Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3346/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz E220” markalı **-MX-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə edilmiş 700 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Volkswagen Touareg” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx xxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə saat 16:57 radələrində idarə etdiyi “Volkswagen Touareg” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri Səbail rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E220” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuş və hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Səbail RPİ-də araşdırılma aparılmış, hadisəni törədən Cavabdeh barəsində İXM-nin 327.1. və 327.6-cı maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında xx xxxxxx 2018-ci il tarixli protokol tərtib edilmiş və TP ******* nömrəli xx xxxxxx 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimələnmişdir. Tərəflərindən “Mercedes Benz E220” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş maddi ziyan 700 manat məbləğində müəyyən edilərək,həmin məbləğdə pul avtomobilin sahibinə ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X1 Şəhadətnaməsinin surətindən görünür ki, **-LA-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareg” minik markalı nəqliyyat vasitəsinin sahibi Cavabdehdır; xx xxxxxx 2018-ci il tarixli, Bakı şəhərində 40 saylı Notariat Kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, ünvan 2 ünvanında qeydiyyatda olan X2 həmin etibarnamə ilə onu, Polis, Prokurorluq, İstintaq və təhqiqat orqanlarında, digər hüquq mühafizə orqanlarında, notariat ofisində, AR DİN BDYPİ QŞİ-də, Səbail rayon DYPİ-də, fiziki və hüquqi şəxslər qarşısında, sığorta şirkətlərində təmsil etməyi, sənədləri təqdim etməyi və götürməyi, ona çatası sığorta ödənişini almağı, barışıq sazişi imzalamağı, ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi X2 etibar etmişdir. Etibarnamə başqa şəxsə verilə bilər və xx xxxxxx 2019-cu il tarixədək qüvvədədir; Bakı şəhəri Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh “Volkswagen Touareg” minik markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 hallarına yol vermiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1. və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixində, saat 16:00-da Zərifə Əliyeva küçəsi ərazisində “Volkswagen Touareg” minik markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsunun yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1. və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir; xx xxxxxx 2018-ci il tarixində izahatı alınmış Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, qızı, Cavabdeh xx xxxxxx 2018-ci il tarixində saat təxminən 16:57 radələrində qızına məxsus “Volkswagen Touareg” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobilə Z.Əliyeva küçəsində hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə hərəkət edən “Mercedes Benz E220” markalı **-MX-*** dövlət nömrə nişanlı avtomobilə düzgün ara məsafəsi saxlamadığı üçün yol nəqliyyat hadisəsi törətmişdir və hadisədən sonra hərəkətini davam etdirib, hadisə yerindən yayınmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Avtomobillərə maddi ziyan dəymişdir; xx xxxxxx 2018-ci il tarixində izahatı alınmış X6 izahatında bildirmişdir ki, qızı, xx xxxxxx 2018-ci il tarixində saat təxminən 16:57 radələrində ona məxsus idarə etdiyi “Mercedes Benz E220” markalı, **-MX-*** dövlət nömrə nişanlı avtomobilə Z.Əliyeva küçəsindən R.Behbdov küçəsi istiqamətinə hərəkət edirdi, qarşıda piyada zolağı olduğu üçün qarşısındakı avtomobil piyadaçıya yol vermək üçün saxlamış və bu zaman oda avtomobili saxlamışdır. Arxadan onunla eyni istiqamətdə hərəkət edən “Volkswagen Touareg” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobil ara məsafəsini düzgün saxlamadığı üçün onun idarə etdiyi avtomobilin arxa bamperindəm və baqajından vuraraq nəticədə zərbə təsirindən qabaqda dayanmış avtomobilə toqquşmuşdur, qabaq bufer və kapotun setkası və farasına maddi ziyan vuraraq hərəkətini davam etdirmiş və hərəkət yerindən yayınmışdır. Hadisə zamanı onun avtomobilində bədən xəsarəti alan olmamışdır; xx xxxxxx 2019-ci il tarixli 4638/CML-4324/2018 saylı sığorta aktından görünür ki, “Volkswagen Touareg” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının başlanma tarixi xx xxxx 2018-ci il, qurtarma tarixi xx xxxx 2019-cu ildir, xx xxxxxx 2018-ci il tarixdə Səbail rayon ərazisində baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz E220” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 700 manatdır. Sığorta hadisəsi nəticəsində “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 əmlaka dəymiş zərərə görə 700 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir. ; Dəymiş zərərin hesabatından görünür ki, “Mercedes Benz E220” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 700 manatdır; “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanan xx xxxxxx 2019-cu il tarixli subroqasiya hüququ ilə əlaqədar məktubun surətindən görünür ki, ondan xx xxxxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi qismində tərəflərindən ödənilmiş 700 manat məbləği sorğunun daxil olduğu tarixdən 15 gün təqvim günü ərzində subroqasiya hüququna əsasən “xxxx” ASC-nin hesabına ödənilməsini, göstərilən məbləğin ödənilmədiyi təqdirdə isə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı barədə xəbərdar edilmişdir; xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, “xxxx” ASC tərəfindən X4 hesabına 700 manat məbləğində vəsait köçürülmüşdür; xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi, cavabdeh ona məxsus “Volkswagen Touareg” minik markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2018-ci il tarixində yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində X5 məxsus “Mercedes Benz E220” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “Mercedes Benz E220” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 700 manat məbləğində zərər dəymiş və həmin zərər cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış iddiaçı tərəfindən avtomobilin sahibi X5 ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 700 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3346/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3346/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver