Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3276/2024 11.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X6” ASC cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1533.12 manat məbləğində pulun, həmçinin 35 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş yoldaşı Cavabdeh çətin vəziyyətdə olduğunu, ona təcili pul lazım olduğunu bildirmişdir. Bu zaman o, Nətavan Məmmədova borc vermək məqsədilə “X6” ASC-nin nəznində olan Leo Bankdan (Leobank 2021-ci ildə istifadəyə verilmiş Azərbaycanın “X3” mobil tətbiqidir) xx.xx.2021-ci il tarixində 300 manat məbləğində kart əldə etmişdir. Hətta kartı əldə etməyi üçün cavabdeh öz ətraf tanışlarının vasitəsilə bütün sənədləşmə işlərini həll etmişdir. O, banka getdiyində sənədlər artıq hazır olmuş, heç gözləmədən sadəcə imza çəkmişdir. Daha sonra Nətavan Məmmədova kartdan 300 manat pulu çıxarmış və həmin məbləğdən cəmi 70 manat geri ödəniş etmişdir. Nəticədə faizlərlə birlikdə bu günədək 1533.12 manat məbləğində kredit borcu toplanmışdır. Qeyd etmişdir ki, məsələ ilə bağlı “X6” ASC kredit borcunun ödənilməsi tələbi ilə bağlı Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-1181/23 saylı qətnaməsinə əsasən “X6” ASC-nin iddia tələbi təmin edilərək, 1533.12 manat məbləğində pulun ondan tutularaq, bankın hesabına ödənilməsi qət edilmiş və qətnamənin icrası Hacıqabul Rayon İcra şöbəsinə həvalə olunmuşdur. O, bununla bağlı cavabdeh X2 bildirsədə, o buna məhəl qoymamış, ümumiyyətlə zənglərinə belə cavab verməmişdir.Bu səbəbdən Cavabdeh 1533.12 manat məbləğində pulun tutularaq ona ödənilməsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, məsələyə hüquqi qiymət verilməli və məsələ məhkəmə müstəvisində öz həllini tapmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o bankdan cavabdehə 300 manatlıq kart götürüb vermişdir. Sonradan cavabdeh ondan xəbərsiz əlavə olaraq 1200 manat pul çıxarmışdır. Bank tərəfindən borcla bağlı Sms xəbərdarlıq gəldiyində 1500 manat borcunun olduğunu və əvvəlki 300 manat pulun cavabdeh tərəfindən ödənilmədiyini hətta əlavə olaraq da 1200 manat borcunun olduğunu bilmişdir. Borcla bağlı Hacıqabul rayon Məhkəməsin də qərar çıxarmışdır.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı elektron müraciətində bildirmişdir ki, İddiaçı ilə "xxxx" KB ASC arasında xx.xx.2021-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi oferta müqaviləsinə əsasən İddiaçı istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.60% ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. X5 5.9.1.9-cu bəndinə əsasən kredit limiti heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Bu əsasla İddiaçı kredit limiti xx.xx.2022-ci il tarixdı artırılaraq 1500 manat edilmişdir (borcluya göndərilmiş elektron bildiriş iş materiallarına əlavə edilir). Mübahisə bağlı bildirmək istəyirik ki, Kartın istifadəsi bağlı məlumatlar hesabdan çıxarışda öz əksini tapmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcverən "xxxx" KB ASC borcalan İddiaçı illik 27.6 faiz olmaqla, 35 ay müddətinə 300 manat kredit xətti açmışdır. Bunun üçün bank borcalana kredit kartı vermişdir. İddiaçı həmin kredit kartını Cavabdeh vermişdir. X1 müxtəlif vaxtlarda məxariclər etmişdir. Bundan sonra "xxxx" KB ASC İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan yaranmış kredit borcuna görə 1533.12 manat pul tələb etmiş və Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə əsasən İddiaçı 1533.12 manat pul tutulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
9. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
10. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
11. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
12. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
13. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
14. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh iddiaçıya məxsus bank kartından istifadə etmək və ödənişləri də şəxsən icra etmək barədə tərəflər arasında razılıq olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus bank kartından istifadə edərək pul vəsaitini məxaric etsə də, razılığa əsasən bank qarşısında şəxsən icra etməli olan ödənişləri həyata keçirməmişdir. Bunun nəticəsində bankın tələbi əsasında kart sahibindən 1533.12 manat pul tutulmuşdur.
15. Odur ki, cavabdeh iddiaçıya məxsus bank kartından məxaric etdiyi məbləğdə əsassız olaraq varlanmışdır və bu səbəbdən iddiaçının varlanmış şəxsdən əldə etdiklərini tələb etməsi əsaslıdır. Tətbiq edilən prosessual normalar:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
17. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
20. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
21. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
22. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
23. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:
24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1533.12 (bir min beş yüz otuz üç manat, on iki qəpik) manat məbləğində pul vəsaiti, 35 (otuz beş) dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 1533.12 (bir min beş yüz otuz üç manat, on iki qəpik) manat məbləğində pul vəsaiti, 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev