Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3413/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Roman Ələkbəriv, Cavabdeh5, Cavabdeh6 qarşı “torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin 432 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə onun, adına əlavə olunmuş eskiz üzrə Biləcəri Bələdiyyəsi hüdudlarında, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin və Biləcəri Bələdiyyəsinin 681 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə anasının, yəni Qönçə hüseyn qızı İmanovanın adına əlavə olunmuş eskiz üzrə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m alqı-satqı yolu ilə mülkiyyətlərinə ayrılmış torpaq sahələrindən qanunla müəyyən edilmiş əsaslarla istifadə edilməsinə cavabdehlər tərəfindən süni şəkildə yaradılmış maneələrin aradan qaldırılması və əmlakdan sərbəst şəkildə istifadə edilməsi ilə bağlı hüquqlarının bərpa edilərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinə və sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda torpaq sahəsini qanunsuz tutmuş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların göstərilmədiyi və bu barədə müvafiq sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir, halbuki prosessual qanunvericiliyin imperativ tələbinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman cavabdehin soyadı, adı, atasının adı, o cümlədən onun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatları(şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN nömrəsi) göstərilməlidir. Bu tələb həmçinin ona görə əhəmiyyət daşıyır ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir və məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Odur ki, iddia ərizəsi yuxarıda göstərilən səbəblərə görə geri qaytarılmalıdır. Belə ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Beləliklə hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda qərardadın qanuni qüvvəyə minməsinə qədər yenidən məhkəməyə müraciət edilmədiyi halda ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 39, 149-152-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Roman Ələkbəriv, Cavabdeh5, Cavabdeh6 qarşı “torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardadın qanuni qüvvəyə minməsinə qədər yenidən məhkəməyə müraciət edilmədiyi halda ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3413/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3413/2023
12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver