Məhkəmə qərarları › İş №2(001)-352/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-352/2024

06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-352/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən yaranan və icra olunmamış öhdəliyə münasibətdə 2680 manat, mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilə (daşınar əşyaya) dəymiş zərərə görə 2500 manat, dövlət rüsumu üçün ödənilmiş 73 manat, ümumilikdə 5253 manat pul məbləğinin Cavabdeh1 tutularaq ona ödənilməsi və ona dəymiş mənəvi zərərə görə 100 manat pul məbləğinin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilin ilkin alqı-satqısı barədə razılaşma əldə olunmuşdur. Müqavilədə qeyd olunanlara əsasən alıcı, yəni Cavabdeh1 “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobili 1500 manat məbləğində ilkin ödəniş, hər ay 400 manat olmaqla 34 ay müddətində aylıq ödəniş, ümumilikdə 15100 manat məbləğində ödəniş ödəməklə almağı öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən Bəylərov Orxan və Məmmədov Taleh şahid qismində iştirak etmişlər. Bu zaman öhdəlik tam icra olunanadək cavabdehə avtomobili idarə etmək üçün ƏN-V №820947 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamə vermişdir. Müqavilə bağlandıqdan sonra alıcı yalnız ilkin ödənişi, yəni 1500 manatı ödəmişdir. Hər ay müəyyənləşdirilmiş pul məbləği Cavabdeh1 tərəfindən ödənilməmişdir. Dəfələrlə telefon danışıqlarında, eləcə də, “Whatsapp” mobil tətbiqində pulu ödəyəcəyi ilə bağlı vədlər vermişdir. Buna baxmayaraq, heç biri reallaşmamışdır. Yalnız 2023-cü ilin təxminən fevral-mart aylarında 120 manat pul ödəmişdir. Cavabdeh, yəni, Cavabdeh1 müqavilə bağlanarkən ona Bakıda olacağını, mobildən burada istifadə edəcəyini desə də, o, həmin avtomobillə Füzuli rayonuna getmişdir. Çox uzun müddət heç bir ödəniş həyata keçirmədən “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmişdir. Pulu ödəmədiyi üçün avtomobili qaytarması barədə xəbərdarlığına baxmayaraq, o, pulu yaxın vaxtlarda qaytaracağını vəd edərək bundan imtina etmişdir. Belə ki, “WhatsApp” mobil tətbiqində danışıqlar zamanı cavabdehin ödənişi gecikdirdiyi, yalan vədlər, sözlər verdiyi bu ifadələrlə özünü büruzə verir: “Bu aykindanda usdune qoyub atacam”, “Salam Valeh necəsən qardaş çox üzürlü say seni incidirem pulunu 13 yeni birinci gün verecenı”, “Menim başqa fikrim yoxdu sabah ya uzaqi biri gün gelcem yanviza çalışacam sabah gelim” və s. Eyni zamanda cavabdehin göndərdiyi səs yazılarında da eyni ifadələr öz əksini tapır: “13-ü günü karta atmıyacam. İnşallah Bakıda olacam. Görüşüb verəcəm. Yəni arxayın ol. Yəni işimi o vaxta planlaşdırmışam. Həmin günü əlimdə pul olacaq inşallah, Allahın köməkliyi ilə. Bu biri ayın pulundan da üstünə qoyacam. İnşallah bayramqabağıdı. Yəni narahat olma. Elə bil ki 13-ü mənim işim düzəlir Allah qoysa” və s. 2023-cü ilin iyun ayında “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP dövlət qeydiyyat avtomobili idarə edərkən cavabdeh qəza törətmiş və avtomobil idarə olunmayacaq vəziyyətə qalmışdır. Yalnız bu yol hadisəsindən sonra cavabdeh avtomobili Bakıya “evakuator" vasitəsilə göndərmişdir. Bakı şəhərində avtomobili o təhvil almışdır. Cavabdeh müqavilə bağlandıqdan sonra, yəni xx.xx.2022-ci il tarixdən avtomobil qəzası baş verən tarixədək, yəni 2023-cü ilin iyun ayınadək müqavilə üzrə öhdəliyini icra etməmiş, aylıq 400 manat pul məbləğini ona ödəməmişdir. Yalnız 2023-cü ilin təxminən fevral-mart daylarına 120 manat pul ödəmişdir. Avtomobil qəzasından sonra onu təmir etdirməmiş, “evakuator xidməti” vasitəsilə ona göndərmişdir. Avtomobili təhvil alındıqdan sonra "xxxx" avtoservisdə texniki baxış keçirilmişdir. 19 iyul 2023-cü il tarixli “QÜSUR AKTİ’-na əsasən avtomobil texnikanın saz hala salınması üçün “Mühərrik” dəyişdirilmişdir. Texniki xidmətin qarşılığı olaraq 2000 manat pul ödəmişdir. Eyni zamanda avtomobil ustası X2 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP dövlət qeydiyyat nişanlı avtomobilin “dəmirçi” və “rəngsaz” işlərinə görə 500 manat məbləğində pul ödəmişdir. Arayış avtomobil ustası tərəfindən tərtib olunmuş və imza ilə təsdiq olunmuşdur. O qeyd edir ki, özü İ qrup əlildir. Bu faktı təsdiq edən №079158 qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli, müddətsiz şəkildə İ qrup əlilliyi nəzərdə tutan Əlillik Vəsiqəsi vardır. xx.xx.2013-cü il tarixdən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvüdür və №05240 nömrəli Üzvlük Vəsiqəsi bu faktı təsdiq edir. Hal-hazırda əlillik pensiyası alır. Həssas şəxslər qrupuna aid olduğu üçün işləyə bilmir. Ailə münasibətlərində yaranan anlaşmazlıq səbəbindən boşanmışdır. Hal-hazırda 2 övladı üçün aliment ödəyir. Aldığı əlillik pensiyası aliment öhdəliyini və digər xərcləri qarşılamadığı üçün öz mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP nişanlı avtomobili ilkin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdehlə qarşılıqlı razılığa əsasən müəyyənləşdirdikləri aylıq 400 manat olmaqla 34 ay müddətində aylıq ödəniş ona xəstə anasını saxlamaq və məişət ehtiyaclarını qarşılamaq üçün lazım idi. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən olduqca çıxılmaz vəziyyətdə qalmışdır. Yaşayış şəraiti çətinləşib. Müqavilə bağlandıqdan sonra, yəni xx.xx.2022-ci il tarixdən avtomobil qəzası baş verən tarixədək, yəni 2023-cü ilin iyun ayınadək müqavilə üzrə öhdəliyini icra etməmişdir. Öhdəliyin icra olunmadığı 7 ay üçün cavabdehin 2800 manat öhdəliyi yaranmış və bu məbləğdən cəmi 120 manatını ödəmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən əmlakına dəyən zərərə görə avtomobili təmir etdirmək üçün 2500 manat məbləğində pul ödəmişdir. Beləliklə, cavabdehin müqavilədən yaranan öhdəliyi 2680 manat, zərər dəyməsindən yaranan öhdəliyi isə 2500 manat, ümumilikdə isə 5180 manat təşkil edir. Buna görə də həmin pul məbləğini onun cavabdehdən tələb etmək hüququ vardır. Cavabdeh1 ilə arasında bağlanan müqaviləyə görə ödəniş vaxtında olmasa gecikmə 15 günə kimi ola bilər. 16-cı gün avtomobil təhvil verilməli idi. Buna baxmayaraq, cavabdeh avtomobili bütün xəbərdarlıqlarına rəğmən Füzuli rayonundan Bakı şəhərinə geri gətirməmişdir. Eyni zamanda bu zaman işin bütün halları ilə yaxından tanış olan digər Cavabdeh2 ona heç bir problem olmayacağını, digər cavabdehin pulu axır-əvvəl qaytaracağını bildirmişdir. Vəziyyətindəki həssaslığı qeyd edərək pul qazanmağın yeganə variantının bu olmasını və səbirli olmağını bildirmişdir. Cavabdeh2 bu təkidlərindən sonra o, digər Cavabdeh1 tərəfindən öhdəliyin icra olunması halını çox uzun müddət gözləmişdir. Bu müddətdə əzəb, əziyyət çəkmiş, daxili sarsıntı keçirmişdir. Aliment öhdəliyini aldığı əlillik pensiyası ilə qarşılamış, xəstə anasına qulluq etmək və məişət ehtiyaclarını qarşılamaq üçün borc almışdır. Bütün bu zaman çərçivəsində Füzuli rayonuna gedib avtomobili təhvil almaqda göstərdiyi bütün cəhdlərin qarşısını Cavabdeh2 yalançı təsəlliedici cümlələrlə almışdır və bunun nəticəsidir ki, cavabdeh öhdəliklərinin heç birini icra etmədən avtomobillə qəza törətmiş və yalnız bundan sonra Füzuli rayonundan Bakı şəhərinə göndərmişdir. Bu zaman nəinki vəziyyətindəki həssaslıq, həm də düşdüyü bu çıxılmaz vəziyyət onu olduqca sarsıtmış, bununla bağlı olaraq müalicə almışdır. Bu səbəbdən ona dəymiş mənəvi zərəri nəzərə alaraq Cavabdeh2 üzərinə 100 manat həcmində mənəvi ziyanın qoyulmasını zəruri hesab edir. O qeyd edir ki, “Mitsubishi Airtrek’’ markalı, ZZ-113-PP dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili ƏN-V №820947 nömrə ilə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixli etibarnamə ilə cavabdehin istifadəsinə vermişdir. O, bir daha qeyd edir ki, onunla Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alıcı, yəni Cavabdeh1 “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobili 1500 manat məbləğində ilkin ödəniş, hər ay 400 manat olmaqla 34 ay müddətində aylıq ödəniş, ümumilikdə 15100 manat məbləğində ödəniş ödəməklə almağı öhdəsinə götürmüşdür. 2023-cü ilin iyun ayında “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobili idarə edərkən cavabdeh qəza törətmiş və avtomobil idarə olunmayacaq vəziyyətə qalmışdır. Avtomobili təhvil alındıqdan sonra "xxxx" avtoservisdə texiki baxış keçirilmişdir. 19 iyul 2023-cü il tarixli “QÜSUR AKTİ’-na əsasən avtomobil texnikanın saz hala salınması üçün “Mühərrik” dəyişdirilmişdir. Texniki xidmətin qarşılığı olaraq 2000 manat pul ödəmişdir. Eyni zamanda avtomobil ustası X2 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP dövlət qeydiyyat nişanlı avtomobilin “dəmirçi” və “rəngsaz” işlərinə görə 500 manat məbləğində pul ödəmişdir. Arayış avtomobil ustası tərəfindən tərtib olunmuş və imza ilə təsdiq olunmuşdur. O qeyd edir ki, cavabdeh onun mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətdikdən sonra onu təmir etdirməmiş, “evakuator xidməti” vasitəsi ilə Füzuli rayonundan Bakı şəhərində göndərmişdir. Avtomobili təhvil alındıqdan sonra "xxxx" avtoservisdə texniki baxış keçirilmişdir. 19 iyul 2023-cü il tarixli “QÜSUR AKTİ”-na əsasən avtomobil texnikanın saz hala salınması üçün “Mühərrik” dəyişdirilmişdir. Texniki xidmətin qarşılığı olaraq 2000 manat pul ödəmişdir. Eyni zamanda avtomobil ustası X2 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP dövlət qeydiyyat nişanlı avtomobilin “dəmirçi” və “rəngsaz” işlərinə görə 500 manat məbləğində pul ödəmişdir. Arayış avtomobil ustası tərəfindən tərtib olunmuş və imza ilə təsdiq olunmuşdur. O qeyd edir ki, onunla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanarkən Bəylərov Orxan və Məmmədov Taleh şahid qismində iştirak etmiş və bunu öz imzası ilə təsdiq etmişlər. Eləcə də, qoşma kimi əlavə etdikləri xx.xx.2022-ci il tarixli müqavilə; ƏN-V №820947 qeydiyyat nömrəli etibarnamənin surəti; “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilin sertifikatının surəti; 19 iyul 2023-cü il tarixli Qüsur Aktı və avtomobil ustası tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli sənəd bu faktları təsdiq edi. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, müqavilədən yaranan və icra olunmamış öhdəliyə münasibətdə, yəni avtomobilin cavabdehdə 6 ay müddətində qalmasına görə 2400 manat və mülkiyyətində olan “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2000 manat, həmçinin tərəfindən ödənilmiş 73 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və cavabdehlərin məhkəməyə gəlməmələri səbəbindən məhkəmə iclasını qiyabi icraat qaydasında baxılmasını etiraz etmədiyini bildirdi. Məhkəmə iclasını qiyabi icraat qaydasında baxılmasını etiraz etmədiyini barədə yazılı ərizə məhkəməyə təqdim edilmişdir. İddiaçının şifahi vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsində bildirdi ki, o, iddiaçının köhnə qonşusudur. Cavabdeh1 iddiaçıdan avtomobil almışdır. Müqavilə onun adına bağlanmış, lakin avtomobili satan İddiaçıdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyi barədə ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 079158 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 1-ci qrup əlildir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili müqavilənin surətindən görünür ki, Cavabdeh1 “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobili 1500 manat məbləğində ilkin ödəniş, hər ay 400 manat olmaqla 34 ay müddətinə aylıq ödəniş, ümumilikdə 15100 manat məbləğində ödəniş ödəməklə almağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən 2000 manat zərər məbləği müqabilində təmir olunaraq saz vəziyyətdə İddiaçı təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, İddiaçı dəmirçi və rəngzas işlərinə görə 500 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin iyul ayına olan təmirbərpa xərci təxminən 2000 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada müqavilə bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirməlidir. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilin 6 ay müddətində qalmasına görə 2400 manat və avtomobilə dəymiş zərər görə 2000 manat məbləğində pul, həmçinin ödənilmiş 73 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 “Mitsubishi Airtrek” markalı, ZZ-113-PP qeydiyyat nişanlı avtomobilin 6 (altı) ay müddətində qalmasına görə 2400 (iki min dörd yüz) manat və avtomobilə dəymiş zərər görə 2000 (iki min) manat məbləğində pul, həmçinin ödənilmiş 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar