Məhkəmə qərarları › İş №2(001)-3427/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3427/2023

07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3427/2023 07.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Subaru Legacy” minik markalı, **-KJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli AB seriyalı 398509 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Subaru Legacy» minik markalı **-KJ-*** dövlət qeydiyyat nömrəli avtomobil mənim mülkiyyətimdədir. Həmin avtomobili tanışım X2 xahişi ilə «Beynəlxalq Bank»dan 14.800 manat kredit götürərək, razılaşdıqları kimi, Orxan ayda 543 manat olmaqla həmin kredit üzrə ödəməli idi. Lakin Cavabdeh2 banka olan kredit borcunu 5 ay ödədikdən sonra işdən çıxması səbəbi ilə ödəyə bilmədiyindən avtomobili Cavabdeh1 adlı şəxsə 3.500 manata sataraq, aylıq ödəniş olan 543 manatı aybaay ödəməsi barədə razılaşmışdır. Lakin, Faqan Səfərov banka olan aylıq 543 manat ödənişi bir müddət etməsinə baxmayaraq, sonra ödəniş edilməmiş və bank tərəfindən mənə zəng olunaraq ödənişlərin olunmaması bildirilmişdir. Bu barədə Cavabdeh1 bildirdikdə avtomobilin kredit borcunu ödəyə bilmədiyindən satmaq qərarına gəldiyi üçün tanışı Ramin Məmmədovun vasitəsi ilə avtomobili Elnur adlı şəxsə 200 manat müqabilində sataraq aylıq ödənişlərin onun tərəfindən ödənilməsi barədə razılığa gəlmişdir. Bundan başqa avtomobil qəzalı vəziyyətdə olduğundan ucuz satmasını və Elnur Məhərrəmov tərəfindən avtomobil təmir etdirilərək, aylıq ödəniş olan 543 manat banka ödənilməli idi. Banka ödənilməli olan aylıq ödənişlər ödənilmədiyi üçün mən Orxanla birlikdə Elnuru tapıb görüşdük. Elnur söz vermişdir ki, avtomobilin bütün kredit borcunu bağlayacaqdır. Lakin sonradan krediti bağlamayıb və üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbədən hüquq mühafizə orqanına şikayəti əsasında Elnur adlı şəxs 2015-ci il tarixdə Subaru Legacy» minik markalı avtomobili aldığını, amma sonra ödəniş edə bilmədiyindən avtomobili banka təhvil verdiyini bildirmişdir. Lakin bankın arayışına əsasən qeyd edilən avtomobil banka tahvil verilməmişdir. Hazırda isə cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində faizə götürdüyü pulun faizləri artmış o, isə avtomobilsiz qalmışdır. Bununla bağlı ərazi üzrə Binəqədi rayon Polis İdarəsinə şikayət etsə də, şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2011-ci il tarixli AB №398509 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Subaru Legacy minik markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hüquqları xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-nin məlumatından müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdi şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan “Subaru Legacy” markalı **-KJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh2 xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, Cavabdeh1 Malikağa oğluna xx.xx.2011-ci il tarixdan xx.xx.2013-cü il tarixədək etibarnamə verilmişdir. xx.xx.2011-ci il tarixli ON-İİ №375811 saylı etibarnamanin surətindən müəyyən olunur ki, İddiaçı Subaru Legacy markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2013-cü ilədək idarə etməyi Cavabdeh1 etibar etmişdir. İddia ərizəsinə əlavə edilmiş Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi T.Arazlının xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlarıması rədd edilmişdir. X1 Binəqədi RPİ-nin 6-cı PB-nə verdiyi xx.xx.2019-cu il tarixli və Binəqədi RPİnə verdiyi xx.xx.2020-ci il tarixli izahatlanından müəyyən olunur ki, O.Ə.Şahmardanovun 2010-cu ildə bankda girovlu maşını olduğu üçün öz adına başqa maşın ala bilmədiyindən dostu Samirə müraciət etmiş, Samir onunla razılaşmışdır. Bundan sonra o, Subaru markalı **-KJ-*** qeydiyyat nişanlı maşını bankda ipoteka ilə yüklü etməklə almışdır. Maşını Samirin adına almış, lakin aylıq krediti o ödəmişdir. O aybaay 5 ay ərzində vaxtlıvaxtında krediti ödəmişdir. Lakin sonra işdən azad edildiyi üçün maşının kreditini ödəyə bilməmiş, ona görə də maşını satmaq qaranna gəlmişdir. Maşını çoxdan tanıdığı Cavabdeh1 3500 manat ilkin ödəniş alaraq vermişdir. Fəqana maşını verdikdən sonra Fəqan ödənişləri gecikdirməyə başlamışdır. O, Faqandan maşının pulunu verməsini tələb etdikdə Fəqan ödəyəcəyini vəd edərək onu aldatmışdır. Bu dövrdə o banka müraciət edərək maşıru BDYPİ-nin duracağına qoymasını istəmişdir. Lakin bank əsassız yerə bundan boyun qaçırmışdır. Bundan sonra onlar maşını axtarmağa başlamış, məlum olmuşdur ki, Fəqan maşını Elnur adlı şəxsə heç bir rəsmi sənədləşmə aparmadan satmışdır. Onlar maşını taparaq Elnur adlı şəxsdən maşını qaytarmağı və ya pulunu ödəməyi tələb etmişlər, lakin sonuncu maşırı qaytarmayacağını və maşını hissələrə parçalayaraq itirəcəyini bildirmişdir. Hazırda o, avtomaşının kimdə və harda olması barədə məlumatsızdır. Əlavə olaraq qeyd edir ki, X4 Binəqədi RPİ-nin 6-a PB-nə verdiyi izahatından müəyyən olunur ki, o, “Subaru Legacy” markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomaşını xatırlamır, bu avtomobili almamış, İddiaçı adlı şəxsi tanımır, sonuncu ilə avtomaşın alışı ilə bağlı heç bir söhbət etməmişdir. 2015-cildə qara rəngli “Subaru” markalı, orta nömrə nişanı 485 olan avtomaşını olmuş, hamin avtomaşını Beynəlxalq Banka təhvil vermişdir.

3. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3676/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, Məhkəmə iclasında şahid Cavabdeh1 ifadəsində, İddiaçı və Cavabdeh2 uzun müddətdir tanıyır. O, Beynəlxalq Bankdan götürülən kreditə alınan Subaru Legacy markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomaşının Orxana məxsus olmasını bilmişdir. Orxan bankın pulunu ödəyə bilmədiyi üçün maşını ona 3500 manata satmışdır. O, avtomobilə görə 3500 manatı Orxana vermiş, yalnız notariat kontorunda ona etibarnamə verilərkən avtomobilin Samirin adında olması ona məlum olmuşdur. Həmin avtomobil 6 ay müddətində onun istifadəsində olmuş, 2 ay banka ödəniş etdikdən sonra o da krediti ödəyə bilməmişdir. Avtomobil onun istifadəsində olarkən onun qayru Rafiqin dostu maşınla yolnəqliyyat hadisəsi törətmişdir. Maşın vurulduğu üçün o, maşını Masazırda qaraja qoymuşdur. Maşın vuruq olduğu üçün maşını sürə və təmir etdirə bilmədiyindən dostu Ramin Məmmədova onda Subaru markalı qəzalı vəziyyətdə olan maşının olduğunu, istəyən olarsa krediti ödəmək şərti ilə maşını təmir etdirib sürə biləcəyini demişdir. Ramin Elnur adlı tanışına zəng edərək şərtləri ona demişdir. O, əvvəllər Elnuru tanımamış, Raminin sözlərindən Elnur keçmiş polis işçisi olmasını, daha sonra Beynəlxalq Bankda problemli kreditlər şöbəsində işləməsini bilmişdir. Elnur ona avtomobilə görə 200 manat verib avtomobili götürmüşdür. O, Elnura maşını verdikdən sonra bu barədə Samirlə Orxana demişdir. Elnur maşını təmir edib sürmüş, Samir Elnura etibarnamə vermədiyindən Elnur ona zəng edərək ona etbarnamə verilməyəcəyi halda maşını doğrayacağını demişdir. Məhkəməyə çağırıldıqdan sonra o, Orxana zəng etmiş, Orxan ona dənizdə olmasını, qayıdarkən üç birlikdə, yəni o, Orxan, Samir birlikdə Samirə dəyən ziyanı aralarında bölərək mübahisəni həll edəcəyini demişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, xx.xx.2011-ci il tarixli AB seriyalı 398509 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Subaru Legacy” minik markalı **-KJ-*** dövlət qeydiyyat nömrəli avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili Cavabdeh2 xahişi ilə Beynəlxalq Bankdan 14.800 manat kredit götürərək aldıq. Əvvəlcədən razılaşdığı kimi, yəni Orxan aylıq 543 manat olmaqla həmin kredit üzrə ödənişlər etməli idi. Lakin Cavabdeh2 banka olan kredit borcunu 5 ay ödədikdən sonra işdən çıxması səbəbilə ödəyə bilmədiyindən avtomobili Cavabdeh1 adlı şəxsə 3.500 manata satmış, sonra ödəniş edilməmiş və bank tərəfindən ona zəng olunaraq ödənişlərin olunmaması bildirilmişdir. Bu barədə Cavabdeh1 bildirdikdə avtomobilin kredit borcunu ödəyə bilmədiyindən satmaq qərarına gəldiyi üçün tanışı Ramin Məmmədovun vasitəsilə avtomobili Elnur adlı şəxsə 200 manat müqabilində sataraq aylıq ödənişlərin onun tərəfindən ödənilməsi barədə razılığa gəldiyini bildirmişdir. Banka ödənilməli olan aylıq ödənişlər ödənilmədiyi üçün Orxanla birlikdə Elnuru tapıb görüşmüşdür. Elnur söz vermişdir ki, avtomobilin bütün kredit borcunu bağlayacaqdır. Lakin sonradan krediti bağlamıyıb və üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən hüqüq mühafizə orqanına şikayəti əsasında Elnur adlı şəxs 2015–ci il tarixdə “Subaru Legacy” minik markalı avtomobili aldığını, amma sonra ödəniş edə bilmədiyindən avtomobili banka təhvil verdiyini bildirmişdir. Lakin bankın arayışına əsasən qeyd edilən avtomobil banka təhvil verilməmişdir. Elnur adlı şəxsdən maşını qaytarmağı və ya pulunu ödəməyi tələb etmişəm, lakin sonuncu maşını qaytarmayacağını və maşını hissələrə parçalayaraq itirəcəyini bildirmişdir. Hazırda isə cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində faizə götürdüyü pulun faizləri artmış, özü isə avtomobilsiz qalmışdır. Bununla bağlı ərizə üzrə Binəqədi rayon Polis İdarəsinə şikayət etsə də, şikayətim mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Maşının sürüldüyünü görüb və onun yerini Fəqan bilir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, avtomobili Samirin razılığı ilə Fəqana satmışdır. Fəqan onun qonşusudur. Fəqan Elnura maşını etibarnaməsiz verib. Bundan başqa məhkəməyə təqdim etdiyi Ali Məhkəmənin qanuni qüvvəsini almış qərarını nəzərə alaraq, ona münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasənda müəyyən edilən işin faktiki halları:

8. “Subary Legacy” markalı, **-KJ-*** dövlət qeydiyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir və həmin avtomobil "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1132/13 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı kredit borcu üzrə 20347 manat pulun tutulması və tələbin “Subary Legacy” markalı, **-KJ-*** dövlət qeydiyat nişanlı avtomobilə yönəldilməsi və.s müəyyən edilmişdir.

10. xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən “Subary Legacy” markalı, **-KJ- *** dövlət qeydiyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2013-cü ilədək idarə edilməsi üçün Cavabdeh1 etibar edilmişdir. Bundan sonra avtomobil barədə məlumat olmamış, hətta icra sənədi üzrə avtomobilin axtarılması ilə bağlı icra məmuru tərəfindən görülən tədbirlər də nəticə verməmişdir.

11. İddiaçı avtomobili Cavabdeh2 üçün aldığına və onun hərəkətlərinə görə maddi ziyana düşdüyünü əsas gətirməklə pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3676/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh2 maddi ziyana görə 20347 manat, məhkəmə xərclərinə görə 41,50 manat olmaqla, cəmi 20388,50 manat pulun İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir.

13. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya icraatı zamanı Cavabdeh1 və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

14. Cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-916/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3676/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh2 qarşı iddiası rədd edilmişdir.

15. İddiaçının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-916/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5111/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixli etibarnamə əsasında avtomobili Cavabdeh1 verdiyindən həmin avtomobilin qaytarılmasını, bu mümkün olmadıqda isə onun dəyərinin ödənilməsini həmin şəxsdən tələb edə bilər.

16. İddiaçı isə bu hala istinad edərək avtomobilin hər 2 cavabdehdən alınıb ona verilməsini tələb edir. Buna baxmayaraq iddiaçı avtomobilin sonuncu dəfə Cavabdeh1 sahibliyində olduğunu və bundan sonra avtomobilin aqibəti barədə məlumat ala bilmədiyini qəbul edir.

17. Cavabdeh2 isə avtomobilin iddiaçının etibarnaməsi əsasında digər cavabdehə verildiyini və avtomobil barədə məlumatının olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Tətbiq edilən prosessual normalar:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

24. 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

26. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi əsaslandırması:

27. İşin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Belə ki, iddiaçı mübahisənin obyekti olan avtomobilin mülkiyyətçisidir və avtomobil özgəsinin qanuni sahibliyindədir. Avtomobilin özgəsinin qanunsuz sahibliyində olması hazırki iş üzrə cavabdehlərin də cəlb edildiyi və preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi ilə sübut olunur. Odur ki, nə iddiaçı, nə cavabdeh preyudisial əhəmiyyət daşıyan faktlar barədə mübahisə aça bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qismən, yəni yalnız Cavabdeh1 münasibətdə əsaslıdır. Belə ki, sözügedən avtomobil sonuncu dəfə Cavabdeh1 etibarnaməli idarəçiliyinə xx.xx.2013-cü ilədək verilmiş və həmin müddət bitdikdən sonra avtomobil mülkiyyətçiyə qaytarılmamışdır. Odur ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmə barədə tələbi əsaslı hesab edilməli və avtomobil Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Digər Cavabdeh2 isə avtomobilə sahibliyi müəyyən edilmədiyindən ona münasibətdə iddia təmin edilməməlidir. Nəticə:

28. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Subary Legacy” minik markalı, **-KJ- *** dövlət qeydiyat nişanlı avtomobil Cavabdeh1 alınaraq iddiaçıya təhvil verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. “Subary Legacy” minik markalı, **-KJ-*** dövlət qeydiyat nişanlı avtomobil Cavabdeh1 alınaraq İddiaçı təhvil verilsin. İddia tələbi digər Cavabdeh2 yönələn hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar