Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3533/2020 02.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı “İddiaçı Sığorta” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “İddiaçı Sığorta” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “İddiaçı Sığorta” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 2101” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 100 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu, cəmi 120,40 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “VAZ 21074” markallı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi şossesi ilə şəhər istiqamətində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “VAZ2101” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. İcvari Sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarəetmə hüququ olmadan idarə etdiyi və Cavabdeh2 avtomobili idarəetmə hüququ olmadan Cavabdeh1 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin TYP078376 saylı inzibati tənbehvermə haqqında qərarında öz əksini tapmışdır. xx xxxx 2017-ci il tarixində nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı hesabata uyğun olaraq “VAZ 2101” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat ziyan vurmuşdur. PAT********** saylı sığorta müqaviləsinin 040746 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 100 manat sığorta ödənişini həyata keçirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi, X5 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AC seriyalı 823793 saylı X1 Şəhadətnaməsinin surətindən görünür ki, **-VE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobil Cavabdeh2 mülkiyyətindədir; ƏN-İV seriyalı 030911 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı, avtomobili idarə etmək üçün Cavabdeh1 istifadəsinə vermişdir. Etibarnamə xx xxxxxx 2017-ci il tarixində verilmiş və xx xxxx 2017-ci il tarixindədək qüvvədədir. İnzibati xəta haqqında xx xxxx 2017-ci il tarixi TYP №078376 saylı protokoldan görünür ki, Cavabdeh1 oğli idarə etdiyi “VAZ 21074” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi şossesində müvafiq ara məsafəsi saxlamadan “VAZ 2101” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. İnzibati tənbeh vermə haqqında TYP №078376 saylı, xx xxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, onun barəsində cərimə tənbeh növünün tədbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri X4 Rayon Polis İdarəsi tərəfindən verilən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx xxxx 2017-ci il tarixində “VAZ 21074” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 2101” markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, toqquşma baş verən zaman təqsirli sürücü Cavabdeh1 olmuşdur. Sürücünün yol-nəqliyyat hadisəsi baş verdiyi anda avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. xx xxxx 2017-ci il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “VAZ 2101” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat məbləğində zərər dəymişdir; İddiaçı Sığorta Şirkəti ASC xx xxxx 2017-ci il tarixli, 040746 saylı sığorta sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “VAZ 2101” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 100 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxs X3 hesabına köçürülmüşdür; İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanan xx xxxxxx 2020-ci il tarixli subroqasiya hüququ ilə əlaqədar pretenziya məktubundan görünür ki, onlardan 100 manat vəsaitin 10 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda onlara qarşı məhkəmədə sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə tələb irəli sürüləcəyi bildirilmişdir; xx xxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxx 2017-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ olmadan, Cavabdeh2 mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ 2101” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat məbləğində zərər dəymiş, həmin məbləğdə sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkən şəxs X3 hesabına köçürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, “VAZ 21074” minik markalı, **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 özünə məxsus olan avtomobili başqa şəxsin, yəni Cavabdeh1 istifadəsinə verərkən həmin şəxsin buna hüququnun olub-olmamasını müəyyən etməyə borclu idi, bu baxımdan Cavabdeh2 həmin avtomobilin etibarnamə olmadan, yəni hüquqazidd olaraq digər Cavabdeh1 tərəfindən idarə edilməsində təqsirlidir. Buna görə də məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdehlər birlikdə məsuliyyət daşımalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehlərə qarşı iddia tələbi əsaslıdır və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 manat məbləğində sığorta ödənişinin əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 20 manat məbləğində dövlət rüsumu və ödəniş qəbzinə əsasən 0,40 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 100 (bir yüz) manat məbləğində sığorta ödənişi müştərək qaydada tutularaq İddiaçı X8 Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydadaİddiaçı X8 Səhmdar Cəmiyyətinin xeyrinə 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3533/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3533/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver