Məhkəmə qərarları › İş №2(001)-3560/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3560/2024

24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3560/2024 24.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən Cavabdeh verilmiş 7000 (yeddi min) manata 01 yanvar 2021-ci il-dekabr 2023-cü il tarixləri arasında inflyasiya faizləri hesablanmaqla formalaşmış 9051 manat və dövlət rüsumu kimi ödənilmiş 111 (bir yüz on bir) manat, ümumilikdə 9162 manat pulun sonradan bu pulun tam ödənilib qurtarana qədər ilin sonuna qalıq məbləğə hər ötən il üçün respublika üzrə rəsmi elan edilmiş inflyasiya faizləri hesablanmaqla Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü ildə Qazı-Məmməd (indiki Hacıqabul) rayonunda anadan olmuş, lakin hal-hazırda Şirvan şəhər sakini olmaqla Şirvan şəhəri, F.Cavadov küçəsi, 27 nömrəli evdə yaşayır. O, ərizəçi 1-ci Qarabağ müharibəsi iştirakçısıdır və lİl-cü qrup müharibə əlillik dərəcəsi var. O, fiziki şəxs qismində hüquqi yardım göstərilməsi fəaliyyəti ilə məşğul olduğundan, 2019-cu ildə İ-ci qrup əlil olan şəxs X2 ona müraciət edərək 1-ci Qarabağ müharibəsində əlil olmasını sübut edən sənədlərin əldə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən işlər görsə də, lakin bəzi səbəblərdən sənədləri əldə etmək mümkün olmamışdır. Daha sonra tanışı X4 adlı şəxsə həmin əlilin vəziyyəti ilə bağlı söhbət etdikdə sonuncu cavabdeh X6 adlı tanışının bu məsələyə köməklik edə biləcəyini demişdir. Bundan sonra Əlləzi Zahidov Cavabdehla tanış etmiş, sonuncu da keçmiş hərbiçi olan Mürsəl adlı şəxsə danışıb ona cavab verəcəyini bildirmişdir. Bir neçə gün sonra Əlləzi Zahidov onunla 20 Yanvar metrostansıyası yaxınlığında görüşərək Cavabdeh bu işi məhkəmə və məhkəmə tibbi ekspertizası vasitəsi ilə həll edəcəyini və buna görə 7000 (yeddi min) manat ödəmək lazım olduğunu bildirmişdir. Belə ki, o, iddiaçı 2019-cu ilin oktyabr ayında 20 Yanvar dairəsində pulun 2500 (iki min beş yüz) manatını Əlləzi Zahidova, 2020-ci ilin yanvar ayında isə Şamaxinka adlanan ərazidəki Şəki kafesindəki Əlləzi Zahidovla və Cavabdehla görüşərək 4500 (dörd min beş yüz) manatı Cavabdeh vermiş və 7000 (yedi min) manatın Cavabdeh tərəfindən İ-ci qrup əlili üçün arxiv arayışı və ya ekspertiza sənədi düzəltdirilməsinə hüquqi yardım göstərilməsi məqsədi ilə götürülməsi, belə sənəd əldə edə bilməyəcəyi təqdirdə aldığı pulu qaytaracağı barədə sadə qəbzə Cavabdeh imza etmişdir. Lakin hər iki cavabdehlər pulu 7000 (yeddi min) AZN manatı bu günə kimi mən iddiaçıya qaytarmamışlar. Cavabdeh mən İddiaçı Bakı şəhəri Nəsimi rayon Pl-nə şikayətimdə qeyd edilənləri izahatında təsdiq etmiş, lakin 7000 (yeddi min) AZN manatı Mürsəl adlı şəxsə verdiyindən, amma Mürsəl vəfat etdiyindən, ona görə də pulu ondan ala bilmədiyini bildirmişdir. Cavabdeh mən iddiaçıdanldığı 7000 (yeddi min) AZN pulu bu günə kimi qaytarmağından və boyun qaçırtdığına görə mən iddiaçı cavabdehə qarşı məhkəmə də iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh ondan aldığı 7000 (yeddi min) manat pulu almasını və vəd etdiyi hüquqi yardımı göstərə bilməyəcəyi halda aldığı pulu qaytaracağı barədə Cavabdeh özünün əlyazması və imzası olan sadə qəbzdə, həmçinin onun tərəfindən Bakı şəhəri Nəsimi rayon Pİ-nə verilmiş xx.xx.2021-ci il tarixli şikayət ərizəsinə əsasən Bakı şəhəri Nəsimi rayon RP-nin istintaq şöbəsinin “xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında Cavabdeh tərəfindən verilmiş izahatında da ondan aldığı 7000 (yeddi min) manat pulu aldığını təsdiq etməsi onun tərəfindən iddia ərizəsində göstərdiyi dəlillərlə birbaşa öz təsdiqin tapır. Cavabdeh ondan borc pul almasını təsdiq edən etirafı, lakin borc pulu qaytarmasını isə təsdiq edə bilməməsi özlüyündə onun tərəfindən artıq sübut etmə vəzifəsindən azad edir. O, Nəsimi rayon RPİ-nin istintaq şöbəsinin “xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından Nəsimi rayon məhkməsinə şikayət etmiş. Həmin məhkəmə qərar çıxararaq şikayətini təmin etmiş və istintaqın davam etməsi üçün işi təkrarən Nəsimi rayon Pİ-nin istintaq şöbəsinə geri qaytarmışdır. Nəsimi RPİ-nin istintaq şöbəsi təkrarən cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar çıxarmışdır. O, ərizə ilə təkrarən həmin qərardan narazı qalaraq həmin qərarın ləğv edilməsi və cinayət işinin başlanılması xahişi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmiş. Həmin məhkəmə təkrarən onun şikayətini təmin edərək Nəsimi rayon Pİ-nin istintaq şöbəsinin qərarını ləğv etmiş və istintaqın davam etməsi üçün işi Nəsimi rayon Pİ-nin istintaq şöbəsinə geri qaytarmışdır. Nəsimi rayon RPİ-nin istintaq şöbəsi təkrarən həmin şikayət üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar çıxarmış və həmin qərarı ona 2024-cü ilin 19 fevral tarixində Nəsimi Rayon Polis İdarəsində akt bağlamaqla təqdim etmişdir. Həmin aktla o, ərizəçiyə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Qeyd etdiyi proses üç ildən artıq- dörd il davam etmişdir ki, istintaq müddətində iddia müddəti axımının dayanmasının labüd olması üzrlü səbəb sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-cü maddəsinə görə, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Nəsimi rayon Polis İdarəsinin şikayəti üzrə qəbul etdiyi sonuncu qərarla və daha əvvəlki qərarlarla, bununla bağlı aparılmış istintaq hərəkətlərində cavabdeh ondan həqiqətən də 7000 manat pulu aldığını etiraf etmiş və bunun əlavə sübutuna ehtiyac yoxdur. Şikayəti cavabdeh tərəfindən pulun ödənilməməsidir. Həmin pul məbləği ötən dövr ərzində inflyasiya təsirinə məruz qalmışdır ki, bunun nəticəsində də həmin məbləğin alıcılıq qabiliyyəti xeyli aşağı düşmüşdür. İddiası təmin ediləcəyi təqdirdə də, cavabdehin həmin pulu hissələrlə ödəyəcəyi halda belə, rəqəm olaraq 7000 manat pulun ona ödənilməsi ədaləti bərqərar edə bilməz, çünki, hal-hazıra kimi həmin pulu verdiyi tarixdən indiyə qədər dörd ildən artıq vaxt keçmişdir və bundan sonra da bir neçə il həmin borcun ödənilməsi həyata keçərsə, həmin məbləğə inflyasiya məbləği hesablanmadığı halda, məhkəmə qərarının nəticəsi ədalət prinsiplərinə zidd olardı. Çünki, məhkəmə qərarının hüquqi funksiyalarına onun gələcəkdə belə əməllərin qarşısının alınması üçün önləyici funksiyası da daxildir. Eyni zamanda, ona maddi ziyan çəkmiş olardı, çünki, pulu cavabdehə verdiyi tarixdəki alıcılıq qabiliyyəti ilə həmin məbləğin halhazırda və ödənilib qurtaracağı tarixə qədər malik olacağı alıcılıq qabiliyyətində onun ziyan çəkmiş olacağı qaçılmaz olur. Odur ki, hesab edir ki, cavabdehin ona ödəməli olduğu ilkin pul məbləğinin üzərinə ötən illər üçün ölkə üzrə rəsmi müəyyən edilmiş inflyasiya faizləri də əlavə edilməklə və həmin borc tamamilə ödənilib qurtarana qədər ilin sonuna formalaşmış qalıq borc məbləğinə gələcək illər üçün də inflyasiya faizləri hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin onun soğusuna cavab olaraq göndərdiyi məktubda qeyd edilir ki, 2023-cii ilin dekabr ayında inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətlərinin artım indeksi 01 yanvar 2021-ci il tarixinə nisbətən 129,3 faiz təşkil etmişdir. Bu məlumata əsasən onun ilkin olaraq cavabdehə ödədiyi 7000 manat pul vəsaiti hazırda 9051 manat təşkil edir. O, Cavabdeh dəfələrlə öz üzərinə düşən öhdəliyi yerinə yetirməsini bildırsə də, lakin cavabdeh iddiaçıya müxtəlif bəhanələr gətirərək öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırtmışdır. Ona görə də o, cavabdehin bu hərəkətini görüb hüquqlarının müdafiəsi üçün məhkəmə müdafiəsinə söykənmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, polis orqanlarında aparılan araşdırma zamanı cavabdeh ondan pulun alınmasını etiraf etmiş, eləcə də pulun alınması ilə bağlı cavabdeh tərəfindən akt imzalanmışdır. Cavabdehlə onu Əlləzi adlı tanışı tanış etmişdir. Cavabdeh 2019-cu ildən aldığı pulu ona qaytarılmır. Göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, ona 2500 manat Əlləzi adlı şəxs vasitəsi ilə verilmiş, 4500 manatını isə iddiaçı özü vermişdir. Ümumilikdə 7000 manatı vermiş Mürsəl adlı şəxsə, məsələlərə köməklik edirdi. Komissiyanı təşkil edirdi və s., məsələnin tez zamanda həll olunması üçün pul verilmişdir. İddiaçı bildirdi ki, bir tanışı var müharibədə iştirak edib və orda iki ayağını itirib, onu helikopter vasitəsi ilə Bakıya gətirib əməliyyat etmişlər. Lakin Mürsəl tərəfindən aparılan araşdırma zamanı, həmin şəxsin müharibədə iştirak etmədiyi və hadisənin yalan olduğu müəyyən olunmuşdur. Pulun alınmasına dair qəbzi o, imzalamış, lakin sonradan Mürsəl vəfat etmişdir. İddiaçı 2019-cu ildən heç vaxt ondan pul tələb etməmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PB-ya müraciət edərək bildirmişdir ki, X4 və onun tanışı Cavabdeh ilə əlbir olub etibardan sui-istifadə edərək hüquqi yardım göstərilməsi adı ilə ondan 7000 manat pul vəsaitini almış, lakin öhdəliyi yerinə yetirməmiş və pulu geri qaytarmamışdır. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı həqiqətən də 1-ci qrup əlil olan X3 müharibəsində aldığı xəsaratlə bağlı sənəd düzəldilməsinə hüquqi yardım göstərilməsi ilə bağlı onunla söhbət aparmış, o, da öz növbəsində belə işlərlə bağlı hüquqi yardım göstərən Mürsəl adlı tanışının bu işə görə kömək edə biləcəyini bildirmişdir. Sonuncu bu iş üçün 7000 manat lazım olduğunu bildirmiş, o da həmin məbləği 2019-cu ilin sonlarında Talehdən götürüb Mürsələ çatdırmışdır. Bu işin həli ilə bağlı Talehdən müxtəlif sənəd və arayışların surəti istənilsə də, o, sənədləri təqdim etməyi təqribən 2 ay yubandırmış, daha sonra Cavabdeh səhhətində yaranan problemlərlə əlaqədar o, bir müddət Mürsəllə görüşə bilməmiş, daha sonra isə Mürsəlin vəfat etməsi barədə tanışı Zakirdən məlumat almışdır. Bu səbəblə verilən 7000 manatı geri ala bilmədiyini qeyd edən Cavabdeh İddiaçı pulunu qaytarmaq üçün yaşadığı mənzili satışa qoyduğunu və maddi imkanı olan kimi pulu geri qaytaracağını bildirmişdir. Cavabdeh tərəfindən imzalanmış aktdan (qəbz) görünür ki, o, hazırki aktla onu təsdiq edir ki, 09 yanvar 2020-ci il tarixində İddiaçı 7000 (yeddi min) manat pul almışdır. Əvəzində, həmin pul müqabilində onun hüquqi yardım göstərdiyi 1-ci qrup əlil olan bir şəxsin Qarabağ müharibəsi zamanı yaralanma nəticəsində əlil olmasını təsdiq edəcək arxiv arayışı və ya ekspertiza sənədini əldə edərək ona təqdim edəcəkdir. Həmin arxiv və ya ekspertizası sənədini əldə edə bilmədiyi təqdirdə 7.000 (yeddi min manat) məbləğində pulu İddiaçı qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür (aktı oxumuş və doğruluğunu öz imzası ilə təsdiq etmişdir). Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin iddiaçının soğusuna cavab məktubundan görünür ki, infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2023-ci ilin dekabr ayında 2021-ci ilin yanvar ayına nisbətən 129,3 faiz təşkil etdiyi göstərilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 1-ci Qarabağ müharibəsində əlil olmasının sənədləşdirilməsinə kömək etmək üçün müxtəlif vaxtlarda ümumilikdə 7000 manat məbləğində pul alaraq Mürsəl adlı şəxsə vermiş, lakin sonradan həmin şəxs öldüyündən bu pulu qaytara bilməmişdir. Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir); Əldə edilənləri vermək mümkün olmadıqda, məsələn əsassız varlanma natura şəklində baş verdikdə, onların dəyəri ödənilir. Qeyd olunmalıdır ki, hazırkı halda həm iddiaçının iddiaçının tələbi, həmdə cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də cavabdehə 7000 manat pulun verildiyini iddiaçı sübut etməlidirlər. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh 09 yanvar 2020-ci il tarixində İddiaçı 7000 (yeddi min) manat pul almış, əvəzində, həmin pul müqabilində onun hüquqi yardım göstərdiyi 1-ci qrup əlil olan bir şəxsin Qarabağ müharibəsi zamanı yaralanma nəticəsində əlil olmasını təsdiq edəcək arxiv arayışı və ya ekspertiza sənədini əldə edərək ona təqdim edəcəkdir. Həmin arxiv və ya ekspertizası sənədini əldə edə bilmədiyi təqdirdə 7.000 (yeddi min manat) məbləğində pulu İddiaçı qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Bu fakt həmçinin Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında da, Cavabdeh izahatı ilə də öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər aralarında razılığa gəlməklə Cavabdeh 09 yanvar 2020-ci il tarixində İddiaçı 7000 (yeddi min) manat pul almış və pulun alınmasını yazılı şəkildə qəbzə imza etməklə öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, Cavabdeh 7000 manat məbləğində pulu iddiaçıya qaytarmasına dair öhdəlik götürməsi və hazıradək həmin öhdəliyi icra etməyərək pulu qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə, o cümlədən tərəflərin izahatları, yazılı formada tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış 09 yanvar 2020-ci il tarixli qəbzlə, eləcə də cavabdehin Nəsimi RPİ-nin 19-cü PŞ-də verdiyi izahatı ilə öz təsdiqini tapır. Odur ki, iddiaçı 7000 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 01 yanvar 2021-ci il-dekabr 2023-cü il tarixləri arasında inflyasiya faizləri hesablanmaqla formalaşmış 2051 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, 17 iyun 1992-ci il tarixdə qəbul olunmuş və 1992-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu-məhz həmin sahəni, yəni, vətəndaşların pul gəlirləri və əmanətləri ilə bağlı ictimai münasibətlərin tənzimlənməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə görə vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı pul məbləğinin indeksasiyası istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla iddiaçının qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Yuxarıda qeyd olunduğu kimi qanunverici pul gəlirlərinin indeksləşdirilməsini əldə edilmiş statistik məlumatlar əsasında hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2023-ci ilin dekabr ayında 2021-ci ilin yanvar ayına nisbətən 129,3 faiz təşkil etmişdir. Məhkəmə, cavabdeh 09 yanvar 2020-ci tarixdə iddiaçıdan aldığı 7000 manat məbləğində pul vəsaitinin 2021 və 2023-cü illər ərzində olan infilyasıyasının 129.3 faiz təşkil etməsi (7000*129.3%/100%=905.1), hazırki vaxtda 2051 manat təşkil etdiyini, eləcə də faizlərin tutulmasının qanunvericiliklə nəzərdə tutulduğunu (MM 449.1) nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilərək cavabdehdən 2051 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin pulun tam ödənilib qurtarana qədər ilin sonuna qalıq məbləğə hər ötən il üçün respublika üzrə rəsmi elan edilmiş inflyasiya faizləri hesablanmaqla tutulması hissəsinə müünasibət bildirərək qeyd edir ki, bu hal gələcəkdə qətnamənin icrası mərhələsində baş verməsi ehtimala əsaslanır və hazırkı mərhələdə iddiaçının bu dəlili əsaslı hesab edilə bilməz. Odur ki, iddia tələbinin 9162 manat pulun sonradan bu pulun tam ödənilib qurtarana qədər ilin sonuna qalıq məbləğə hər ötən il üçün respublika üzrə rəsmi elan edilmiş inflyasiya faizləri hesablanmaqla cavabdehdən tulması hissəsi təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat borc, 01 yanvar 2021-ci il-dekabr 2023-cü il tarixləri arasında inflyasiya faizləri hesablanmaqla formalaşmış 2051 manat olmaqla, ümumilikdə 9051 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin dövlət rüsumu qismində ödənilmiş 111 manat məbləğində pulun alınalaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 111 manat məbləğində pulun 90 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat, 01 yanvar 2021-ci il-dekabr 2023-cü il tarixləri arasında infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi nəzərə alınmaqla 2051 manat olmaqla, ümumilikdə 9051 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 111 (yüz on bir) manat məbləğində dövlət rüsumunun 90 (doxsan) manat məbləğində olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar