Məhkəmə qərarları › İş №2(001)-3278/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3278/2021

18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3278/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 228 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın, cəmi 5228 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, xx.xx.2020-ci il tarixdə özünə məxsus “MERCEDES BENZ C 180” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomabili növbəti texniki baxışdan keçirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yevlax Qeydiyyat-İmtahan və X4 getmişdim. Şəxsi avtomobilini texniki baxışdan keçirmək istədikdə həmin texniki baxış şöbəsində işləyən müfəttişi ona bildirmişdir ki, onun avtomobilinin 20 manat cəriməsi var, ödəyin sonra avtomobilinizi texniki baxışdan keçirə bilərsiniz. O, bu cərimədən xəbərinin olmadığını, cərimənin hansı səbəbə olduğunu soruşduqda müfəttiş onun adına yazılmış cərimənin elektron qərarını komputerində göstərdi və həmin qərarı çıxara bilməyəcəyini bildirdi. Mən kompüterdə fotosu göstərilən cərimə edilən avtomobilin ona məxsus olmadığını, onun belə avtomobilinin olmadığını, bu cərimənin ona səhvən və qanunsuz yazıldığını bildirsə də maşınını texmiki baxışdan keçirə bilmədiyindən yaşadığı Göyçay rayonunun polis şöbəsinə gələrək DYP bölməsində avtomobilinə yazılmış cərimənin həm elektron qərarını, həm də şəkilləri çıxarmağı xahiş etmişdir. Bu qərardan ona məlum oldu ki, xx xxxx 2020-ci il tarixdə saat 10:34-də Puşkin küçəsində (hansı şəhər və ya rayonda???) dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1 -ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunması barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərar qəbul edilmişdir. Qeyd olunan elektron Qərar DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X1 tərəfindən imzalanmışdır. O barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunması barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərarın ona aidiyyatı olmadığını əsas gətirərək həmin 20 manat məbləğində cəriməni ödəməkdən imtina etmişdir. xx xxxxxx 2020-ci il tarixdə yenidən özünə məxsus “MERCEDES BENZ C 180” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili növbəti texniki baxışdan keçirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yevlax Qeydiyyat-İmtahan və X4 getmişdir. Orda avtomobilini texniki baxışdan keçirmək üçün dövlət rüsumu olaraq 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul ödədikdən sonra ona bildirdilər ki, onun 20 manat cəriməsi var və həmin cərimədən 18 manat ödədikdən sonra avtomobilinizi texniki baxışdan keçirmək olar. O dəfələrlə həmin cərimənin ona aidiyyatı olmadığını, dayanma qaydasını pozan maşının ona aidiyyatı olmadığını, Puşkin küçəsinin harda olmasını belə bilməməsini desə də “20 manat məbləğində cərimə olunması barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərardan narazı qaldığı təqdirdə məhkəməyə müraciət etməyi məsləhət görüldü. Şəxsi avtomobilinin texniki baxışdan keçmə vaxtının bitməsinə 3 gün qaldığından məcburiyyət qarşısında qalıb ona aid olmayan maşının, törətdiyi cəriməni (20 manatı) ödəyib özünə məxsus “MERCEDES BENZ C 180” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 10:34-də Puşkin küçəsində dayanma qaydalarını guya onun pozmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsiniı 346.1-ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunması barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərarı qanunsuz və əsasız hesal etdiyindən həmin elektron qərarın ləğv edilməsi və ona məcburən ödətdirilmiş 18 manat pulunun geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinə şikayət vermişdir. Göyçay Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, 3(046)-317/2020 saylı Qərarı ilə şikayəti təmin edilərək, İddiaçı İnzibati Xətalar Məcəlləsinin 346.1-c maddəsinə əsasən 20 manat cərimə edilməsinə dair DİN BDYP-nin X3 rəisi polis polkovniki X1 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göyçay Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, 3(046)-317/2020 saylı qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Bundan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə edilməsinə dair DİN BDYP-nin X2 rəisi polis polkovnik X1 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli EQ ******* sayl İnzibati tənbeh vermə haqqında Elektron qərarın qanunsuz və əsassız olduğuna görə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(046)-317/2020 saylı Qərarı ilə ləğv'' edildiyindən o məcbur qalıb qeyd olunan qanunsuz Elektron qərara görə ödədiyim 18 mana pulumu geri qaytarılması barədə BDYPi-nə ərizə ünvanlasa da, onun 18 manat pulunu geri qaytarmırlar. O, 2009cu ilin 30 mart tarixində bir, 2020-ci ilin 03 iyuı tarixində iki ürək damarlarımda daralma ilə bağlı stent qoydurmuşdur. Ona qarşı BDYPİ-niı qanunsuz hərəkətləri son dərəcə əsəb keçirməsinə və nəticə olaraq ürəyində əlavə narahatçılığı səbəb olmuşdur. Həkim müayinəsindən keçərkən ürəyində yaranan əlavə problemlərin əsəb keçirməsi ilə əlaqələndirilmiş və əlavə dərman peraparatları qəbul etmək məcburiyyətində qalmışdır. BDYPİ-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanla yanaş mənəvi sarsıntı və iztirab keçirmişdir. Bu səbəbdən də BDYPİ-sinin qanunsuz cəriməs ucbatından keçirdiy əsəb və sarsıntıya görə Azərbaycan Respublikası DİN BDYPİ-nə qarş “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, DİN BDYP-nin X2 rəisi polis polkovniki X1 tərəfindən qanunsuz və əsassız qəbul edilmiş xx xxxx 2020-ci il tarixli EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərara görə iki dəfə Göyçaydan Yevlax şəhərinə getmiş və hər dəfə 15 manat xərcləməklə 30 manat ziyana düşmüş, məcbur qalaraq 18 manat qanunsuz cəriməyə görə pul ödəmiş, 30 manat məhkəməyə dövlət rüsumu ödəmiş və Bakıya gəlib getmə xərcini də nəzərə alsaq təxminən 150 manat də burdan ziyana düşəcəyini düşünür. Eyni zamanda keçirdiyi əsəb və sarsıntı nəticəsində sağlamlığına hesab edir ki, 5000 (beş min) manat mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarında qeyd olunmuşdur ki, “1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.” Həmin Plenum qərarında qeyd olunmuşdur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Plenum qərarında qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında isə qeyd edilir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Bundan başqa, həmin Plenum qərarında qeyd olunmuşdur ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. Bundan başqa Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Beləliklə, hazırki iddia ərizəsi cavabdehin (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı olduğundan, mübahisə publik hüquq münasibətlərindən irəli gəldiyindən mübahisəyə inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılmalıdır və bu baxımdan məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar