Məhkəmə qərarları › İş №2(001)-366/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-366/2022

25.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-366/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi H.Sultanov küçəsi Yeni Massiv ərazisində yerləşən, aidiyyəti dövlət orqanları ilə kommunal xidmət münasibətlərinin İddiaçı adına rəsmiləşdirilmiş, hal-hazırda Cavabdeh2 və Cavabdeh1 azyaşlı övladları ilə yaşadıqları bir mərtəbəli həyət evinin İddiaçı şəxsi vəsaiti hesabına İddiaçı tərəfindən tikilməsi faktının müəyyən edilməsinə və Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılmalarına, əldən çıxmış fayda şəklində cavabdehlərin iddiaçıya vurduqları zərərə görə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12000 manatın İddiaçı xeyrinə tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi H.Sultanov küçəsi Yeni Massiv ərazisində yerləşən, aidiyyəti dövlət orqanları ilə kommunal xidmət münasibətlərinin İddiaçı adına rəsmiləşdirilmiş, hal-hazırda Cavabdeh2 və Cavabdeh1 azyaşlı övladları ilə yaşadıqları bir mərtəbəli həyət evinin İddiaçı şəxsi vəsaiti hesabına İddiaçı tərəfindən tikilməsi faktının müəyyən edilməsinə və Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılmalarına, əldən çıxmış fayda şəklində cavabdehlərin iddiaçıya vurduqları zərərə görə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12000 manatın İddiaçı xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Ağdamın Çəmənli kəndində anadan olmuş, ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 12 saylı Texniki Peşə məktəbinin yanında yerləşən nömrəsiz evdə yaşayır, 2000-ci ilin ortalarında Binəqədi rayonu Xocasən qəsəbəsi H.Sultanov küçəsi Yeni Massiv ərazisindən Rəhim adlı şəxsdən sahəsi 1,5 sot olan torpaq sahəsi alaraq orada özünə bir mərtəbəli həyət evi tikmişdir. Torpağın öz adına sənədləşdirilməsi üçün Fuad adlı bələdiyyə işçisinə ödəniş etmiş, lakin həmin torpağa və inşa olunan evə dair hüquq müəyyənedici sənədi yoxdur. O, evin bünövrəsini töküb, 1 mərtəbəli, 3 otaqlı, hamamı, ayaqyolusu olan ev inşa etmişdir. Evin tikintisini tam olaraq 2014-cü ildə tamamlamışdır. Evin döşəməsini köhnə ağaclarla döşəmiş, tavanı vurmuş, lakin təmir işləri aparmamışdır. Hamada və ayaq yolunda kafel onun tərəfindən vurulmamışdır. Evin həyətyanı sahəsi iki qonşu tərəfindən hasa alınmış, evin qarşısındakı hasarı cavabdehlər çəkmiş, onun aldığı giriş qapısını qoymuşlar. Vaqif evə kanalizasiya çəkilərkən dost kimi ona kömək etmişdir. Evi cavabdehlərə təhvil verərkən evdə 12 m2 kafel, 15 m2 metlax, 30-40 ədəd şifer olmuş, siferləri o, götürməmişdir. Torpağın alınmasına o, 8000 manat vermiş, evin tikintisinə 15000 manat xərc çəkmişdir. Sonuncu dəfə o, həmin evdə 3 il əvvəl olmuş, evə 1 ədəd stol alıb qoymuşdur. Evdə ona və ailəsinə məxsus başqa əşyalar yoxdur. Evin tikintisi başa çatdıqdan sonra ev nəqliyyatdan uzaqda yerləşdiyindən ailəsi həmin evə köçmək istəməmişdir. Ev bir müddət boş qaldıqdan sonra həmin vaxt dostluq etdiyi Ağdamın Paprəvənd kəndindən olan X12 bunu bildiyindən ona oğulunu evləndirməsini deyib, evi müvəqqəti olaraq onun istifadəsinə verməyi təklif etmiş, nə zaman desə evi boşaldıb ona təhvil verəcəyini demişdir. O, V.K.Bayramovun sözlərinə inanıb boş qalmaması üçün evi əvəzsiz olaraq Cavabdeh1 istifadəsinə vermişdir. Vaqif oğlunun 2-3 il müddətinə onun evində qalacağını, oğluna bu müddət ərzində torpaq alacağını, ev-eşik edəcəyini demişdir. Lakin müddət keçməsinə baxmayaraq cavabdehlər evdən çıxmamış, ondan möhlət istəmiş, daha sonra evi almaq istədiklərini ona demiş, onun da bu təklifə müsbət baxmasını görüb, bir az pul toplamaq lazım olduğunu demişlər. O, evi 17000 manata satmasını Vaqifə bildirmişdir. Bir neçə il bundan əvvəl o, tələblərini dəqiqləşdirmiş və cavabdehlərdən evdən çıxmalarını tələb etmişdir. Cavabdehlər onun evindən çıxmadığı üçün o, polisə, prokurorluğa şikayət etmiş, fakt üzrə araşdırma aparılsa da, mübahisənin mülki xarakterli olması ona bildirilmişdir. Polisdə verdikləri izhatlarında Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 öz izahatlarında evin onun tərəfindən tikilməsini təsdiq etmişlər. Cavabdehlərə o, özünün hal-hazırda yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 12 saylı Texniki Peşə məktəbinin yanında yerləşən nömrəsiz evə köçmələrini və ya 2000 manat ödəməklə evi tərk etmələrini təklif edir. Cavabdehlər onun təklifi ilə razılaşmadıqları üçün Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi H.Sultanov küçəsi Yeni Massiv ərazisində yerləşən, aidiyyəti dövlət orqanları ilə kommunal xidmət münasibətlərinin onun adına rəsmiləşdirilmiş, hal-hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 azyaşlı övladları ilə yaşadıqları bir mərtəbəli həyət evinin onun şəxsi vəsaiti hesabına onun tərəfindən tikilməsi faktının müəyyən edilməsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılmalarına, əldən çıxmış fayda şəklində cavabdehlərin ona vurduqları zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12000 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 40-cı PB-nin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18.11.2019-cu il tarixli qərarından da görünür ki, Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 evin iddiçıya və onun ailəsinə məxsus olmasını etirafedici izahatları ilə təsdiq etmişlər. Evdən çıxmamalarını isə evdə təmir işləri aparmaları, guya iddiaçının onlara özlərinə ev tikənə qədər burada yaşamalarına icazə verməsini deməsi ilə əsaslandırmışlar. İddiaçı evini cavabdehlərin 6 ay və daha sonra bir il müddətinə müvəqqəti istifadələrinə vermişdir. Evin daxili rəng işindən savayı bütün çöl və iç işləri iddiaçı tərəfindən görülmüşdür. Evin döşəməsi və tavanı vurulmuş, pəncərə-qapıları quraşdırılımışdır. Cavabdehlərin evdə 10000-12000 manat təmir işlərinə xərcləmələri demələri haqsızlıqdır. Təbii ki, cavabdehlər yaşamaq üçün evin içini səhmana salmalı idilər, onlar bunu da etmişlər. Amma evin içində qeyd edilən məbləğdə təmir işləri aparılması inandırıcı deyildir. Cavabdehlərin bu məbləğdə pulları olsaydı üstünü də düzəldib elə evi satın alardılar. Cavabdehlər 12.06.2014-cü ildən iddiaçının evində yaşadıqlarını, iddiaçıya pul vermədiklərini polisdə verdikləri izahatlarında da təsdiq etmişlər. Həmin tarixdən hər ay üçün 200 manat kirayə haqqı hesablandıqda iddiaçıya 16800 manat, üstəgəl son 5 aya görə 1000 manat olmaqla cəmi 17800 manat ödəməlidirlər. Əslində cavabdehlər iddiaçının evini tərk etməməklə ona birbaşa zərər vurublar. Belə ki, iddiaçı həmin evi 200 manata kirayə verə və qazanc əldə edə bilərdi. Lakin, cavabdehlərin son beş ildə evi tərk etməmələri nəticəsində iddiaçı ən azı 12000 manat qazancdan məhrum olmuşdur. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi H.Sultanov küçəsi Yeni Massiv ərazisində yerləşən, aidiyyəti dövlət orqanları ilə kommunal xidmət münasibətlərinin İddiaçı adına rəsmiləşdirilmiş, hal-hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 azyaşlı övladları ilə yaşadıqları bir mərtəbəli həyət evinin İddiaçı şəxsi vəsaiti hesabına İddiaçı tərəfindən tikilməsi faktının müəyyən edilməsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılmalarına, əldən çıxmış fayda şəklində cavabdehlərin iddiaçıya vurduqları zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12000 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, İddiaçı izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, atasının dostu Vaqifin xahişinə əsasən atası Xocəsən qəsəbəsində tikdiyi evi Hikmətə müvəqqəti istifadə etmək üçün vermişdir. Həmin vaxt Vaqif onu da dəvət edib nə vaxt lazım olarsa evi boşaldaraq qaytaracaqlarını ona da demişdir. Lakin hazırada cavabdehlər onlara məxsus evi tərk etməkdən imtina edirlər. Baxmayaraq ki, onlar cavabdehlərə kirayə ev tutmağı, 2000 manat pul verməyi təklif etmişlər. Lakin cavabdehlər bu təkliflə razılaşmırlar. Hal-hazırda onun da ailə qurmaq vaxtı çatdığından yaşamağa yeri yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, 2012-ci ildə Hikmətin ailəsi onlara elçi gələrkən Elsevərin satdığı evi 17000 manata alcaqlarını bildirmişlər. 2014-cü ilədək Hikmət ailəsi ilə birlikdə həmin evdə tikinti-təmir işlərini davam etdirmişlər. 2014-cü ildə nikaha daxil olduqdan sonra o, Binəqədi rayonu Xocahəsən qəsəbəsində yerləşən nömrəsiz evə köçmüş, özünə məxsus bütün cehiz əşyalarını bu ünvana gətirmişdir. Evdə təmir işləri davam etdiyindən o da, özünə məxsus qızıl-zinət əşyalarını satıb əldə etdiyi 3000 manatı təmir-tikinti işlərinə sərf etmişdir. Evə kommunal xidmətlər çəkilərkən Elsevərin adına çəkilmiş, lakin sayğacların pulunu və digər ödənişləri onlar etmişlər. İki il əvvəl Elsevər onlara gəlib evin pulunu tələb edərkən o, Vaqif tərəfindən evin pulunun Elsevərə verilmədiyi məlum olmuşdur. Bundan sonra Elsevər evə gələn qazı və işığı bağlatdırmışdır. Elsevər həmin evi əvvəl 17000 manata satsa da, indi həmin evə görə 40000 manat tələb edir. Onlar evi aldıqları üçün evdə təmir-tikinti işlərinə təxminən 10000 manat sərf etmişlər. Elsevər 5000 manat verəcəyi halda onlar evi boşaltmağa razıdırlar. Əks halda dövlət tərəfindən evlə təmin edildikdən sonra evi tərk edəcəklər. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, 2014-cü ildə o, ailə qurarkən atası Vaqif iş yoldaşı və dostu olan Elsevərdən hazırda onun ailəsi ilə birlikdə yaşadığı, heç bir sənədi olmayan evi 17000 manata almışdır. Evdə tikinti işləri tamamlanmamış, təmir işləri aparılmamışdır. Razılığa əsasən onlar ya 17000 manatı verməli, ya da evdə tikinti-təmir işlərini tamamlayıb istədikləri qədər həmin evdə yaşamalı idilər. Evdə hamam, ayaqyolu ümumiyyətlə olmamış, həmin sahələri onlar tikmişlər. Otaqların bir divarında suvaq olmuş, evdə olan qalan suvaq işlərini onlar etmiş, döşəmələrin köhnə taxtalarını götürüb yeni taxta alıb döşəmə vurmuşlar. Köhnə döşəmə taxtaları indi də həyətdə olan damda saxlanılır. İki tərəfdən hasar çəkib qapı qoymuşlar, hamamda kafel olmamış, hamın yerində olan metlaxı o alıb vurmuşdur. Onlar evin təmir tilintisinə 10000 manat xərc çəkmişlər. Elsevər onlara təmir xərclərinə görə 5000 manat verəcəyi halda o, ailəsi ilə birlikdə evi tərk edə bilər. Əks halda dövlət tərəfindən onlar Ağdamda evlə təmin edildikdən sonra evi tərk edəcəklər. İddiaçının onlara təklif etdiyi evin sahəsi kiçik olduğundan onlar bütün əşyalarını bu evə yerləşdirə bilməzlər. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Qaz paylayıcısı X5 ilə istehlakçı İddiaçı arasında bağlanmış 28.09.2014-cü il tarixli 464 saylı qazın alqı-satqısına dair müqavilənin surətindən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını Sulu-təpə qəsəbəsi Kola yolu y/yaş mas. ünvanını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Məişət tullantılarının daşınmasına dair Odin MMC-nin 2019-cu il üçün ödəniş qəbzlərinin surətindən müəyyən olunur ki, İddiaçı Xocasən qəsəbəsi ünvanı üzrə ödənişlər aparmışdır. Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 16.09.2011-ci il tarixli 429447 saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı Xocasən qəsəbəsi ev 90 ünvanı üzrə 2010-2011-ci illər üçün vergi ödənişini etmişdir. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı S.Hacıyevin 18.11.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh2 ərizəsi əsasında toplanmış HK-1/1481 saylı material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli 2(001)-975\2021 saylı qərardadından müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Qərardaddan daha sonra müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və X2 ailə üzvləri ilə birlikdə ona məxsus olan fərdi yaşayış evindən çıxarılmasını tələb etdiyi halda tələbini əsaslandırdığı hallara dair sübutları, yəni mübahisəli sahənin ona məxsus olmasını, cavabdehlər tərəfindən zəbt edildiyini, orada məhz həmin cavabdehlərin yaşadıqlarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, tələbində göstərilmiş ailə üzvləri məsələsinə də aydınlıq gətirməmiş, bu baxımdan iddia həmçinin qeyri-müəyyən şəxslər dairəsinə qarşı irəli sürülmüşdür. İşin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneəçilik törədən bu nöqsanların aradan qaldırılması üçün məhkəmə tərəfindən iddiaçıya müddət müəyyən edilmiş, lakin həmin müddət ərzində də bu nöqsanlar aradan qaldırılmamışdır. Bu da öz növbəsində Azərbaycan Respublikası MPMnin 259.0.12-ci maddəsinin tələbləri baxımından mülki işin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, 2014-cü ildə onlar övladları Cavabdeh1 toy etmək qərarına gəlmişlər. Həmin il həyat yoldaşı X4 dostu olan İddiaçı onlara Binəqədi rayonu Xocasən qəsəbəsində evinin olmasını, evin tikintisinin başa çatmadığını, həmin evi 17000 manata satmasını, pulları olduqda 17000 manatın ona vermələrini, imkanları olmadığı halda evdə təmir-tikinti işlərini tamamlayıb istədikləri qədər Cavabdeh1 ailəsi ilə birlikdə bu evdə yaşa bilməsi şərti ilə evi onun oğlunun və gəlinin istifadəsinə vermişdir. Onlar bu şərtlərlə evi təhvil alsalar da, 17000 manatı E.C. Hüseynova ödəyə bilməmiş, lakin evdə təmir tikinti işləri aparmışlar. Belə ki, gəlini Cavabdeh2 özünə məxsus qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pul vəsaitinə, qohumlarının Rusiyadan göndərdikləri 3000 ABŞ dollarına və ailə büdcələrinə aid olan digər pul vəsaiti hesabına həmin evdə suvaq işləri görülmüş, evin döşəməsi yeni materiallar alınaraq vurulmuş, ayaq yolu inşa edilmiş, hamam, mətbəx təmir edilmişdir. Evdə olan alçibanları İddiaçı almış, onlar isə usta dəvət edib alçibanları vurdurmuşlar. Ağdam rayonundan məcburi köçkün olduqlarından oğlunun ailəsi ilə yaşaması üçün başqa yaşayış yeri yoxdur. İddiaçı onun oğluna təmir-tikinti xərclərinin yarısını, yəni 4000-5000 manat ödəyəcəyi halda onlar məcburi köçkünlərin məskunlaşdıqları yerdən yaşayış sahəsi alıb ora köçə bilərlər. Əks halda dövlət tərəfindən onlar Ağdam rayonunda evlə təmin edildikdən sonra evi tərk edə biləcəklər. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə bir yerdə işləmiş, 10 ildən çox yaxın dost olmuşlar. İddiaçı Xocasən qəsəbəsində tikdiyi evi ona 17000 manata satmış, onun yeni ailə quran oğlu 2014-cü ildə öz ailəsi ilə həmin evə köçmüşdür. Lakin o, evin pulunu İddiaçı verə bilməmişdir. Onlar evdə təmir işləri aparmış, döşəmələri yeni taxta alıb vurmuş, şapakloyovka işlərini görmüş, alçiban vurmuş, hamam və ayaqyolunu təmir etmişlər. Həyətin hasarını hörmüşlər, Elsevərin aldığı qapını qoymuşlar. Təmirə onlar təxminən 5000-6000 manat xərc çəkmişlər. Elsevər 17000 manatı tələb etsə də, o, həmin məbləği Elseverə verə bilməmişdir. Elsevər ondan evədən çıxmağı tələb etmiş, o da təmirin pulunun ödənilməsini istəmişdir. Əks halda dövlət tətərindən evlə təmin olunduqdan sonra evi boşaldacaqdır. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonunda qonşusu olmuş İddiaçı dəvəti ilə 2012-ci ildə Elsevərin tikdirdiyi evin bünövrəsini üçün betonun tökülməsində iştirak etmiş, hörgü, suvaq işlərini, damın örtülməsi işlərini əvəzsiz olaraq görmüşdür. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, İddiaçı onun anasının həyat yoldaşıdır. Ona görə də bilir ki, Elsevər 2012-ci ildə ev inşa etməyə başlamış, evin bünövrəsini üçün betonun tökülmüş, hörgü, suvaq işləri, damın örtülməsi, döşəmənin vurulması işləri görülmüşdür. Həmin evdə bir otağın suvağı vurulmuş, həyətdə hasar çəkilməmişdir. Həmin evi Elsevər 2014-cü ildə 17000 manata Vaqifə satsa da, Vaqif evin pulunu Elsevərə verməmiş, buna görə də aralarında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, Vaqifin iş yoldaşıdır. 2014cü ildə Vaqifin aldığı evdə, Vaqifin dəvəti ilə santexnika, kombi işlərini görmüş, evdə döşəmə vurmuşdur. Həmin vaxt evin divarlarına suvaq vurulmamış, döşəmə üçün yeni taxtalar alınmışdır. Tikinti materiallarını Vaqif onunla, oğlu Hikmətlə birlikdə almışdır. Həmin vaxt evin Vaqifin Elsevərdən almasını bilsə də, Vaqif tərəfindən evin pulunun verilib verilməməsini bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı cavabdehlərin yaşadıqları evin ona məxsus olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı həmin evin özbaşına tikili olması, evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçıya və ya hər hansı başqa bir şəxsə aid hüquq müəyyənedici sənədlərinin olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Belə tikili inşa edən şəxs onu sata, kirayəyə verib gəlir əldə edə bilməz. Özbaşına tikili inşa edən şəxsin həmin tikilini inşa etməsi faktının, yəni qanunun tələblərini pozması faktının məhkəmə qaydasında müəyyən edilməsi isə mümkün deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının özbaşına tikiliyə hüquqları yaranmadığından, mövcud olmayan hüququn pozulması mümkün olmadığından, özbaşına tikili ilə bağlı iddiaçı cavabdehlərə qarşı tikilinin boşaldılması, əldən çıxan fayda tələbi kimi iddia tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik omadığından, özbaşına tikiliyə dair vergiləri və ya hər hansı bir ödənişləri etmək iddiaçının həmin tikiliyə və torpaq sahəsinə hüquqlarının yaranması, müdafiə olunması üçün əsas olmadığından, mövcud olmayan hüquqdan istifadə edib gəlir əldə edilməsi ehtimalı istisna edildiyindən məhkəmə iddia tələblərini tam həcmdə əsassız hesab edib təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi H.Sultanov küçəsi Yeni Massiv ərazisində yerləşən, aidiyyəti dövlət orqanları ilə kommunal xidmət münasibətlərinin İddiaçı adına rəsmiləşdirilmiş, hal-hazırda Cavabdeh2 və Cavabdeh1 azyaşlı övladları ilə yaşadıqları bir mərtəbəli həyət evinin İddiaçı şəxsi vəsaiti hesabına İddiaçı tərəfindən tikilməsi faktının müəyyən edilməsinə və Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılmalarına, əldən çıxmış fayda şəklində cavabdehlərin iddiaçıya vurduqları zərərə görə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12000 manatın İddiaçı xeyrinə tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar