Məhkəmə qərarları › İş №2(001)-3384/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3384/2024

13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3384/2024 13.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, 13 mart 2019-cu il tarixdən 07 aprel 2019-cu il tarixədək olan müddət üzrə 51,91 manat, 07 aprel 2019-cu ildən 07 avqust 2019-cu il tarixədək 282,06 manat, 07 avqust 2019-cu ildən 25 fevral 2022-ci il tarixədək 2189,38 manat, 25 fevral 2022-ci ildən 31 dekabr 2022-ci il tarixədək 619,76 manat, 01 yanvar 2023-cü ildən 31 dekabr 2023-cü ilədək 596,75 manat, 01 yanvar 2024-cü ildən 08 aprel 2024-cü il tarixədək 152,47 manatın, beləliklə ümumilikdə 3892,33 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən 27201 manat pulun, əldən çıxmış fayda ilə bağlı 10000 manatın, dəymiş maddi zərərə görə 3000 manatın, mənəvi zərərə görə 10000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 saylı qətnaməsinə əsasən, iddiası qismən təmin edilmiş, cavabdehdən 17130 manat pulun və dövlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 17160 manatın tutularaq ona ödənilməsi qərara alınmış, iddia qalan hissələrdə təmin edilməmişdir. Qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qətnamə üzrə verilmiş icra sənədi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icraatındadır. Cavabdeh həmin qətnamə ilə müəyyənləşdirilmiş məbləğdən 25 fevral 2022-ci il tarixdən bugünədək cəmi 5885,91 manat ödəniş etmişdir. Buna görə də, iddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş hər bir il üçün məbləğin 5 faizini ona ödəməlidir. İddiaçının 13 mart 2019-cu il tarixdə cavabdehə verdiyi 15180 manat, 07 aprel 2019-cu il tarixdə verdiyi 1700 manat və 07 avqust 2019-cu il tarixdə poçt vasitəsilə göndərdiyi 250 manat, cəmi 17130 manat pulun 5 faizi aşağıdakı qaydada hesablanmalıdır: 13 mart 2019-cu il tarixdən 07 aprel 2019-cu il tarixədək illik 5 faiz olmaqla, 25 günə 15180 manatın 0,342 faizi, yəni 51,91 manat; 07 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək illik 5 faiz olmaqla, 122 günə 16880 (15180+1700) manatın 1,671 faizi, yəni 282,06 manat; 07 avqust 2019-cu il tarixdən 25 fevral 2022-ci il tarixədək illik 5 faiz olmaqla, 17130 (16880+250) manatın 12,781 faizi, yəni 2189,38 manat; 25 fevral 2022-ci il tarixən 31 dekabr 2022-ci il tarixədək 2488,8 manat ödəniş edildiyindən, qalıq məbləğ olan 14641,2 manatın illik 5 faiz olmaqla, 4,233 faizi, yəni 619,76 manat; 01 yanvar 2023cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək 2706,05 manat ödəniş edildiyindən, qalıq məbləğ olan 11935,15 manatın illik 5 faizi olmaqla 5 faizi, yəni 596,75 manat; 01 yanvar 2024-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək 691,06 manat ödəniş edildiyindən, qalıq məbləğ olan 11244,09 manatın illik 5 faiz olmaqla 1,356 faizi, yəni 152,47 manat, beləliklə ümumilikdə 3892,33 manat. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi əsaslarla ondan tələb etdiyi indeksasiya məbləğini məhkəmənin icraatında olan 8(001)-407/2024 saylı iş üzrə də təkrar olaraq digər formada tələb edir. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək, onun borclu olduğu pula faiz hesablanmaqla, həmin faizlərin ödənilməsini ondan tələb edir. O, 2-ci qrup əlil olmağına baxmayaraq, məhkəmənin qətnaməsi tərəfindən icra edilir və borc məbləği ödənilir. İddiaçının hazırki iddianı qaldırmaqda məqsəd və niyyəti ona təsir göstərərək, əlavə vəsaitlərin ödənilməsinə cəlb etməkdir. Həmçinin məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilib iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını araşdırıb, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)- 2860/2021 saylı qətnaməsindən görünür ki, Mehtiyev X1 Sabir Qulam oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin bu qətnaməsi ilə iddia qismən təmin edilərək, S.Q.Mahmudludan 17130 manat və dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 17160 manatın İddiaçı xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(103)-7103/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlandırılmış 08 aprel 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli icra sənədi 26 noyabr 2021-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, borc məbləğinin ödənilməsini təmin etmək məqsədilə zəruri icra hərəkətləri aparılmış və Elektron icra sistemində borclunun adında əmlak, ev, mənzil, torpaq sahəsi, qeyri-yaşayış sahəsi və digər gəlirlər (ikinci dərəcəli əlilliyə görə 363,86 manat məbləğində pensiya istisna olmaqla) aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 63 və 65-ci maddələrinin tələblərinə əsasən, borclunun pensiyasından hər ay 50 faiz olmaqla, 2022-ci il üzrə 2488,8 manat, 2023-cü il üzrə 2706,05 manat, 2024-cü il üzrə 691,06 manat tutularaq ümumilikdə 5885,91 manat İddiaçı hesabına köçürülmüşdür. 11274,09 manat qalıq borcun ödənilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri icra hərəkətləri davam etdirilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 8(001)- 407/2024 saylı qərardadından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə ona ödənilməsi nəzərdə tutulan 17130 manat pul vəsaitinin indeksasiya olunmaqla, Cavabdeh əlavə 5358,42 manatın onun xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmiş, həmin qərardadla ərizəsi təmin edilməmişdir. Sonradan İddiaçı məhkəmənin 23 may 2024-cü il tarixli qərardadından şikayət vermiş, şikayət məhkəmənin 12 iyun 2024-cü il tarixli qərardadına əsasən təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-365/22 saylı qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-365/22 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6726 saylı rəyindən müəyyən olunur ki, 13 mart 2019-cu il tarixdən 07 aprel 2019-cu il tarixədək olan müddət üzrə 15180 manat pul vəsaitinin illik 5 faizi 50,60 manat, 07 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddət üzrə 16880 manat pul vəsaitinin illik 5 faizi 281,33 manat, 07 avqust 2019-cu il tarixdən 25 fevral 2022-ci il tarixədək olan müddət üzrə 17130 manat pul vəsaitinin illik 5 faizi 2184,08 manat təşkil edir. 17130 manat puldan ödəmələr çıxıldıqdan sonra 25 fevral 2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə 17130-2488,8=14641,20 manat əsas borc, 622,25 manat 5% borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə 14641,2-2706,5=11935,15 manat əsas borc, 596,76 manat 5% borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üzrə 11935,15-1236,85=10698,30 manat əsas borc, 144,13 manat 5% borcu təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2860/2021 saylı iş materiallarında olan xx.xx.2021-ci il tarixli məktuba əsasən mülki işə apellyasiya qaydasında baxıldıqdan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2021-ci il tarixli məktubla icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. e281265/2021-14-36-001 nömrəli icra işinin materiallarında olan İcraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 saylı icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdr. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2014cü il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, - icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. - Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, - Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri bilir ki, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Bununla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xatakter alacaqdır. “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Sadalanan maddi və prosessual qanun normalarını, o cümlədən yuxarı instansiya məhkəməsinin qanunun şərhi ilə bağlı verdiyi hüquqi qiymətləndirməni ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Göründüyü kimi, öhdəlik, o cümlədən pul öhdəliyi əsassız varlanma əsası ilə də yarana bilər. Öhdəliyin gecikdirilməsi onun əvvəlcədən razılaşdırılmış müddət ərzində icra edilməməsi deməkdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından, o cümlədən də əvvəlki məhkəmə çəkişmələri üzrə qanuni qüvvəyə minmiş qərarlardan göründüyü kimi iddiaçıya məxsus pul məbləğindən əsassız varlanan kimi cavabdehin həmin məbləği qaytarmaq öhdəliyi yaranmış, lakin cavabdeh həmin öhdəliyi gecikdirmiş, hazıki halda da icra prosesi davam edir. Həmçinin, məhkəmə cavabdehin məhkəmə qərarının vaxtında icra edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi halda həmin qərarın icra edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur ki, bu da yalnız iddiaçıya qanunda nəzərdə tutulan gecikdirilmiş müddət üçün illik beş faiz zərər məbləği ödənilməklə kompenasiya edilə bilər. Məhkəmə həmçinin tərəflərin diqqətinə çatdırır ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Bu səbəbdən məhkəmə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən illik beş faiz məbləğində pulun tutulmasını əsaslı hesab edir və hesab edir ki, illik 5 faiz zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi məqsədi ilə ilk öncə cavabdehin bu yöndə vəzifəsinin hansı tarixdə yaranması aydınlaşdırılmalıdır. İşdən görünür ki, tərəflər arasında şifahi razılaşma olduğundan, iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğin hansı konkret zamanda qaytarılacağına dair heç bir hal mövcud olmadığından (tərəflər məhsul yetişdirib, onun satılmasından əldə ediləcək xeyirin bölüşdürülməsinə dair razılıq əldə etmişdilər) məhkəmə cavabdehin iddiaçı qarşısında əsassız varlanaraq əldə etmiş olduğu pulun qaytarılma məqamını məhz onlar arasında olan məhkəmə çəkişmələrinin yekun nəticəsi anı ilə tutulmasını qanunamüvafiq hesab edir. Belə ki, tərəflər arasında pul tələbinə dair məhkəmə çəkişmələri tam olaraq Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(103)-7103/2021 saylı qətnaməsi ilə yekunlaşmış, qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə xx.xx.2021-ci il tarixdə icraya yönəldiyindən iddiaçıya 17130 manat pulun ödənilməsinin başlanğıcının da bu tarixdən götürülməsini məhkəmə ağlabatan hesab edir. Qeyd olunanlara əsasən gecikdirilmə müddətinin 19 noyabr 2021-ci il tarixindən tələbdə göstərilmiş tarix - xx.xx.2024-cü il tarixədək olmasını, tədqiq edilmiş ekspert rəyini (rəydə göstərilən riyazi hesablama qaydasında), icra mərhələsində borclunun etmiş olduğu ödənişləri də nəzərə alaraq hesabalandıqda 5 faizlə tutulmalı məbləğin ümumilikdə 1465,44 manat təşkil etdiyindən iddia tələbi də həmin məbləğ həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddiaçı müharibə veteranı kimi məhkəmə xərclərini ödəməkdən azad olunduğundan, iddia isə qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan məbləğə mütanasib cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1465,44 (bir min dörd yüz altmış beş manat, qırx dörd qəpik) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 34,65 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar