Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3656/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı X1 Cavabdeh qarşı “nəvələrinə apardığı ərzaq və pul tələbinə dair” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıdakı ərzaqlara: siyəzən toyuğu, kənd toyuğu, bud dibi, toyuq iç çalatı, toyuq filesi, qanad dibi, sevimli dad sosiskası, qreçka, yumru düyü, şkolad yağı, şkoladlar, çay, peçenyelər, xurma, badam, fıstıq, qara kişmiş, sarı kişmiş, çəki ilə konfet, daş konfetlər, uşağın ayaqqabısı və paltarları, uşağın özünün işləyib qazandığı pul, yəni 65 manat, C28805407, A46107526, B 05487509 seriyalı pulları cavabdehdedən alınıb onun nəvələrinə verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qızı Arzu Gülməmmədova 2008-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları olmuşdur. Naməlum səbəbdən 2015-ci ildə ayrılmışlar. Məhkəmə hər iki uşağın 18 yaşına çatanadək ana ilə qalması barədə qərardad qəbul etmişdir. Uşağın ata ilə görüşünə qərar verilmişdir. Lakin uşaqlar görüşü istəmədiklərindən icra şöbəsi qərarı ləğv etmişdir. Qızı evdə olmayan vaxtda ata uşaqları özü ilə aparmışdır. Təzyiq və işgəncə altında uşaqlar qarşısında şərt qoymuş, ananızın yanına getsəniz sizi qəbul etmərəm demişdir. Beləliklə 3 ay 20 gün uşaqları təzyiq altında saxlamışdır. Uşaqlar onunla danışdıqda orada ac olduqlarını, onlara yediklərindən alıb gətirməsini xahiş etmişlər. O da pensiyasını 200 manat dəyərində ərzaq və 100 manat dəyərində nəğd pul vermişdir ki, atası uşaqlara alsın. İki gündən sonra öyrəmişdir ki, nəvəsi pulu atasına vermişdir. xx.xx.2021-ci il tarixli qərardadla uşaqlar hal hazırda onun yanındadır. Uşaqlar atanın yanında olduğu vaxtda 11 yaşlı uşağı sədərək bazarına aparıb işlətmişdir. Uşaq 5 manatdan günə 65 manat pul qazanmışdır. Onu da uşağın əlindən almışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki mülki iş üzrə iddia ərizəsində iddiaçı tərəfindən Cavabdeh ünvanının ünvan 1yd edilsə də, lakin bunu təsdiq edən hər hansı sənəd, ümumiyyətlə cavabdehin şəxsiyyətini müəyyən edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə tərəfindən isə Elektron Məhkəmə İnformasiya Sistemindən(AZE MİS) istifadə etməklə cavabdehin rəsmi qeydə alındığı yeri müəyyən etmək mümkün olmamışdır. Belə ki, cavabdehlə bağlı hər hansı məlumat Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilmir. Lakin cavabdehin prosessual qanunvericiliyə əsasən lazimi qaydada xəbərdar edilməsi işə mahiyyəti üzrə baxılması üçün vacib amillərdən biridir. Çünki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri çəkişmə prinsipidir. Ona görə də çəkişmə prinsipinin təmin edilməsi üçün, dolayısı ilə məhkəmə bildirişinin ehtimal olunan ünvanda yaşayan şəxsə deyil, konkret olaraq cavabdeh kimi cəlb edilmiş şəxsə(dəqiq rekvizit məlumatları göstərilməklə) və həmin şəxslərin ünvanına(rəsmi qeydiyyatda olduğu) göndərilməsi vacibdir. Bundan başqa iddiaçı iddia ərizəsinə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə imkan verən və öz tələbini əsaslandırdığı sənədləri əlavə etməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia tələbi qeyri-dəqiq formada ifadə edilmişdir. Belə ki, iddiaçı cavabdehə qarşı pul və ərzaq tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, xahiş etdim hissəsində cavabdehdən tələb edilən qeyri dəqiq məbləğdə olan pulun, ərzaq və geyim əşyalarının alınıb onun nəvələrinə verilməsini xahiş etmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. İddia ərizəsinin xahiş etdim hissəsindən görünür ki, iddiaçı cavabdehə qarşı iddia tələbinin bir hissəsini nəvəsinin adından qaldırmışdır. Lakin iddia ərizəsinin özünün nəvələrinin qanuni nümayəndəsi olmasını təsdiq edən sənəd əlavə etməmişdir. Bundan başqa, qeyd edilən məcəllənin: - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci və 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda iddia ərizələri üçün 20 manat məbləğində, 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə, ümumiyyətlə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. İddiaçıya izah olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 149, 152.1,152.2, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “nəvələrinə apardığı ərzaq və pul tələbinə dair” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3656/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3656/2021
12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver