Məhkəmə qərarları › İş №2(001)-3368/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-3368/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3368/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2150 manat pulun və dövlət rüsumu üçün məhkəməyə ödənilən 41 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı aldadaraq 2150 manat pulunu ələ keçirməsi barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir. Polis Şöbəsində onun, Cavabdeh izahatlarını almaqla kifəyətlənmiş, tam,hərtərəfli və obyektiv araşdırma aparmadan, əsassız olaraq toplanmış material üzrə cinayət işi başlanılmamış və işin mülki xarakterli olduğunu bildirilmişdir. Bununla bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ona göndərilmişdir ki, həmin cavab məktubu da qoşmaya əlavə ediləcəkdir. Cavabdeh ondan qızıl almış və alınan qızılın dəyərini ödəməyərək ona zərər vurmuşdur. Cavabdeh özünün də izahatda qeyd etdiyi kimi, ilkin olaraq alınan qızılın müəyyən hissəsini İddiaçı ödəmiş və onun bu ödəmədə məqsədi İddiaçı aldatmaq və etibarından sui-itifadə etmək olub. Belə ki, özünü etibarlı və imkanlı insan kimi tanıtmış və sonradan İddiaçı əmlakını ələ keçirməklə öz əməlini yekunlaşdırmışdır. Göründüyü kimi olduqca peşəkar davranan Cavabdeh əmlakın alınması zamanı aldadıcı üsullardan istifadə edərək və hesablaşma görüntüsü yaradaraq onu aldatmış və onun əmlakını ələ keçirmişdir. Hal hazırda Cavabdeh ona 2150 manat məbləğində borcu qalmışdır. Cavabdeh sonuncu dəfə 2025-ci ilin fevral ayında borcundan 50 manat ödəmiş və qalıq borcu 2150 manat olmuşdur. Bunu “Whatsapp” mobil tətbiqi üzərindən olan yazışmalarda sübut edir ki, həmin yazışmalar qoşmaya əlavə ediləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Elektron məhkəmə” informasiya sistemindən olan baza məlumatlarından müəyyən edilmişdir ki, ***-***-**-** mobil nömrə Cavabdeh istifadəsindədir. İddiaçı ilə Cavabdeh mülkiyyətində olan +994-55-220-16-84 mobil nömrənin “WOTSAP” proqramı vasitəsi ilə aparılmış yazışmadan görünür ki, İddiaçı Cavabdeh “2200 borcun var 50 atdın qaldı 2150, salam pulun qalanını haçan vermək fikrin var, pulu vermək fikrin yoxdu mən işimi bilim” kimi yazışmalar öz əksini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 19 may 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş arayışdan görünür ki; İddiaçı xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, təxminən 5 ildir ki, tanışı Aybəniz adlı qadına 3200 manat dəyərində qızıl verməsi, iki aya qaytaracağını bildirsə də, hazırki günədək 1000 manat ödəmiş, lakin pulun qalan hissəsinin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı müraciətinə baxılmasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 5, ev 10-da yaşayan İddiaçı təxminən 5 ildir ki, tanışı Aybəniz adlı qadına 3200 manat dəyərində qızıl verməsi, iki aya qaytaracağını bildirsə də, hazırki günədək 1000 manat ödəmiş, lakin pulun qalan hissəsini ödəməkdən imtina etməsi barədə 28-ci PŞ-yə ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsi ilə bağlı eyni məzmunlu izahat yazmışdır. Ərizəyə baxılarkən müəyyən edilmişdir ki, X1 müraciətində qeyd olunan xüsusatların araşdırılması məhkəmə səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq və Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında qızıl-zinyət əşyasının nisyə alqı-satqısı ilə bağlı şifahi razılıq mövcud olmuş, həmin razılığa əsasən iddiaçı ümumi dəyəri 3200 manat olan qızıl-zinyət əşyasını cavabdehə satmağı, cavabdeh isə onrın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin məbləğdən 1050 manat məbləğində pul vəsaiti ödəmiş, qalan 2150 manatı isə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2150 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 42 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2150 (iki min yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 42(qırx iki) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X2 verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar