitəsini tanışları idarə edirdi, lakin onun adına idi. Sənədləşmə düz olsun deyə alqı-satqı etmişlər və burdan hər hansı gəlir əldə etməmişdir. Eyni zamanda bu məsələdən Afaqın da xəbəri olub. Nikah pozulduqdan sonra da Afaqın hər hansı bir yerdə rəsmi işləyib-işləmədiyi ona məlum deyil. Nikahdan əvvəl olduğu kimi nikah pozulandan sonra da ev və uşaqla bağlı xərcləri çəkməyə davam etmişdir. Lakin bir müddət sonra Afaq məhkəməyə müraciət etmiş və onun xərcləri çəkmədiyini iddia etmişdir. Normal münasibət qurulması mümkün olmayan biri olduğundan ödəməli olduğu alimenti rəsmi şəkildə köçürməyə başlamışdır. Eyni zamanda ödədiyi alimentlə nəinki uşağa xərcləmək və kommunal xərcləri çəkmək, hətta Afaq özü belə o pulla yaşamışdır. Məlumat üçün bildirir ki, ilk dəfə nikahın pozulması ilə bağlı Afaq özü məhkəməyə müraciət etmiş və həmin evdən də çıxıb getmişdir. Lakin, sonradan uşağın gələcək taleyini nəzərə alaraq çətin də olsa barışıq əldə etmişlər. Ailəli olduqları müddətdə Afaqla bir yerdə yaşamaq mümkün olmamış, daima söz-söhbət və təhdidlər olmuşdur. Hətta bir neçə dəfə müxtəlif vaxtlarda atası, qardaşı və digər qohumları qeyd etdiyi evə hücum çəkmiş, maddi ziyan vurmaqla yanaşı onu anası ilə birlikdə həmin evdə rahat yaşamağa qoymayacaqları ilə hədələmişlər. Nəticədə istəklərinə nail olmuşlar, anası xəstə olduğundan və müalicəyə zərurəti olduğundan məcbur qalıb evdən çıxmışdır. Həmin şəxslə birlikdə yaşamaq qeyrimümkündür və adekvat insan deyil. Hətta onda olan məlumata görə qardaşı da dələduzluq etdiyi üçün həbs həyatı yaşamışdır. Bütün bunları qeyd edərək aşağıdakı suallara cavab verilməsini istəyir: Hazırda yaşadığı ev kim tərəfindən tikilib? Həmin evin tikintisində istifadə edilən mal-material və ya tikən şəxslər barədə hər hansı məlumatı varmı? İddia etdiyi kimi ev onun tərəfindən tikilməyibsə o həmin evdə necə yaşayıb və hazırda da iddia etdiyi kimi yaşayır? Heç bir gəlir yeri olmadığı halda iddia etdiyi 60.000 manat təmir xərcini necə və hansı müddətdə çəkib və bunu hansı sənədlərlə sübut edə bilər? Nikah pozulana qədər bütün xərclərin onun tərəfindən çəkildiyini nəzərə alaraq, nikah pozulandan sonra ödədiyi alimentin yalnız uşağa xərclənməli olduğu halda, özü hansı gəlir əsasında yaşayıb? Burada əsas məqsəd həmin evi əldə etməkdir və bunun üçün hər zaman uşaqla manipulyasiya edərək nəsə etmək istəyiblər. O isə uşağın xatirinə heç nə deməmiş və həmin evdə müvəqqəti yaşamalarına icazə vermişdir. Lakin son vaxtlar yenidən evin öz adına keçirilməsi üçün cəhdlər etmiş, işığın və qazın sayğaclarını öz adına rəsmiləşdirmək istəmiş, yalnız qanunla müəyyən edilmiş hüquqlarından istifadə edərək aidiyyəti təşkilatlara müraciətindən sonra bu halın qarşısı alınmışdır. Əgər bölünmədən söhbət gedirsə onun yaşadığı illər ərzində çəkdiyi bütün xərclərin yarıbayarı bölünməsi lazımdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3246/2024 saylı qərardadından görünür ki, Cavabdeh İddiaçı və X13 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka pay hüququnun müəyyən edilməsi və mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə iddia tələbinə cavabdeh X13 aid olan hissədə icraata xitam verilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddiasının rədd edilməsi, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən X4 nikah dövründə əldə edilmiş birgə əmlak olan “KİA OPTİMA” markalı **-TD-*** qeydiyyat nişanlı (buraxılış ili 2007, mühərrik G4KA7H026949, BAN: KNAGE**********25) avtomobilin bazar dəyərinin ½ hissəsinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, İddiaçı ünvan 9 ünvanda istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 180 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh X21 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və bu əsasla Binəqədi Rayon Məhkəməsinin 2(001)-3246/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbinə cavabdeh X13 aid olan hissədə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" 1/2024 saylı xx.xx.2024cü il tarixli Qərarının 7.19-cu bəndinə əsasən, "üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır”. Əvvəlki məhhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəflər arasında olan münaqişələrə görə hazırda mübahisəli evdə xanım yaşayır. Əvvəllər mübahisəli evin ünvanı iddia ərizəsində qeyd edildiyi kimi Bakı şəhəri, ünvan 10 olmuş, hazırda isə sıra nömrəsi dəyişmişdir. Nikah pozulduqdan sonra uzun müddət İddiaçı orada yaşasa da, evdə davamlı münaqişələr olduğundan o, evi tərk etmişdir. İddiaçı yenidən ailə qurmuş, ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamamışdır. Evin 3 otağı, 1 sanitar qovşağı var. Quliyeva (Heydərova) Afaq Sahib qızına məxsus cehiz əşyaları mübahisəli mənzildədir. İddiaçı yeni ailəsi heç vaxt mübahisəli mənzildə yaşamamışdır. “Kia Optima” markalı avtomobil rəsmi olaraq nikah pozulduqdan 9 gün sonra daha əvvəldən faktiki olaraq satılmış adama satılmışdır. Həmin avtomobillə bağlı həmçinin qeyd etmək istəyir ki, iddia müddəti keçmişdir. Artıq 7 ildir ki, avtomobil satılıb. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddialarla bağlı iddia müddəti isə 3 ildir. Mübahisəli mənzili İddiaçı atası tikmişdir. Bunu şahidlər məhkəmə iclasında təsdiq edə bilər. Bakı şəhəri, ünvan 10 ünvanı ilə ünvan 11 evin eynidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş ilk iddia üzrə iddiaçı və nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının ilk iddia üzrə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddialar rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə vətəndaş X14 mülkiyyətinə verilməsi qərara alınmışdır. xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, X14 əvəzinə X6 rayon Xocəsən Bələdiyyəsinin 24/36 saylı xx.xx.2005-ci il tarixli qərarına əsasən onun adına verilmiş Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini özəlləşdirməyi, ona verilmiş 900 kv.m torpaq sahəsindən 400 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından imza etməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, alqı-satqı üçün bütün sənədləri topladıqdan sonra 400 kv.m torpaq sahəsi və orada tikilmiş tikinti üzərlərində sərəncam verməyi, satmağı, bağışlamağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bununla əlaqədar olaraq adından ərizə verməyi, həmin torpaq sahəsindən 400 kv.m torpaq sahəsini bir addan başqa ada keçirilməsi üçün bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi X22 etibar etmişdir. Xocəsən Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 545 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də Sulu-təpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 285 ünvanında yerləşən özbaşına tikilidə qeydiyyatsız yaşayır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-568/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X26 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 1757 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X8 X15 himayəsində saxlanılması, tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay İddiaçı aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq cavabdeh X20 ödənilməsi qət edilmişdir. AZ-İİ 402834 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. AZ-İV 741773 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X16 atası İddiaçı, anası X5r. "xxxx" ASC-nin abunə haqqında sənədindən görünür ki, ünvan 13 ünvan üzrə istehlakçı (abonent) İddiaçıdur. “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, birinci istehlakçını təbii qazla təmin etmək, istehakçı isə, birinci tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; Xocəsən Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli tədiyyə bildirişindən görünür ki, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi, döngə 7, bina 100 ünvanı üzrə vergi ödəyicisi kimi İddiaçı qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yaşayan X22 məxsus fərdi yaşayış evinin bazar dəyəri 98.700 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə dəyəri 500 manat təşkil edir. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir; xx.xx.2024-cü il tarixdə X10, X32 və X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh uşağı X12 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanında yerləşən 285 saylı evdə xx.xx.2010-cu il tarixdən yaşayır. İddiaçı 2018-ci ilin aprel ayından həmin evdə yaşamır. "xxxx" ASC-nin Vəkil1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 14 ünvanında Cavabdeh ilə su və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2019-cu il tarixində 42319053 saylı müqavilə (abonent kodu **********000) bağlanılmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, ev 285 ünvanında Cavabdeh, X12, İddiaçı, X25 və X27 qeydiyyatdadırlar. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilk İddiaçı tərəfindən hazırki iddianın verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün məhkəmənin hesabına 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X42 İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “KİA Optima” minik markalı **-TD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Qeyd olunan məktuba əlavə edilmiş çıxarışdan görünür ki, “KİA Optima” minik markalı (b/ili 2007, rəngi ağ, mühərrik G4KA7H026949, Ban: KNAGE**********25) nəqliyyat vasitəsi **-FR-*** dövlət qeydiyyat nişanı ilə xx.xx.2009-cu il tarixdə alqı-satqı əsasında İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı **-TD-*** olaraq dəyişdirilmiş və nəqliyyat vasitəsi yeni nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə isə sözügedən nəqliyyat vasitəsi X1. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş və həmin nikahdan bir qızları anadan olmuşdur. Nikah dövründə tərəflər ailə kimi mübahisəli mənzildə yaşamışlar. Daha sonra tərəflər arasındakı münasibətlər pisləşmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-568/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, İddiaçı mübahisəli mənzili tərk etmişdir. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixdə başqa nikaha daxil olmuşdur və ailəsi (arvadı və uşağı) ilə birlikdə başqa ünvanda yaşayır. Tərəflərin nikahlarının pozulmasından hazırki vaxta qədər mübahisəli mənzildə Cavabdeh azyaşlı övladı ilə birlikdə yaşayır. Həmçinin o da müəyyən edildi ki, mübahisəli mənzil özbaşına tikilidir. Belə ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. İlkin iddiaya münasibət. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hüququ evin mülkiyyətçisinə məxsus olan hüquqdur. Hazırki iş üzrə mübahisəli mənzil isə ilk iddia üzrə iddiaçının mülkiyyətində deyil. Belə ki, həmin evə dair iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə, mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikintiyə hər hansı hüquq, o cümlədən mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququ yaranmır. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan evdən istifadə hüququ yaranmadığına görə onun həmin hüququna, yəni mövcud olmayan hüquqa kompensasiya verilməklə xitam verilməsi və bunun nəticəsi olaraq onun həmin evdən çıxarılması qeyrimümkündür. Eyni zamanda ilk iddia üzrə iddiaçının hazırda belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur, çünki o, evin mülkiyyətçisi deyil. Bu hüquq mülkiyyətçi tərəfindən həmin evə dair mülkiyyət hüququ əldə edildikdən (ev dövlət reyestrində qeydiyyata alındıqdan) sonra həyata keçirilə bilər. Bundan əlavə məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, ilk iddia üzrə iddiaçı mənzilin yerləşdiyi torpaq sahəsinin atası tərəfindən alındığını və mənzilin atası tərəfindən tikildiyini bildirsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Hətta iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı və xx.xx.2008-ci il tarixli etibarnamə də məhz həmin halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, mənzil iddiaçının atasına məxsusluğu sübut edilsə idi belə, yenə də hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ olmayacaqdı. Qarşılıqlı iddiaya münasibət. Cavabdeh qarşılıqlı iddiasında irəli sürdüyü tələblər aşağıdakılardır:

1. İddiaçı ünvan 2 ünvanına istifadə hüquqlarına xitam verilməsi;

2. “Kia Optima” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2007, mühərrik G4KA7H026949, BAN: KNAGE**********25) avtomobilin bazar dəyərinin ½ hissəsinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi. Məhkəmə ilk növbədə prosessual qənaət prinsipi baxımından yuxarıda qeyd olunan birinci tələblə bağlı qeyd edir ki, bu tələbin geniş əsaslandırılmasına zərurət qalmamışdır. Belə ki, tərəflərin qeydiyyatda olduğu və Cavabdeh faktiki yaşadığı mübahisəli mənzil özbaşına tikintidir. Özbaşına tikintiyə isə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququna da xitam verilməsi qeyri-mümkündür. Ona görə bu tələb tələb təmin edilə bilməz. Digər tələblə bağlı məhkəmə vurğulmağı zəruri hesab edir ki, “Kia Optima” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin ½ hissəsinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi ilə bağlı mübahisənin həllində ilk növbədə həmin əmlakın birgə nikah dövründə ümumi gəlirlər hesabına əldə edildiyi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır); Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225-ci maddələrinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -Birincisi, əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -İkincisi, əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli avtomobil tərəflərin ümumi birgə mülkiyyəti olmamışdır. Belə ki, tərəflər rəsmi nikaha xx.xx.2010-cu il tarixdə daxil olmuş, sözügedən avtomobil isə **-FR-*** dövlət qeydiyyat nişanı ilə xx.xx.2009-cu il tarixdə, yəni tərəflər nikaha daxil olmamışdan əvvəl İddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edilmişdir. Daha sonra (xx.xx.2016-cı il tarixdə) həmin avtomobilin dövlət qeydiyyat nişanı **-TD-*** olaraq dəyişdirilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsində mübahisəli avtomobilin xx.xx.2016-cı il tarixdə birgə nikah dövründə əldə edildiyi qeyd edilsə də, bu hal iş materialları ilə təkzib edilmişdir. Belə olan halda, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə ümumi gəlirlər hesabına əldə edilmədiyindən, Afaq Heydərovun həmin əmlaka mülkiyyət hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda qeyd edir ki, ilk və qarşılıqlı iddialar rədd edildiyindən, məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” barədə ilk, Cavabdeh İddiaçı qarşı “avtomobilin bazar dəyərinin ½ hissəsinin cavabdehdən tutulması və mənzilə istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbləri təmin olunmasın. İlk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar