Məhkəmə qərarları › İş №2(001)-3565/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3565/2024

29.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3565/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin aldatma yolu ilə ailələrinə məxsus ünvan 1 ünvanındakı evinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.2ci maddısinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasəm iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin mahiyyətindən və ona əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı oğlu X2 Cavabdeh1 tərəfindən aldadılması nəticəsində ünvan 1 ünvanındakı evin X5 tərəfindən Cavabdeh1 satılmasından və bundan sonra Cavabdeh1 və atası Quliyev Tofiqin sonradan həmin evi Cavabdeh2 satmasından narazıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2820/2024 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılarkən iddiaçıya izah edilmişdir ki, “evin qaytarılması” kimi iddia tələbi mücərrəd tələbdir, arzu olunan nəticə daşınmaz əmlakın fiziki formada qaytarılmasından yox, müqavilələrin etibarsızlığından irəli gələn əmlakın hüquqi statusunun əvvəlki vəziyyətə qaytarılmasından ibarət ola bilər. Bunun üçün isə müqavilələrin tərəfləri cavabdeh kimi cəlb edilməklə, müqavilələrin etibarsızlığı tələbi irəli sürülə bilər. Eyni zamanda həmin qərarda izah edilmişdir ki, müqavilələrin etibarsızlığı tələbi müstəsna aidiyyət qaydasına(daşınmaz əmlakın olduğu yerə görə) uyğun deyil, cavabdehlərdən birinin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Bundan əlavə iddia ərizəsində Cavabdeh2 adlı şəxs cavabdeh kimi cəlb edilsə də, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar(Ş/V seriya nömrəsi və ya fin nömrəsi) göstərilməmişdir. Elektron Məhkəmə sistemindən sorğulanmış məlumatlara əsasən isə Cavabdeh2 adlı şəxs Masallı rayonu, Musaküçə kəndində yaşayır və sizin iddia ərizənizdən məhz ona qarşı tələb irəli sürülməsi aydın deyildir. Digər cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan isə Nizami rayonunda yerləşir. Odur ki, iddia ərizəsinin mahiyyətindən anlaşılan tələbinizə uyğun sizə təkrarən izah edilir ki, mülkiyyətinizdə olduğunu(halbuki mənzil X4 məxsus olmuşdur) iddia etdiyiniz daşınmaz əmlakla bağlı bağlanılmış müqavilələrin etibarsız olduğunu hesab edirsinizsə, müqavilə tərəflərini cəlb etməklə müvafiq tələbləri irəli sürə(müqavilələrə istinad etməklə) və cavabdehlərdən birinin qeydiyyatda olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, yuxarıda göstərilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar