Məhkəmə qərarları › İş №2(001)-348/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-348/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-348/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 55000 manat, mənəvi ziyana görə 10000 manat olmaqla cəmi 65000 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı maddi ziyana görə 3700 manatın, mənəvi ziyana görə 2000 manatın tutulmasına, qeyd olunan pul tələbinin təminatı kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 25 sot torpaq sahəsinə onun ipoteka hüququnun tanınmasına dair qarşlıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1 qarşı işlərin aşağı keyfiyyətli, ucuz materiallardan və qüsurlu görülməsi nəticəsində ona dəymiş maddi ziyana görə 55000 manat, mənəvi ziyana görə 10000 manat olmaqla cəmi 65000 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı maddi ziyana görə 3700 manatın, mənəvi ziyana görə 2000 manatın tutulmasına, qeyd olunan pul tələbinin təminatı kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 25 sot torpaq sahəsinə onun ipoteka hüququnun tanınmasına dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə ümumi tanışları vasitəsilə tanış olmuş, normal münasibətləri yaranmışdır. Cavabdeh özünü iş icraçısı, yəni prorab kimi təqdim etmiş, o, isə bağ sahəsində olan evinin təmirə ehtiyacı olduğundan həmin şəxslə təmir işlərinin aparılması barədə razılığa gəlmişdir. Cavabdeh özünü ona peşakar təmir-tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Bu səbəbdən o, cavabdehlə Bakı şəhəri Pirşağı qəsəbəsində yerləşən bağ sahəsində əsaslı təmir-tikinti işlərinin aparılmasına dair şifahi razılığa gəlmiş, aralarında yazılı qaydada müqavilə, görülməli işlərə dair smeta tərtib edilməmişdir. Lakin cavabdeh tərəfindən aparılan təmir-tikinti işləri son dərəcə keyfiyyətsiz olmaqla yanaşı sonuncuya ödənilmiş külli miqdarda pul vəsaiti cavabdeh tərəfindən mənimsənilmiş, aparılmış qüsurlu təmir işləri isə çox ucuz və keyfiyyətsiz materiallardan istifadə edilməklə ona külli miqdarda ziyan vurulmuşdur. Evin otaqlarının və mansardın döşəməsinin taxtalarının araları normadan çox olduğundan estetik forma pozulmaqla taxtaların aralarından hava daxil olduğundan sökülüb yenidən yığılmalıdır. Köhnə mövcud evlə birləşən yeni tikilmiş 2 ədəd otağın dam örtüyü qüsurla vurulduğundan yağış suları həmin otaqları yararsız vəziyyətə salmış və dam örtüyü yenidən sökülüb-yığılmalıdır. Birinci və ikinci mərtəbələrin döşəmələrinin atmaları-balkaları çox nazik olduğundan və birbirlərindən çox aralı olduğundan döşəmə silkələnir. İnşa edilmiş evdə quraşdırılmış pəncərələr keyfiyətsiz materiallardan və qüsurlu yığıldığından aralarında qalan boşluqlardan hava keçdiyindən yüksək səslər əmələ gəlir, habelə pəncələrin ara boşluqlarından yağış suları mənzilə daxil olaraq ziyan vurur. Kanalizasiya sistemi düzgün quraşdırılmadığından inşa olunmuş hamam və sanitar qovşaqda daimi pis qoxu gəlir və bu sistemin yenidən quraşdırılmasına ehtiyac vardır. Evin mansard adlanan hissəsinin dam örtüyünün alt hissəsi, yəni izolyasiyası olmadığından mansardda qışda soyuq, yay aylarında isə çox isti olur və sökülüb yenidən tikinti qaydalarına uyğun bərpa olunmalıdır. Evin birinci mərtəbəsinin döşəməsi keyfiyyətsiz və qüsurlu yığıldığından hərəkət zamanı kifayət qədər güclü amplituda ilə tərpənir. Bu halların aradan qaldırılması məqsədilə müəyyən vəsait sərf olunmaqla zirzəmidən dəmir boru vasitəsilə döşəmə bərkidilmişdir. Yeni inşa edilmiş evin bir sıra divarlarının müxtəlif yerlərində çatlar müşahidə olunur ki, bu hallar da evin özünün zəif inşa edilməsi nəticəsində bütövlükdə evin daşıyıcı divarlarında geniş çatlar əmələ gəlmişdir. Mətbəx və sanitar qovşağın arasında izolyasiya işlərinin aparılmaması nəticəsində mətbəxin ümumi divarında nəmişlik əlamətləri müşahidə olunur. Nəmişlikdən kəskin qoxular əmələ gəlmişdir. Bu səbəbdən izolyasiya işləri bərpa olunmalıdır. Kombi sisteminin borularının düzgün quraşdırılmaması nəticəsində evin zirzəmisinə daxil olunmasını məhdudlaşdırmış, borular izolyasiya olunmamış, kombi aparatı keyfiyyətsiz olduğundan tez-tez sıradan çıxır və bu halların aradan qaldırılması əlavə xərc tələb edir. Evin həyətindəki hovuzun tikinti norma və qaydalarına zidd olaraq qüsurlu inşa edilməsi nəticəsində əlavə olaraq dəmir-beton işləri aparılmışdır. Mansardın divar və tavanında işlədilmiş taxta məmulatları quraşdırılarkən keyfiyyətsiz materiallardan istifadə edilməsi nəticəsində araları açılmış, yararsız vəziyyətə düşmüşdür. Evin elektrik xətləri keyfiyyətsiz quraşdırıldığından bir sıra qüsur və nöqsanlar aşkar edilmişdir. Həmin qüsurların aradan qaldırmaq məqsədilə elektrik xətləri yenidən quraşdırılmışdır. Cavabdehlə razılığa əsasən bütün qeyd olunan işlər yüksək keyfiyyətli materiallardan inşa edilməli idi. Lakin ondan təxminən 85000 manat civarında hissə-hissə pul alaraq, işlərin aşağı keyfiyyətli ucuz materiallardan və qüsurlu görülməsi nəticəsində cavabdeh ona külli miqdarda, təxminən 55000 manat civarında maddi ziyan vurmuşdur. Bundan başqa 2016cı ildə işləri görməyə başlayan cavabdeh 2017-ci ildə işləri tamamlamadan getmiş, o, dəfələrlə cavabdehdən işləri tamamlamağı tələb etsə də, əvvəl cavabdeh ona vədlər vermiş, sonra ona hara şikayət edirsə etməsini deyib, zənglərinə cavab verməmişdir. Nəticədə cavabdeh tərəfindən hissə-hissə görülən işlər ona təhfil verilməmişdir. Halhazırda da yağış yağanda onun evinə su axır, bu barədə o, video görüntüləri də çəkmişdir. Cavabdehin gördüyü işlərə görə onun cavabdehə hər hansı bir borcu qalmamışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə, ilk iddia ərizəsinin təmin edilərək Cavabdeh işlərin aşağı keyfiyyətli, ucuz materiallardan və qüsurlu görülməsi nəticəsində ona dəymiş 55000 manat maddi ziyan və 10000 manat mənəvi ziyan olmaqla ümumilikdə 65000 manatın, habelə 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili Vəkil1 İddiaçı izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, tərəflərə iş üzrə təyin olunan ekspertizaların keçirilməsinin yeri və vaxtı barədə məlumat verilmiş, Cavabdeh birinci yerli baxışda şəxsən iştirak etmişdir. Həmin vaxt bütün qüsurlar tərəflərin və ekspertin iştirakı ilə qeyd olunmuşdur. Cavabdeh gördüyü işləri İddiaçı təhvil verməmiş, əksinə işləri yarımçıq qoyub getmiş, İddiaçı müraciətlərinə cavab verməmiş, nəticədə sonuncu məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunlada İddiaçı iddia müddətini ötürməmişdir. Bundan başqa Cavabdeh hərəkətləri nəticəsində İddiaçı mənəvi sarsıntı keçirmişdir. Ona görə də ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia əriəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər İddiaçı üçün Pirşağı qəsəbəsində bağ evi tikməklə bağlı şifahi razılığa gəlmişlər. Tikinti 2016-cı ilin mart ayında başlamış, həmin ilin iyun ayında işlər başa çatmışdır. Bir mərtəbə və mansarddan ibarət olan ev sifarişçi İddiaçı tərəfindən razılıqla qəbul edilmişdir. Sifariş tam yerinə yetirilmiş və sifarişçinin podratçıya 3700 manat borclu qalmışdır. Həmin məbləği İddiaçı daha sonra verəcəyini bildirsə də bugünədək ödəniş etməmişdir. Ə.Z. Aslanovla İddiaçı münasibətləri yaxşı olduğu üçün həmin pulu ondan istəməyə üzü gəlməmişdir. İndi isə İddiaçı Cavabdeh böhtan ataraq guya keyfiyyətsiz iş gördüyünü bildirdiyi üçün sonuncu da muzdun qalıq məbləğini tələb edir. Sifarişçinin tapşırığı Cavabdeh tərəfindən yüksək səviyyədə və ucuz şəkildə yerinə yetirilmişdir. Evin keyfiyyətsiz tikinti materiallarından inşa edilməsi barədə iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyildir. Əvvəla həmin evin inşasında keyfiyyətsiz, xarab olan hər hansı material istifadə olunmamışdır. Digər tərəfdən isə inşaatda istifadə olunmuş bütün materiallar bir-neçə növdə sifarişçi İddiaçı Cavabdeh tərəfindən təqdim edilmiş və bilavasitə istifadə olunacaq tikinti materialını şifarişçi öz qərarı ilə seçmişdir. Ona görə də hətta keyfiyyətsizlik iddiası təsdiq olunsa belə ona görə məsuliyyəti şifarişçi özü daşıyır. Sifarişçi evi təhvil aldıqdan bir-neçə ay sonra Cavabdehla əlaqə saxlayaraq evin bir divarında nəmişlik olmasını bildirmişdir. Yerində yoxlama zamanı su navalçasının tutulduğu üçün divara su keçdiyi aydın olmuş, navalça təmizləndikdən sonra vəziyyət düzəlmişdir. Bundan sonra sifarişçi tərəfindən Cavabdeh evin hər hansı qüsuru, o cümlədən iddia ərizəsində qeyd olunan nöqsanlar barədə etiraz daxil olmamışdır. Evin təhvil-təslimi zamanı qeyd olunan qüsurların heç biri mövcud olmamışdır. Bu mənada üzərindən 5 il keçdikdən sonra İddiaçı tərəfindən belə bir iddianın irəli sürülməsi anlaşılan deyildir. Evin tikilib təhvil verilməsindən artıq 5 ildən çox vaxt keçmişdir. Həmin müddətdə evdə müəyyən qüsurların meydana gəlməsi də normaldır. Bundan əlavə müəyyən qüsurlar evin yanlış istifadəsindən də qaynaqlana bilər. Hər bir halda Cavabdeh tərəfindən işlərin keyfiyyətsiz görülməsi və qüsurların məhz cavabdehin ucbatından əmələ gəlməsi sübut edilməlidir. Burada bir məsələ qeyd olunmalıdır ki, evin təsadüfən, yəni təbii aşınması riski iş təhvil verildikdən sonra sifarişçinin üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Podratçı yalnız bir halda - hazırlanmış əşyaya qarantiya verilməsi halında əşyanın təbii aşınması və qüsurlarına görə məsuliyyət daşıya bilər. Hazırkı hüquq münasibətində isə tərəflər arasında elə bir razılaşma olmamışdır. Evin qiyməti 158000 manatdır. İddia ərizəsində evin tikintisi üçün 85000 manat pul xərcləndiyi göstərilir. İddiaçının məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş arayışa əsasən evin qiyməti 158000 manatdır. 85000 manata tikilmiş evin dövlət qurumu tərəfindən 158000 manata qiymətləndirilməsi elə podratçının işinin keyfiyyətinin göstəricisidir. İddiaçı əri işdən məmnun qaldığı üçün xaricdən Cavabdeh üçün köynək hədiyyə gətirmişdir. İş üzrə keçirilən son ekspertiza rəyi əvvəlki rəyin təkrarıdır. İkinci dəfə mübahisəli evə baxış barədə onlara məlumat verilməmişdir. Elektrik və istilik xətləri İddiaçı tərəfindən yenidən təmir edilsə də, həmin hissələrdə qüsur olması və bərpası üçün məbləğ müəyyən olunmuşdur. Əgər həmin hissələr ev istismara verildikdən sonra təmir olunubsa deməli cavabdehin ilkin təmiri aradan qalxmışdır. Həmin xətlərin hazırkı qüsurlu vəziyyəti mülkiyyətçinin özü tərəfindən aparılmış son təmirin nəticəsidir. Ekspert tərəfindən amortizasiya barədə suallara cavab verilməmişdir. İddiaçı 2016-cı ilin iyun ayında təhvil aldığı evə dair 5 ildən artıq vaxt keçəndən sonra iddia qaldırmış, təbii aşınmanın əhəmiyyəti daha artıqdır. Bu səbəbdən iş üzrə tikinti-texniki ekspertiza rəyləri sübut qismində nəzərə alınmamalıdır. İddiaçı görülmüş işlərin ona təhvil verilmədiyini bildirsə də, evə dair İddiaçınən mülkiyyət hüquqlarının qeydə alınması, evin qiymətləndirilməsi barədə sənədlərin tarixindən müəyyən olunur ki, ev 2016-cı ilin sentyabr ayında qiymətləndirilib, oktyabr ayında mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı işin keyfiyyətsiz görüldüyünü və keyfiyyətsiz materiallardan istifadə olunduğunu deməsi Cavabdeh üçün böyük mənəvi zərbədir. Cavabdeh İddiaçı iddiasına görə iztirab keçirir, həkimə müraciət etmişdir. Mənəvi zərərin zərərin ölçüsü olmasa da Cavabdeh özünə dəymiş mənəvi zərəri hazırkı iddianın məqsədləri üçün 2000 manat həcmində qiymətləndirir. İddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. İş isə 2016-cı ilin iyun ayında qəbul edilmişdir. Göründüyü kimi iddiaçı bir illik müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq edərək ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 22 ildir tikinti işləri ilə məşğul olur, bu sahədə heç bir təhsili yoxdur. O, İddiaçı üçün Pirşağı qəsəbəsində bağ evi tikməklə bağlı razılığa gəlmiş, smeta tərtib edilmədən, yazılı müqavilə bağlanmadan tikintiyə 2016-cı ilin fevral ayında başlamış, həmin ilin may-iyun ayında başa çatdırmışdır. İddiaçı ona tikinti üçün 68000 manat pul vermişdir. Bir mərtəbə və mansarddan ibarət olan ev sifarişçi İddiaçı tərəfindən razılıqla qəbul edilmişdir. Tikintiyə və təmirə tələb olunan bütün materialları o, İddiaçı göstərişinə əsasən seçmişdir. Evin keyfiyyətsiz tikinti materiallarından inşa edilməsi barədə iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, evin inşasında keyfiyyətsiz, xarab olan hər hansı material istifadə olunmamışdır. İddiaçı evi təhvil aldıqdan bir neçə ay sonra onunla əlaqə saxlayaraq evin bir divarında nəmişlik olmasını bildirmiş, yerində yoxlama zamanı su navalçasının tutulduğu üçün divara su keçdiyi aydın olmuş, navalça təmizləndikdən sonra vəziyyət düzəlmişdir. Bundan sonra İddiaçı tərəfindən ona evin hər hansı qüsuru, o cümlədən iddia ərizəsində qeyd olunan nöqsanlar barədə etiraz daxil olmamış, iddiaçı onu axtarmamış, ona zəng etməmişdir. Evin təhvil-təslimi zamanı iddiaçının qeyd etdiyi qüsurların heç biri mövcud olmamış, təhvil-təslim zamanı heç bir sənəd tərtib olunmamışdır. Evə yağış suyunun axması barədə video görüntülər onun inşa etdiyi evə aid deyildir. Üzərindən 7 il keçdikdən sonra belə bir iddianın irəli sürülməsi anlaşılan deyildir. Gördüyü işlərin dəyərinə görə İddiaçı ona 3700 manat borclu qalmışdır. Bununla yanaşı o, mənəvi iztirablar keçirmişdir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək maddi ziyana görə 3700 manatın, mənəvi ziyana görə 2000 manatın İddiaçı onun xeyrinə tutulmasına, qeyd olunan pul tələbinin təminatı kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 25 sot torpaq sahəsinə onun ipoteka hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 758. Əgər müqavilənin predmeti bina və ya onun ayrı-ayrı hissələridirsə, podratçı müqavilədən irəli gələn tələblərinə əsaslanaraq, binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb edə bilər. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Maddə 767.2. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Maddə 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə 773 Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışın surətindən müəyyən olunur ki, sahəsi 205 m2 olan ünvan 3nə və evin yerləşdiyi 205,2 m2 torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 13150 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3nin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2016-cı il tarixinə bazar dəyəri 158000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5515 nömrəli rəyindən müəyyən olunur ki, ünvan 3nin tikintisində keyfiyətsiz tikinti materiallarından istifadə edilib-edilməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamış, lakin yaşayış evinin döşəməsinə vurulan taxtaların biri-birindən aralı vəziyyətdə olduğu və səliqəsiz vəziyyətdə vurulduğu və hərəkət zamanı döşəmənin əstiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 3ndə mövcud olan qüsurların yaranmasının səbəbi döşəməyə vurulan döşəmə taxtaların kip vulmaması və döşəmə altında olan atma taxtaların ara məsafəsini çox saxlaması səbəbində əmələ gəlməsi müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 3ndə mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 10077 manat təşkil edir. Qeyd olunur ki, bağ evində aparılmış təmir-tikinti işləri nəticəsində əmələ gəlmiş qüsurların nədən ibarət olması, görülməli işlərin ayrı-ayrılıqda növləri, həcmi, dəyəri smetada və rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, tədqiq olunan bağ evində müxtəlif növ və eləcə də, gizli təmir işləri aparıldığından və eləcə də həmin evin təmirinə dair mülki iş materialında smeta sənədləri olmadığından və əlavə olaraq təqdim olunmadığından, bağ evinin təmirinə sərf olunan materialların növlərini, həcmlərini, dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, ünvan 3nin inşasına və təmir-tikinti işlərinə bazar qiymətlərinə uyğun dəyəri mövcud olmuş bazar qiymətləri ilə dəyərini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında ekspert X2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10\5515 saylı rəiyini müdafiə edir. Tərəflərin iştirakı ilə evə baxış keçirmişdir. Apardığı tədqiqat zamanı o, döşəmənin düzgün vurulmadığını müəyyən etmişdir. Döşəmədəki taxtaların arası doldurula bilməz, belə ki, yenidən bir müddətdən sonra yarasız hala düşəcəkdir. Döşəmə düzəldilərkən divarada ziyan vurulacağından, qiymət müəyyən edilərkən nəzərə alınmışdır. Qonaq otağındakı döşəmə səs salır, vibratsiya vardır. Qüsurlar çırıltı səsinin gəlməsidir. Cırıltı materialın keyfiyyəti, yaş olması ilə bağlı ola bilər. Təkrarlanmamaq üçün döşəmə yenidən vurulmalıdır. Sökülən taxtalardan istifadə edilməsi mümkün olduğundan o, rəydə 100 m2 qeyd etmişdir. Döşəmədəki qüsurlar keyfiyyətsiz təmirin nəticəsi olmaqla təmirdən istifadə nəticəsində yanranan qüsurlar deyildir. Dam düzəldilməlidir ki, yaxış suyunun axmasının qarşısı alınsın. Baxış zamanı usta özü dama baxıb damın bu qaydada inşa etməsini demişdir. Dam düzgün inşa edilmədiyindən yaxış suyu axıb yığılır. Mətbəx tərəfdə mebeldə və divarda nəmişlik izləri olmuş, nəmişliyin səbəbini müəyyən etmək üçün kafel sökülməlidir. Kombinin borularının izoliyasiya olunması mütləq tələb olunur. Elektrik xətlərində o, qüsur müəyyən etməmiş, ona qədər olan işlərlə bağlı, şəkillərlə bağlı rəy verilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2887 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Pirşağı qəsəbəsi 111 saylı bağ evinin tikintisində köhnə tikinti materiallarından istifadə edilibedilmədiyini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Pirşağı qəsəbəsi 111 saylı bağ evinin mətbəx tikilisinin tavan və divarlarında nəm izlərinin olmadığı müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Pirşağı qəsəbəsi 111 saylı bağ evində mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 15578,0 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, tədqiq olunan bağ evində pəncərələr, elektrik və kombi xətlərinin düzgün quraşdırılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası publiki hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 292 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə saat 20:46-da 103 xidmətinə ünvan 2 ünvanından Cavabdeh Ziyad oğlunun adına halı pis səbəbi ilə çağırış daxil olmuş, çağırışı 22 saylı bölmənin həkimi S.İbrahimova icra edərək, xəstə Cavabdeh essensial hipertenziya İİ mərhələ diaqnozu qoyulmuş, müvafiq tibbi yardım göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, 2016-cı ildə tərəflər arasında ünvan 3 ünvanında yaşayış evinin inşası və təmirinə dair şifahi qaydada podrat müqaviləsi bağlanmışdır. Şifarişçi İddiaçı podratçı Cavabdeh podratın nəticəsinin qüsurlu olmasını, işlərin ona təhvil verilmədiyini bildirib vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini, podratçı isə öz növbəsində görülən işlərin ödənilməmiş qalan dəyərini və vurulan mənəvi ziyanı tələb etməklə, şifarişçinin tələbləri üzrə iddia müddətini ötürməsini iddia edir. İlk iddia tələbinə iddia müddətinin təbiq edilməsini tələb edən podratçı bu barədə müraciəti ilk iddia ərizəsinə qarşı vəkili tərəfindən tərtib olunan etirazda qeyd etməklə etirazın eyni zamanda ərizə kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, podrat müqaviləsi üzrə podratçının Bakı şəhəri Pirşağı qəsəbəsi 111 saylı bağ evində gördüyü işlərdə qüsurlar mövcuddur və bu qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 15578 manat təşkil edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, şifarişçinin qüsurların aradan qaldırılması üçün podratçıdan 15578 manat tələbi əsaslıdır ona görə də, ilk iddia ərizəsi maddi ziyanla bağlı bu hissədə təmin edilməlidir. Məhkəmə ilk iddiaçının mənəvi zərərin tutulması tələbinə münasibətdə qeyd edir ki, podratçının hərəkəti nəticəsində keçirdiyi mənəvi sarsıntının nədə ifadə olunmasına, hansı şəkildə təzahür etməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən şifarişçinin ilk iddia tələbi bu hissdə əsassızdır, ona görə təmin edilmir. Məhkəmə podratçının şifarişçinin tələbinə iddia müddətinin təbiqi ilə bağlı qeyd edir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx.xx.2005-ci il, R.Salamovun şikayəti üzrə xx.xx.2007-ci il, X.Xəlilovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli və s. qərarlar). Məhkəmə hesab edir ki, ilk iddia ərizəsi üzrə cavabdeh ilk iddia tələbinə iddia müddətinin təbiqini tələb etdiyindən iddia müddətinin axımının başlanğıcına dair təkzib olunmaz sübutlarını da məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh verdiyi izahatlarında şifahi podrat müqaviləsi üzrə işlərin 2016-cı ilin fevral-mart aylarında başlanmasını, həmin ilin may-iyun aylarında tamamlanmasını bildirsə də, müqavilə üzrə gördüyü işləri şifarişçiyə nə vaxt təhvil verməsini sübuta yetirə bilməmişdir. Podratçının vəkili işlərin təhvil verilməsini sifarişçinin daşınmaz əmlakı qiymətləndirməsi, həmin əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınması tarixi ilə təsdiq olunmasını bildirsə də, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edən sifarişçi bu hesablama nəticəsində də, iddia müddətini ötürməmişdir. Belə ki, qanunla müəyyən edilmiş xüsusi iddia müddətlərindən biri də podrat hüquq münasibətləri üçün Mülki Məcəllənin 776-cı maddəsində müəyyən edilmiş podrat müqaviləsi üzrə iddia müddətidir. Həmin maddəyə müvafiq olaraq sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (MM-nin 776.1 mad). Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır (MM-nin 776.2 mad). Beləliklə hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin 377.1-ci madəsinə əsasən sifarişçinin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmaqla Mülki Məcəllənin 776-cı madəsində müəyyən edilmiş xüsusi iddia müddətinin keçib-keçmədiyi müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla şifarişçinin binaya dair icranın qüsuruna aid tələbi üzrə beş illik iddia müddətini ötürmədiyi müəyyən olunduğundan məhkəmə podratçının etirazında istinad etdiyi bu dəlil ilə razılaşmır. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, şifahi qaydada bağladığı podrat müqaviləsinə əsasən, gördüyü işlərin dəyərinə görə şifarişçinin ona 3700 manat borclu qalmasını iddia edən podratçı iddia tələbində istinad etdiyi bu halı sübuta yetirə bilmədiyindən, müqavilədən irəli gələn tələblərinə əsaslanaraq podratçının binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb etmək hüququ olduğundan, qarşılıqlı iddia ərizəsində qeyd olunan şifarişçinin öz hüquqlarının müdafiəsi üçün müraciət etməsi halı podratçının mənəvi sarsıntı, iztirab keçirməsinə əsas olmadığından qarşılıqlı iddia tələbləri tam həcmdə əsassızdır, ona görə təmin edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizələri üzrə ödənilən dövlət rüsumları, iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyəri Ə.Z. Aslanova aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 15578 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 15608 manat İddiaçı xeyrinə tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı maddi ziyana görə 3700 manatın, mənəvi ziyana görə 2000 manatın tutulmasına, pul tələbinin təminatı kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 25 sot torpaq sahəsinə onun ipoteka hüququnun tanınmasına dair qarşlıqlı iddia ərizəsi təmin edilməsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 150 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar