Məhkəmə qərarları › İş №2(001)-3360/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3360/2023

03.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3360/2023 03.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X3 qarşı nisyə alqı-satqı müqaviləsi üzrə 3500 manat, dövlət rüsumuna görə 55 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X3 qarşı nisyə alqı-satqı müqaviləsi üzrə 3500 manat, dövlət rüsumuna görə 55 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı geyim əşyalarının alqı-satqısı ilə məşğul olur, cavabdeh X4 bir müddətdir ki, tanıyır. Tərəflər arasında bir neçə dəfə alqı-satqı münasibətləri olmuş, cavabdeh iddiaçıdan 2021-ci ilin oktyabrı ayından geyim əşyaları və aksesuarlar almış, mart ayında müəyyən ödənişlər etmiş, qalıq borcunu isə 1-2 aya ödəyəcəyini demişdir. Lakin yalan vədlər verə-verə cavabdeh bu günə qədər iddiaçıya 3500 manat borcunu qaytarmamışdır. İddiaçı cavabdehin ona yalan vədlər verməsini başa düşüb Binəqədi RPİ-nin 5-ci PB-nə şikayət etmiş, cavabdeh polis şöbəsinə çağıralaraq izahatı alınmış və cavabdeh izahatında iddiaçıya 3500 manat borcu olmasını etiraf etmişdir. Binəqdi RPİ-nin 5-ci PB xx.xx.2023-cü il tarixli, 46-2/2 Q-5952 saylı məktubu ilə iddiaçıya ərizəsində qeyd etdiyi xüsusatların mülki xarakterli olması bildirilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də cavabdeh X1 İddiaçı xeyrinə borca görə 3500 manatın, dövlət rüsumuna görə 55 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olundur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) X2 Binəqədi RPİ-nin 5-ci PB-nin rəisi E.İsayevə, İddiaçı şikayət ərizəsi ilə bağlı verdiyi xx.xx.2023-cü il tarixli izahatından müəyyən olunur ki, o, İddiaçı 10 ilə yaxın tanıdığını, ötən ilin oktyabr ayında Gülsümdən nisyə mal almasını, aldığı malların bir hissəsinin dəyərini ödəməsini, təqribən 3500 manat borcunun qalmasını, həmin məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan nisyə aldığı malların dəyərini ödəmədiyindən iddiaçıya 3500 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X1 nisyə alqı-satqı müqaviləsi üzrə 3500 manat, dövlət rüsumuna görə 55 manat olmaqla cəmi 3555 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar