Məhkəmə qərarları › İş №2(001)-3491/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3491/2021

06.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3491/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehin üzərinə vəzifə qoyulması, həbsin götürülməsi, dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri xx xxxxx 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Rzayev X1 Anar Firuz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin adına törətmiş olduğu inzibati xətalarla bağlı təyin edilmiş cərimələrin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi və 1 ildən artıq müddət ərzində özünə məxsus avtomobildən istifadə edə bilmədiyi üçün cavabdehdən əldən çıxmış fayda qismində 5000 manat təzminatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədə iddia tələbi 3 hissədən ibarət olmaqla onlardan birincisi cavabdehin üzərinə ona təyin edilmiş inzibati cərimələrin ödənilməsi vəzifəsinin qoyulmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Göstərilən maddənin məzmunundan görünür ki, şəxs barəsində təyin edlmiş inzibati cərimənin ödənilməməsi nəticəsində məcburi icra tədbirləri görülməsi hüququ müvafiq icra hakimiyyəti orqanına tanınmışdır. Buna görə də, iddia tələbinin birinci hissəsinə məhkəmə qaydasında baxıla bilməz. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd olunur ki, iddiaçı ərizəsində avtomobilinin üzərinə həbsin Azərbaycan Respublikası DYP tərəfindən qoyulduğunu göstərmiş, həbsin inzibati cərimələrin ödənilməməsi əsası ilə qoyulduğunu göstərmişdir. Göründüyü kimi, iddia tələbinin bu hissəsi də törədilmiş inzibati xətalar nəticəsində təyin olunmuş cərimələrin ödənilməməsi ilə bağlı olduğundan bu tələbə mülki icraat qaydasında baxıla bilməz. İddia tələbinin üçüncü hissəsinə münasibətdə isə, qeyd olunur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia tələbinin həcmi 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddia tələbi üzrə 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “cavabdehin üzərinə vəzifə qoyulması, həbsin götürülməsi, dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar