Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3489/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Vəkil1 oğlunun, Cavabdehin Cavabdeh və onun nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsi əsasında İddiaçı ödənilməli olan 409,945,25 manat məbləğində pul vəsaitindən ödənilməmiş 209,554,10 manat məbləğində hissəsinin, Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 yanvar 2019-cu il tarixli 3(103)-1503/2019 saylı qətnaməsinin icraya yönəldiyi vaxtdan ili ildirki, tam icra edilmədiyinə görə, ödənilməmiş 209,554,10 manat məbləğində vəsaitin 2019-cu il üçün 8,34 % məbləğində, 2020-ci il üçün isə 6,89 % məbləğində, yəni ümumilikdə 31915,09 manat faiz məbləğinin, hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində vəsaitin, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, vəkil 28.04.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsi üzrə iki il ödənilməmiş 209,554.10 manat məbləğində pul vəsaitini 5% həcmində, yəni ümumilikdə 20.955,41 manat həcmində faiz məbləğinin hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumunun, cəmi 21.385,41 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və pulun tutulması”, eyni zamanda Cavabdeh İddiaçı qarşı “Birgə nikha dövründə əldə edilmiş əmlaklara payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(001)-1224/2018 saylı qətnaməsini Bakı Apelyasiya Məhkəməsi 24 yanvar2019cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmmış və Bakı şəhəri İ.Qutqaşınlı küçəsində yerləşən, “xxxx” MTK-nın inşa etdiyi 126 saylı evin 52 saylı mənzili Cavabdeh, Bakı şəhəri Yasamal Rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renessans palace” yaşayış kompleksinin 2 saylı binasının E blokunun 11-ci mərtəbəsindəki 580 və 581-ci mənzillərin İddiaçı verilməsi, “xxxx” ASC tərəfindən Cavabdeh ödənilmiş 926,806,50 manat məbləğində pulun ½ hissəsindən, yəni 463,403,25 manatdan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renesans Placae” yaşayış kompleksinin 2 saylı binasının E blokunun 11-ci mərtəbəsindəki 580 və 581 saylı mənzillərə görə tərəflərin birgə yaşadıqları dövrdə ödədikləri 131,920 manatın ½ hissəsi, yəni İddiaçı Cavabdeh ödəməli olduğu 65960 manat çıxmaqla 397,443,25 manat, habelə Bakı şəhəri İ.Qutqaşınlı küçəsində yerləşən “xxxx” MTK-nın inşa etdiyi 126 saylı evin 52 saylı mənzilinə görə 12500 manat, yəni cəmi 409,945,25 manat Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qeyd edilən qərarından heç bir tərəf şikayət verməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. 16 avqust 2019-cu il tarixdə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin icraata başlamaq haqqında qərarın 2019-cu ilin avqust ayından verilməsinə baxmayaraq bu müddət keçən iki il ərzində İddiaçı tərəfindən dəfələrlə icra məmuruna müraciətlər edilməsinə baxmayaraq 409,945,25 manat məbləğində vəsaitdən 209,554,1 manat məbləğində vəsait Cavabdeh tərəfindən indiyədək İddiaçı ödənilməmişdir. İcra haqqında qərarın qəbul edilməsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq qətnamənin cavabdeh tərəfindən icra edilməyərək 209,554,1 manat məbləğində vəsait İddiaçı ödənilməməsi nəticəsində İddiaçı ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozuntusu baş verməmişdir. Odur ki, cavabdeh İddiaçı pul vəsaitini ödəməklə yanaşı bu vəsaitin qanunsuz saxlandığı bütün müddət üçün faiz və vurulmuş zərəri də İddiaçı ödəməlidir. Cavabdeh İddiaçı ödəməli olduğu vəsaitin icrasından qəsdən yayınır. Halbuki, cavabdehin bu pul vəsaitini rahat şəkildə ödəməsi üçün kifayət qədər imkanı olub və var. Belə ki, 01.10.2019-cu il tarixdə Cavabdeh məxsus bank hesabında 625,421,13 manat məbləğində pul vəsaiti olub. Bu fakt “xxxx” ASC-nin 18 yanvar 2021-ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Qeyd edilən məktubda yazılır ki, “xxxx” ASC ilə “xxxx” MMC-nin əməkdaşı Cavabdeh arasında bağlanmış HYS-00558/16 saylı həyatın yaşam sığortası şəhadətnaməsi üzrə 367,894,78 USD Cavabdeh bank hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdehin bank hesabında pul vəsaitinin olmasında baxmayaraq, o qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qəsdən tam icra etməmişdir. Cavabdeh qətnamə əsasənda İddiaçı ödənilməli olan 409,945,25 manat məbləğində vəsaitdən cəmi 200,391,15 manat məbləğində vəsait ödəmişdir. Cavabdeh bu vəsaitin 49,391,15 manat məbləğində hissəsini Binəqədi rayon İcra şöbəsi vasitəsilə pul şəklində ödəmişdir. 160000 manat pul vəsaitinin əvəzinə isə 27 sentyabr 2019-cu il “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 126 ünvanında yerləşən binanın 2-ci giriş, 3-cü mərtəbəsindəki 92,12 kv.m sahəsi olan 2 otaqlı 52 saylı mənzil verilib. Beləliklə verilmiş ev və ödənilmiş pul vəsaiti ilə birlikdə cavabdeh tərəfindən İddiaçı cəmi 200,391,15 manat vəsait ödənilmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, cavabdeh Cavabdeh tərəfindən Nigar Həsənovaya ödənilməli ola 209,554.10 manat məbləğində pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 5 % ödəməyə borcludur. Bakı Apelyasiya Məhkəməsi 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsinin qanuni qüvvəsini almasını və məhkəmədə mülki işə baxılmasının 3 ayadək uzanmasını nəzərə alaraq, cavabdeh Cavabdeh pul vəsaitinin ödənişinin gecikdirdiyi müddət 2 il təşkil edir. Həmin müddət üçün də faiz məbləği hesablanmalıdır. Belə ki, 2 il üçün 5 % həcmində, yəni ümumilikdə 20955,41 manat məbləğində faiz ödənilməlidir. Hüquqi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən Nigar Həsənova vəkilə 400 manat pul vəsaiti ödəyib. Odur ki, Nigar Həsənovanın hüquqi xidmət üçün ödədiyi 400 manat cavabdeh tərəfindən dəymiş zərərin əvəzi kimi ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçı ödəmək qabiliyyəti olduğu halda ödəniş etmir. Qəsdən ödəniş məbləğini gecikdirir. Qarşı tərəf 50000 ödəniş edildiyini qeyd etsə də, sonuncu dəfə cavabdeh tərəfindən 20000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qətnaməsindən göstərilən məbləğ 400000 manatdan çoxdur. Bir hissəsi 160000 dəyərində olan mənzillə, bir hissəsi ilə pulla ödənilib. Cavabdeh qeyd edir ki, aylıq ödənişlər edir və edəcək. Hasablansa 2 il ərzində 100000 manatdan çox ödəniş edilməli idi. Ancaq 2 il ərzində 20000 manatdan bir qədər çox ödəniş edilib. İddiaçının özünün ödənilməli olan borcu vardır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, borc məbləğləri birgə nikah dövründə yaranmışdır. Əmlaklar birgə nikah dövründə alınmış və həmin əmlakların təmiri dostlarından alınmış borclar hesabına edilmişdir. Borc məbləğini dollar ilə aldığından devalvasiya nəticəsində borcları artmışdır. Bu səbəbdən ödəniş edə bilməmişdir. Başqa əmlakı yoxdur. 900000 manat məbləğində pul vəsaitinin hamsı borclara xərclənmişdir. İddiaçının hesabına aylıq 7000 manat olan əmək haqqından icra tərəfindən təxminən alimentlə birlikdə 3-4 min manat pul tutulur. Borcunun olmasını qəbul edir, bunu inkar etmir. Sadəcə olaraq faktiki ödənişlərini hazırki vaxtda əldə etdiyi qazanc hesabına edir. Hissə-hissə əmək haqqından ödənişlər edəcək. Hazırda xxxxdə maliyyə müşaviridir. İddiaçıya verilən ev hazırda ipotekadadır. İpoteka ödənişlərini isə özü aylıq 380 manat olmaqla ödəniş edir. Mənzili iddiaçıya əmlak kimi yox, borc qarşılığında vəsait kimi vermişdir. Borcdan əlavə 45000 manat məbləğində ipoteka ödənişləri edir. İddiaçının bu tələbi onun yenidən ailə qurmağından qaynaqlanır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil iddia ərizəsində etirazında qeyd olunanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin başqa gəlir mənbəyi yoxdur. Cavabdeh ödəməli olduğu pul vəsaitindən başqa məqsədləri üçün faydalanmamışdır. Tərəflər arasında mübahisənin əsası birgə nikah dövründə bölünməli olan əmlaklardır. İddianın əsası yoxdur və ya bu deyil və rədd edilməlidir. İddiaya etiraz isə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Bakı Apellyasiya Məhəməsinin 24.01.2019-cu il tarixli 2(103)- 1503/2019-saylı qətnaməsinə və AR MM-nin 449.1 və 449.2 maddələrinə istinad edərək, həmin qətnamə üzrə ödənilməli olan 409945,25 manat puldan vaxtında ödənilməmiş 209554,10 manat pula görə 31915,09 manat faizin, hüquqi yardıma görə ödənilmiş 400 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Görünür sonradan iddiaçı AR Konstitusiya Məhkəməsi Plenumunun 09.07.2009cu il tarixli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair" qərarındakı mövqe ilə tanış olaraq, 18.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında "iddia ərizəsinin dəqiqləşdirilməsinə dair" ərizə təqdim etmişdir.Həmin ərizədə iddiaçı iddia tələbinin hüquqi əsası kimi AR MM-nin 445.7-ci maddəsinə istinad edərək, vaxtında ödənilməmiş 209554,10 manat pula görə 20955,41 manat faizin, hüquqi yardıma görə ödənilmiş 400 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı məhkəmənin diqqətinə aşağıdakıları çatdırmağı zəruri hesab edirik: Bakı Apellyasiya Məhəməsinin 24.01.2019-cu il tarixli 2(103)-1503/2019-saylı qətnaməsinə əsasən tərəflər arasında birgə nikah müddətində "xxxx" ASC tərəfindən Cavabdeh ödənilmiş 926806,50 manat məbləğində pulun 1/2 hissəsi olan 463403,25 manatdan İddiaçı ona ödəməli olduğu 65960 manat çıxılmaqla, yerdə qalan 397443,25 manatın üzərinə Cavabdeh İddiaçı ödəməli olduğu 12500 manatı gəlib, ümumilikdə 409945,25 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, tərəflər arasındakı münasibətlər hansısa kredit münasibətlərindən deyil, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlakın bölgüsü üzrə mübahisədən irəli gəlir.Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğin ödənilməsi məqsədilə Cavabdeh 27.09.2019-cu il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəmə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-l 503/2019 saylı, 24.01.2019-cu il tarixli icra vərəqəsinə görə, Cavabdeh verilmiş ünvan 2 ünvanında yerləşən binanın 2-ci giriş, 3-cü mərtəbəsindəki 92.12 kv.m sahəsi olan 2 otaqlı, 52 saylı mənzilin tələbkar İddiaçınm adına rəsmləşdirilməsinə və keçirilməsinə etiraz etməmiş, bununla bağlı İddiaçı 28.09.2019-cu il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsinə əsasən bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1503/2019 saylı, 24.01.2019-cu il tarixli icra vərəqəsinə görə 409943.25 manat borcun ödənilməsi ilə bağlı Cavabdeh ona məxsus Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 126 saylı binanın 52 saylı mənzilini 160000 manat dəyərində ona təklif etmiş və o, həmin mənzili 160000 manat dəyərində qəbul edərək, 409943.25 manat məbləğində borcdan 160000 manat ödənilmiş hesab edilməsini xahiş etmişdir. Mənzilin ödənilməli olan məbləğin bir hissəsi ilə əvəzləşdirilməsindən sonra, icra sənədi üzrə qalıq məbləğ 249943,25 manat təşkil etmişdir. Bundan sonra, cavabdeh tərəfindən könüllü şəkildə 3000-3500 manat ödəniş edilmişdir. Cavabdehin əsas iş yerindən başqa digər qazanc yeri olmadığından və onun üzərində eyni zamanda, həm aliment, həm digər kredit müqavilələri üzrə öhdəlikləri olduğundan, icra sənədi icra edilməsi üçün Cavabdeh iş yerinə göndərilərək, icra sənədi cavabdehin iş yeri üzrə icra edilir. Cavabdeh heç bir zaman məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğin ödənilməsindən qərəzli şəkildə yayınmamış, aldığı məvacib kifayət qədər yüksək və rəsmi olduğundan, ən uyğun imkan düşən kimi həmin maddi imkanlarını məhkəmə qərarının icrasına yönəltmişdir. Hazırda cavabdehin məhkəmə qərarına əsasən iddiaçıya ödəməli olduğu məbləğdən qalıq borcu 180000 manat civarındadır Hesab edirik ki, hazırki mübahisə üzrə iddiaçının iddia tələbinin hüquqi əsası kimi AR MM- nin 445.7-ci maddəsinə istinad etməsi düzgün deyildir. Həmin normanın tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.Yuxarıda qeyd etdiyimiz kimi, cavabdeh məhkəmə qərarının icrası üzrə "borclu" qismində çıxış etsə də, bu MM-nin 445.7-ci maddəsində nəzərdə tutulan borclu sözündəki anlama gəlməməlidir. Beləki, həmin normada işlədilən "kreditor" sözü tərəflər arasındakı münasibətlərin müqavilə öhdəliklərinə dayanmasına və müqavilə üzrə borclunun ödəməli olduğu pul məbləğinin ödənilməsini gecikdirdiyi hala dəlalət edir.Azəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki: "MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM- in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir."Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək demək olar ki, tərəflər arsındakı münasibətlər müqavilə öhdəliklərinə dayanmadığından və məhkəmə qərarı üzrə ödənilməli pul məbləğinin gecikdirilməsinə görə qanunvericilikdə digər əsaslar mövcud olduğundan, iddiaçının iddia tələbi rədd edilməlidir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1503/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1224/2018 saylı iş üzrə 02 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklara payların müəyyən edilməsi” tələbi qismən təmin edilməsi, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən “xxxx” MTK-nın inşa etdiyi 12 saylı evin 52 saylı mənzili Cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renessans Palace” yaşayış kompleksinin 2 saylı binasının E blokunun, 11-ci mərtəbəsindəki 580 və 581 saylı mənzillər isə İddiaçı verilməsi, İddiaçı Arif qızının Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və pulun tutulması” tələbinin qismən təmin edilməsi, “xxxx” ASC tərəfindən Cavabdeh ödənilmiş 926806,50 manat məbləğində pulun ½ hissəsindən, yəni 463403,25 manatdan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renessans Palace” yaşayış kompleksinin 2 saylı binasının E blokunun, 11-ci mərtəbəsindəki 580 və 581 saylı mənzillərə görə tərəflərin birgə yaşadıqları dövrdə ödədikləri 131920 manatln ½ hissəsi yəni İddiaçı Cavabdeh ödəməli olduğu 65900 manat çıxmaqla, 397 443,25 manat, habelə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən, “xxxx” MTK-nın inşa etdiyi 12 saylı evin 52 saylı mənzilinə görə 12500 manat Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanan 01.10.2019-cu il tarixli sığorta müqaviləsindən görünür ki, ASC tərəfindən həyatın yaşam sığortası üçün Cavabdeh hesabına 367,894,78 ABŞ dolları sığorta məbləği ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi bankının rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə ödəniləcəkdir. Bakı şəhər Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən qəbul edilən 16.08.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1503/2019 saylı, 25.07.2019cu il tarixli icra sənədi əsasında icraata başlanılması və tələbin könüllü şəkildə 5 gün müddətində icra edilməsi qərara alınmışdır. “xxxx” ASC tərəfindən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə ünvanlanan 13 aprel 2018-ci il tarixli məlumatdan görünür ki, Cavabdehla “X1” ASC arasında həyatın yaşan sığortası üzrə iki müqavilə bağlanılmışdır. Qeyd edilir ki, 24.09.2013-cü il tarixli C-ELİ-0189/13 saylı sığorta müqaviləsinin müddəti 24.09.2016-cı il tarixində bitmişdir. “xxxx Sığorta” ASC tərəfindən 27.09.2016-cı il tarixdə müqavilənin şərtlərinə əsasən sığorta təminatı üzrə faydalanan şəxslərə ümumilikdə 1048882,79 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta müqaviləsinə əsasən bankdan götürülmüş kredit borcu məbləğinə münasibətdə faydalanan şəxs “xxxx” ASC müəyyən edilmiş və bu səbəbdən 122076,29 manat məbləğində vəsait adıçəkilən banka köçürülmüşdür. 926806,5 manat məbləğində sığorta ödənişi isə digər faydalanan şəxs olan Cavabdeh hesabına köçürülmüşdür. Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 20 may 2021-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1503/2019 saylı, 24.01.2019-cu il tarixli icra vərəqəsi 16.08.2019cu il tarixində şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır . icra sənədi üzrə tərəflər arasında razılıq əldə olunaraq icra vərəqində göstərilən Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən “xxxx” MTK-nın inşa etdiyi 126 saylı evin 52 saylı mənzil 160000 manat dəyərində İddiaçı qızma təklif edilmiş və o həmin mənzili qeyd olunan qiymət dəyərində qəbul etmişdir. Daha sonra borclu Cavabdeh tərəfindən 05.11.2019-cu il tarixdə 3000 manat və 03.12.2019-cu il tarixində 2500 maat olmaqla cəmi 5500 manat pul vəsaiti şöbənin depozit hesabına ödənilmişdir. Şöbənin depozit hesabında olan 5500 manat pul vəsaiti 11.12.2019-cu il tarixli ödəniş tapşırığına əsasən tələbkar İddiaçı müvafiq bank hesabına köçürülmüşdür. İcra vərəqəsi üzrə qalıq borc məbləğinin ödənilməsini təmin etmək məqsədi ilə borclu Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla 16.12.2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin 8(001)-16/2020 saylı, 07.01.2020-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir.Qeyd olunan qərardaddan icra məmuru tərəfindən şikayət verilsədə şikayət təmin edilməmişdir. İcra vərəqəsi üzrə borclu Cavabdeh borc məbləğinin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Binəqədi rayon məhkəməsinin 8(001)-164/2020 saylı, 16.06.2020-ci il tarixli qərardadına əsasən borclunun ərizəsi təmin edilməmişdir. Borclunun şöbəyə ünvanladığı ərizəyə əlavə olunmuş ödəniş tapşırıqlarından onun tələbkarın müvafiq hesabına 30.12.2019-cu il tarixdən 07.07.2020-ci il tarixədək 22500 (iyirmi iki min) manat pul vəsaiti ödənilmişdir. Qalıq borc məbləğinin ödənilməsini təmin etmək üçün 15.07.2020-ci il tarixdə borclu Cavabdeh iş yerinə əmək haqqına yönəltmə məktubu ünvanlanmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən tələbkara bu günədək 226674.96 manat pul vəsaiti ödənilmişdir. İcra vərəqəsi üzrə qalıq 183268.29 manat pul vəsaitinin ödənilməsi istiqamətində icra tədbirləri tərəfimizdən davam etdirilir. 23.02.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 14 saylı vəkil Bürosunun hesabına (213+213) 416 manat ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında birgə nikah dövründə əldə olunmuş əmlaklara payların müəyyən edilməsi tələbi”nə dair mübahisəsi 2018-ci ildən başlamışdır. Mübahisənin nəticəsi kimi sonuncu dəfə Bakı Apelyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli 2(103)-1503/2019 saylı qətnaməsi qəbul edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qətnamə üzrə Cavabdeh ümumilikdə 409,943,25 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 20 may 2021-ci il tarixli məktubundan görünür ki, Görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən tələbkara bu günədək 226674.96 manat pul vəsaiti ödənilmişdir. İcra vərəqəsi üzrə qalıq borcun 183268.29 manat olduğu göstərilmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli 2(103)- 1503/2019 saylı qətnaməsi üzrə iki il ödənilməmiş 209,554,10 manat məbləğində pul vəsaitinin 5% həcmində, yəni 20955,41 manat məbləğində pul məbləğinin ödənilməsini gecikdirməsi səbəbindən cavabdehdən tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək rədd edilməsini, qətnamə üzrə ödənişləri hər ay əmək haqqından tutulmalar hesabına ödəyəcəyini bildirir. Mübahisənin xülasəsi ondan ibarətdir ki, iddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, cavabdehin icra sənədi üzrə ödənilməli olan məbləğin gecikdirilməsinə görə, yəni Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixdən 2 il müddət üçün hər il 5 faizlə hesablanmış məbləğ tələb edir. Daha dəqiq deyilsə məhkəmə qətnaməsi ilə tutulmalı olan vəsaitdən qalıq məbləğin 10 faizi miqdarda cavabdehdən pul tələb edilir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək yaranmış borcun kredit münasibətlərindən deyil, birgə əmlakın bölünməsindən irəli gələn öhdəlik olduğunu bildirir. Eyni zamanda cavabdehin başqa əmlakı olmadığından aliment və həmin icra sənədi borclunun əmək haqqından tutulur. Yəni cavabdeh borcun ödənilməsindən qərəzli olaraq yayınmır.Yekun olaraq iddiaya etirazı ondan ibarətdir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından və Mülki Məcəllənin 445.7-ci maddəsi müqavilə münasibətlərinə aid edildiyindən iddia tələbinin qanuni əsası tapılmır və iddia rədd olunmalıdır. Məhkəmənin mübahisə ilə bağlı hüquqi mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Konstitusiya Məhkəməsinin qərarındakı mövqedən aydın olur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilən 5 faiz məbləğ nə vurulmuş zərərdən, nə pul öhdəliklərinin icra edilməsi ilə bağlı məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 449-cu maddəsindən asılı deyildir. Bu isə onu deməyə əsas verir ki, həmin norma icranın gecikdirilməsi nəticəsində vurulmuş zərər və ya öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti üçün sanksiya olmamaqla, borclunun təqsiri ilə bağlı olan halı özündə ehtiva etmir. Həmin nomra pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələrini müəyyən edir. Yəni kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etmirsə və ya həmin məbləği sübut edə bilmirsə ən azı 5 faiz tələb etmək hüququ var. Qanunun bu norması kreditora onun qarşılaşdığı maliyyə itkisini minimal qaydada kompensasiya etmək imkanı tanıyır. Bu baxımdan məhkəmə cavabdehin icra sənədi üzrə borcunun onun təqsiri olmadan yaranması və təqsiri olmadan ödənilə bilməməsi barədə dəlilini əsaslı hesab etmir. Bundan başqa məhkəmə cavabdehin Mülki Məcəllənin 445.7-ci maddəsinin yalnız müqavilə münasibətlərinə şamil edilməli olması barədə dəlilinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində qeyd edilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan başqa həmin məcəllənin 14.2.3-cü maddəsi Mülki hüquqları və vəzifələri müəyyənləşdirən məhkəmə aktlarını Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən etmişdir. Eyni zamanda Məhkəmə qərarı əsasında öhdəliyin yaranmış olması Mülki Məcəllənin öhdəliklərə xitamı ilə bağlı 551.2.4-cü maddəsində öz əksini tapmışdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi öhdəliyin yaranmasının Mülki Məcəllədə nəzərdə tutulan digər əsaslarından biri də məhkəmə qərarının olmasıdır. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında borclunun kreditor(tələbkar) qarşısında öhdəliyi yaranmışdır. Tələb olunan məbləğə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsi verilən zaman cavabdehin 209554.1 manat borcunun qaldığını bildirsə də, iş materiallarına əlavə edilmiş icra məmurunun məktubundan borclunun faktiki olaraq 183268.29 manat qalıq borcunun olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə qətnaməsi əsasında 24.01.2019-cu il tarixdə verilmiş icra vərəqəsindən 2 il müddət keçdiyindən cavabdehdən qalıq borc məbləğinin 10 faizi miqdarda vəsait tutulmalıdır. Bundan başqa məhkəmə vəkil xidmətləri üçün cavabdehdən tələb edilən pul məbləğinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin məhkəməyə daxil olduğu vaxtdan keçən müddəti, iclasların sayını, vəkilə ödənilmiş məbləğin qəbzlərini nəzərə alaraq hesab edir ki, iddiaçının vəkil xidmətləri üçün sərf etdiyi 400 manat vəsait cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı icra vərəqəsi üzrə 183268,29 manat məbləğində qalıq borcun illik 5 faizlə 2 il üçün hesablanmış 18326.83 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, hüquqi xidmət üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı icra vərəqəsi üzrə 183268,29 manat məbləğində qalıq borca 2 il müddətində illik 5 faizlə hesablanmış 18326,83 (on səkkiz min üç yüz iyirmi altı manat,səksən üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hüquqi xidmət üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3489/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3489/2021
30.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver