Məhkəmə qərarları › İş №2(001)-3336/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3336/2022

08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3336/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1, "xxxx" zavoduna və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «orderin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, "xxxx" zavoduna və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş 07 oktyabr 1992-ci il tarixli, 643 saylı orderin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 şifahi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi 21 aprel 2022-ci il tarixdə, yəni hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən daha öncəki tarixdə məhkəmənin icraatına qəbul edilmiş, 2(001)-3210/2022 saylı sıra nömrəsi ilə qeydiyyata alınmışdır. Buna görə də, hazıki iş həmin mülki işlə birləşdirilməli, eyni icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. - 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. - 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qeyd edilən iddia ərizələri üzrə icraatın birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Hazırki halda hesab edirəm ki, hazırki mülki iş məhkəmənin icraatına daha öncə daxil olmuş, Cavabdeh1 İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(001)-3210/2022 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, "xxxx" zavoduna və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «orderin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə 2(001)-3336/2022 sıra nömrəsi ilə qeydiyyata alınmış mülki iş məhkəmənin icraatında olan 2(001)-3210/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar