Məhkəmə qərarları › İş №2(001)-3362/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3362/2022

29.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3362/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı Bakı şəhəri 20 saylı notariat ofisinin 2575 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun Cavabdeh İddiaçı qarşı 48478 manat əsas borcun qaytarılmasını 3 il 4 ay gecikdirməsinə görə illik 5% olaraq hesablanmış 8079,3 manat faiz məbləğinin, dövlət rüsumuna görə 261 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X8 cəlb edilməklə) Bakı şəhəri 20 saylı notariat ofisinin 2575 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8 cavabdeh İddiaçı qarşı 48478 manat əsas borcun qaytarılmasını 3 il 4 ay gecikdirməsinə görə illik 5% olaraq hesablanmış 8079,3 manat faiz məbləğinin, dövlət rüsumuna görə 261 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunan məhkəmə iclasında iddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxsin iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia ərizəsini müdafiə edib, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxsin iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, X8 ilə aralarında lizinq münasibətləri olmuş, yəni o, P.F.Allahverdiyevdən lizinqə avtomobil götürmüşdür. Bir neçə müddətdən sonra qarşılıqlı razılığa əsasən, lizinq münasibətlərini pozmaq qərarına gəlmiş və bu zaman cavabdeh ona bildirmişdir ki, bunun üçün aralarında rəsmi müqavilə imzalanmalıdır. Ona görə də xx.xx.2018-ci il tarixdə aralarında notarial qaydada müqavilə imzalanmış və o bütün məsələnin yekunlaşdığını düşünmüşdür. Sonradan ona məlum olmuşdur ki, qeyd edilən müqavilə ilə onun X8 qarşısında 48478 manat borc öhdəliyi yaranmışdır. O, İran vətəndaşı olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyini bilmədiyindən, X8 bundan istifadə edərək onunla kredit müqaviləsi imzalamışdır. Daha sonra ona məlum olmuşdur ki, Binəqədi rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş 2575 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydi üzrə icra işi mövcuddur. İcra məmuru ona zəng edərək pul ödəməsini tələb etmiş, o da dövlət idarəsinin tələbinə hörmətlə yanaşaraq ötən aylar ərzində müxtəlif ödənişlər etmişdir. Bunlar tamamilə qanunsuzdur, notariat ofisinin icra qeydi ilə bağlı proseslərindən onun heç bir məlumatı olmamışdır. Hesab edir ki, qeyd etdiklərinə əsasən, Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən aparılmış icra qeydi qanunsuzdur və ləğv olunmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda ona belə bir bildiriş göndərilməmişdir. Ona görə də Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən aparılmış 2575 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydinin ləğv edilməsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun ona qarşı faiz tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunan məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun vəkili və nümayəndəsi X20 iddia ərizəsinə etiraz edib mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində müzakirə olunan dəlili əsasızdır. Belə ki, X8 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X8 48478 manat pulu İddiaçı borc vermişdir. İddiaçı isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri 51 saylı notariat nontorunun xüsusi notariusu X18 tərəfindən təsdiq olunmuş və reyestrdə 3M-1319 №-li ilə qeyd edilmişdir. Kredit müqaviləsi üzrə borcun qaytarılma müddəti keçməsinə baxmayaraq, İddiaçı borcu qaytarmamışdır. Hazırda xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin aldatma yolu ilə imzalanmasını iddia edən İddiaçı, həmin müqavilənin etibarlılığını məhkəmə qaydasında mübahisələndirməmişdir. İddiaçı və 3-cü şəxs X8 arasında 48478 manat məbləğində borc müqaviləsi hal-hazırda da qüvvədədir. Onu da qeyd etmək lazımdır ki, qanunvericiliyi bilməməsi şəxsi məsuliyyətdən azad etmir. İddiaçının bildirişin göndərilməməsi barədə dəlili də əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Vakılı Razlıghı X5 tərəfindən borcun ödənilməsi barədə şifahi formada dəfələrlə xəbərdar olunsa da, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən X8 xx.xx.2020-ci il tarixdə icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən poçt vasitəsilə borcluya yazılı qaydada bildiriş göndərmişdir. Həmin bildiriş İddiaçı rəsmi qaydada təqdim olunmuş və o bu barədə poçt sənədinə, xəbərnaməyə borc alan şəxsən imza etmişdir. Eyni zamanda X8 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 20 saylı notariat kontoruna müraciət edərək xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə icra qeydinin verilməsini xahis etmişdir. xx.xx.2020-ci il tarixdə 20 saylı notariat nontoru icra qeydi vermiş və icra qeydini icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərmişdir. İcra sənədi Binəqədi rayon İcra şöbəsinin icraatına daxil olduqdan və bu barədə İddiaçı məlumatlandırıldıqdan sonra, sonuncu həmin icra sənədi üzrə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə, cəmi isə 105 manat məbləğində ödənişlər etmişdir. Bu baxımdan hesab edir ki, iddiaçının kredit müqaviləsindən məlumatlı olmaması, bu müqaviləni aldadılaraq imzalaması barədə iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyildir. Tərəflər arasında bağlanan xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün hüquqi əsas yoxdur. İddiaçı iddia ərizəsi X8nun hüquq və maraqlarına toxunduğuna görə hazırki iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs kimi iddiaçıya qarşı müstəqil iddia irəli sürmək məcburiyyətindədir. Belə ki, kredit müqaviləsi üzrə borcun qaytarılma müddəti keçməsinə baxmayaraq, İddiaçı borcu qaytarmamış, borcu qaytarmaqdan yayınmağa başlamışdır. İcra sənədinin icrası zamanı da İddiaçı icradan yayınmış, icra sənədində göstərilən tələbi tam icra etməmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 15 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 15 manat, xx.xx.2022-ci il tarixdə 15 manat, xx.xx.2022-ci il tarixdə 20 manat olmaqla cəmi 105 manat pulu İcra şöbəsinin depozit hesabına ödəmişdir. X19 Alı Bakı şəhəri 20 saylı notariat kontorunun verdiyi icra qeydinə əsasən keçən müddət ərzində, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödəməli olduğu 48478 manat məbləğində borcdan yalnız 105 manat ödəməklə kifayətlənmişdir. Bu baxımdan hesab edir ki, iddiaçının kredit müqaviləsindən məlumatlı olmaması, bu müqaviləni aldadılaraq imzalaması barədə iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyildir. Vakılı Razlıghı X3 olan borcu ödəməkdən yayındığı azmış kimi, hələ Bakı şəhəri 20 saylı notariat kontorunun verdiyi 2575 NQ-li xx.xx.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia da irəli sürmüşdür. İddia ərizəsinin əsaslandırılmasından da görünür ki, İddiaçı dəlilləri əsassızdır və icra qeydinin ləğv edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. X22 X3 olan borcunu qaytarmağı uzatmaq, yayınmaq məqsədi güdür, onun borcu qaytarmaq fikri yoxdur, nəticədə X6 maddi ziyan vurulur. İddiaçı əsas borcun qaytarılmasını gecikdirdiyi üçün borc verənə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan 3 il 4 aya görə illik 5% ödəməlidir. Ona görə də İddiaçı iddia ərizəsinin rədd edilməsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun iddia ərizəsinin təmin edilərək İddiaçı 48478 manat əsas borcun qaytarılmasını 3 il 4 ay gecikdirməsinə görə illik 5% olaraq hesablanmış 8079,3 manat faiz məbləğinin, iddianın verilməsi üçün ödənilmiş 261 manat dövlət rüsumunun X8nun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun vəkili və nümayəndəsi X20 ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə mülki işə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 20 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh Bakı şəhəri 20 saylı notariat ofisi məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə mülki işə cavabdeh Bakı şəhəri 20 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Borc verən X8 ilə borc alan İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanaraq Bakı şəhəri 51 saylı notariat konturu tərəfindən xx.xx.2018-ci il tarixdə 3M-1319 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsindən müəyyən olunur ki, borc verən borc alana xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 48478,00 manat faizsiz borc vermişdir. Müqavilənin 7-ci bəndinə əsasən ödənişin müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Muğanbank ASC-nin Azadlıq filialının xəzinə mədaxil orderindən müəyyən olunur ki, X8 xx.xx.2018-ci il tarixdə xüsusi notarius X11 depozit hesabına 48478 manat pul vəsaitini keçirmişdir. İddiaçı Bakı şəhəri 51 saylı notariat kontorunun notariusu X13 ünvanladığı xx.xx.2018-ci iltarixli ərizəsindən müəyyən olunur ki, Vakılı Razlıghı X1 48478 manat borc alması barədə razılığa gəldiklərini, həmin məbləğin müqavilə təsdiq edidikdən sonra notariusun depozit hesabından ona ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını bildirmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunun notariusu X18 tərəfindən Muğanbank ASCnin 7 saylı şöbəsinə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan müəyyən olunur ki, notarius borc verən X8nun kredit müqaviləsi üzrə ödənilməli olan 48478 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında borcalan İİR vətəndaşı İddiaçı verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanunu. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 77. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə 78. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Borc verən X8nun ünvan 2 ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, X2 Razlıghı Alıya xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə verdiyi 48478 manat borc qaytarılmadığı üçün Binəqədi rayon İcra şöbəsinə icra qeydinin göndərilməsini xahiş etmişdir. Tələbkar X8nun İddiaçı göndərdiyi icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 3M-1319 reyestr nömrəli kredit müqaviləsi üzrə ödənilməyən 48478 manat borc 20 gün ərzində ödənilmədiyi halda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı borc alana bildirilmişdir. Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X9 İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 218 saylı məktubdan müəyyən olunur ki, borcverən X8nun xx.xx.2018-ci il tarixli 3M-1319 reyestr nömrəli kredit müqaviləsi üzrə icra qeydinin verilməsi barədə bildirişi borc verənə göndərilmiş, İddiaçı poçt xəbərnaməsinə imza etməklə xx.xx.2020-ci il tarixdə şəxsən bildirişi almışdır. Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X9 2575 reyestr №-li xx.xx.2020-ci il tarixli icra qeydindən müəyyən olunur ki, Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X7 Razlıghı Alıdan X8nun xeyrinə vaxtında ödənilməmiş 48478 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu olmaqla, cəmi 48498 manatın tutulmasına dair icra qeydi vermişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X14 xx.xx.2021ci il icraata başlamaq haqqında qərarından müəyyən olunur ki, Bakı şəhəri 20 saylı notariat kontorunun 2575 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılaraq borclu İddiaçı 10 gün müddətində icra sənədini könüllü icra etməsi barədə vaxt müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 17\68№2936-2 saylı arayışından müəyyən olunur ki, Bakı şəhəri 20 saylı notariat kontorunun 2575 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar X8nun xeyrinə 48498 manat tutulmalıdır. İş üzrə borclu İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Binəqədi rayon İcra şöbəsinin vətəndaşlar üçün nəzərdə tutulmuş depozit hesabına cəmi 105 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). İddiaçı xx.xx.2018-ci il tarixli 3M-1319 reyestr nömrəli kredit müqaviləsini aldanılma nəticəsində bağladığını bildirsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış, müqavilə bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, həmin vaxt qanunvericiliyin tələblərinin ona aydın olması barədə ərizəsini borc alan notariusa təqdim etmiş, borc müqaviləsi əsasında icra qeydinin verilməsi barədə bildirişi rəsmi qaydada almış, icra qeydi üzrə icra icraatına başlanıldıqdan sonra müəyyən ödənişlər etmiş və yalnız bundan sonra bağladığı müqavilə üzrə icra qeydinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia tələbi üzrə məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib belə nəticəyə gəlir ki, tərəflər arasında borc müqaviləsi bağlanarkən, həmin borc müqaviləsi üzrə icra qeydi verilərkən mülki qanunvericiliyin tələblərinin pozulması məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmadığından iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən, borc alan xx.xx.2019-cu il tarixdək aldığı borcu qaytarmağı öhdəsinə götürsə də, borc verənin müraciətinə əsasən, verilən icra qeydi əsasında başlanılan icra icraatı zamanı, tərəflər arasında borcun hissə-hissə qaytarılması barədə razılıq olmadığı halda Binəqədi rayon İcra şöbəsinin depozitinə cəmi 150 manat ödəniş etmişdir. Məhkəmə istinad olunanlara əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun borcun qaytarılmasının xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş 3 il 4 aya görə illik 5% tələbini əsaslı hesab edib, bu tələb üzrə cavabdeh İddiaçı onun xeyrinə 8079,66 manatın tutulması qənaətinə gəlir. (48478:100x5%= 2423,9 manat illik 5%); (7271,7 manat (3il 5%)+ 807,96 manat (4 ay 5%)= 8079,66 manat) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilmədiyi üçün onun ödədiyi dövlət rüsumu özünə aid edilməli, iddia tələbinin həcmini azaldan mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun ödədiyi dövlət rüsumuna görə 100,8 manat İddiaçı X8nun xeyrinə tutulmalı, sonuncunun məhkəmə xərcləri ilə bağlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı Bakı şəhəri 20 saylı notariat ofisinin 2575 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun iddia ərizəsi qismən təmin edilsin. İddiaçı 5% görə 8079,66 manat, dövlət rüsumuna görə 100,8 manat olmaqla cəmi 8180,46 manat X8nun xeyrinə tutulsun. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X8nun iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar