Məhkəmə qərarları › İş №2(001)-3660/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3660/2021

26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3660/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina 2-ci giriş 5-ci mərtəbəsində yerləşən 67 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün Cavabdeh MTK-nın üzərinə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina 2-ci giriş 5-ci mərtəbəsində yerləşən 67 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün Cavabdeh MTKnın üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın ona verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh MTK-dan 30.03.2006-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina 2-ci giriş 5-ci mərtəbəsində yerləşən 67 saylı mənzili pulunu tam ödəyərək almışdır. İddiaçı mənzili aldığı ilk gündən Cavabdeh MTK onların hüquqlarını pozmuş, mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına, binanın dövlət qeydiyyatına salınmasına dair vəzifələrinin icrası ilə bağlı tədbir görməmişdir. Mənzil müqaviləsinin 2.1ci bəndinin 5-ci abzasına əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (payçının hesabına orderin və kupçanın verilməsi və s.) Cavabdeh MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. Lakin iddiaçının aldığı mənzil üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün Cavabdeh MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər iddiaçıya təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət edilsə də, cavabdehin səlahiyyətli şəxsləri təhvil-təslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. Həmin bina Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19.02.2019-cu il tarixdə imzaladığı Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanından sonra 2019-cu ilin aprel ayında dövlət qeydiyyatına alınmışdır. Həmin Fərmandan sonra mənzilə çıxarış alınması üçün dəfələrlə cavabdehə protokoldan çıxarışın və digər lazım olan sənədlərin verilməsinə dair yazılı müraciət edilməsinə baxmayaraq cavabdeh tərəf həmin müraciətlərin yalnız birinə cavab vermişdir. Həmin yazılı cavabda sənədlərin verilməməsinin əsası kimi, MTK tərəfindən yazılmış uydurma borc məbləğinin istənilməsi və iddiaçı tərəfindən ödənilməsinin tələb edilməsi göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış əldə etmək üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Cavabdeh heç bir əsas olmadan iddiaçının mənzilə borcu olmadığı halda çıxarışı almaq üçün protokoldan çıxarışı və digər lazımı sənədləri vermək üçün iddiaçı və bina sakinlərindən qeyri-qanuni əsası olmayan kommunal pulu adı altında pul tələb edir və çıxarışı əldə etmək üçün lazım olan sənədləri vermir. Ona görə də ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina 2-ci giriş 5-ci mərtəbəsində yerləşən 67 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün Cavabdeh MTKnın üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə 18.05.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı Cavabdeh MTK-dan 30.03.2006-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina 2-ci giriş 5-ci mərtəbəsində yerləşən 67 saylı mənzilini dəyərini tam ödəyərək almışdır. İddiaçı aldığı mənzilin pulunu tam ödəsə də, MTK-ya kommunal xərclərə görə 3000 manat borcu vardır. Həmin yaşayış binasının sakinləri yığılmış kommunal xərclərə görə borclarını ödəmədiklərindən müvafiq sənədlərin verilməsi MTK tərəfindən dayandırılmışdır. İddiaçı borcunu ödədiyi təqdirdə sənədlər iddiaçıya veriləcəkdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). İcraçı Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış 30.03.2006-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri Binəqədi rayonu Ə.Nəvai 33/Naxçıvani 3068-ci məhəllə ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 1-ci bina 2-ci giriş 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 132,91 m2 olan 3 otaqlı 67 saylı mənzilini payçıya verməyi, payçı isə öz növbəsində mənzilin 1 m2 üçün 428 manat olmaqla cəmi 56885 manat məbləğində vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (payçının hesabına müvafiq sənədlərin verilməsi və s.) icraçının vəzifəsidir. Cavabdeh MTK-nın 29.11.2012-ci il tarixli 528 saylı arayışının surətindən müəyyən olunur ki, payçı İddiaçı Cavabdeh MTK-dan 1 saylı evin 2-ci blok 5-ci mərtəbəsində yerləşən sahəsi 132,91 m2 olan 3 otaqlı 67 saylı mənzili almış və payçının həmin mənzil üçün borcu yoxdur. İddiaçı Cavabdeh MTK-nın sədri Lətif Kərimova ünvanladığı 25.11.2020-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında 19.02.2019cu il tarixli 529 saylı Fərmanına uyğun olaraq onların binasının da istismara qəbul edilməsi, Asan xidmətə müraciət edilən zaman onlara protokoldan çıxarış olmadan çıxarışları ala bilməyəcəkləri Cavabdeh MTK-nın sədrinə bildirilmiş və çıxarışın alınması üçün lazım olan protokoldan çıxarışın 15 gün ərzində ona təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı tərəflər arasında bağlanmış 30.03.2006-cı il tarixli müqavilədən irəli gələn öhdəliklərini tam icra etdiyi halda, yəni mənzilin dəyərini MTK-ya ödədiyi halda sonuncu həmin müqavilə ilə müəyyən olunan vəzifəsini, yəni iddiaçının mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün tələb olunan sənədləri iddiaçıya verməkdən əsassız olaraq imtina etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); İstinad olunan normanın tələbindən müəyyən olunur ki, iddiaçının tələb etdiyi sənədlərin cavabdeh tərəfindən verilməsindən imtina edilməsinin yeganə səbəbi pay haqqının tam ödənilməməsi ola bilər. Kommunal xidmət haqqlarının ödənilməməsi halı isə cavabdehin bu tələblə məhkəməyə müraciət etməsi üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib iddia tələblərinin əsaslı olması səbəbindən iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh MTK-ya ünvan 1 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 1-ci bina 2-ci giriş 5-ci mərtəbəsində yerləşən 67 saylı mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı təqdim etməsi vəzifəsi həvalə olunsun. Cavabdeh MTK-dan ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar