Məhkəmə qərarları › İş №2(001)-332/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-332/2020

02.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-332/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X12 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X12 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə avtomobil almaq üçün “Turbo.az” saytında avtomobil axtarıb, nəhayət “Mitsubishi Pajero” markalı, 90-MA- 754 dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədi ilə cavabdehlərlə əlaqə saxlamışdır. Həmin avtombilin 19500 manat satıldığı elanı yerləşdirilmişdir. İddiaçı cavabdehlərlə görüşmüş və avtomobilin qiymətini 19200 manat razılaşdırmışlar. İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehlərə 19200 manat pul vermiş, Cavabdeh1 də arvadı Cavabdeh2 adına olan avtomobilə dair iddiaçıya etibarnamə vermiş və aralarında faktiki alqı-satqı baş vermişdir. İddiaçı avtomobili idarə etdiyi zaman DYP postundan keçərkən polis əməkdaşları tərəfindən saxlanılmış və ona məlum olmuşdur ki, sözügedən avtomobil oğurluqdur və əslində başqasının avtomobilidir. Polis əməkdaşları avtomobili iddiaçıdan alıb cərimə meydançasına qoydular. Bununla bağlı Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Əkbərov tərəfindən xx.xx.2017-ci il tarixdə cinayət işi başlanmışdır. Həmin cinayət işinin materialları əsasında Abşeron Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Məhkəmə zamanı cavabdehlər iddiaçıdan 19200 manat məbləğində pul aldıqlarını etiraf etmiş və qeyd edilən hökmdə bu hal öz əksini tapmışdır. İddiaçıcavabdehlərdən dəfələrlə pulumu qaytarmağı tələb etmiş, lakin onlar iddiaçıdan aldıqları pulu etiraf etsələr də, artıq xərclədiklərini bildirmişlər. Polis əməkdaşı da iddiaçıya icraatındakı işin cinayət xarakterli olduğunu və cavabdehlərdən pulunu tələb etmək üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, onun özünün X12 1000 manat məbləğində borcu var və ona görə də o, iddia tələbinin həcmini azaldır və cavabdehlərdən 18200 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və X5 nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, iddiaçı ümumiyyətlə Cavabdeh2 ilə hər hansı bir formada ünsiyyət qurmamış ona hər hansı pul məbləği verməmişdir. O, Cavabdeh1lə əlaqə yaratmış və aqı-satqını onunla etmişdir. Alqısatqı zamanı avtomobilin üzərində hər-hansı bir yüklülüyün olub-olmaması yoxlanılmış, avtomobilin üzərində hər-hansı bir yüklülük olmamışdır. 2018-ci ilin yanvar ayının axırında Cavabdeh1 Səbail rayon polis idarəsinə dəvət olunmuş və ona məlum olmuşdur ki, avtomobil ona satılarkən ilk mülkiyyətçinin adından verilmiş etibarnamə saxtalaşdırılmışdır. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 vicdanlı alıcıdırlar. İddiaçı pulu Cavabdeh1 geri qaytarmaq üçün verməmişdir. Həmin pul verilən zaman Cavabdeh1 avtomobili iddiaçıya vermək vzifəsini həmin an icra etmişdir. Belə ki, pul Cavabdeh1 avtomobili etibarnamə əsasında İddiaçı verilməsi üçün verildiyindən həmin an etibarnamə, avtomobillərin sənədləri və avtomobilin özünün verilməsi ilə öhdəlik tam icra edilmişdir. Burada yeganə zərər vuran və əsassız varlanan şəxs X22 olmuşdur ki, cavabdeh qismində də məhz o işə cəlb edilməlidir. Belə ki, Cavabdeh1 pulunu ödəyərək vicdanlı alıcı olaraq avtomobili almış və vicdanlı mülkiyyətçini təmsil edərək avtomobili İddiaçısatmışdır. Hazırda iddiaçı ilə cavabdeh arasında hər-hansı bir mülki öhdəlik mövcud deyildir. Qeyd olunanlara əsasən cavabdehlərin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “... İbtidai istintaq zamanı mülki iddiaçı kimi tanınmış İddiaçı ... mülki cavabdeh təqsirləndirilən şəxs X19 qarşı «maddi ziyanın ödənilməsi» tələblərinə dair iddia tələblərinin təmin olunmasını, mülki cavabdeh təqsirləndirilən şəxs X6 İddiaçı dəymiş maddi ziyanın, yəni 19.200 manat pulun ... tutulub mülki iddiaçılara verilməsini xahiş etmişlər. ... Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayının əvvələrində təsadüfən qardaşının işlədiyi yerdə olan zaman yolun kənarında dayanmış “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin avtomobillə maraqlandıqda üzdən tanıdığı adının Ramiz olduğunu bildiyi şəxs avtomobili satması ona məlum olmuşdur. Ramiz Binəqədi rayonu 7ci mikrorayonda “100 CARS” adlı servisdə avtomobillərin alqı-satqısı ilə məşğul olur. Bir neçə vaxtdır ki, alıb sürmək üçün “Mitsubishi Pajero” markalı avtomobil axtarmışdır. Ona görə də bu avtomobili görüb bəyənmişdir. Bundan sonra Ramizə yaxınlaşaraq avtomobilin qiymətini soruşmuş, Ramiz, də avtomobili əvvəl 17000 manata satdığını bildirsə də, sonradan 16000 manata razılaşmışlar. Daha sonra Ramizə 200 manat beh vermişdir. xx xxxxxx 2017-ci il tarixdə Ramiz telefonla onunla əlaqə saxlayıb ona avtomobilin alqısatqısını həyata keçirmək istədiyini və etibarnamə verəcəyini demişdir. Ramizə etibarnamə istəmədiyini, avtomobili həyatyoldaşının adına keçirmək lazım olduğunu bildirmişdir. Gürcüstan vətəndaşı olduğundan bundan əvvəl də aldığı avtomobilləri həyat yoldaşı Cavabdeh2 adına qeydiyyatdan keçirmişdir. Ramiz də ona etiraz etməyərək razılaşmış, avtomobili həyat yoldaşının adına qeydiyyatdan keçirdərək ona vermək üçün görüşmüşlər. Avtomobili Ramizdən alan zaman avtomobilin nömrəsi dəyişdirilərək **-MA- *** dövlət qeydiyyat nişanlı olmasını görmüşdür Bundan sonra 15800 manat pulu Ramizə vermişdir. Həmin gündən sonra avtomobilin nasaz hissələrini düzəltdirmiş, avtomobil benzini daha çox istifadə etdiyindən avtomobili satmaq qərarına gəlmişdir. xx xxxxxx 2017-ci il tarixdə avtomobili satmaq üçün www.turbo.az internet səifəsinə elan yerləşdirmişdir. Həmin gün bir nəfər tanımadığı şəxs ona zəng edərək avtomobili almaq üçün görmək istədiyini bildirdiyindən yaşadığı evin ünvanını həmin şəxsə söyləmişdir. Bir neçə saat sonra həmin şəxs dediyi ünvana gəlmiş, adının Cəlahir olduğunu bildiyi şəxs maşına baxaraq almaq istədiyini və qiymətini soruşmuşdur. İlkin olaraq 19800 manata satmaq istədiyini bildirsə də, sonradan 19200 manata razılaşmışlar. Həmin günün səhəri, yəni xx xxxxxx 2017-ci il tarixdə Cəlahirlə birlikdə 27 saylı natariat kontoruna gedərək orada Cəlahirə etibarnamə vermişdir. Cəlahir ona 19200 manat pul vermiş və avtomobili sürüb getmişdir. ... Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Cavabdeh2 şahid İsmat Alıyevin ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. ...Cinayət işinə əlavə olunmuş Dövlət X25 sənədlərindən görünür ki, **-BA-*** qeydiyyat nişanlı, 2007-cı il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J70903 ban nömrəli “Mitsubishi Pajero" markalı avtomobilin sahibi X13r. Avtomobil etibarnamə əsasında X7, X8 istifadəsində olmuşdur. Avtomobil xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə qeydiyyatdan çıxmışdır. xx.xx.2017-ci ildə X3 adına qeydiyyata alınaraq avtomobilə **-MA-*** qeydiyyat nişanı və AD115610 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobili idarə etmək üçün xx.xx.2017-ci ildə İddiaçın adına etibarnamə verilmişdir. ... İbtidai istintaq zamanı mülki iddiaçı kimi tanınmış İddiaçı ... tərəfindən ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqı zamanı mülki iddia təqdim edilmədiyindən ... mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir və mülki iddiaçılara mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. ... DİN-in BDYPl-in Siqnal İdarəsinin 14 saylı dayanaçağında saxlanılan “Mitsubhishi Pajero” markalı, **-BA-*** ... dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbslər götürülməli, “Mitsubhishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X14 ... qaytarılmalıdır”. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 1(102)-240/2020 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən X22 Azərbaycan Respublikası CM-in178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş ... iş üzrə maddi subut kimi tanınmış və DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** və "BMW 5251" markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbslərin götürülməsi, "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X14, "BMW 5251" markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə faktiki sahibi X15 qaytarılması, iş üzrə maddi sübut kimi DİN-in Dövlot X26 saxlanılan xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 1S-702605 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X9 adından X16 adına rəsmilədirilmiş etibarnamənin, xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E-24870 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X9 adından X16 adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfindən reyestrdə 1S702605 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamənin və xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E-24871 nömrə ilə ƏN-İ 684552 nömrəli blankda X10 adından X16 adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfındən reyestrdə 1S-702528 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamələrin cinayət işinə tikilməsi, cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, mülki İddiaçı və X1 təqsirləndirilən şəxs və mülki cavabdeh X19 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməsi, mülki iddiaçı X9 mülki cavabdeh X19 qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X9 tələbdən imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 233 manat 52 qəpiyin təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, hökmün icrasının Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən maraqlarına toxunan şəxs Cavabdeh2 və mülki iddiaçı X2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. ... Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 qarşı qaldırılmış hər hansı bir iddianın olmadığı, avtomobilin X17 mülkiyyətində olmasını təsdiq edən texniki pasportun mübahisələndirilməsi və həmin sənədin ləğv edilməsinə dair heç bir hüquqi əsas olmadığına baxmayaraq, aşağı instansiya məhkəmələri tərəfindən əsassız olaraq X9 qeyd olunan avtomobilin faktiki sahibi olması nəticəsinə gəlinmiş və iş üzrə maddi sübut olan "Mitsubishi Pajero" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X14 qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin və apellyasiya instasiyası məhkəmələrinin mübahisə predmeti olan maşını həmin əşya üzərində heç bir hüquqi əməliyyat edilməmiş kimi X14 qaytarması qanunsuzdur. Belə ki, yuxarıda qeyd olunduğu kumi,xx xxxxxx 2017-ci tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı" müqaviləsindən görünür ki, X20 **-BA-*** qeydiyyat nişanlı, 2007-cı il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli "Mitsubishi Pajero" markah avtomobili Cavabdeh2 17000 manata satmışdır. Mülki qanunvericiliyə əsasən həmin müqavilənin etibarsızlığına dair hər hansı bir mübahisə olarsa, həmin mübahisə mülki mühakimə icraatı qaydasında həll olunmalıdır. Lakin hazırki iş üzrə Anar Xələfov ilə Cavabdeh2 arasında bağlanmış alqı satqı müqaviləsinin mübahisələndirilmədiyi aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və həmin müqavilənin predmeti olan avtomobil heç bir hüquqi əsas olmadan Rasim Baxışova qaytarılmışdır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 1(102)-240/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı iş üzrə maddi subut kimi tanınmış və DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, "Mitsubishi Pajero" markalı, 90- BA-891 dövlət" qeydiyyat nişanlı avtomobilin faktiki sahibi X14 qaytarılması və cinayət işi üzrə müİki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı X9 mülki cavabdeh X19 qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X9 mülki iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş və cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016cı il tarixli Qərarı). Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, X3 mülkiyyətində olan "Mitsubishi Pajero" markalı avtomobil onun əri X21 vasitəsilə xx.xx.2017-ci il tarixdə faktiki olaraq İddiaçı 19200 manata satılmış, lakin tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamış, avtomobili idarə etmək üçün xx.xx.2017-ci il tarixdə İddiaçı adına etibarnamə verilmiş, həmin avtomobilə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfındən baxış keçirilmiş və saxlanılması üçün dayanacağa təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsi bağlanmadığından və avtomobil faktiki olaraq hal-hazırda İddiaçı istifadəsindən alındığından, varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyil və belə olan halda hazırkı vəziyyətdə iddiaçı tərəfindən ödənilmiş pul məbləği ona geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini həm avtomobilin mülkiyyətçisi olan X11, həm də avtomobil üçün ödənilən pulu qəbul edərək, mülkiyyətçinin adından İddiaçı etibarnamə vermiş mülkiyyətçinin əri X12 qarşı irəli sürməkdə haqlıdır. Belə ki, mübahisəli avtomobilin X3 mülkiyyətində olması və onun əri X21 vasitəsilə xx.xx.2017-ci il tarixdə Cavabdeh2 razılığı ilə faktiki olaraq İddiaçı satılması cavabdehlər tərəfindən mübahisələndirilmir. Yuxarıda sadalanan məhkəmə aktlarından da görünür ki, mübahisəli avtomobilin hal-hazırda məhz X11 qaytarılması məsələsi cinayət işi çərçivəsində müzakirə olunur. Belə olan halda İddiaçı ödədiyi pul vəsaiti hesabına hər iki cavabdehin əsassız olaraq varlanması aşkardır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və X4 müştərək qaydada 18200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və X4 müştərək qaydada 18200 (on səkkiz min iki yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar