Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-364/2023 28.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əşyanın (torpaq sahəsinin) real bölgüsünün aparılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əşyanın (torpaq sahəsinin) real bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 0.12 ha torpaq sahəsinin paylara uyğun real bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0,12 ölçüdə torpaq sahəsi cavabdehlə onun hərəsinə ½ pay olmaqla paylı mülkiyyətindədir. Hər ikisinin payları bərabər, hüquqları eyni olsa da, cavabdeh onun həmin torpaqdan istifadə etməyinə imkan vermir, bəhanə edir ki, payının ümumi sahəsinin hansı tərəfində olduğu müəyyən edilməyib. O, paylarını öz arlarında bölmək barədə təklif etsə də, cavabdeh buna da razılıq vermi ki, cavabdehin bu hərəkəti onun əmlak hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanı ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli saylı ekspert rəyinəndən görünür ki, tədqiq olunan həyətyanı torpaq sahəsində yerləşən bağ evinin yaşayış üçün yararsız olduğunu nəzərə alaraq bağ evinin bölgüsü ilə bağlı tədqiqat aparılmadı. Həmçinin rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tərəflərin ½ payına uyğun naturada bölünməsinin “Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodaları”-nın və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbəs və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçəsi və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Torpaq sahəsinin bölgüsünün hansı qaydada aparılması rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya); Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ünvan 1 ünvanı ½ hissədə İddiaçı ilə X1 arasında bölünmüş, lakin Cavabdeh tərəfindən İddiaçı həmin torpaq sahəsindən istifadə etməsinə imkan yaratmır, bununla da onun əmlak hüququnu pozur. Məhkəmə ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh hər birinin ½ hissə-1200,0 ümumi (600 kv.metr) ibarət payı naturada ayrılmaqla bölünməli, İddiaçı düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 22.82 m, uzunluğu isə soldan 21.53 m müəyyən edilməli, Cavabdeh düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 20.02 m, uzunluğu isə soldan 31.16 m və sağdan 28.09 m müəyyən edilməlidir. Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr aşağı olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh hər birinin ½ hissə-1200,0 ümumi (600 kv.metr) ibarət payı naturada ayrılmaqla bölünsün. İddiaçı düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 22.82 m, uzunluğu isə soldan 21.53 m müəyyən edilsin. Cavabdeh düşən 600 kv.metr torpaq sahəsi sxemdə göstərilən torpaq sahəsinin eni 20.02 m, uzunluğu isə soldan 31.16 m və sağdan 28.09 m müəyyən edilsin. Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr aşağı olması nəzərə alınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-364/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-364/2023
28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver