Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-331/2020 02.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh X7, Cavabdeh2 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və X10 qarşı vurulumuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və X10 qarşı vurulumuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Volvo XC-90” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə ƏDV daxil olmaqla 2.722,26 manat, hüquqi yardımın göstərilməsinə görə 200 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2.952,82 manat pulun müştərək qaydada Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və X8 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu il tarixdə mülkiyyətimdə olan “Volvo XC-90” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir etdirmək üçün "X14" X2 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən servis mərkəzinə vermişdir. xx xxx 2019-cu il tarixində axşam saat 18:11 radələrində "X14“ MMC-nin əməkdaşları tərəfindən ona məlumat verilmişdir ki, mülkiyyətində olan nəqliyyat vasitəsi servis mərkəzində olarkən başqa bir nəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. Sonradan o, "X14" MMC-nin servis mərkəzinə gəlmiş və ona məlum olmuşdur ki, "Cavabdeh1” MMC-nin mülkiyyətində olan İSUZU NPR 66P xüsusi ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nasaz olduğu üçün dayandığı yerdən arxaya doğru sürüşərək onun nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılmışdır. Nəticədə onun nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 2.722,26 manat məbləğində zərər dəymişdir. Hadisə ilə bağlı "X14" MMC-nin əməkdaşları tərəfindən Yasamal RPİ-nin DYPŞ-ə məlumat verilmişdir. DYP əməkdaşları hadisə yerinə gələrək xx xxx 2019-cu il tarixli İXP ******* № li inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında xx xxxx 2019-cu il tarixində TP ******* № li inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Zərər vuran nəqliyyat vasitəsinin mülkiyyətçisi olan "Cavabdeh1” MMC əvvəlcə mülkiyyətində olan nəqliyyat vasitəsinə vurduğu zərəri ödəyəcəyi ilə bağlı söz versə də sonradan sözünə əməl etməyərək vurduğu zərəri ödəməkdən imtina etmişdir. Bununla da cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində ona külli miqdarda ziyan vurmuşdur. Buna görə də o, məcbur qalaraq pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh X11 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, habelə cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 avtomobili icbari qaydada sığorta etdirməmişlər. İcbari sığorta olduğu təqdirdə iddiaçıya vurulan zərər sığorta şirkəti tərəfindən ödəniləcəkdi və məhkəməyə müraciət etmək zərurəti olmayacaqdı. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 iddianı qəbul etməyərək izahtında bildirdi ki, “İSUZU NPR 66P” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı etibarnamə olmadan idarə etmiş, onunla “Cavabdeh2 LOGİSTİCS AND MANAGEMENT SERVİCES” X6 ilə xidmət müqaviləsi hadisə baş verdikdən sonra bağlanmışdır. Onu aldadaraq bildirmişlər ki, ziyan şirkət tərəfindən ödəniləcəkdir. Eyni zamanda, idarə etdiyi avtomobil icbari qaydada şirkət tərəfindən sığortalanmamışdır. Bundan başqa, iddiaçının avtomobili təmənnasız olaraq “X14" X5 tərəfindən təmir edilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən hazırda təmir üçün pulun tələb edilməsi əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh X9 Cavabdeh2 ilə hər hansı əlaqəsi yoxdur. X11 fərdi sahibkar kimi “Cavabdeh2 LOGİSTİCS AND MANAGEMENT SERVİCES” X6 ilə xidmət müqaviləsi bağlanmışdır. Bu şirkətlər ayrı-ayrı şirkətlərdir. Eyni zamanda, X11 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu səbəbdən iddia tələbi Cavabdeh2nə qarşı təmin edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh1 nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AC seriyalı, 512715 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volvo XC-90” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. AB seriyalı, 747777 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İSUZU NPR 66P” xüsusi evakuator tipli, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1nə məxsusdur. xx xxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 sahibliyində olan “İSUZU NPR 66P” xüsusi evakuator tipli, ** JS *** dövlət qeydiyyat nişanlı evakuatoru Cavabdeh2 “səlahiyyətləndirdiyi şəxslər” tərəfindən Azərbaycan Respublikasının hüdudlarında idarə etməyi etibar edir. Etibarnamə xx xxxxxx 2019-cu il tarixədək etibarlıdır. xx xxx 2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. xx xxxx 2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “X16” X5 tərəfindən verilmiş “preyskurant”dan görünür ki, İddiaçı məxsus “Volvo XC-90” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün görülmüş işlərin dəyəri 2.722,26 manat təşkil edir. 353101 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən “X16” X3 2.722,26 manat məbləğində vəsait ödənilmişdir. Sifarişçi “Cavabdeh2 LOGİSTİCS AND MANAGEMENT SERVİCES” X5 ilə icraçı fərdi sahibkar X11 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, EX-2019-408 nömrəli xidmət müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı, sifarişçiyə yüklərin daşınmasında sürücülük xidməti göstərir. Həmin müqavilənin 2.2.6-cı bəndinə əsasən icraçı tərəfindən pozulmuş yol hərəkəti qaydalarına, buna görə yazılmış olan cərimələrin və digər ödəmələrin və baş vermiş yol nəqliyyat hadisələri zamanı hərəkət iştrakçısı olan digər şəxslərə dəymiş zərərin ödənilməsi öhdəliyini icraçı daşıyır. xx xxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 MMC ona məxsus olan “İSUZU NPR 66P” xüsusi evakuator tipli, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Cavabdeh2 LOGİSTİCS AND MANAGEMENT SERVİCES” X2 (sahiblik və istifadəsinə verilməklə) səlahiyyətləndirdiyi şəxslər tərəfindən Azərbaycan Respublikasının hüdudlarında idarə etməyi etibar edir. Etibarnamə 1 il müddətinə verilmişdir. xx xxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X11 “Cavabdeh2 LOGİSTİCS AND MANAGEMENT SERVİCES” X2 sahibliyində olan “İSUZU NPR 66P” xüsusi evakuator tipli, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası ərazisində idarə etmək səlahiyyətindədir. Etibarnamə xx xxxx 2019-cu il tarixinədək qüvvədədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 4415 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “X16” X5 tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiyməti nəzərə alınmaqla 2003-cü il buraxılışlı “Volvo XC-90” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 2.157 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqarların dəyəri 100 manat təşkil edir. xx xxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxx 2019-cu il tarixdə X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmiş, nəticədə “İSUZU NPR 66P” xüsusi tipli, **-JS-*** dövlət qeydiyyat nişanlı evakuator iddiaçıya məxsus “Volvo XC-90” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmışdır. “X16” X2 preyskurantına əsasən iddiaçıya dəyən ziyanın həcmi 2.722,26 manat təşkil edir. Mülki iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyinə əsasən Volvo XC-90” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci təxminən 2.157 manat müəyyən edilmişdir. İddiaçı isə dəymiş maddi zərərə görə 2.722,26 manat, hüquqi yardıma görə 200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tuularaq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub hesab edir ki, cavabdeh X7 təqsirli, hüquqazidd əməli nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Həmin zərərin məbləği ekspert rəyinə əsasən 2.157 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan “İSUZU NPR 66P” xüsusi tipli, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi onun tərəfindən Cavabdeh2nə və “Cavabdeh2 LOGİSTİCS AND MANAGEMENT SERVİCES” X3 səlahiyyətləndirdiyi şəxslər tərəfindən idarə edilməsi etibar edilmiş, daha sonra həmin avtomobilin idarə edilməsi “Cavabdeh2 LOGİSTİCS AND MANAGEMENT SERVİCES” X5 tərəfindən X11 ilə bağlanmış xidməti müqaviləyə əsasən etibarnamə əsasında sonuncuya etibar edilmişdir. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sahibliyində olan “İSUZU NPR 66P” xüsusi tipli, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi onların sahibliyindən hüquqa zidd götürülməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X11 mülki məsuliyyətini icbari sığorta etmədiyinə və yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 469.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar), onun nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsi həmin protokolda əks olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-cü maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin Qanunun 53.2-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Göründüyü kimi, mülki məsuliyyətinin icbari qaydada sığortalanması həmin avtomobilə etibarnamə əsasında sahiblik edən cavabdeh X7 vəzifəsi olduğu halda, o, bunu etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi “dəymiş maddi ziyanın əvəzi olaraq 2.722,26 manatın cavabdehlərdən müştərək qaydada tutulması” hissəsində qismən təmin edilməli, iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı ekspert rəyi əsas götürülmləli, cavabdeh X4 2.157 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi xidmətə görə 200 manat məbləğində vəsaitin cavabdehlərdən onun xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 8 manatı iddiaçının özünə aid edilməli, 22 manatı isə cavabdeh X4 tutularaq iddiaçıya ödənilməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 26 manatı iddiaçıdan, 74 manatı isə cavabdeh X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X4 maddi zərərin əvəzi olaraq 2.157 (iki min bir yüz əlli yeddi) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 8 (səkkiz) manatı İddiaçı aid edilsin, 22 (iyirmi iki) manatı cavabdeh X4 tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 26 (iyirmi altı) manatı İddiaçı, 74 (yetmiş dörd) manatı isə cavabdeh X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-331/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-331/2020
02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver