Məhkəmə qərarları › İş №2(001)-3612/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3612/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3612/2024 02.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdeh X1 qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı cavabdeh X1 qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azemis-dən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçının rəsmi qeydə alındığı yer ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.9-cü maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göründüyü kimi, hazırkı iddia tələbi istehlakçının hüququnun müdafiəsidir və iddiaçı hazırkı tələb ilə özünün yaşadığı yer üzrə aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Həmçinin, iddiaçının özünün yaşayış yerinin hazırda Binəqədi rayonunun ərazisində olması ilə bağlı isə hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanı aradan qaldırmaqla hazırki iddia tələbi ilə bağlı özünün yaşayış yerinin hazırda Binəqədi rayonunun ərazisində olması ilə bağlı iddia ərizəsinə sübut əlavə etməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə, yaxud özünün rəsmi qeydiyyatda olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdeh X1 qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanı aradan qaldırmaqla hazırki iddia tələbi ilə bağlı özünün yaşayış yerinin hazırda Binəqədi rayonunun ərazisində olması ilə bağlı iddia ərizəsinə sübut əlavə etməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə, yaxud özünün rəsmi qeydiyyatda olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar