Məhkəmə qərarları › İş №2(001)-339/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-339/2022

05.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-339/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı oğlu iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı mənzildən götürülmüş 94,928 manat dəyərində olan qızıl-zinət əşyalarının, 102.000 ABŞ dollarının, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin, 12 saylı mənzilinin, 269700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi və adı çəkilən əmlakların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 1(101)-64/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 179.3.2. 193-13.2, 313. 213.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona, CM-nin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tatbiq edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 193-1.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəzanın təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin Qeydinin 3-cü bəndinə əsasən CM-nin 213.2.2-c maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 va 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalarının qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etma cazasının tayin edilməsi, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 30 oktyabr 2014 cü il tarixdən hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Vergilər Departamenti tərəfindən verilmiş mülki iddianın təmin edilməməsi, zərərçəkmiş şəxslər "X6 Pte.Limited" Şirkəti, "xxxx" Şirkəti və "xxxx" MMC tərəfindən verilmiş mülki iddiaların qismən təmin edilməsi, ondan və qeyrisindən müştərək qaydada 28.041.047,64 manat (iyirmi səkkiz milyon qux bir min qirx yeddi manat altmış dörd qəpik) alınaraq "X6 Pte Limited" Şirkətina. "xxxx" Şirkətinə və "xxxx" MMC-yə vurulmuş zərərə nisbətdə ödənilməsi cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan onun yaşadığı mənzildən götürülmüş 94.928 manat dəyərində olan qızıl-zinət əşyaları, 102.000 (bir yüz iki min) ABŞ dolları pul, ibtidai istintaq zamanı üzərinə həbs 269.700 manat dəyərində, adına olan Bakı şəhəri, Nəsimi rayonu. S.Vurğun küçəsində yerləşən 86 saylı evin 12 saylı mənzilin, 269.700 manat dəyərində olan adına olan, Bakı şəhəri, Nəsimi rayonu. S.Vurğun küçəsində yerləşən 86 say revin 15 saylı mənzili, 11.006, 10 manat dəyərində olan adına qeydiyyata alınmış AZ **-VK-*** dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı "Nissan Sunny" markalı maşın barəsində xüsusi müsadirə tətbiq edilməklə, cinayət işi üzrə mülki iddianın ödənilməsinə yönəldilməsi, müqavilə qiyməti 680.501 manat olan və 230.531 manat ödənilmiş, adına olan "X9" kompleksində 201A saylı mənzil, müqavilə qiyməti 675.948 manat olan 120.777 mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillərin xüsusi hərrac vasitəsilə satılması, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 230 531 manat və 120.777 manat cinayət işi üzrə mülki iddianın ödənilməsinə yönəldilməsi yerdə qalan məbləğlərin "X9" kompleksinin mülkiyyətçisinə ödənilməsi, cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin "xxxx" ASC-daki hesabına ödənilmiş 300.000 (üç yüz min) manatın mülki iddianın ödənilməsinə yönəldilməsi, iş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 620 (altı yüz iyirmi) manatın ondan va qeyrisindən müştərək qaydada alınaraq Azərbaycan Respulikası Ədliyyə Nazirliy Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. Həmin hökmün mülki iddianın təmin edilməsi hissəsindən tərəfindən, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti isə onların mülki iddialarının təmin edilməməsi hissəsindan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-362/18 saylı 28 fevral 2018-ci il tarixli qpran ilə Azərbaycan Respublikasi Vergilar Nazirliyi yanında Milli Golirlər Departamentinin apellyasiya şikayatinin təmin edilməsi, mənim apellyasiya şikayətimin qismən təmin edilməsi, onun Azerbaycan Respublikası CM-nin 179.3.2, 193- 1.3.2, 313 va 213.2.2-ci maddələri ilə mahkum edilməsinə dair Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 1(101)-64/2017 saylı xx.xx.2017-ci il tarixli hökmünün mülki iddialara aid hissədə dəyişdirilməsi, zərərçəkmiş şəxslər "X6 Pte Limited" Şirkati, "xxxx" Şirkəti va "xxxx" MMC tərəfindən verilmiş mülki iddiaların qismən təmin edilməsi və ona məxsus müsadirə olunması qərara alınmış əmlakların və Bakı şəhəri Nəsimi onun İcra Şöbəsinin "xxxx" ASC-dəki hesabına ödənilmiş 300.000 (üç yüz min) manat pulun həmin mülki iddiaların ödənilməsinə yönəldilməsinə dair müddəalarının hökmdən xaric edilməsi, "X6 Pte Limited Şirkəti, "Amec Services Limited Şirkəti va "xxxx" MMC tərəfindən verilmiş mülki iddiaların baxılmamış saxlanılması və mülki mühakima icraatı qaydasında iddia qaldırmaq hüquqlarının izah olunması, Azərbaycan Respublikası Vergilər Nazirliyinin mülki iddiasının təmin edilməsi, ondn və qeyrisindən 4.869.054.46 manat müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, hökmdən xüsusi müsadirənin tətbiq edilmiş- Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan yaşadığı mənzildən götürülmüş 94 928 manat dəyərində olan qızıl zinət aşyaları, 102.000 ABŞ dolları pul, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 269.700 manat dəyərində adına olan Bakı şəhəri Nəsimi rayonu, S. Vurğun küçəsində yerləşən 86 saylı evin 12 saylı mənzili, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı mənzili 11.006.10 manat dəyərində adına olan qeydiyyata alınmış AZ**-VK-*** dövlət qeydiyyat nişanlı 2013-cu il buraxılışlı "Nissan Sunny" markali maşına, cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin "xxxx" ASC-dakı hesabina ödənilmiş 300.000 (üç yüz min) manat Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, müqavilə qiyməti 680.501 manat olan va 230 531 manat ödənilmiş adına "X9" kompleksində 201A saylı mənzil və müqavilə qiyməti 675.948 manat olan 120.777 manat ödənilmiş adına "X9" kompleksində 903A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillərin xüsusi hərrac vasitəsilə satılması, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 230.531 manat və 120,777 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının odənilməsinə yönəldiməsi, yerdə qalan məbləğlərin “X9" kompleksinin mülkiyyətçisinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin CK-nin xx.xx.2018-ci il tarixli 1(102)808-18 saylı qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, onun məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarının "xxxx" MTK-ya məxsus olan "X9 kompleksində yerləşən 201A sayli va 903A saylı mənzillərə xüsusi müsadirənin tətbiq edilməsi və həmin mənzillərin xüsusi hərracda satılmasına dair hissədə dəyişdirilməsi, tərəfindən 201 A saylı mənzilə görə ödənilmiş 230531 manat və 903A saylı mənizlə görə ödənilmiş 120777 manat pul vəsaitlərinin dövlət nəfinə müsadirə edilməsi qərara alınmışdır. Barəsində Azərbaycan Respublikas Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş İdarəsi tərəfindən cinayət işi başlananda Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi qarar əsasında onun adına olan hazırki iddia ərizəsində göstəridiyi əmlaklar üzərinə həbs qoyulması qərara alınmış və həmin qərara icra edilməsi üçün Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan onun yaşadığı mənzildən götürülmüş 94.928 manat dəyərində olan qızıl-zinət əşyalarının 102.000 ABS dollarının ibtidai istintaq zaman üzərinə həbs qoyulmuş 269.700 manat dəyərinda olan onun adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 12 saylı mənzilin, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı manzilin 11.006.10 manat dəyərində adına olan qeydiyyata alınmış AZ**-VK-*** dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı "Nissan Sunny" markalı maşın cinayət yolu ila əldə edilmədiyindən, bu əmlaklar həbsdən azad olunmaqla ona qaytarılmalıdır.Həmçinin, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 680.501 manat olan və 230.531 manat ödənilmiş adıma olan "X9" kompleksinda 201A saylı mənzil və müqavilə qiyməti 675 948 manat olan 120.777 manat ödənilmiş adına olan "X9" kompleksində 903 A mənzil üçün ödənilmiş pul vasaitləri da cinayət yolu ilə əldə edilmiş pul vəsaiti olmadığından, həmin mənzillər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin CK-nin xx.xx.2018-ci il tarixli 1(102)808-18 saylı qərari ilə müəyyən edilmiş. "xxxx" MTK-ya maxsus olan X9" kompleksində yerləşən 201A saylı mənzilə görə ödənilmiş 230531 manat və 903A saylı mənzilə görə ödənilmiş 120777 manat pul vəsaitlərinin dövlat nəfinə xüsusi müsadirə edilməsi də düzgün deyildir. Belə ki, 94.928 manat dəyərində olan qızıl-zinət əşyalarının bir hissəsi, yəni qolbaq sırğa və üzük dəstləri, brilliant və qiymətli daşlardan ibarət olan dəstlər qayınanası X1 onun atası və həyat yoldaşından yadigar qalmış zinət əşyalarıdır. Digər zinət əşyaları isə həyat yoldaşına atasından yadigar qalmış, qohumları və qayınanası tərəfindən hədiyyə edilmiş əşyalar olduğundan, zinət əşyaları onlara məxsusdur və bu əşyaların ona heç bir aidiyyatı olmasa da, onun məsuliyyəti altında olduğundan onların üzərindən həbs götürülməlidir. Mənzildən götürülmüş 102.000 ABŞ dolları vəsaitinə gəldikdə isə, həmin vəsait onun qohumu olan, xalası oğlu X2 məxsusdur. Belə ki, Nazım Əhmədov həmin dövrlərdə tez-tez respublika hüdudlarından kənarda səfərlərdə olduğundan, onu özünə ən yaxın insan hesab etdiyindən va etibar etdiyindən, 2014-cü ilin payız aylarında özünə məxsus olan 102.000 ABS dollar pul vəsaitini saxlanılması üçün ona vermişdi. Axtarış zamanı bu vəsaitin kimə məxsusluğu aydınlaşdırılmamış və həmin vəsait müsadirə olunaraq saxlanılması üçün istintaq orqanına təhvil verilmişdir. Digər tərəfdən o da, qeyd olunmalıdır ki, adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 12 saylı mənzilin, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı mənzillər xalası X3 tərəfindən ona hədiyyə edilmişdir. Belə ki, nənəsi X4 Teymurovaya ölümündən sonra qalmış vəsait hesabina daşınmaz əmlakın alınması və həmin əmlakı nəvəsi olaraq ona verməsini vəsiyyət etmişdir. Xalası da, anasının son istəyini yerinə yetirərək, ondan qalmış vəsait hesabına yuxarıda adı çəkilən iki mənzili öz adına almış və bundan sonra həmin mənzilləri onun adına rəsmiləşdirilməsini MTK-dan xahiş etmişdir. Bu səbəbdən də, adı çəkilən əmlaklar həbsdən azad edilərək, ona təqdim edilməlidir ki, o da əmlakları öz sahiblərinə qaytarsın. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, xüsusi müsadirə olunan dəyəri 94928 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyaları arvadı və qaynanasına məxsus olubdur. Bundan başqa evində aşkar olunan 102000 abş dolları xalası oğlu tərəfindən onun saxlancına verilmişdir. Eyni zamanda ünvan 1 ünvanında yerləşən 12 və 15 saylı mənzillər ilk öncə MTK tərəfindən xalasına satılmış, lakin xalası həmin əmlakları onun adına yeni müqavilə bağlanılması yolu ilə bağışlamışdır. Buna baxmayaraq istintaq zamanı ona məxsus olmayan əmlakların üzərinə həbs qoyulmuş və işə baxan məhkəmələr əsassız olaraq həmin əmlakları müsadirə etmişdir. Halbuki həmin əmlaklar cinayət yolu ilə əldə edilməmişdir. Belə ki, onun həmin dövrdə ən azından qanuni əmək haqqısı da olmuşdur. Bundan əlavə o, cinayət işinin gedişində 300000 manat, 350000 manat və 11000 manat ödəniş etmişdir. Port Bakuda olan əmlaklarla bağlı isə ona görə mübahisə açmamışdır ki, həmin mənzillər kreditlə alınmış və kreditin məbləği tam ödənilməmiş və Port Baku tərəfindən onun tərəfindən aparılan ödənişlər geri qaytarılmaqla mənzilləri öz mülkiyyətinə qaytarmışdır. Onun mübahisə ilə bağlı qəbul edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarından məlumatı vardır, lakin ona izah edilmişdir ki, o, hüquqlarını yalnız bu formada bərpa edə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə prosesin nümayəndənin işirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını məhkəmə iclasında bir daha nəzərdən keçirərək o qənaətə gəlir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 6496/2021 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyi ilə bağlı qəbul edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixində qərardaddan şikayət vermiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9324/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9324/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, iddia ərizəsinin icraata qəbul məsələsi yenidən müzakirə edilməli və icraata götürüldükdən sonra məhkəmə nəzərə almalıdır ki, Bakı Apellyasiya Məhkəməsində oxşar işə baxılarkən, məhkəmə praktikasında cinayət işinin icraatı zamanı üzərinə həbs qoyulan və sonradan cinayət işinə baxan məhkəmənin yekun qərarı ilə barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilən əmlakın kimə mənsub olması haqqında mübahisəyə baxılma mexanizmi ilə bağlı müxtəlif yanaşmaların olduğu müəyyən edilmiş və bu məqsədlə “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsində təsbit olunmuş “müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir” göstərişinin hansı qaydada həyata keçirilməli olması “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142-ci, 383.1-ci və 408.3-cü maddələri, eləcə də Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi kontekstində şərh edilməsi” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6496/2021 saylı xx.xx.2021ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2ci maddəsində təsbit olunmuş “müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir” göstərişinin hansı qaydada həyata keçirilməli olması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142-ci, 383.1-ci və 408.3-cü maddələri, eləcə də Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi kontekstində şərh edilməsi” ilə bağlı müraciəti barədə müvafiq Qərar qəbul edilənədək İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair 2(001)-6496/2021 nömrəli mülki işə baxmaq mümkün olmadığından həmin iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bundan sonra icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığından, yəni Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarı qəbul edildikdən sonra icraat təzələnmişdir. Əvvəla qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinə sorğu verilməsinə səbəb məhkəmə təcrübəsində cinayət işinin icraatı zamanı üzərinə həbs qoyulan və məhkəmənin yekun qərarı ilə barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilən əmlakın kimə mənsub olması haqqında mübahisəyə baxılma qaydaları ilə bağlı müxtəlif yanaşmaların mövcudluğu olmuşdur. Fikir ayrılığı əsasən aşağıdakılarla bağlı olmuşdur. 1) cinayət işi üzrə icraatda iştirak etməyən, hökmün xüsusi müsadirə tədbirinin tətbiqinə dair hissəsi ilə maraqlarına toxunan şəxslərin Cinayət-Prosessual Məcəlləsinin 383.1-ci maddəsinə əsasən hökmdən apellyasiya şikayəti vermək hüququnun olub-olmaması; 2) Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci və Mülki Prosessual Məcəllənin 82.4cü maddələrinin tələblərinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı baxımından Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Plenum Qərarında qeyd edilmişdir ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Həmin Plenum qərarından eyni zamanda qeyd edilmişdir ki, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir. Həmin Məcəllənin 7.0.5-ci maddəsində cinayət prosesini həyata keçirən orqan kimi həm icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları, həm də məhkəmələr göstərilmişdir. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Bundan başqa həmin Plenum qərarında məhkəmə hökmü ilə maraqlarına toxunulan şəxslərin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi mümkün hesab edilmiş və məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, müraciətdə qaldırılan digər məsələ Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin tətbiqi mexanizminin tənzimlənməməsi, xüsusilə məhkəmənin yekun qərarı ilə müəyyən edilən hallara baxmayaraq, mülki icraat qaydasında əmlakın kimə mənsub olmasının həlli ilə bağlıdır. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh edilən və məhkəmə təcrübəsində qeyri müəyyənlik yaradan məsələlər əmlakın üçüncü şəxslərə mənsub olduğu iddia edildiyi halda hüquqi müdafiənin tətbiqi qaydaları ilə bağlıdır. Yəni mübahisə doğuran məsələ üçüncü şəxslərə məxsus olan əmlakın üzərinə həbs qoyulduğu və ya məhkəmənin yekun qərarı ilə müsadirə olunduğu hallarda üçüncü şəxslərin hüquqi müdafiəsini hansı qaydada həyata keçirməli olduqları ilə bağlı yaranan qeyri-müəyyənlikdir. Lakin məhkumun və ya təqsirləndirilən şəxsin həmin hüquqi müdafiə vasitələrindən istifadə etmək üçün kifayət qədər imkanı qanunvericilikdə təsbit olunmuşdur. Bu baxımdan onsuz da məhkumun məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən xüsusi müsadirənin predmeti olan əmlakların qaytarılması barədə tələbinin hazırki icraat çərçivəsində prosessual əsası yoxdur. Əslində eyni məzmunlu hüquqi mövqe məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadında da öz əksini tapmışdır. Belə ki, hazırki iddia ərizəsi üzrə iddiaçı və cinayət işi üzrə məhkum olunmuş şəxs məhkəmə hökmünün mülki iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Bundan sonra onun tərəfindən kassasiya şikayəti verilməmiş və digər şəxslərin kassasiya şikayətləri ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Nəticə etibarı ilə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək faktiki olaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun barəsində tətbiq edilən xüsusi müsadirənin ləğv edilməsinə və mülki iddianın təmin edilmiş hissəsinin nəticələrinin aradan qaldırılmasına nail olmağa çalışmaqdadır. Lakin təqsirləndirilən və ya məhkum tərəfindən verilən belə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməli və iddiaçıya izah edilməlidir ki, onun cinayət işi üzrə icraat zamanı qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlardan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. -170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. -170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. -261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya cinayət işinin icraatı zamanı məhkəmənin hökmündən və ya digər yekun qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170,261-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya cinayət işinin icraatı zamanı məhkəmənin hökmündən və ya digər yekun qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar