Məhkəmə qərarları › İş №2(001)-3531/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3531/2021

14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3531/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Əhmədova Kəmalə Tofiq qızına qarşı “miras əmlak olan avtomaşın üzərində payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2Tofiq qızının cavabdehlər Cavabdeh2 və Əhmədova Kəmalə Tofiq qızına qarşı “miras əmlak olan avtomaşın üzərində payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxxx 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Eləcə də, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 və Cavabdeh1 qarşı “avtomobil üzrə verilmiş pulun vərəsələrdən tələb edilməsi”nə dair iddia ərizəsi ilə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və hal-hazırda Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatındadır. Məhkəmə pross iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2Tofiq qızının cavabdehlər Cavabdeh2 və Əhmədova Kəmalə Tofiq qızına qarşı “miras əmlak olan avtomaşın üzərində payın müəyyən edilməsi” tələbinə dair 2(001)-3531/2021 saylı mülki iş Bakı şəhər Nərimanov rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2,İddiaçı1 və Cavabdeh1 qarşı “avtomobil üzrə verilmiş pulun vərəsələrdən tələb edilməsi” 2(005)- 470/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2Tofiq qızının cavabdehlər Cavabdeh2 və Əhmədova Kəmalə Tofiq qızına qarşı “miras əmlak olan avtomaşın üzərində payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxxx 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli “NİSSAN X Trail” markalı **- EH-*** dövlət qeydiyyat nişanlı avtomaşınına miras əmlak olaraq vərəsə kimi onların 1/3 hissədə payının tanınması, həmin avtomaşının cavabdehlərdən alınaraq, qanun üzrə vərəsə kimi sərəncamlarına, istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Lakin hazırkı mülki iş icraata qəbul edilməmişdən öncə iddiaçı Cavabdeh2 X1 vərəsələri olan cavabdehlər İddiaçı2, İddiaçı1 qız və Cavabdeh1 tərəfindən “NİSSAN X Trail” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətinə keçirilməsi və ya avtomobil üçün ödədiyi 12.000 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən həmin iddia ərizəsi üzrə olan 2(005)-470/2021 saylı mülki iş mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilmişdir. İş materialları ilə müəyyən edilir ki, hər iki mülki iş arasında elə bir asılılıq və bağlılıq vardır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün Bakı şəhər Binəqədi rayon məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2Tofiq qızının cavabdehlər Cavabdeh2 və Əhmədova Kəmalə Tofiq qızına qarşı “miras əmlak olan avtomaşın üzərində payın müəyyən edilməsi” tələbinə dair 2(001)-3531/2021 saylı mülki iş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 və Cavabdeh1 qarşı “avtomobil üzrə verilmiş pulun vərəsələrdən tələb edilməsi”nə dair 2(005)-470/2021 saylı mülki işlə bir yerdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Əhmədova Kəmalə Tofiq qızına qarşı “miras əmlak olan avtomaşın üzərində payın müəyyən edilməsi” tələbinə dair 2(001)-3531/2021 saylı mülki iş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 və Cavabdeh1 qarşı “avtomobil üzrə verilmiş pulun vərəsələrdən tələb edilməsi”nə dair 2(005)-470/2021 saylı mülki işlə birlikdə birləşdirilərək, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar