Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3257/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəyişməklə məhkəmədən, Cavabdeh əsas borca görə 5310 manat, əldən çıxmış fayda qismində 22 ay üçün illik 5 faiz olmaqla 486 manat vəsaitin və ödənilmiş 81 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehlə bir ay müddətinə 3300 ABŞ dolları, yəni həmin dövrə uyğun olaraq manatla ekvivalentit 5610 manat məbləğində borc vermişdir. Aralarında bağlanmış kredit müqavilələrində göstərilən son icra müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü borc məbləğində yalnız 300 manat hissəsini, yəni 176 ABŞ dolları hissəsini geri qaytarmış, qalan 3124 ABŞ dolları isə bu günə qədər ona geri qaytarmamışdır. Qeyd etdikləri kredit müqaviləsi üzrə yaranmış və bu günə qədər ödənilməmiş 3124 ABŞ dolları məbləğində borcun ona geri qaytarılması xahişi ilə cavabdehə pretenziya qaydasında müraciət etsədə cavabdeh bu günə qədər həmin vəsaiti ona geri qaytarmamışdır. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iddiaçı bildirmişdir ki, cavabdeh ondan studio açmaq üçün 1 ay müddətinə qaytarmaq şərtilə 3300 abş dolları borc almışdır. 1 aydan sonra borcunu tələb etsə də, cavabdeh daha 1 ay, sonra 4 ay möhlət istəmişdir. Onu gözləsə də, bir nəticəsinin olmayacağına əmin olduqdan sonra məhkəməyə müraciət edəcəyi barədə cavabdehə məlumat vermişdir. Bundan sonra cavabdeh 300 manat pul ödəmiş, lakin qalan məbləği bu günə qədər ödəməmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. İddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, borcverən İddiaçı 3300 ABŞ dollarından həmin dövrə uyğun olaraq manatla ekvivalentit 5610 manat məbləğində pul vəsaitini borc alana Cavabdeh qaytarılmaq şərtilə borca verir. Müqavilənin 1.2-ci maddəsinə əsasən bu müqavilənin 1.1ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz borc kimi borcalana verir. Müqavilənin 3.1-ci bəndinə əsasən borcalan borc məbləğini 1 ay müddətinə yəni xx.xx.2022-ci il tarixinədək geri qaytarmağı öhdəsinə götürmüşdür.
8. İddiaçı tərəfindən Cavabdeh ünvanlanan pretenziya məktubundan görünür ki, 3300 ABŞ dollarından həmin dövrə uyğun olaraq manatla ekvivalenti 5610 manat borcdan 300 manat hissəsini, yəni 176 ABŞ dollarını geri qaytarmış, qalan 3124 ABŞ dollarını və gecikdirilmiş vaxt üçün borc məbləğinin 5 faizini yəni 312 dollar 40 sent olmaqla, ümumilikdə 3436 dolları borcun 10 gün ərzində qaytarılması təklif edilmiş, əks təqdirdə barəsində Binəqədi Rayon Məhkəməsinə borc tələbinə dair iddia ilə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlanmış və İddiaçı 3300 ABŞ dollarını həmin dövrə uyğun olaraq manatla ekvivalenti 5610 manat məbləğində pulu borcalan Cavabdeh faizsiz olmaqla, bir ay müddətinə geri qaytarılması şərti ilə vermişdir. Cavabdeh həmin məbləğdən cəmi 300 manat ödəniş etmişdir. İddiaçının xəbərdarlıqlarına baxmayaraq cavabdeh borcu bu günə kimi qaytarmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
13. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
14. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
15. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
17. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
18. 445.7-ci maddəsinə əsasən(həmin vaxt qüvvədə olan redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.;
19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
20. 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
21. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
22. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. İşin halları ilə müəyyən edildiyi kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə 5610 manat məbləğində pulu 1 aya qaytarmaq şərtilə cavabdehə faizsiz borca vermişdir. Cavabdeh həmin məbləğdən cəmi 300 manat qaytarmışdır. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi hesab edilir və borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öhdəliyini icra edərək qalıq borcunu iddiaçıya qaytarmalıdır. Bundan əlavə borclu pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçının əldən çıxmış fayda qismində illik 5 faiz tələb etməsi də əsaslı hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
28. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
29. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
30. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
31. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:
32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 5310 manat, əldən çıxmış fayda qismində 22 ay üçün illik 5 faiz olmaqla 486 manat və 81 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh əsas borca görə 5310 manat, əldən çıxmış fayda qismində 486 (dörd yüz səksən altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 81 (səksən bir manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev