Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3365/2025 27.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X10 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı zəbt edilmiş mənzil sahəsinin boşaldılması, mənzil sahəsinin istifadəyə və sahibliyə olan manelərin aradan qaldırılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı zəbt edilmiş mənzil sahəsinin boşaldılması, mənzil sahəsinin istifadəyə və sahibliyə olan manelərin aradan qaldırılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan mənzil 2000-ci ildə Cavabdeh1 Tapdıq qızı və ailə üzvləri tərəfindən zəbt olunaraq ailə üzvlərinin bu mənzilə köçürülməsi nəticəsində iddiaçının həmin mənzildən istifadə hüquqları pozularaq məhdudlaşdırılmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə 2000-ci ildə mənzili qanunsuz olaraq zəlzələ bəhanəsi ilə məcburi köçkün olmasını bəhanə edərək qəflətən girərək məskunlaşmışdır və dəfələrlə hər cür xəbərdarlığa baxmayaraq tərk etməmişdir və sadə hesabla ayda 200 manat kirayə haqqı nəzərdə tutulsa 60 min manat məbləğində birbaşa ziyan və o qədər də mənəvi ziyan dəymişdir. İddiaçıdan başqa digər ailə üzvləri də mənzildən istifadə hüquqlarından məhrum edilmişdir. Mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə üçüncü şəxslər olan Cavabdeh1 Tapdıq qızı və ailə üzvləri tərəfindən qeyri-qanuni daxil olma və yaşamağın (zəbtin) qanunsuz hesab edilməsi, qanunsuz istifadə və sahibliyin dayandırılması, evin açarlarının təhvil verilməsi, zəbt edilmiş mənzil sahəsinin boşaldılması və mənzil sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələblərinin təmin olunmasına, rüsumun və çəkilmiş digər xərclərin cavabdehdən alınaraq dövlət hesabına ödənilməsinə dair qətnamə qəbul çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, tələbinin tam həcmdə təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, 1993-cü ildə zavodda işə qəbul olmuşdur. Ordan ona 1 otaqlı ev verilib. 2000-ci ildə Bakıda zəlzələ olub, o isə rayonda olmuşdur. Həmin gün İcra Hakimiyyəti xəbəri olmadan qarşı tərəfi həmin mənzilə yerləşdirib. O artıq rayondan qayıdanda gördü ki, evini başqa şəxslər zəbt edib. Hhəmin mənzilə dair orderi və arayışı var. Həmin mənzili zavod ona verib. Hazırda o evdə heç kim yaşamır, ancaq evini ona təhvil vermirlər. Sonuncu məhkəmə iclasına teleqram ünvanlayaraq onun iştirakı olmadan baxılıb ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 bildirdi ki, iddiaya etiraz edirlər. Məcburi köçkündür, Qaçqınların və X1 üzrə Dövlət Komitəsində mənzil növbəsindədirlər. Onlara Ağdamda ev verildikdə həmin evi boşaldıb təhvil verəcəklər. həmçinin qarşı tərəflə razılığa gəlmək istəsələr də bu mümkün olmamışdır. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh1 bildirdi ki, həmin evdə o, tək yaşayır, oğlu, qızı ayrı yaşayırlar. Hazırda getməyə başqa ünvanları yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, digər cavabdehlərin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Asan 7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı, X7, X4, X5 və X9 ünvan 2 ünvanında qeydiyyatdadırlar. xx.xx.1993-cü il tarixli 277 saylı yataqxanada yaşayış sahəsinin tutulması haqqında orderin surətindən müəyyən olunur ki, 19-cu Dağlı küçəsi 39/232 ünvanındakı mənzil İddiaçı ayrılmışdır. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli arayışının surətindən müəyyən oluniur ki, Cavabdeh1 Tapdıq qızı S.Bəhlulzadə küçəsi, ev 39, mənzil 232 ünvanında 2000-ci ildən Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin Bakı Kondisioner zavodunun direktoruna ünvanladığı xx.xx.2003-cü il tarixli 64 saylı məktubunun surətindən müəyyən olunur ki, Səttar Bəhlulzadə küçəsində yerləşən 39 saylı yattaqxanada Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 Tapdıq qızı və onun oğlu Cavabdeh2 232 saylı otaqda məskunlaşmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 17 sentyabr 1998-ci ildə təsdiq edilmiş "Qaçqınların va Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət proqramına” əsasən məcburi köçkün məskunlaşdığı yaşayış sahəsindən, ancaq başqa yaşayış sahəsi ilə təmin edildikdən sonra xaric oluna bilər. Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 digər yaşayış sahəsi ilə təmin olunanadək yataqxanada yaşamasına köməklik göstərmək məqsədi ilə aidiyyatı üzrə şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir. BakıKondisioneri ASC-nin MTK-nın Binəqədi rayon İcra Hakimiyyətinə xx.xx.2003-cü il tarixli 7142 saylı məktubunun surətindən müəyyən olunur ki, İddiaçı 1994-cü il tarixindən "xxxx" ASC-də işə qəbul edilmiş və həmin ildən o müəssənin Səttar Bəhlulzadə küçəsi 39 1 saylı yataqxanasının 224 saylı otağında yaşayır və qeydiyyatdadır. İddiaçı Qarabağ döyüşlərində iştirak etmiş və aldığı xəsarətdən 2-ci qrup əlili olmuşdur. Döyüş bölgələrindən aldığı xəsarət nəticəsində, və uzun müddət müalicəsi ilə əlaqədar olaraq o, yataqxanaya gec-gec gəldiyindən otaq bağlı qalırdı. 2000-ci ilin 25 noyabırında Bakı şəhərində baş vermiş zəlzələ nəticəsində şəhərdə bir çox köhnə binalar təhlükəli vəziyyətə düşməsindən Azərbaycan Respublikası Nazirlər Kabineti zəlzələdən zərər çəkən ailələrə kömək edilməsi və onları müvəqqəti yerləşdərəilməsi üçün idarə, müəssisə rəhbərlərinə göstəriş verilmişdir. Belə ki, həmin vaxtlarda Nərimanov rayon Qaçqınlar komitəsi 5 ailəni müəssisənin yataqxanasında yerləşdirilməsini tapşırmışdır. Müəssisə rəhbərliyi yataqxanada başqa yer olmadığındın müvəqqəti olaraq Mehdiyeva Ofelyanı oğlu ilə birlikdə (iki nəfər) İddiaçı otağında yerləşdirmişdir. Mehdiyeva Ofelya hal-hazırda Nərimanov rayonunun ərazisində özü üçün başqa yaşayış yeri təmir elətdirsə də o yataqxanadan çıxmaqdan imtina edir. İddiaçı öz otağında yaşamaq üçün dəfələrlə Mehtiyeva Ofelyanın otaqdan çıxarılmasını xahiş etmiş, lakin heç bir nəticə olmamışdır. Buna baxmayaraq bir neçə aidiyyəti idarələrə müraciət edilərək o X2 Rahibin otağından çıxarılması xahiş olunsa da heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunun surətindən müəyyən olunur ki, Ağdam şəhərindən məcburi köçkün düşən Cavabdeh1 Tapdıq qızı işğaldan əvvəl Ağdam şəhər sakini olan X8 ilə ailə həyatı qurubdur. X8 1991-ci ildə (işğaldan əvvəl) Ağdam şəhərində vəfat edibdir. Bildiririk ki, Ağdam şəhəri işğal olunan zaman məcburi köçkün düşən Cavabdeh1 Tapdıq qızı 1981-ci il təvvəllüdlü övladı Cavabdeh2 ilə birgə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 54 nömrəli evin 8 nömrəli mənzilində müvəqqəti olaraq məskunlaşmışlar. Lakin, 2000-ci ildən sonra (müəyyən səbəblərdən) Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhluİzadə küçəsində yerləşən 39 saylı evin İddiaçı məxsus 232 nömrəli mənzilində məskunlaşaraq hazırki vaxta kimi faktiki yaşayırlar və onlar məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Nərimanov rayonu üzrə müvəqqəti qeydiyyatda olan Cavabdeh1 Tapdıq qızı və övladı Cavabdeh2 məcburi köçkün statusuna malikdirlər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh1 Tapdıq qızı övladı Cavabdeh2, gəlini X6, nəvəsi Cavabdeh3 və X3 ilə birgə faktiki məskunlaşıb yaşadıqları mənzil üzrə sorğuları aparılmış və 22 may 2025-ci il tarixində Cavabdeh1 Tapdıq qızı ilə ilkin razılaşma protokolu imzalanmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkün ailələrinin mərhələli şəkildə Ağdam şəhərinə köçürülmə başlanan zaman Cavabdeh1 Tapdıq qızının da ailəsi ilə birgə doğma yurduna köçürülməsi həyata keçiriləcək. Köçürülmə vaxtı mənzil boşaldılaraq mülkiyyətçinin özünə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə xəbərdarlıq olunacaq. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmənin mövqeyi: Hazırda tədqiq edilən sənədlərdən və məhkəmə araşdırmasının nəticəsindən belə müəyyən olunur ki, mübahisə predmeti olan mənzil iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdehlərin də həmin mənzildə qeydiyyatda olmaları və ya yaşamaları iddiaçının təkidinə baxmayaraq, mənzili tərk etməmələri gələcək mülkiyyətçi kimi əmlak gözləntisi olan qanuni sahib kimi iddiaçının hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəmə tələbin bu hissəsinə münasibətdə əsaslı hesab edərək təminini mümkün bilir. Tələbin digər hissəsinə münasibətdə isə məhkəmə artıq qaldırılan məsələnin İcra qanunvericiliyi ilə tənzimlənməsini və məhkəmə aktının gələcək icrası ilə olduğundan təmini mümkün hesab edilmir. Həmçinin tələbdə göstərilmiş maddi və mənəvi ziyanın nədə ifadə olunması konkret olaraq əsaslanmadığından və sübuta yetirilmdiyindən məhkəmə bu hissədə tələbin təminini məqbul hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 2 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-3365/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3365/2025
27.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver