Məhkəmə qərarları › İş №2(001)-3354/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3354/2023

17.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3354/2023 17.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “valideynlərinin vəfatından sonra qalan miras əmlakı mənzili birinci növbəli vərəsə hüququ əsasında faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının payının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “valideynlərinin vəfatından sonra qalan miras əmlakı mənzili birinci növbəli vərəsə hüququ əsasında faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının payının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.1968-ci il tarixli Müqavilə əsasında X11na məxsus olan və valideynlərinin vəfatından sonra ona və bacısı Cavabdeh miras qalan ünvan 1 ünvanında yerləşən mənzili birinci növbəli vərəsə kimi faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının paylarının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun tanınması və miras əmlakdan ona çatan ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1968ci il tarixli Müqavilə əsasında X11na məxsusdur. Həmin mənzildə ailə üzvləri-X11, X5,o, qardaşı X6 və bacısı Məhərrəmova (Qasımova) Şaman Qasım qızı yaşamışlar. Yaşadıqları bu mənzil 1968-ci ildən etibarən təxminən 55 ildir ki, ailələrinin qanuni istifadəsində və sahibliyindədir. X11 07 mart 1983-cü ildə həmin mənzildə vəfa etmişdir. Lakin X11 1968-ci ildən etibarən yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzil dövlət qeydiyyatından keçirməyə macal tapmamış vəfat etmişdir. X1 02 oktyabr 2011-ci il tarixdə vəfat etmişdir. Qardaşı heç vaxt evlənməmişdir, uşağı olmamışdır. X5 isə 05 aprel 2012-ci ildə vəfat etmişdir. Atasının, anasının və qardaşının vəfatından sonra ünvan 1 ünvanında yerləşən mənzil, bir həyət evi və qaraj ona və bacısı Cavabdeh miras qalmışdır. Valideynlərinin vəfatından sonra o və bacısı Məhərrəmova (Şaman) Qasım qızı valideynlərindən onlara miras qalan ünvan 1 ünvanında yerləşən mənzil, bir həyət evi və qaraj ona və bacısı Cavabdeh miras qalmışdır. Valideynlərinin vəfatından sonra o və bacısı Cavabdeh valideynlərindən onlara miras qalan ünvan 1 ünvanında yerləşən mənzili, mənzilin yaxınlığındakı bağ sahəsini, bağ sahəsindəki tikililəri,qarajı miras əmlakı faktiki olaraq onunla bacısı qəbul etmişlər və miras əmlaka sahiblik etmişlər. Bundan başqa o anasından miras qalan 1 (bir ədəd) təkqaş qızıl üzüyü, 2(iki) ədəd İran xalçası, 1(bir) ədəd qızıl saat, 1(bir) ədəd qızıl sep, 1(bir) komplekt üzük və sırğa, 1(bir) ədəd Rusiya istehsalı olan qızıl kardinaı sep, qaz peçi, qədimi mis qablar, samovar, 1 (bir) ədəd Rusiya istehsalı olan tikiş maşını miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bacısı isə digər qızıl-zinət əşyalarını və s. miras əmlakı qəbul etmişdir. Belə ki, onların binasında və ətrafda yaşayan qonşuların tərtib etdikləri aktdan da müəyyən edilir ki, anaları X15 2012-ci ildə vəfat edəndən sonra anasından miras qalan ünvan 1 ünvanında yerləşən mənzili, həmin mənzilin yerləşdiyi binanın yaxınlığında yerləşən bağ sahəsini və həmin bağ sahəsindəki tikililəri, qarajı və s. miras əmlakları o, vərəsə kimi faktiki olaraq qəbul etmiş, birinci növbəli vərəsəsi olaraq anasından qalan miras əmlakı faktiki qəbul etdiyini nümayiş etdirmiş, məhəllədə hamı onu X11nun, qardaşı X3 və X5nın birinci növbəli vərəsəsi kimi tanıyırlar. Onu da qeyd edir ki, anasının vəfatından sonra miras qalan ünvan 1 ünvanında yerləşən mənzilə dair müqavilə naməlum şəraitdə yoxa çıxmışdır, uzun müddətdir ki, o, çalışır ki, miras qalan mənzilin sənədlərini bərpa etdirə, hətta vəkil tutmuş, vəkil tərəfindən dövlətin aidiyyəti orqanlarına sorğular verilmişdir ki, valideynlərindən qalan miras mənzilin sənədlərini əldə edib vərəsəlik hüquqlarını rəsmiləşdirsinlər, lakin bu günə qədər müsbət nəticə əldə olunmayıb, mənzilin sənədlərini bərpa etmək mümkün olmamışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, valideynlərindən onlara miras qalan ünvan 1 ünvanında yerləşən mənzilə dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı yaşadıqları ərazi üzrə notariusa müraciət etmiş, lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat Ofisi 12 aprel 2023-cü il tarixli, 96 nömrəli cavab məktubu ilə valideynlərindən miras qalan mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmamasını əsas gətirərək ona vərəsəlik şəhadətnaməsi verilməsinin imkan xaricində olmasını qeyd etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiklərini və idda ərizəsinin əsassız və məzmununun həqiqəti əks etdirmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 oğlu iddia tələbini qəbul etmədiyini və mübahisə predmeti olan mənzilin iddiaçı və cavabdehin valideynlərinin adına olmadığından iddia tələbinin əsassız olduğunu bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İ-ИЕ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 X11, anası isə X8r. İV-ЖГ seriyalı 345909 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 ilə X25 arasında rəsmi nikah 30 yanvar 1987-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 140 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əzizova” soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli 3-116-5/8-16-419/23 №-li Arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X31 xx xxxxxxx 1956-cı ildə anadan olmuşur. Bu barədə 13 dekabr 1958-ci il tarixdə Binəqədi rayon QŞ-də 131 №-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X11, anası X8r. AZ-İİ seriyalı 273232 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X33 xx.xx.1983-cü ildə Bakı şəhərində kəskin ürək-damar çatışmamazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 197 № ilə qeyd edilmişdir. AZ-İ seriyalı 974797 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə Bakı şəhərində kəskin ürək çatışmamazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1064 № ilə qeyd edilmişdir. AZ-İ seriyalı 974796 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.2012-ci ildə Bakı şəhərində ağciyər ödemi səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 360 № ilə qeyd edilmişdir. 2 saylı Xüsusi təyinatlı mənzil-kommunal təsərrüfatı birliyi 113 saylı mənzilkommunal istismar sahəsinin 29 iyul 2022-ci il tarixli 21 №-li məlumatından və ona əlavə edilmiş şəxsi hesab vərəqələrindən görünür ki, 113 saylı MKİD-in xidmət ərazisində yerləşən ünvan 1 ünvanı şəxsi hesab vərəqəsində olan məlumata görə xx.xx.1968-ci ildə verilmiş müqaviləyə əsasən X23 adınadır. Deyilənə görə X33 vəfat etmişdir, lakin onlara heç bir təsdiq sənədi və Ölüm şəhadətnaməsi təqdim olunmayıb. Həyat yoldaşı X22 xx.xx.1966-cı ildən qeydiyyatda olmuş xx.xx.2012-ci il tarixli AZ-ı № 529551 seriyalı Ölüm şəhadətnaməsinə əsasən vəfat etmiş və xx.xx.2012-ci ildə qeydiyyatdan çıxarılmışdır.X2 xx.xx.1979-cu ildə qeydiyyata düşmüş, xx.xx.2011-ci ildə AZ-İ № 974797 seriyalı ölüm şəhadətnaməsinə əsasən vəfat etmiş və xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Qızı xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh xx.xx.2017-ci ildən həmin mənzildə papsort qeydiyyatına düşmüşdür. Vətəndaşa dəfələrlə müraciətlərinə baxmayaraq 113 saylı MKİS-nə heç bir sənəd təqdim etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********65 №-li qeyd olunan fiziki şəxsə və ünvana dair müvafiq məlumatların verilməsi barədə məktubdan görünür ki, ünvan 2 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. "xxxx" QSC Yük Daşımaları Departamentinin X14 Komitəsinin 09 yanvar 2023-cü il tarixli 01 №-li məktubundan görünür ki, X28 aid heç bir sənəd tapılmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 11 yanvar 2023-cü il tarixli 3-48-2F/2-2F-00112-2023 saylı məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının sərəncamlarına və ya qərarlarına uyğun saxlanılır. Ünvanlara,ad və soyadlara əsasən Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək mümkün deyildir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-1/2- 416/2023 №-li məktubdan görünür ki, X16 miras qalan əmlaka dair heç bir məlumat tapılmamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-1/2- 3621/2023 №-li məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında deyildir. Sözügedən mənzilin X28 verilməsini təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd ADY-nin arxivində aşkar edilməmişdir. 26 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X17, ünvan 4 ünvanında yaşayan X30, ünvan 5 ünvanında yaşayan X32, ünvan 6 ünvanında yaşayan X26, ünvan 7 ünvanında yaşayan X21 və Bakı şəhəri, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, ev № 22 ünvanında yaşayan Kahraman Tatyananın iştirakı ilə tərtib edilmiş Aktdan görünür ki, onlarla qonşuluqda, yəni Bakı şəhəri, ünvan 8 ünvanında yaşayan mərhumə X13 və ailə üzvlərini çoxdan tanıyırlar. X23 və onun həyat yoldaşı X9 birgə nikahlarından Əzizova(Qasımova) Natavan Qasım qızı, X7 və Məhərrəmova (Qasımova) Şaman Qasım qızı adlı 3 övladları olmuşdur. Bildiklərinə görə onun əri X33 çoxdan vəfat etmişdir. X22 ərindən miras qalan həmin mənzildə, yəni Bakı şəhəri, ünvan 9 ünvanında övladları ilə birlikdə yaşamışdır. Sonradan qızları Əzizova(Qasımova) Natavan Qasım qızı və Məhərrəmova (Qasımova) Şaman Qasım qızı ərə gedib başqa ünvanda yaşamışlar. Həmin evdə X22 və X7 yaşamağa davam etmişlər. Onu da bildirirlər ki, X7 ailə qurmamışdır, onun övladı olmamışdır. X7 təxminən 2011-ci ilin oktyabr ayında vəfat etmişdir. X4 vəfatından sonra bacısı İddiaçı qohumları ilə birlikdə onu Binəqədi rayonu Bİləcəri qəbiristanlığında dəfn etmişdir, Bakı şəhəri, ünvan 8 ünvanında yaşayan və vəfat edən anasının 3,70, 40 mərasimlərini, cümə axşamlarını Natavan Qasımova təşkil edib vermişdir. Bununla da Natavan Qasımova anasının vəfatından sonra ondan miras qalan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili, həmin mənzilin yerləşdiyi binanın yaxınlığında yerləşən bağ sahəsini və həmin bağ sahəsindəki tikililəri, qarajı və s. miras əmlakları o, vərəsə kimi faktiki olaraq qəbul etməsini nümayiş etdirmiş, həmin miras əmlakları idarə etmiş, mirasa nəzarət etmişdir. Onlar İddiaçı mərhum X5nın vərəsəsi kimi tanıyırlar. Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 96 №-li məktubdan görünür ki, İddiaçı xx.xx.2012-ci ildə vəfat etmiş anaları X9 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinə baxılmışdır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 107-ci bəndinə əsasən “miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir” və buna əsaslanaraq mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması, Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən, qanun üzrə müəyyən olunmuş müddətin ötürülməsi və qohumluq münasibətini təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə işin halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanı xx.xx.1968-ci ildə verilmiş müqaviləyə əsasən tərəflərin X11nun istifadəsinə və sahibliyinə verilmiş, lakin onun həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. X33 xx.xx.1983-cü ildə, onun həyat yoldaşı, tərəflərin X5 isə xx.xx.2012-ci ildə ölmüşdür. Hal-hazırda iddiaçı valideynlərinin vərəsəsi qismində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 43 ünvanında yerləşən 8 saylı mənzilə faktiki olaraq sahibliyə və istifadə etdiyini bildirərək, valideynlərinin vəfatından sonra qalan miras əmlakı olan mənzili birinci növbəli vərəsə hüququ əsasında faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının payının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, hal-hazırda iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 43 ünvanında yerləşən 8 saylı mənzilə dair valideynlərinin vərəsəsi qismində pay hüququnun tanınmasını tələb etmiş olsa da, həmin əmlakın valideynlərinin mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən, miras əmlaka miras qoyanın mülkiyyət hüququ dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmış daşınmaz əmlak daxil edilə bilər. Bu isə onu göstərir ki, İddiaçı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “valideynlərinin vəfatından sonra qalan miras əmlakı mənzili birinci növbəli vərəsə hüququ əsasında faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının payının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “valideynlərinin vəfatından sonra qalan miras əmlakı mənzili birinci növbəli vərəsə hüququ əsasında faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının payının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar