Məhkəmə qərarları › İş №2(001)-3327/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3327/2021

29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3327/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər Cavabdeh1 Mecid oğluna və Cavabdeh2 qarşı 14 saylı notariat ofisində bağlanmış 09.12.2019-cu il tarixli ilkin alq-satqı müqaviləsinin və həmin müqaviləyə edilmiş 02.03.2020-ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsinə, Cavabdeh1 Mecid oğlunun mübahisə predmeti olan 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq onlara geri qaytarılmasına dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh1 Mecid oğlunun Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 66 saylı 30.04.2010-ci il tarixli sərəncamının etibarsız hesab olunmasına, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsi olan Uğur kafesinin yerləşdiyi torpaq sahəsinə onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mecid oğluna və Cavabdeh2 qarşı 14 saylı notariat ofisində bağlanmış 09.12.2019-cu il tarixli ilkin alq-satqı müqaviləsinin və həmin müqaviləyə edilmiş 02.03.2020-ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsinə, Cavabdeh1 Mecid oğlunun mübahisə predmeti olan 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq onlara geri qaytarılmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı Cavabdeh1 Mecid oğlu cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 66 saylı 30.04.2010-ci il tarixli sərəncamının etibarsız hesab olunmasına, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsi olan Uğur kafesinin yerləşdiyi torpaq sahəsinə onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçılar, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi RİH-nin 03.11.2000-ci il tarixli 1692 saylı sərəncamı ilə Qarabağ Müharibəsinin İİ qrup əlili ilk iddiaçıların ataları X5 Binəqədi rayonu 7 mkr, X.Dairəvi küçəsi 22 saylı binanın həyətində qaraj yerləşdirilməsi üçün 24 m2 torpaq sahəsi ayrılmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26.09.2005-ci il tarixli 280 saylı qərarına əsasən Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan 7 mkr, Xarici Dairəvi küçəsi 22 saylı binanın arxasında istifadə etdiyi qarajın altındakı 24 m2 torpaq sahəsi İddiaçı2 icarəsinə verilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 22.09.2005-ci il tarixli 289 saylı müqaviləsinə əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qaraj tikintisi üçün ayrılan 24 m2 torpaq sahəsini icarəçi İddiaçı2 2025-ci ilin sentyabr ayınadək icarəyə vermişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 14.04.2008-ci il tarixli 100 saylı qərarına əsasən Binəqədi rayonu 7-ci mkr, 22 saylı yaşayış binasının arxasında qaraj tikintisi üçün 18 m2 bələdiyyəyə məxsus torpaq sahəsi əlavə edilmiş cizgi əsasında İddiaçı1 icarəsinə verilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində tikiləcək qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 14.04.2008-ci il tarixli 496 saylı müqaviləyə əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qaraj tikintisi üçün ayrılan 18 m2 torpaq sahəsini icarəçi İddiaçı1 11.04.2049-cu il tarixədək icarəyə vermişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 30.04.2010-cu il tarixli 66 saylı səraəncamına əsasən Bakı şəhəri Binəqədi RİH-nə vətəndaşlar İddiaçı1, İddiaçı2 və X3 inşa olunmuş qeyri-yaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına dair müraciətləri əsasında 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən və vətəndaşlar İddiaçı1 ayrılan 18m2, İddiaçı2 ayrılan 24m2 və X5 ayırılan 24m2 torpaq sahələrində təqdim edilən layihə əsasında inşa olunmuş qeyri-yaşayış sahəsinin onların adına mövcud vəziyyətdə rəsmiləşdirilməsi qərara alınmışdır. 2010-cu ildən etibarən qeyri-yaşayış sahəsi Uğur kafesi və çay evi olaraq fəaliyyət göstərmişdir. 2015-ci ildə ilk iddiaçıların ataları İ.İddiaçı1 vəfat etmişdir. Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından etibarən obyektin fəaliyyəti dayandırılmışdır. Lakin 2021-ci ilin fevral ayında ilk iddiaçılara obyekdən Cavabdeh1 istifadə etməsi məlum olmuşdur. Cavabdeh obyekti iddiaçıların qardaşı olan Cavabdeh2 almasını bildirsə də, ona obyektin Cavabdeh2 heç bir aidiyyətinin olmadığı iddiaçılar tərəfindən izah olunmuşdur. Cavabdeh1 alqı-satqı müqaviləsinin surətinin ilk iddiaçılara verilməsi tələb olunsa da, bunun nəticəsi olmamışdır. Məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 Mecid oğlu arasında 09.12.2019-cu il tarixdə bağlanaraq 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasına və istifadəsində olan 0,05 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə razılığa gəlinmiş, həmin müqaviləyə əsasən, əmlakın qiyməti 200000 manat müəyyən edilsə də, sonradan həmin müqaviləyə 02.03.2020-ci il tarixdə bağlanan əlavə sazişə əsasən əmlakın qiyməti 140000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlanarkən hüquq müəyyənedici sənəd olaraq notariusa Cavabdeh2 adına saxtalaşdırılan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 30.04.2010-cu il tarixli 66 saylı səraəncamının surəti təqdim olunmuşdur. Lakin 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə dair Cavabdeh2 adına heç bir sənəd mövcud olmamışdır. Binəqədi rayon Binəqədi Bələdiyyəsi iddiaçılara məxsus sənədlərin Bələdiyədə olmadığını bildirsə də, Milli Arxivə göndərilən sorğulara əsasən iddiaçılara torpağın ayrılmasına, icarə müqavilələrinin bağlanmasına, sərəncamın verilməsinə dair bütün ilkin sənədlərin arxivdə saxlanması müəyyən olunmuşdur. İlk iddiaçılara qardaşıları olan Cavabdeh2 tərəfindən qeyri-yaşayış sahəsinin Cavabdeh1 satılması məlum olmamışdır. Əgər məlum olsaydı hər hansı bir sənədi saxtalaşdırmağa ehtiyac qalmazdı. Cavabdeh1 saxta sənəd əsasında ilkin alqı-satqı müqaviləsi bağladığından onun həmin müqavilənin predmetinə hər hansı bir hüququnun yaranması mümkün deyildir. Bu səbəbdən Cavabdeh1 iddiaçıların adına tərtib olunan sərəncamı mübahisələndirə bilməz, torpaq sahəsinə dair onunla müqavilə bağlanmasını tələb edə bilməz. Ona görə də Cavabdeh1 Mecid oğlu ilə Cavabdeh2 arasında 14 saylı notariat ofisində bağlanmış 09.12.2019-cu il tarixli ilkin alq-satqı müqaviləsinin və həmin müqaviləyə edilmiş 02.03.2020-ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsinə, Cavabdeh1 Mecid oğlunun mübahisə predmeti olan 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı1 və İddiaçı2 geri qaytarılmasına, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 izahatını təsdiq etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Mecid oğlunun vəkili və nümayəndəsi Vəkil2 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq olunmuş 09.12.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə və həmin müqaviləyə 02.03.2020-ci il tarixli əlavəyə əsasən Cavabdeh2 140000 manata Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasını və 0,05 ha torpaq sahəsini almış və hal-hazırda istifadəsindədir. Cavabdeh1 tərəfindən 50000 manat 09.12.2019-cu il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanan günü qalan məbləğ isə 02.03.2020-ci il tarixdə ilkin alqı-satqı müqaviləsinə əlavə bağlanan günü ödənilmişdir. İlk iddia ərizəsi üzrə iddiaçılar mübahisəli obyektin Cavabdeh1 Mecid oğluna satılmasından güya xəbərlərinin olmadığını bildirsələr də, onların qardaşı Cavabdeh2 dəfələrlə mübahisəli obyektin Cavabdeh1 satmasını qardaşlarının bilməsini, şəxsən onların razılığı ilə obyektin satılmasını, satışdan aldığı puldan onlara da verdiyini bildirmişdir. 2020-ci ilin oktyabr ayında İddiaçı1 başqa bir alqı-satqı müqaviləsi təqdim edərək obyektin Orxana deyil, ona məxsus olduğunu və başqa şəxsə satıldığını Cavabdeh1 demişdir. Bundan sonra məlum olmuşdur ki, mübahisəli obyekt X8 02.10.2020-ci ildə satılmış, lakin alıcı mübahisənin olmasını bilib müqavilədən imtina etmişdir. Artıq Ə.M.Mesdunovun müraciəti əsasında Cavabdeh2 və qeyriları barədə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanması üçün Bakı şəhər prokurorluğu qarşısında vəsatət qaldırılmış, Bakı şəhər prokurorluğu fakta görə cinayət işi qaldıraraq aidiyyəti üzrə Binəqədi RPİ İstintaq Şöbəsinə göndərmiş, Cavabdeh2 barəsində həbs qətimkan tədbiri seçilmiş və o, Bakı İstintaq Təcridxanasında saxlanılır. İlk iddia ərizəsi üzrə iddiaçılar İddiaçı1 və Cəlilov X11 rayonu Binəqədi Bələdiyyəsindən torpaq sahəsinin icarəyə götürülməsini və Uğur kafesini inşa etmələrini bildirsələr də torpaq icarə müqaviləsini məhkəməyə təqdim etməmişlər. Çünki belə bir müqavilə mövcud deyildir. Belə ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 09.08.2021-ci il tarixli BRB\587 saylı məktubunda Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxivində və vergi ödəyicilərinin X1 Binəqədi rayon Bələdiyyəsinin 26.09.2005-ci il tarixli 280 saylı və 14.04.2008-ci il tarixli 100 saylı qərarlarının mövcud olmadığı bildirilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 66 saylı 30.04.2010-cu il tarixli sərəncamına əsas olmuş torpağın icarəyə verilməsi barədə belə bir qərarları olmamış, bələdiyyənin arayışına əsasən həmin sərəncam tamamilə qeyri-qanuni və nəticə olaraq etibarsız hesab olunmalıdır. İddiaçıların təqdim etdikləri tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından müəyyən olunur ki, aktda ünvan olaraq Binəqədi rayonu 7ci mkr, X17 küçəsi qeyd olunmuşdur. Lakin mübahisəli obyektin ünvanı ünvan 2k iddiaçıların məhkəməyə təqdim etdikləri sərəncamın əsasında duran bələdiyyənin qərarları olmadığından Binəqədi RİH-nin 66 saylı 30.04.2010-cu il tarixli sərəncamı etibarsız hesab edilməlidir. Cavabdeh2la Cavabdeh1 arasında alqı-satqı rəsmi olaraq notarial qaydada təsdiq olunduğundan, Cavabdeh1 öz üzərinə düşən vəzifəni yerinə yetirdiyindən, vicdanlı alıcıdır. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 66 saylı 30.04.2010-ci il tarixli sərəncamının etibarsız hesab olunmasına, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsi olan Uğur kafesinin yerləşdiyi torpaq sahəsinə Cavabdeh1 ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X9 izahatında göstərmişdir ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən Bələdiyyənin 26.09.2005-ci il tarixli 280 saylı, 14.04.2008-ci il tarixli 100 saylı qərarlarının mövcud olub-olmaması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirərək qeyd edir ki, 09.08.2021-ci il tarixdə vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxivində və vergi ödəyicilərinin X1 Binəqədi rayon Bələdiyyəsinin 26.09.2005-ci il tarixli 280 saylı 14.04.2008-ci il tarixli 100 saylı qərarlarının mövcudluğu müəyyən edilməmişdir. Bundan sonra 13.09.2021-ci il tarixdə vətəndaşlar İddiaçı2 və Cəlilov X6 müraciət edərək, sözü gedən qərarların arxivdə mövcud olması barədə arayışın verilməsini xahiş etmişlər. Bələdiyyə tərəfindən bir daha onlara həmin qərarların Bələdiyyənin arxivində və vergi ödəyicilərinin qeydiyyat sistemində mövcud olmadığı həmin şəxslərin nəzərinə çatdırılmışdır. Lakin onlar tərəfindən həmin qərarların surətləri və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Baki filialının məktubunun surəti Bələdiyyəyə təqdim edilmişdir. Bunu nəzərə alaraq həmin qərarlar Bələdiyyənin arxivində ilkin qeydiyyata alınmış və vətəndaşlara müvafiq arayışlar verilmişdir. 13.09.2021-ci il tarixədək, yəni həmin vətəndaşlar tərəfindən qərarların surətləri Bələdiyyəyə təqdim edilənədək 26.09.2005-ci il tarixli 280 saylı, 14.04.2008-ci il tarixli 100 saylı qərarlar Bələdiyyənin arxiv şöbəsində və vergi ödəyicilərinin qeydiyyat sistemində mövcud olmamışdır. Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, Cavabdeh2 məhkəmə iclasında iştirak etmək istəyini məhkəməyə bildirməmiş, məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1.-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2.-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3.-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4.-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5.-cü maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26.09.2005-ci il tarixli 280 saylı qərarının surətindən müəyyən olunur ki, Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan 7 mkr, Xarici Dairəvi küçəsi 22 saylı binanın arxasında istifadə etdiyi qarajın altındakı 24 m2 torpaq sahəsi İddiaçı2 icarəsinə verilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 22.09.2005-ci il tarixli 289 saylı müqavilədən müəyyən olunur ki, icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qaraj tikintisi üçün ayrılan 24 m2 torpaq sahəsini icarəçi İddiaçı2 26.09.2005-ci il tarixdən 2025-ci ilin sentyabr ayınadək icarəyə vermişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 14.04.2008-ci il tarixli 100 saylı qərarından müəyyən olunur ki, Binəqədi rayonu 7-ci mkr, 22 saylı yaşayış binasının arxasında qaraj tikintisi üçün 18 m2 bələdiyyəyə məxsus torpaq sahəsi əlavə edilmiş cizgi əsasında İddiaçı1 icarəsinə verilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində tikiləcək qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 14.04.2008-ci il tarixli 496 saylı müqavilədən müəyyən olunur ki, icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qaraj tikintisi üçün ayrılan 18 m2 torpaq sahəsini icarəçi İddiaçı1 11.04.2008-ci il tarixdən 11.04.2049-cu il tarixədək icarəyə vermişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 30.04.2010-cu il tarixli 66 saylı sərəncamından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi RİH-nə vətəndaşlar İddiaçı1, İddiaçı2 və X3 inşa olunmuş qeyri-yaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına dair müraciətləri əsasında 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən və vətəndaşlar İddiaçı1 (18 m2), İddiaçı2 (24 m2) və X5 (24 m2) ayrılmış torpaq sahələrində (qərar № -100,14.04.08; №-280, 26.09.05; sərəncam № 1692,03.11.00) təqdim edilən layihə əsasında inşa olunmuş qeyri-yaşayış sahəsinin (İ mərt; 2 yeməkx.- 64,8 m2, 47,3 m2, 2 mərt. 6,5 m2, 15,4 m2, dəhl.-7,4 m2, s\q-2,9 m2, mans: dəhl. 12,4 m2, zal 50,9 m2) mövcud vəziyyətdə rəsmiləşdirilməsi qərara alınmışdır. Satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 Mecid oğlu arasında 09.12.2019-cu il tarixdə bağlanaraq 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, bu müqavilə üzrə tərəflərin ödləlikləri Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasına və istifadəsində olan 0,05 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən ibarətdir. Müqavilənin 2.1-ci bəndindən müəyyən olunur ki, tərəflər bu müqavilənin predmeti olan əmlakın qiymətini 200000 manat müəyyən etmişlər. Müqavilənin 2.2.-ci bəndindən müəyyən olunur ki, tərəflər arasında əmlak ilə hesablaşma qaydasına əsasən alıcı əmlakın 50000 manatını satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş, alıcı qalan pul məbləğini, yəni 150000 manatı isə satıcıya 03.03.2019-cu il tarixədək əsas alqı-satqı zamanı ödəməyi öhdəsinə götürmüşdür. (14 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim olunan müqavilənin surətində 03.03.2020-ci il tarixə düzəliş edilmişdir) Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasına və istifadəsində olan 0,05 ha torpaq sahəsini 09.03.2019-cu il tarxinədək alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. (14 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim olunan müqavilənin surətində 09.03.2020-ci il tarixə düzəliş edilmişdir) Müqavilənin 3.2-ci bəndindən müəyyən olunur ki, alıcı qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu, sənədləşdirməni, həmçinin 03.03.2019-cu il tarixədək əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. (14 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim olunan müqavilənin surətində 03.03.2020-ci il tarixə düzəliş edilmişdir) Məhkəməyə Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim olunan satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 Mecid oğlu arasında bağlanmış 09.12.2019-cu il tarixli 3M-2996 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi ilə bağlı notariat işində olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 30.04.2010-cu il tarixli 66 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri Binəqədi RİH-nə vətəndaş Cavabdeh2 inşa olunmuş qeyri-yaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına dair müraciəti əsasında 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən və vətəndaş Cavabdeh2 (66 m2) ayrılmış torpaq sahəsində təqdim edilən layihə əsasında inşa olunmuş qeyriyaşayış sahəsi (İ mərt; 2 yeməkx.- 64,8 m2, 47,3 m2, 2 mərt. 6,5 m2, 15,4 m2, dəhl.-7,4 m2, s\q-2,9 m2, mans: dəhl. 12,4 m2, zal 50,9 m2) onun adına mövcud vəziyyətdə rəsmiləşdirilməsi qərara alınmışdır. Satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 Mecid oğlu arasında bağlanmış 09.12.2019-cu il tarixli 3M-2996 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə 02.03.2020-ci il tarixdə bağlanmaqla 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq olunmuş əlavə sazişdən müəyyən olunur ki, tərəflər Bakı şəhəri 14 saylı notariat ofisində 09.12.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasına və istifadəsində olan 0,05 ha torpaq sahəsinə dair bağlanmış qeydiyyatı 3M\2996 nömrə ilə aparılmış ilkin alqı-satqı müqaviləsinin 2.1-ci bəndinin aşağıdakı redaksiyada verilməsi barədə razılığa gəlmişlər: 2.1. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 140000 manat məbləğində müəyyən olunmuşdur. 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-nin 5 saylı şöbəsinə ünvanladığı 09.12.2019-cu il tarixli 2077 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 Mecid olğunun notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 50000 manatın müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. Muğanbank ASC-nin 09.12.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-də olan depozit hesabına Cavabdeh1 Mecid olğu tərəfindən alqı-satqı müqaviləsinə əsasən 50000 manat köçürülmüşdür. 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-nin 5 saylı şöbəsinə ünvanladığı 19.12.2019-cu il tarixli 2135 saylı məktubundan müəyyən olunur ki, X4 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olduğu 50000 manatın müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. Muğanbank ASC-nin 19.12.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-də olan depozit hesabına X10 tərəfindən 2135 saylı 19.12.2019-ci il tarixli məktuba və alqı-satqı müqaviləsinə əsasən 50000 manat köçürülmüşdür. 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-nin 5 saylı şöbəsinə ünvanladığı 02.03.2020-ci il tarixli 429 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 Mecid olğunun notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 40000 manatın müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. Muğanbank ASC-nin 02.03.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-də olan depozit hesabına Cavabdeh1 Mecid olğu tərəfindən alqı-satqı müqaviləsinə əsasən 40000 manat köçürülmüşdür. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 09.08.2021-ci il BRB\587 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxivində və vergi ödəyicilərinin X1 Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26.09.2005-ci il tarixli 280 saylı və 14.04.2008-ci il tarixli 100 saylı qərarlarının mövcudluğu müəyyən olunmamışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10.09.2021-ci il BRB\679-2 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 66 saylı 30.04.2010-cu il tarixli qərarı ilə Binəqədi rayonu X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən 24 m2 torpaq sahəsi X2 istifadəsində olmaqla Bələdiyyənin arxivində qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13.09.2021-ci il BRB\679 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 66 saylı 30.04.2010-cu il tarixli qərarı ilə Binəqədi rayonu X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən 24 m2 torpaq sahəsi X3 istifadəsində olmaqla Bələdiyyənin arxivində qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13.09.2021-ci il BRB\C-21 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 100 saylı 14.04.2008-ci il tarixli qərarı ilə Binəqədi rayonu X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən 18 m2 torpaq sahəsi İddiaçı1 istifadəsində olmaqla Bələdiyyənin arxivində qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13.09.2021-ci il BRB\679-1 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 280 saylı 26.09.2005-ci il tarixli qərarı ilə Binəqədi rayonu X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən 24 m2 torpaq sahəsi İddiaçı2 istifadəsində olmaqla Bələdiyyənin arxivində qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08.09.2021-ci il tarixli BA- 04134-2021 saylı məktubundan müəyyən olunur ki, Binəqədi RİH-nin arxiv fondu üzrə 30.04.2010-cu il tarixli 66 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 07.09.2021-ci il tarixli BA- 04096-2021 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 26.09.2005-ci il tarixli 280 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 qaradaşları İddiaçı1, İddiaçı2 və mərhum atası İ.İddiaçı1 barəsində qəbul edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 30.04.2010-cu il tarixli 66 saylı sərəncamının öz adına hazırlanmış nüxsəsini ilk iddia ərizəsi üzrə cavabdeh, qaşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 və 14 saylı notariat ofisinə təqdim edərək Cavabdeh1 ilə 09.12.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasına və istifadəsində olan 0,05 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdiriləcəyinə dair ilk müqavilə bağlamışdır. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qaşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 ilk iddiaçıların torpaq və qeyri-yaşayış sahəsi ilə bağlı hüquq müəyyənedici ilkin sənədlərinin olmadığını iddia etsə də, məhkəmə araşdırması zamanı belə sənədlərin mövcud olması və Dövlət Arxivinin Bakı Filialında saxlanması öz təsdiqini tapmışdır. Əksinə nümayəndə Q.İ.Cəlilovun adına tərtib olunan sərəncamın mötəbərliyi ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1.-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2.-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3.-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5.-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 339.6.-cü maddəsinə əsasən Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Yoxlanılan satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 Mecid oğlu arasında 09.12.2019-cu il tarixdə bağlanaraq 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər ilk müqavilə deyil, faktiki olaraq alqı-satqı müqaviləsi bağlamış, satıcı hələ alqı-satqı müqaviləsi bağlanmadan qeyriyaşayış sahəsini alıcıya təhvil vermiş, alıcı isə həmin daşınmaz əmlakın dəyəri olan 140000 manatı satıcıya ödəmişdir. Baxmayaraq ki, mülki qanunvericiliyə əsasən ilk müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürməli, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyən etməlidirlər. Bu halda bir daha həmin müqavilənin aldatma olmadan bağlana bilinməyəcəyini təsdiq edir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).” Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, 09.12.2019-cu il tarixli 3M-2996 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin bağlanmasında zərərçəkən ilk iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, 09.12.2019-cu il tarixli 3M-2996 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi və həmin müqaviləyə 02.03.2020-ci il tarixdə bağlanmış əlavə saziş etibarsız olduğundan Cavabdeh2 Cavabdeh1 aldığı 140000 manatı geri qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5.-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 etibarsız əqd üzrə qeyri-yaşayış sahəsinə və ya onun yerləşdiyi torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından onun ilk iddiaçılara qarşı inzibati orqanın qəbul etdiyi inzibati aktın etibarsız hesab edilməsi, Bələdiyyə aid torpaq sahəsinə dair özü ilə icarə müqaviləsinin bağlanmasını tələb edən qeyri-ciddi iddia tələbləri irəli sürməyə belə subyektiv hüququ yoxdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi təmin edilsin. Cavabdeh1 Mecid oğlu ilə Cavabdeh2 arasında 14 saylı notariat ofisində bağlanmış 09.12.2019-cu il tarixli 3M-2996 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi və həmin müqaviləyə 02.03.2020-ci il tarixli əlavə saziş etibarsız hesab edilsin. Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon, X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı1 və İddiaçı2 təhvil verilsin. Cavabdeh2 140000 manat Cavabdeh1 Mecid oğlunun xeyrinə tutulsun. Cavabdeh1 Mecid oğlunun İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 66 saylı 30.04.2010-ci il tarixli sərəncamının etibarsız hesab olunmasına, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsi olan Uğur kafesinin yerləşdiyi torpaq sahəsinə onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar