Məhkəmə qərarları › İş №2(001)-3573/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3573/2024

25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3573/2024 25.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (atası) X3, cavabdehin nümayəndəsi (direktoru) X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 iyun 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizıəsi ilə məhkəməyə müraciət edərək 07 may 2013-cü il tarixli 554 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsində yerləşən Yeni yaşayış binasında A5 korpusu, 11 -ci mərtəbədə yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m. olan 22 saylı və 14 may 2013-cü il tarixli 545 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsində yerləşən Yeni yaşayış binasında A5 korpusu, 7-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m. olan 13 saylı 2 mənzilə görə Cavabdeh MMC-nə ödədiyi 165000 (bir yüz altmış beş min) ABŞ dollarının hazırki məzənnəyə uyğun olaraq 280500,00 manat (iki yüz səksən min beş yüz manat. 00 qəpik) məbləğində pul vəsaitinin və zərərə görə 2013cü ildən indiyədək keçmiş 10 il ərzində hər il üçün beş faiz olmaqla ümumilikdə 50 faiz miqdarında 140250,00 manat (bir yüz qırx min iki yüz əlli manat, 00 qəpik) olmaqla, cəmi 420750,00 manat (dörd yüz iyirmi min yeddi yüz əlli manat, 00 qəpik) məbləğində vəsaitin Cavabdeh MMC tərəfindən ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (atası) X5 iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 350000 (üç yüz əlli min) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1994-cü ildə anadan olmuş, 1-ci dərəcəli müddətsiz əlildir. Cavabdeh MMC ilə onun arasında bağlanılmış 07 may 2013-cü il tarixli 554 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsində yerləşən Yeni yaşayış binasında A5 korpusu, 11-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m. olan 22 saylı və 14 may 2013-cü il tarixli 545 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsində yerləşən Yeni yaşayış binasında A5 korpusu, 7-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m. olan 13 saylı 2 mənzil Cavabdeh MMC tərəfindən mənə satılmışdır. Cavabdeh MMC tərəfindən ona 07 may 2013-cü il tarixində verilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsində yerləşən Yeni yaşayış binasında A5 korpusu, 11-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m. olan 22 saylı mənzilin 07 may 2013-cü il tarixli 554 nömrəli müqaviləyə əsasən və 14 may 2013- cü il tarixində verilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsində yerləşən Yeni yaşayış binasında A5 korpusu, 7-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m. olan 13 saylı mənzilin 14 may 2013cü il tarixli 545 nömrəli müqaviləyə əsasən borcu olmamışdır. Müvafiq müqavilələrin və maliyyə arayışlarının surətləri əlavə olunur. Qeyd edilən sənədlərin əsilləri Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsindədir. Mənzillərə görə ümumilikdə 165 000 (bir yüz altmış beş min) ABŞ dolları məbləğində vəsaiti "Xudafərin” MMC-yə ödəmişdir. Müqavilə ona təqdim olunarkən müqavilədə mənzillərin dəyərinin onun Cavabdeh MMC-nə ödədiyi məbləğdən dəfələrlə aşağı yazıldığını gördmüş, bu haqda soruşanda rəsmiləşdirməni bu qaydada apardıqlarını və ona maliyyə arayışı verdiklərinə görə bunun hər hansı bir problem yaratmayacağını bildirmişlər. Lakin aradan uzun müddət keçməyinə baxmayaraq Cavabdeh MMC mənzilləri ona təhvil verməmişdir. Bu hal onun həm sağlamlığıma mənfi təsir etmiş, həm də maddi cəhətdən çətin vəziyyətə düşməyimə səbəb olmuşdur. Ona görə də, Cavabdeh MMC-nə tərəfindən ödənilmiş 165 000 (bir yüz altmış beş min) ABŞ dollan məbləğin pul vəsaiti şəklində ona ödənilməsini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) X5 iddia tələbinin azaldılması barədə ərizəsini müdafiə edib, 350000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (direktoru) X4 iddia ərizəsində göstərilən 420750 manat yox, 350000 manat məbləğində pulun tutulmasına dair iddia tələbinin təmin edilməsini xahiş edib, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsində yerləşən Yeni yaşayış binasında A5 korpusu, 11-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m. olan 22 saylı mənzilinə dair bağlanmış 07 may 2013-cü il tarixli müqaviləsinə əsasən iddiaçı tərəfindən yaşayış sahəsinin hər kv/metr 250 manat həcmində qiymətləndirilməklə 36277.5 manat, Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsində yerləşən Yeni yaşayış binasında A5 korpusu, 7-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m. olan 13 saylı 2 mənzilinə dair bağlanmış 14 may 2013-cü il tarixli müqaviləsinə əsasən iddiaçı tərəfindən yaşayış sahəsinin hər kv/metr 250 manat həcmində qiymətləndirilməklə 36277.5 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin qeyd edilən mənzillərlə bağlı 07 may və 14 may 2013-cü il tarixli maliyyə arayışları ilə müəyyən edilmişdir ki, müqavilələrə əsasən İddiaçı borcu yoxdur. Yəni, İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin olunduğundan onun verilməsi üçün ödənilmiş 722 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 350000 (üç yüz əlli min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 722 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar