Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-349/2023 11.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1n cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 ünvanda yerləşən 1 otaqlı mənzil X4 şəxsi mülkiyyətində olmuşdur. Bu miras əmlak daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. X7 03 fevral 2021-ci il tarixdə vəfat etmişdir. X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 ünvanda yerləşən mənzili 12 fevral 2016-cı il tarixdə 1 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində təsdiq edilmiş vəsiyyətnamə ilə iddiaçılara vəsiyyət etmişdir. X7 xəstə olduğu müddətdə ona iddiaçılar baxmış, qulluq etmiş, o, vəfat etdikdən sonra miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamış, əməli idarəçiliyə qəbul etmiş və mirası faktiki olaraq qəbul etmişlər. İddiaçılar tərəfindən X7 miras qalmış əmlaka dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 1 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş və verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətinin ötürülməsinə görə, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Hüquqlarını bilmədiyindən, hüquqi savadsızlıq ucbatından vaxtında notaraiat kontoruna müraciət etməmişlər və bu müddət üzrlü səbəblərdən ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında məhkəməyə bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 anası X4 mülkiyyətindədir. Anası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ölənə qədər anasına o və onun ailəsi baxmışdır. Anası mülkiyyətində olan evi xx.xx.2016-cı il tarixdə ona və oğluna vəsiyyət etmişdir. Bu barədə rəsmi olaraq gedib notariat kontorunda vəsiyyətnamə yazmışdır. O elə bilrdi ki, vəsiyyətnamənin olması evi onların mülkiyyətinə keçməsi üçün kifayət edir, ona görə də əlavə olaraq notariat ofisinə müraciət etməmişdir. Sonradan xəbər tutdu ki, bu müraciət zəruridir. Hal-hazırda anasının adına vərəsəlik işi açılmamış və anasına məxsus mənzil onun mülkiyyəti olaraq qalmışdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, X1 Yaşar Abbas oğlunun qardaşıdır. Onun vəsiyyətnamənin olmasından xəbəri yox idi. Mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürülmədiyindən, iddia ərizəsi rədd edilməlidir. İddiaçı2 və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 xx.xx.2010-cu il tarixdən X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.1961-ci il təvəllüdlü İddiaçı2 anasıdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 713 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı2 mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə ərizə ilə müraciət etməmiş və ərizəçiyə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X7 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 ünvanında yerləşən daşınmaz əmlakı oğlu İddiaçı2 və nəvəsi İddiaçı1 Abbas oğluna vəsiyyət etmişdir. İş materiallarında olan qanuni qüvvəsini almış Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-192/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş reyestrdə 2V-74 nömrə ilə qeydə alınmış vəsiyyətnamədə göstərilən “İddiaçı1 Abbas oğlu”nun “İddiaçı1” kimi qeyd olunması, habelə həmin vəsiyyətnamənin ərizəçi İddiaçı1 məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1579 saylı cavab məktubundan görünür ki, X4 adına 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində vərəsəlik işi açılmamışdır. Məhkəmə hazırkı mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, gecikdirmənin səbəbini üzrlü sayılmalı və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət 1 ay uzadılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüş, hal-hazırda X7 tərəfindən iddiaçıların adına tərtib edilmiş mübahisələndirilməmiş vəsiyyətnamə mövcuddur, xx.xx.2022-ci il tarixdə İddiaçı2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmiş və müddət ötürüldüyünə görə ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. X4 adına halhazırda vərəsəlik işinin açılması barədə iş materiallarında məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “ ... O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. ... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, gecikdirmənin səbəbi üzrlü hesab edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2021-ci il tarixdə ölmüş X3 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət 1 ay uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Gecikdirmənin səbəbi üzrlü hesab edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2021-ci il tarixdə ölmüş X3 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət 1 (bir) ay uzadılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-349/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-349/2023
11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver