Məhkəmə qərarları › İş №2(001)-3405/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3405/2021

06.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3405/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak hüquqlarının təmin edilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri xx xxxxx 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Cəlilova X1 Sona Həmzə qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında olan torpaq sahəsinin həyəti ilə razılığı olmadan cavabdehlər tərəfindən qanunsuz olaraq çəkilmiş kanalizasiya xəttinin ləğv edilərək çıxarılması, “ARAZ market”in fəaliyyətinin dayandırılması, həyətində açılan 8 pəncərənin bağlanması, “ARAZ market”in sobalarından, qurğularının, kondisionerlərin verdiyi tüstü, isti, qaz qoxusu səbəbindən həyətində ağacların yanıb quruması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 2000 manat pulun, səs-küy nəticəsində dəymiş mənəvi zərərə görə 5000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, ərizədə 4 tələb – kanalizasiya xəttinin çıxarılması, marketin fəaliyyətinin dayandırılması, həyətində açılan pəncərələrin bağlanması və maddi-mənəvi zərərin əvəzinin tutulması tələbləri birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Lakin ərizənin məzmunundan görünür ki, bu tələblərə bir icraatda baxılması mümkün deyildir. Belə ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh1 və Cavabdeh2 göstərilsə də, iddia tələbində həm də “ARAZ market”in fəaliyyətinin dayandırılması, marketin iddiaçının həyətinə baxan pəncərələrinin bağlanması, eləcə də makretin qurğularından çıxan tüstü, istilik nəticəsində iddiaçıya maddi zərərin dəyməsi, yaranmış səs-küylə əlaqədar mənəvi zərərin ödənilməsi göstərilmiş, həmin market cavabdeh qismində göstərilməməklə bu hissədə iddia tələbinin Cavabdeh1 və Cavabdeh2 yönəldilməsi anlaşılan deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1 və 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsində cavabdehlərin qeydiyyat ünvanları kimi “ünvan 2ərilsə də, bunu təsdiq edən hər-hansı sübut ərizəyə əlavə edilməmişdir. Mülki-prosessual qanunvericiliyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Digər tərəfdən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosesual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prossesual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-in 9-cu, 14.1-ci maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak hüquqlarının təmin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar