Məhkəmə qərarları › İş №2(001)-329/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-329/2022

15.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-329/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı 55350 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı 55350 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, 2018-ci ildən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 70000 manat dəyərində qızıl əşyalar satmış, cavabdeh ona hissə-hissə 12600 manat ödəmiş, 600 manatı o, cavabdehə hörmət etmiş, 2400 manatı bağışlamış, qalan 55350 manatı dəfələrlə tələb etsə də cavabdeh həmin məbləği ona qaytarmaqdan imtina edir. Cavabdeh hər dəfə ondan qızılları aldıqdan sonra ona yazaraq öz imzası ilə təsdiq etdiyi aldığı qızılların dəyərinə dair qəbzlər vermişdir. Həmin qəbzlərdə cavabdeh borclu olduğu pulun faiz olmadığını da yazmışdır. Leylanın başqalarına da borcu olduğundan ondan aldığı qızılları borclarının qaytarılmasına sərf etmişdir. Leyla ondan faizə pul istədiyindən o, faizə pul vermədiyi üçün qəbzlərdəki pulun faiz olmamasını qeyd etməsini Leylaya demiş, Leyla da həmin sözü qəblərdə yazmışdır. Cavabdehin ondan qızıl alması və pulunu ödəyəcəyinə dair öhdəlik götürməsi ilə bağlı səs yazıları da vardır. Cavabdeh aldığı qızılların dəyərini və yaxud özünü qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etdiyindən o, pul tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Leylanın qəbzləri məcbur olub yazması barədə dedikləri həqiqət deyil, belə ki, Leylanı hər hansı bir hərəkəti etməyə məcbur etmək mümkün deyildir. Satılan qızıllar barədə məlumatları, birkaları, birkalarda qeyd olunan məlumatları qızıllarla birlikdə Leylaya verdiyindən hal-hazırda o, bütün sübutları təqdim etmək imkanında deyildir. O, bəzi qızılların şəkillərini məhkəməyə təqdim etmişdir, həmin şəkillərdə Leyla öz əlində aldığı üzüyü nümayiş etdirir. Həmin qızılları o, Moskva Univermağında işləyən müxtəlif tanışlarından nisiyə alıb qazanc əldə etmək üçün Leylaya satmışdır. Ona görə də Cavabdeh 55350 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib, İddiaçı izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh tam fəaliyyət qabiliyyəti olmaqla kifayət qədər həyat təcrübəsi, savadı olan qadındır. Ona təzyiq nəticəsində iddiaçı tərəfindən bu sayda qəbz yazdırılması, 1500 manat borca görə 55350 manat borc hesablanması mümkün deyildir. Cavabdeh əvvəl qəbzləri yazmasını, daha sonra yazmadığını bildirsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə qəbzlərin onun tərəfindən yazılması öz təsdiqini tapmışdır. Yazdığı və imzaladığı qəbzlərdə cavabdeh aldığı qızıla görə iddiaçıya pul borcunun olmasını aydın ifadə etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2016-cı ildən İddiaçı tanış olmuş, iddiaçı ona 2016-cı ildə fzaizlə 1500 manat borc vermişdir. Daha sonra İddiaçı ona borcun faizlə birlikdə 3000 manat olmasını demişdir. Bundan sonra İddiaçı təklifi ilə o, 1500 manat borcunu kombi krediti ilə ödəmişdir. Yəni öz adına kreditə kombi alıb Svetlanaya verib borcunu ödəmişdir. Hər dəfə Svetlana ona qalan 1500 manat borca görə müxtəlif illərə dair qəbzlər yazdırmış, pulu ödəmədiyinə görə onu şantaj etmiş, polisdə qohumlarının işləməsini deyib qəbz yazmasa onu şərləyəcəyini demişdir. Onun aldığı borca Svetlana aylıq 20% hesablamışdır. O, ailəsinin biləcəyi üçün qorxub hər dəfə qəbz yazıb Svetlanaya vermişdir. Svetlana ona qızıl satmamış, o, Svetlanadan qızıl almamışdır. O, Svetlanadan qızıl almış olsaydı iddiaçı iddia etdiyi qızılların qəbzlərini, şəkilərini, əyarlarını, qramını təsdiq edən sübutları məhkəməyə təqdim edərdi. 2020-ci il mart ayından sonra o, qəbz yazmadığı üçün Svetlana onun evində olan güldanı götürmüşdür. Onun Svetlanaya borcu olmadığından, Svetlanadan qızıl almadığından, qəbzləri məcbur qalıb yazdığından iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Rəcəb qızı Cavabdeh izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlər sübut növü olaraq qəbul edilə bilməz. Belə ki, həmin qəbzlərdə iddiaçının cavabdehə qızıl satmasını təsdiq edən heç bir məlumat qeyd edilməmiş, satılan qızılların adı, əyyarı, qramı göstərilməmişdir. Qəbzlərdə imza yoxdur, qəbzlərdə düzəlişlər edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 44 vərəqində olan 05.11.2018-ci il tarixli qəbzdə yazılmışdır: “Mən Qafarova X6 Svetlanadan 2400 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 45 vərəqində olan 20.03.2019-cu il tarixli qəbzdə yazılmışdır: “Mən Qafarova X6 Svetlanadan 2400 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmamış və qəbzdə faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 46 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 1600 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 47 vərəqində olan 28.05.2018-ci il tarixli qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 1000 manatlıq qızıl üzük aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 48 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 800 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 49 vərəqində olan 29.10.2018-ci il tarixli qəbzdə yazılmışdır: “Mən Qafarova X6 Svetlanadan 1500 qızıl üzük aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 50 vərəqində olan 15.04.2019-cu il tarixli qəbzdə yazılmışdır: “Mən Qafarova X6 Svetlanadan 2400 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 51 vərəqində olan 10.10.2018-ci il tarixli qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 2600 man qızıl üzük aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 52 vərəqində olan 30.01.2019-cu il tarixli qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 2400 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 53 vərəqində olan 25.04.2018-ci il tarixli qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 200 manatlıq qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 54 vərəqində olan 15.10.2018-ci il tarixli qəbzdə yazılmışdır: “Mən Qafarova X6 Svetlanadan 800 manatlıq qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmamış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 55 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Qafarova X7 3200 qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmamış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 56 vərəqində olan 10.09.2020-ci il tarixli qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 3800 manatlıq qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 57 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Qafarova X6 Svetlanadan 4000 manatlıq qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 58 vərəqində olan 31.10.2020-ci il tarixli qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 4 min manatlıq qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 59 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Qafarova X6 Svetlanadan 4 min 400 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmamış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 60 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 4200 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 61 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Qafarova X6 Svetlanadan 3600 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmamış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 62 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 3 min manatlıq qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 63 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 3 min manatlıq qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 64 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Qafarova X6 Svetlandan 3 min manatlıq qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi mülki işin 65 vərəqində olan yazıldığı tarix qeyd olunmayan qəbzdə yazılmışdır: “Mən Cavabdeh İddiaçı 1300 man qızıl aldım”. Qəbzdən daha sonra müəyyən olunur ki, qəbz Cavabdeh tərəfindən imzalanmış və faiz deyil sözləri yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 29.12.2021-ci il tarixli 4/1649-9/8274 saylı rəyindən müəyyən olunur ki, müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə fərdi (təkrarolunmaz) məcmular təşkil edirlər ki, bu da tədqiq olunan yazıların və imzaların Cavabdeh tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Rəydən daha sonra müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim olunmuş mülki işin 44-65-ci vərəqələrində olan qəbzlərdəki yazılar və imzalar X9 tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, həll olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş sualın tədqiqi üçün təqdim edilməsi mümkün olmayan zərgərlik məmulatların əyarı, kütləsi, üzərində olan brilyant qaşların sayı, keyfiyyəti, markası, modeli, istehsal yeri və sair barədə ətraflı məlumatın göndərilməsi barədə 23.11.2021-ci il tarixli vəsatət təmin edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, qızı İddiaçı Leyla ilə Çudopeçkada tanış olmuş, Svetlana qızıl satmaqla məşğul olduğundan Leyla Svetlanadan qızıl götürüb, lakin pulunu ödəyə bilməmişdir. İlk dəfə götürdüyü qızılın pulunu ödəyə bilmədiyi üçün Leyla Svetlanaya kombi alıb vermişdir. Leyla Svetlanadan çoxlu qızıl götürərək aylıq ödəniş edirdi. Leyla Svetlanadan qızıl üzük, qızıl dəst, sep, qolbaq almış, onun aldığı qızıl əşyalarının çəkisini, adını, qramını o, dəqiq xatırlamır. Leyla yoldaşından boşanandan sonra onun Svetlanaya borcu 70000 manat idi. X5 54800 manat borcu qalmışdır. Borcu almaq üçün Svetlana polisə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, Leyla ilə 2012-2019-cu illərdə Biləcəridə qonşu olmuş, Svetlananı faizə pul verən kimi tanımışdır. Onu Svetlana ilə Leyla tanış etmişdir. 2016-cı ildə o, Svetlanadan 500 manat almış, 50 manat faiz ödədiyindən 500 manat borca görə 2000 manat qaytarmışdır. 2016-cı ildə Leylanın borcu üçün onun adına kombi götürülmüşdür. Borcun çoxaldığını gördükdən sonra o, Leylanın ailəsinə, atasına və anasına demişdir. Leyla 1500 manatdan əlavə olaraq 500 manat pul götürmüşdür. Qəbzləri Svetlana yazmış, Svetlana borcu şişirtmiş, borcu qızıl alınması kimi yazdırmışdır. Leyla qəbzləri yazmasaydı Svetlana ona borca pul verməyəcəyi üçün Leyla qəbzləri yazırdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqısına dair razılıq olmuş, iddiaçının cavabdehə 2018-2020-ci illərdə satdığı qızıl əşyalarına görə cavabdeh qəbzlər yazıb iddiaçıya vermişdir. Məhkəmə iclasında cavabdeh qəbzləri iddiaçının təzyiqi ilə yazdığını, iddiaçıdan qızıl almadığını, iddiaçıdan borc aldığını, iddiaçının tələb etdiyi pul vəsaiti alınmış borca görə hesablanan faiz olmasını bildirsə də, etirazında istinad etdiyi bu halları təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin vəsatəti əsasında dindirilən şahid Z.M.Əhmədovanın ifadəsinə münasibət bildirib qeyd edir ki, şahid ifadəsində cavabdehin iddiaçıdan borc almasını bildirsə də, cavabdeh tərəfindən qəbzlər yazılmadığı halda iddiaçının borc verməyəcəyini qeyd etməklə əslində öz ifadəsində və cavabdehin izahatında qeyd olunan tərəflər arasında borc münasibətlərinin mövcüd olmasını inkar etmişdir. Belə ki, bir dəfə alınan borca görə cavabdehin 2018-ci ildən 2020-ci ilədək 22 ədəd qəbz yazmasına ehtiyac yox idi. Bundan başqa cavabdeh yazaraq imzaladığı hər bir qəbzdə dəyərini qeyd etməklə iddiaçıdan məhz qızıl almasını etiraf etmiş, hər bir qəbzdə qeyd olunan pul vəsaitinin faiz olmadığını öz xətti ilə qeyd etmişdir. Həmin qəbzlərdə alınan qızılın fərdi xüsusiyyətlərinin qeyd edilməməsi isə cavabdehi öhdəliyini icra etməkdən azad edən hall ola bilməz. Belə ki, cavabdeh sadə yazılı formada tərtib etdiyi sənədlərdə öz iradə ifadəsini aydın qeyd edərək aldığı qızıl əyalarının dəyərini göstərmişdir. Məhkəmə cavabdehin iddiaçıdan aldığı qızıla görə ödəmədiyi pul vəsaitinin məbləğini müəyyən edərkən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən cavabdeh tərəfindən yazılan, lakin imzalanmayan qəbzlər üzrə tələb olunan pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutula bilməz, belə ki, cavabdeh həmin qəbzlərdə qeyd olunan qızılları almasını imzası ilə təsdiq etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıdan 41200 manat (2400 + 1600 + 1000 + 800 + 1500 + 2400 + 2600 + 2400 + 200 + 3800 + 4000 + 4000 + 4200 + 3000 + 3000 + 3000 + 1300 = 41200) dəyərində qızıl alması, lakin aldığı qızılın pulunu iddiaçıya ödəməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslıdır, ona görə iddia ərizəsi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə qızılın dəyərinə görə 41200 manat tutulmalı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh qızılın dəyərinə görə 41200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 41230 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 124 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar