Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3487/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Mı̇ rzəyeva Cəmalə Əlı̇ zaman qızı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Sı̇ yasət qızı və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü il tarixdən 2021-ci il tarixə qədər ünvan 1 ünvanında yerləşən “Gülüdə” qadın geyimləri dükanını icarə əsasında işlətmişdir. 2020-ci ilin dekabr ayından qonşuluqda yaşayan Cavabdeh ondan davamlı olaraq müxtəlif vaxtlarda müxtəlif ölçüdə qızıl-zinət əşyaları nisyə yolla almışdır ki, satıb pulunu ödəyəcəkdir. Cavabdeh 2021-ci ilin yanvar ayına qədər iddiaçıdan 31000 manat dəyərində müxtəlif çeşiddə qadın geyimləri və qızıl-zinət əşyaları nisyə almışdır. Daha sonra isə 19 yanvar 2021-ci il tarixdən başlayaraq isə Cavabdeh 16600 manat dəyərində əlavə qızıl zinət-əşyaları götürməklə, ümumi borcu 47600 manata çatdırmışdır. O, əvvəllər götürdüyü malların pulunu bir müddət ödədikdən sonra müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmağa başlamışdır. İddiaçının Cavabdeh nisyə satdığı qızıllar Aybəniz Heybətovaya, X8, anası X2, bacısı X3 və bir qismi isə özünə məxsus olmuşdur. Cavabdeh iddiaçını aldadaraq vaxt qazanmağa çalışırmış və sonda da iddiaçıya olan 47600 manat məbləğində borcunu qaytarmaqdan imtina etmişdir. İddiaçı Cavabdeh barəsində Binəqədi Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, o polis idarəsində bildirmişdir ki, iddiaçıya olan borcunu ödəmiş və iddiaçı ondan əlavə 47600 manat pul tələb edir. Lakin, bu belə deyil, Cavabdeh iddiaçıdan başqa çoxsaylı insanlara, o cümlədən iddiaçının ailə üzvlərinə də borcu var. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh 47600 manat, 200 manat mediasiya xərci və 233 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 48033 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh aşağıdakı sayda və qiymətdə qızıl-zinət əşyaları, geyim və yataq dəsti üzləri nisyə satmışdır: 1 ədəd üzük, 750 əyar, 9 qr, (İtaliya istehsalı) dəyəri 1250 manat, 1 ədəd boyunbağı (sep) 750 əyar, 18 qr, (İtaliya istehsalı) 2350 manat, boyunbağı (sep) qolbağ dəst 22.43 qr, 750 əyar, (İtaliya istehsalı) 3500 manat, dəst qzıl (qualaq küpəsi, üzük, boyun bağa) 24.68 qr, 750 əyar, (İtaliya istehsalı) 3600 manat, 1 ədəd qolbaq 15,84 qr, 750 əyar, (İtaliya istehsalı) 1900 manat, dəst, (qulaq küpəsi, qolbaq) 18.53 qr, 585 əyar, (Türkiyə istehsalı) 2150 manat, 1 ədəd üzük 6.04 qr 750 əyar, (İtaliya istehsalı) 800 manat, dəst (qualaq küpəsi, üzük) 19.1 qr 750 əyar, 3200 manat, 1 ədəd boyun bağa 3.4 qr, 585 əyar, (Türkiyə istehsalı) 450 manat, dəst (boyunbağı, qolbaq) 32 qr, 750 əyar, (İtaliya istehsalı) 4600 manat, dəst, (qulaq küpəsi, üzük), 19.65 qr, (İtaliya istehsalı) 3400 manat, dəst, (boyunbağı, qolbaq) 18 qr, 750 əyar, (İtaliya istehsalı) 2350 manat, 1 ədəd qolbaq 11.53 qr, 750 əyar, (İtaliya istehsalı) 1500 manat, 1 ədəd qolbaq 10.75 qr, 750 əyar, (İtaliya istehsalı) 1500 manat, 1 ədəd qolbaq 9.34 qr, 585 əyar, (Türkiyə istehsalı) 1300 manat, 1 ədəd qolbaq 13.3 qr, 585 əyar, (Türkiyə istehsalı) 1550 manat, 1 ədəd üzük 4.35 qr, 585 əyar, 500 manat, 1 ədəd üşaq üçün qualaq küpəsi, 4.75 qr, 583 əyar, 450 manat, dəst (boyunbağı, qulaq küpəsi, üzük) 24.95 qr, 750 əyar, (İtaliya istehsalı) 4600 manat, 1 ədəd qulaq küpəsi, (qrazella) 16.1 qr 750 əyar, (İtaliya istehsalı) 2700 manat, dəst, qulaq küpəsi, boyunbağı (kulon) 13.65 qr 750 əyar, (İtaliya istehsalı) 1650 manat, 1 ədəd, qulaq küpəsi, 9.1 qr, 750 əyar, (İtaliya istehsalı) 1200 manat, 1 ədəd boyun bağı, (moruq) 30 qr, 583 əyar, (Rusiya istehsalı) 3750 manat, 1 ədəd boyunbağı, 12.3 qr, 750 əyar, (İtaliya istehsalı) 1550 manat, boyunbağı, 8.1 qr, 750 əyar, (İtaliya istehsalı) 900 manat, 1 ədəd qolbaq, 18.66 qr, 750 əyar (İtaliya istehsalı) 2250 manat, 1 ədəd üzük, 1.75 qr, 585 əyar, (Türkiyə istehsalı) 150 manat, 1 ədəd qulaq küpəsi, 4.48 qr 585 əyar, (Türkiyə istehsalı) 500 manat, 1 ədəd qulaq küpəsi, 2.9 qr 585 əyar, (Türkiyə istehsalı) 150 manat, 1 ədəd boyunbağı, 11.1 qr, 750 əyar, (İtaliya istehsalı) 750 manat olmaqla cəmi dəyəri 56500 manat qızıl-zinət əşyaları və bunlardan əlavə isə dəyəri 550 manat olan qazan dəsti, yorğan döşək üzü 100 manat, xrustal qablar (meyvə, ləpə qabları) 200 manat, idman dəsti 60 manat, ayaqqabılar 300 manat, qazan 75 manat, yorğan-döşək üzü 100 manat, iki nəfərlik yorğan-döşək üzü 50 manat, 2 ədəd qadın çantası 55 manat, cins gödəkcə 75 manat, şampun 20 manat, qadın üçün xalat 35 manat, düyü süzən 20 manat, 8 cüt corab 12 manat, 10 cüt corab 1 ədədinin dəyəri 2,5 manat, ümumi 25 manat, qadın üçün arxalıq (jaket) 50 manat, yorğandöşək üzü 3 ədəd dəyəri 150 manat, üzlük (çexol) 3 ədəd dəyəri 150 manat, üzlük (çexol) 3 ədədi 165, 1 ədədi 40 manat, qadın geyimi (losin) 2 ədəd 36 manat, qadın üçün don 40 manat, qadın geyimi (pijama) 25 manat, ümumi dəyəri 2333 manat olan geyim paltarları yorğan-döşək üzləri və qabları nisyə olaraq Cavabdeh satılmışdır. X9 iddiaçıdan 58833 manat mal almış və bunun müqabilində hissə-hissə iddiaçıya 11070 manat pul ödəmişdir ki, bu günə onun qalıq borcu 47763 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Mı̇ rzəyeva Cəmalə Əlı̇ zaman qızı izahatında məhkəməyə bildirdi ki, Əfsanə 2021-ci ilin yanvar ayına qədər ondan müxtəlif çeşiddə qadın geyimləri və qızıl-zinət əşyalarını ondan nisyə almışdır. Həmin vaxtadək götürdükləri malların pulunu vaxtı-vaxtında ödəyirdi. Daha sonra 19 yanvar 2021-ci il tarixdən başlayaraq Əfsanə əlavə olaraq ondan 5 dəst qızıl-zinat əşayaları götürdü və nəticədə onun ümumi borcu iddia ərizəsində göstərilən məbləğə çatmışdır. Həmin məbləği dəqiq bilmir. Əfsanəyə yanvar ayında verdiyi 5 dəstin qiymətlərini də xatırlamır. Nə lazımdırsa iddia ərizəsində ətraflı yazılıb. Əfsanə ilkin olaraq demişdir ki, götürdüyü qızılların dəyərini üç ay müddətində ödəyəcək, lakin sonradan yersiz bəhanələr uydurmağa başladı. İddiaçının Əfsanəyə nisyə satdığı qızıllar Aybəniz Heybətovaya, Günel Əliyevaya, iddiaçının anası, bacısı və bir qismi isə özünə məxsus olmuşdur. Günel Əliyeva və iddiaçının bacısı məhkəməyə şahid qismində gəliblər, Aybəniz Heybətova isə gələ bilməyib. İddiaçı Əfsanədən pulların qaytarılmasını təkidlə tələb edirdi ki, qızıl yiyələri də ondan tələb edir. O isə iddiaçıya deyirdi ki, narahat olmasın, pullar ödəniləcək. 05 iyun 2021-ci il tarixdə də Əfsanə ilə telefon danışıqları olub. Əfsanə iddiaçıya dedi ki, qızıl sahiblərinə denən, gözləyə bilirlərsə gözləsinlər, əks halda qızılları qaytaracaq. Hətta dedi ki, filankəs pulu filan tarixdə verəcək. Qızılların sahiblərini inandırmaq üçün iddiaçı 14 iyun 2021-ci il tarixdə Əfsanə ilə qızıl sahiblərini görüşdürdü. Əfsanə onlara bildirdi ki, pullar qaytarılacaq, narahat olmasınlar. 10 gün sonra yenə görüşdülər, lakin bu zaman Əfsanənin anası və özü iddiaçıya qarşı nalayiq ifadələr işlətdilər, anası iddiaçını döydü və bildirdi ki, qızının iddiaçıya borcu yoxdur. Əfsanə bir çox qızılların pulun verməyib, hərəsinnən ilkin ödəniş kimi cəmi 100-200 manat ödəyib. Siyahıda iddiaçı həm ödənilməmiş qızılları, həm də ödənişi edib yarımçıq qalanları qeyd etmişdir. Əfsanə bu günə ona ümumilikdə cəmi 14000 manat pul ödəyib, təxminən 47600 manat borcu da qalıb. İddiaçı məhkəmə iclasında səslənilən suallara cavab olaraq aşağıdakıları bildirmişdir: “ ... Komplektlərin dəyəri cox idi, dəqiq qiymətini bilmirəm. Siyahıda var. Özüm qızılları dəqiq sadalaya bilmərəm. İddia ərizəsindən oxuya bilərəm: komplektlərin dəyəri 2350 manat, 3500 manat, 3600 manat, 1900 manat və 2150 manat olmuşdur. İlkin olaraq normal ödəniş etdiyi üçün, özünü doğrultmuşdur. Məndə də Əfsanəyə inam yaranmışdı. Əfsanə sonuncu dəfə 14 iyun 2021-ci il tarixdə evimə gəldi və dedi ki, qızıl sahiblərini yığ, görüş təşkil et. Biz də 9-cu mikrorayon, Milena restoranında görüşdük. Əfsanə qızıl sahiblərinə bildirdi ki, 10 gün vaxt verin, ya pulunuzu ya da qızıllarınızı qayatacaram. Qızılları nə qızıl yiyələrindən götürəndə, nə də ki, Əfsanəyə verəndə aramızda hər hansı müqavilə bağlanmamışdır. Bir-birimizə inanırdıq. Sonuncu dəfə Əfsanə 2021-ci ilin aprel ayında ödəniş etmişdir. Məhkəməyə ona görə müraciət etmirdim ki, məni müxtəlif bəhanələrlə aldadırdı”. Məhkəmə iclasında şahid ifadələri dinlənildikdən sonra iddiaçı məhkəməyə aşağıdakıları bildirdi: “ ... Əfsanə mənə 2021-ci ilin noyabr ayından bu günə kimi ümumilikdə 31070 manat pul verib. Bu məbləğə bütöv şəkildə pulu verilib bağlanan qızıllar, eyni zamanda bizim mağazadan götürdüyü yataq dəstləri, qazanlar və digər xirda məişət əşyalarının dəyəri də daxidir. ... Əfsanə 2021-ci ilin yanvar ayına qədər qızılları normal satıb, pulunu verirdi, lakin sonra verməyib. Apardıqlarının pulunu da gətirməyib. 2021-ci ilin iyun ayında hələ də normal münasibət saxlamağımın məqsədi qalıq borclarımı cavabdehdən xoşluqla geri almaq olub. Əfsanənin sonuncu ödənişi 2021-ci ilin mart ayında olub. O gündən sonra ödəniş edilməyib.Mən bankdan kredit götürüb borcları bağlamışam ki, qızıl yiyələri məni narahat etməsin”. Göründüyü kimi, iddiaçı faktiki olaraq nə ona olan borcun məbləğini dəqiq deyə bilmir, nə də ki, son ödənişin tarixini. Belə ki, iddiaçı ilkin olaraq izahatında cavabdehin ona borcundan cəmi 14000 manat pul ödədiyini qeyd etsə də, sonradan bildirmişdir ki, cavabdeh tərəfinfən ona cəmi 31070 manat pul ödənilmişdir. Halbuki, iddia ərizəsində ümumiyyətlə tam fərqli məbləğ - 11070 manat qeyd olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən sonuncu ödənişin tarixi ilkin olaraq 2021-ci ilin aprel ayı kimi səsləndirilsə də, sonradan son ödənişin 2021-ci ilin mart ayında olması bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Mı̇ rzəyeva Cəmalə Əlı̇ zaman qızının nümayəndəsi və vəkili Vəkil2 çıxışında məhkəməyə bildirmişdir ki, borcun məbləğini müəyyən etmək mümkün olmasa da, ortada borc var və cavabdehdən tutulmalıdır. Məbləğinin müəyyən edilməsi mümkün olmayan borcun hansı formada məhkəmə tərəfindən tutulmalı olması iddiaçının nümayəndəsi və vəkilinin çıxışından aydın deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sı̇ yasət qızı izahatında məhkəməyə bildirdi ki, Cəmalə qadın geyimləri mağazasında işləyirdi. Tanışlıqları da elə ordan başlamışdır. İlkin olaraq Cəmalənin anasını tanımış, sonra Cəmaləni gördü, Cəmalə ona nömrəsini verdi. Bir müddət sonra Cəmalə ona satdığı geyimlərin, cehiz əşyalarının şəkillərini atmağa başladı. İlkin olaraq Cəmalədən cehizlik əşyalar almışdır. 2020-ci ilin noyabrın axırında isə ondan birinci dəfə qızıl əşyaları almış və pulunu da vaxtında vermişdir. Cəmalə ona bildirmişdir ki, qızılların pulunu 7-8 ay ərzində verə bilər, biryerdə işləsinlər, hər ikisi qazansız. Lakin qızılı verəndən sonra üç gün keçməmiş tələb edirdi ki, pul təcili olaraq tam ödənilsin. İddiaçı ona verdiyi qızılların pulunu qaytarıb. Sonuncu alışverişləri 2021-ci ilin yanvar, fevral, mart aylarında olub. Axırıncı dəfə Cəmalə 2021-ci ilin 19 aprel tarixində onların evinə davaya gəlmişdir. Həmin vaxtdan da heç bir əlaqələri olmayıb. Əgər onun Cəmaləyə borcu var idi, bir ildən çox müddətdə niyə tələb etmirdi. O, Cəmaləyə tam olaraq borcunu ödəyib. Cəmalə ona ödənilmiş pulları gətirsə, o da Cəmalədən götürdüyü qızılları camaatdan yığıb qaytarar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində məhkəməyə bildirdi ki, Cəmaləni 8-9 ildir tanıyır. Evinə arada təmizliyə gedirdi. Əfsanəni şəxsən tanımır. Heç vaxt görməyib. Cəmalə evindən köçdüyü zaman onu köməyə çağırmışdı ki, pal-paltarı yığsın. Onlarda olanda eşitdi ki, Cəmalə qapıda kiminləsə qızıl üstündə dalaşır. Sonra Cəmalə dedi ki, Əfsanə gəlmişdir. Bu 2021-ci ilin yay aylarında olub. Əfsanənin Cəmaləyə nə qədər borcu olduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində məhkəməyə bildirdi ki, Cəmalənin qızıl alqı-satqısı ilə məşğul oduğunu eşitdiyi üçün, o da pandemiya vaxtında qızıllarını satmaq üçün Cəmaləyə vermişdir. Alış-verişə 2021-ci ilin yanvar ayında başlamışlar. Bu müddət ərzində Cəmaləyə qolbaq, sırğa, üzük və bir sıra komplektlər vermişdi. Cəmalə da qızılları satmaq üçün Əfsanəyə verirdi. O, Cəmaləyə güvənərək ona təxminən 30000 manatlıq qızıl vermişdir. Qızılları hissə-hissə verirdi. Özü də qızıl alqısatqısı ilə məşğuldur. Əfsanəni tanımır. Heç vaxt görməyib. Qızılları Cəmaləyə verib, o da Əfsanəyə. Cəmalə onun yanında Əfsanəyə qızıl verməyib. Cəmaləyə verdikləri öz qızılları idi. Əməliyyata girəcəyinə görə ona pul lazım idi. Cəmalə onu inandırmaq üçün bir dəfə Əfsanəni evinə çağırıb danışdırdı, o da digər otaqda oturub bütün danışıqlarına qulaq asırdı. Əfsanənin özünü görməsə də, Cəmalə dedi ki, danışan Əfsanə idi. Əsanənin özünü nə görüb, nə də ki, onunla telefonla danışıb. Amma səsli mesajlarını Cəmalə ona qulaq asdırmışdır. Cəmaləyə qarşı iddia qaldırmamaylb. Ona görə ki, Cəmalə ona borclu olduğunu heç vaxt danmayıb. Cəmalə neynəsin ki, Əfsanə onun pulunu qaytarmır. Cəmalənin ona verdiyi pulu hesablamayıb. Yəni hər qızıldan müəyyən məbləğdə pul verib, bəzi qızıllarının pulunu isə bütöv verib. Nə qədər qaytardığını bilmir, amma bilir ki, 30000 manata yaxın borcu qalıb. X1 ifadəsini səsləndirdikdən sonra İddiaçı məhkəməyə bildirdi ki, “ ... Əslində, Günel Əfsanə ilə görüşə getmiş və onu görüb. Lakin o, əməliyyatdan sonra hər şeyi unudur. Əfsanə onun adını Lamiyə kimi bilirdi. Belə ki, adı Günel olsa da, özünə Lamiyə deyir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirdi ki, Cəmalənin bacısıdır, Əfsanə bacısından qızılları götürüb, amma pulunu verməyib. Cəmalə qızılları Aybəniz xanım, Günel xanım və başqa qadınlardan götürüb. Cəmalənin Əfsanəyə qızıl satması 2021-ci ildən başlayıb. Əfsanəyə verilmiş qızılların içində onun da qızılı olub. Əfsanə ilə şəxsən görüşməyib. Əfsanədə iki sırğası, bir üzüyü və 300 manat pulu qalıb. X4 borcunun yanında o heçnədir. Ona görə heç onları tələb etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, o, Əfsanədən 19 qram və 22 qram qızıl almışdır. Qızılı alan zaman 12 ay müddətində almış, lakin 1 ay keçməmiş Əfsanə zəng elədi ki, qızılı verən pulunu istəyir. O da 7500 manat pulu 1 ay omamış ödədi. Hətta Əfsanəyə dedi ki, qızılı qaytarsın, lakin ona bildirildi ki, qızılın sahibi burda yoxdu, pul qaytarılmayacaq. O da söhbət uzanmasın deyə qalan pulu verdi. Hadisələr 2021-ci ilin mart ayında olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində məhkəməyə bildirdi ki, Əfsanədən dəyərini hissə-hissə ödəmək şərtilə 24 qram sırğa və üzük almışdır. Ümumilikdə 4500 manat pul ödəmişdir. 2021-ci ilin fevral ayının əvvəlində 1500 manat, heç bir həftə keçməmiş isə 3000 manat ödədi. Hətta qızılı qaytarmaq istədi, lakin Cəmalə Əfsanəyə dedi ki, qızılın sahibi burda yoxdu, rayondadır. Pulu verdi Əfsanəyə, o da Cəmaləyə verdi pulu. O bunu kənardan gördü. Bununla da Əfsanə ilə haqq-hesabı bitdi. Əfsanə onun yanında bütöv 200 manatlıqlarla 3000 manatı Cəmaləyə verdi. O da lombardın yanında durub baxırdı. Məhkəmə iclasında şahid ifadələri dinləndikdən sonra iddiaçı məhkəməyə bildirdi ki, cavabdehin şahidlərini tanımır, onları heç vaxt görməyib. Amma onsuzda Əfsanənin qızılzinət əşyalarının bir hissəsinin dəyərini ödəməsini inkar etmir. Bunlar da həmin mallardan idi. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh başqa şəxslərə məxsus olan qızıl-zinət əşyalarını satılması üçün vermiş, Cavabdeh isə həmin əşyaları nisyə sataraq, dəyərini hissə-hissə İddiaçı ödəmişdir. Bir müddət aralarında hər hansı mübahisə olmamış, Cavabdeh aldığı əşyaların dəyərini vaxtıvaxtında ödəmişdir. İddiaçının sözlərinə görə, 2021-ci ilin yanvar ayında o, cavabdehə 5 yeni qızıl-zinət dəsti vermiş, bundan sonra ödəmələrdə gecikmələr başlamış və nəticədə Cavabdeh bu günədək ondan aldığı qızıl-zinət əşyalarının dəyərini ödəməməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə cavabdehin ona 58833 manat borcdan cəmi 11070 manat; məhkəmə iclasında verdiyi birinci izahatında – cəmi 14000 manat; şahid ifadələri və audio yazılar dinləndikdən sonra isə - cəmi 31070 manat pul ödədiyini bildirmişdir. Eyni zamanda o, məhkəmə iclasında bildirmişdir ki, iddia ərizəsində qızıl-zinət əşyalarından başqa sadalanan əşyaları iddia ərizəsini tərtib edən vəkil özündən yazıb, o, həmin əşyalarl tələb etmir. Halbuki, həmin ərizədə qeyd olunmuş və cavabdehdən tələb olunan borc məbləğinin bir hissəsini də həmin əşyaların dəyəri təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən nə cavabdehin ona obyektiv olaraq borclu olduğu məbləğ, nə də ki, cavabdeh tərəfindən borc üzrə edilmiş ödənişlər konkret olaraq göstərilməmiş, iddia ərizəsində sadalanan əşyalar formal olaraq sadalanmışdır. Eyni zamanda iddiaçı cavabdehə qızıl-zinət əşyaları verdiyi təqdirdə, hansı hüquqi əsasla həmin əşyaları deyil, məhz əşyaların dəyərini tələb etməsi, qızıl-zinət əşyalarının dəyərini necə müəyyən edilməsi iddia ərizəsinin məzmunundan aydın deyil. Cavabdeh isə öz növbəsində iddiaçıya olan borcunu tam olaraq ödədiyini və ödədiyi məbləğin iddiaçı tərəfindən tam olaraq ona qaytarıldığı halda qızılları qaytarmağa razı olduğunu məhkəməyə bildirmişdir. Cavabdehin arqumenti ondan ibarətdir ki, əgər onun tərəfindən sonuncu ödəniş 2021-ci ilin aprel ayında olubsa, niyə iddiaçı məhkəməyə məhz 2022-ci ilin may ayında müraciət edib, həmin tarixədək ondan qızılları tələb etməyib. Məhkəmə iclasında tərəflərin iştirakı ilə onlar tərəfindən məhkəməyə təqdim edilmiş audio yazılar dinlənilmiş, audio yazılardan məhkəməyə artıq məlum olan xüsusatlar – tərəflərin bir müddət birlikdə nisyə qızıl alqı-satqısı ilə məşğul olması müəyyən edilmiş, audio yazıların tarixi barədə tərəflər ziddiyyətli fikirlər bildirmiş, tarixləri dəqiq müəyyən etmək mümkün olmamış, eyni zamanda nəticə etibarilə borcun statusu da qeyri-müəyyən qalmışdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, ... 2021-ci ilin yanvar ayından başlayaraq hiss-hissə yaxın qohumlarına və tanışlarına satmaq üçün qramı bazar qiymətindən baxa 150 manata qızıl-zinət əşyalarının nisyə şəklində satışında vasitəçillik edərək onları tanışlarına satmışdır. Həmin qızıl-zinət əşyalarından biri - qadın qızıl saatı saxta çıxdığından, həmin saatı Cəmaləyə qaytararaq ödəniş etdiyi 2500 manat pulu ondan geriyə almışdır. Bundan sonra Cəmalənin onunla münasibəti pisləşməyə başlamışdır və ondan əlavə olaraq pullar tələb etməyə, eləcə də pulunu ödədiyi qızıl-zinət əşyaların pulunu bir də onnan tələb etməyə başlamışdır. Ona heç nə ödəmədiyindən Cəmalə 2021-ci ilin iyul ayında barəsində Binəqədi RPl-nin 7-ci PB-nə şikayət ərizəsi yazmışdır. Hal-hazırda Cəmaləyə heç bir borcu olmadığını, ondan aldığı bütün paltarların və qızıl-zinət əşyalarının pulunu ödədiyini, Cəmalənin barəsində Binəqədi rayon prokurorluğuna yazmış olduğu ərizənin səbəbini bilmədiyini, Cəmalənin nisyə satdığı malları özü həmin vaxtı yaşadığı 9-cu mikrorayondakı evinə gətirib ona verdiyini, halhazırda İddiaçı heç bir borcu olmadığını, ondan aldığı malların pulunu tam olaraq ödədiyini qeyd etmişdir. ... Aparılmış araşdırma zamanı tərəfimdən tərtib edilmiş təhqiqat materialına əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İddiaçı tərəfindən könüllü təqdim olunmuş 1 ədəd CD diskə olan səsyazmalarda İddiaçı ilə Cavabdeh arasında dialoqun aparıldığı və səsyazmanın ümumilikdə 28 ədəd fayldan ibarət olması müəyyən olundu. Bundan başqa diskdə 3 ədəd fotoşəkil vardır. Bəzi səs fayları təkrarlanır. Belə ki, bir nəfər kişi oturub ətraflı söhbət etməyə təklif edərək, narahat olmamağı bildirir. Növbəti faylda Cavabdeh ona səs atmağı təklif edərək “dediyi vaxtda pulun onda olmasını” deməyi xahiş edir. İddiaçı donba üzük barədə soruşur. Cavabdeh ilə İddiaçı ödənişlərin tarixləri barədə danışarkən Cavabdeh ayda 250 manatı ayın 9 dan - 9 kimi, digər müştərinin 1250 manat pulun qaldığını bildirir. Cəmalə Mirzəyevə donba üzüyə görə ödənişi soruşur, Əfsanə iyun ayında olacağını deyir. Cəmalə Mirzəyevə və Cavabdeh 5 iyul tarixi, eləcədə sep, qolbaq, Həqiş xalanın arı komplektini sentyabr ayınadək gətirməsi barədə razılığa gəldirər, kral sep, uşaq sırğası, “chopart” sep ayı 250 manat, “leyla” komplekt 300 manatdan 19-dan - 19-na. Mənzər xalanın ayı 300 manatdan hər ayın 31 verəcəyi, sünbül sepin aya 250 manat, ayın 9-dan. “Chopart” sepin 200 manat 20-dən - 20-dək. Donba üzük iyun ayında bağlayacaq. Aydan xanım ayda 250 manat, sırğa komplekt avqust ayına qalması, avqustda lotereya götürüb verəcəyini və 500 manat pensiyadan pensiyaya ödənişləri olacağı barədə razılığa gəlirlər. Fotoşəkilin birində 3 qadın əks olunubdur, 2 ədəd digər şəkildə Cavabdeh ilə İddiaçı arasında “whatsapp” sosial şəbəkədə olan yazışma əks olunubdur. Aparılmış araşdırma zamanı tərəfimdən tərtib edilmiş təhqiqat materialına əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən könüllü təqdim olunmuş 1 ədəd CD diskə olan səsyazmalarda İddiaçı ilə Cavabdeh ayrıayrılıqda səsləri, bəzilərində tək Cavabdeh məxsus olan cavabsız qalan səslərin olması və səsyazmaların ümumilikdə 34 ədəd fayldan, bundan başqa 106 ədəd fotoşəkil və 2 ədəd videodan ibarət olması müəyyən olundu. Bəzi səs fayları təkrarlanır. Belə ki, Cavabdeh İddiaçı 300 manat yoldaşına, dünəndə 600 manat - ümumilikdə 900 manat verdiyini, əslində 200 manat verməli olduğunu, lakin gecikdirdiyinə görə əlavə 100 manat verəcəyini bildirərək, əlavə ona hörmət edəcəyini deyir. Cəmalə Mirzəyevə hərəsi 200-300 manat versə heç olmasa 1000 manat ona verərik deyir. Cəmalə Mirzəyevə birlikdə univermağa getməyi "qrızella”nı tapmağı təklif edir. Əfsanə saatı qaytardığım və 1000 manatı Cəmalənin qaytardığını, saatın qızıl olmadığını bildirir. Cavabdeh İddiaçı 50000 manat pulu 3 ayda verdiyini, onun 50000 manatını qaytarmağı, hər şeyi ona qaytaracağını, belə qaytara bilmirsə 17000 manat qaytarsa, bütün qızılları özünə verəcəyini bildirir. Cavabdeh İddiaçı yalandan başını möhürə qoyduğunu, yalan danışdığını, verdiyi 47650 manatı hazırlayıb geriyə qaytarmağı tələb edir, həmin səs dialoq formasında deyil. İddiaçı “ədyalları” və ləpə qabını apardığını. Cavabdeh İddiaçı iyun ayında mal almadığını, yalnız “ədyal” və ləpə qabını götürdüyünü monoloq formasında deyir. 106 ədəd fotoşəkil və 2 ədəd videolarda pul və müxtəlif qızıl-zinyət əşyaları öz əksini tapmışdır. ... Beləliklə təhqiqata təqdim olunmuş 2 ədəd CD disklərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, həqiqətən İddiaçı nisyə formasında Cavabdeh vermiş olduğu müxtəlif qızıl-zinyət əşyalarının sonuncunun tapdığı müştərilər tərəfindən razılaşdırılmış cədvəl üzrə 2021-ci ilin avqust ayınadək ödənişlərin aparılması barədə müzakirələr aparılır. Həmin danışıqlar zamanı Cavabdeh tapdığı müştərilərin 2021-ci ilin avqust ayınadək ödənişlərin edəcəkləri, yəni İddiaçı borclu olmasının etiraf edilməsi ilə Cavabdeh izahatında 2021-ci ilin aprel ayında bütün borcunu bağlaması kimi göstərdiyi xüsusat təkzib olunur”. Məhkəmə sonuncu abzasda qeyd olunanlara tənqidi yanaşır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X7 ifadələrində göstərmişlər ki, hər ikisi qızılzinət əşyalarını dəyərini uzun müddət hissə-hissə ödəmək şərtilə almışlar, lakin heç bir ay keçməmiş qızıl-zinət əşyalarının dəyəri onlardan tam olaraq tələb edilmiş və onlar aldıqları qızıl-zinət əşyalarının dəyərini tam olaraq ödəmişlər. İddiaçı şahidlərin ifadələrinə etiraz etməmiş və məhkəməyə bildirmişdir ki, cavabdeh tərəfindən bəzi qızıl-zinət əşyalarının dəyərini ödədiyini inkar etmir. Göründüyü kimi, cədvəlin avqust ayınadək tərtib edilməsi belə borcların aprel ayında bağlana bilməyəcəyinə dəlalət etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən beş hazırlıq iclası keçirilmiş və həm iddiaçıya tələbini konkret olaraq formalaşdırmaq, həm də ki, hər iki tərəfə sübutlarını məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmışdır. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş iki iddia ərizəsi ilə izahatları arasında olan ziddiyyətlərdən aydın olur ki, iddiaçı qanunvericiliyin ona verdiyi imkanlardan lazımi şəkildə istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən Mülki Prosessual Məcəllənin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.”. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3487/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3487/2022
20.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver