Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3350/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən göründüyü kimi, İddiaçı 16.07.2021-ci il tarixdə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(001)-5918/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və qərardad onunla əsaslandırılmışdır ki, “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır, "xxxx" MMC barədə isə “AZEMİS” Məhkəmə İdarəetmə Sistemində hər hansı məlumat yoxdur. İddiaçı belə adda hüquqi şəxsin mövcudluğunu və hüquqi şəxsin hüquqi ünvanının Bakı şəhərinin Binəqədi rayonuna aid olmasını təsdiq edən hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Həmin qərardad iddiaçı tərəfindən mübahisələndirilməmiş və 25.11.2021-ci il tarixdə İddiaçı yenidən cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli, 2(001)-8941/2021 saylı qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış və qərardad aşağıdakılarla əsaslandırılmışdır: “ ... “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır, "xxxx" MMC barədə isə “AZEMİS” Məhkəmə İdarəetmə Sistemində hər hansı məlumat yoxdur. İddiaçı belə adda hüquqi şəxsin mövcudluğunu və hüquqi şəxsin hüquqi ünvanının Bakı şəhərinin Binəqədi rayonuna aid olmasını təsdiq edən hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən (dəyişikliklər 01.10.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir), ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... ... Eyni zamanda iddia ərizəsinə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddia ərizəsinə X1 tərəfindən edilmiş “Kapital Bank” xidmətinin nağd ödənişi” təyinatlı ödəniş qəbzinin surəti əlavə edilmiş və həmin qəbzin surətinin hazırkı işə nə aidiyyəti olduğu iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünmür”. Həmin qərardad da iddiaçı tərəfindən mübahisələndirilməmiş və 22.04.2022-ci il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək, Rusiya Federasiyasının vətəndaşı olması, hal-hazırda işsiz olan X2 ilə nikahda olması və əvvəlki nikahından 13.01.2008-ci il təvəllüdlü övladının olmasına istinad edərək, məhkəmədən ona dövlət rüsumu və yarana biləcək digər məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etmişdir. Hesab edirəm ki, həmin ərizənin təmin edilməsi üçün hal-hazırda qanuni əsas mövcud deyil. Belə ki, əvvəl Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində “tərəflərin əmlak vəziyyətindən asılı olaraq məhkəmə tərəflərdən birinə və ya hər ikisinə məhkəmə xərclərini ödəməyə möhlət verə, hissə-hissə ödətdirə və ya həmin xərclərin məbləğini azalda bilər” müddəası mövcud olsa da, 30 aprel 2004-cü il tarixli 643-İİQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 7, maddə 505) ilə 111-ci maddə Mülki Prosessual Məcəllədən çıxarılmışdır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçıya məhkəməyə öz doğma dilində müraciət etmək imkanı yaradılsa da, yaşadığı dövlətin dilini bilməməsi onu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etmək vəzifəsindən azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3350/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3350/2022
25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver