Məhkəmə qərarları › İş №2(001)-3660/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3660/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3660/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 147.000 manat məbləğində pulun və ödənilmiş 437 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binasını tikən "xxxx" MTK-nın faktiki rəhbəri Cavabdeh tanıyır, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 2019- cu ilin avqust ayında yeni tikililərdən 3 otaqlı mənzil sahəsi axtardığı üçün MTK-da satışda mənzil olması barədə ona yadında olmayan şəxs məlumat vermişdir. Qeyd olunan tarixdə MTK-ya gedib 3-cü mərtəbədə olan sahəsi 156,6 m2 3 otaqlı mənzilin lahiyəsinə baxmışdır. Belə ki, giriş hissəsində qapısı və evin pəncərələri olmayan, ümumilikdə isə tam təmirsiz vəziyyətdə olan mənzilin yerləşdiyi yer 3-cü mərtəbədə pilləkənlə çıxdıqdan sonra sol tərəfə istiqamətlənməklə lift yerləşən hissədən sol divarda yerləşən ardıcıl 3-cü mənzil olmuşdur. Proyekti və yerləşdiyi yer xoşuna gəldiyi üçün həmin binanın 3-cü mərtəbəsindən 3 otaqlı mənzil sahəsini arvadı X5 adına almaq qərarına gəlmişdir. Daha sonra o, xx.xx.2019-cu il tarixdə dostu Fərid Zeynalovla birlikdə mənzilin satış qiyməti ilə əlaqədar razılıq əldə edilməsi üçün Bakı şəhəri, Nərimanov rayonunda "xxxx" ticarət və əyləncə mərkəzinin yaxınlığında yerləşən MTK-nın ofisinə (bundan sonra ofis) getmişdir. Həmin vaxt ofisdə ondan və dostu Fəriddən əlavə MTK-nın rəhbəri Cavabdeh, sonuncunun tanımadığı işçisi olmuşlar. Cavabdeh MTK-nın özünə məxsus olduğunu deyərək 3-cü mərtəbədə 8 nömrəli 156,6 m2 sahəli mənzilin 147.000 (bir yüz qırx yeddi min) manat dəyərində satışını ona təklif etmişdir. Həmin vaxt mənzili almaqda qərarlı olduğu üçün pul ilə birlikdə ofisə getmişdir. Mənzilin sənədləşdirilməsi üçün Günay Hacızadənin şəxsiyyət vəsiqəsinin surətini Cavabdeh xahişinə əsasən sonuncunun tanımadığı işçisinə vermişdir. Cavabdeh onun təqdim etdiyi 147.000 manat pul vəsaitini sayaraq qəbul etdikdən sonra ofisin digər otağına keçmiş şəxs müəyyən sənədləri gətirib Cavabdeh təqdim etmişdir. Cavabdeh imzası və MTK-nın möhürü ilə sənədləri təsdiq etdikdən sonra ona vermişdir. Həmin sənədlərə baxdıqda müəyyən etmişdir ki, Cavabdeh Günay Hacızadənin adına rəsmiləşdirilmiş MTK-da 3-cü mərtəbədə sahəsi 156,6 m2 olan 3 otaqlı 8 nömrəli mənzil ilə əlaqədar maliyyə arayışını, protokolu, mənzil tikintisi haqqında müqaviləni vermişdir. Həmin sənədləri imzalamaq üçün dəvəti əsasında Günay Hacızadə MTK-nın ofisinə gəlmiş və mənzil tikintisi haqqında müqaviləni “Payçı” qrafasının qarşısından imzaladıqdan sonra sənədlərin bir nüsxəsi onda qalmaqla digər nüsxəsini isə Cavabdeh geri qaytarmışdır. Binanın təhvil verilməməsi ilə əlaqədar 2021-ci ilin avqust ayında MTK-ya getdikdə 3-cü mərtəbədə aldığı mənzilin giriş hissəsində dəmir qapı qoyulduğunu və üstündə mənzil mülkiyyətçisinin əlaqə nömrəsinin yazıldığını müəyyən etmişdir. Həmin yadında olmayan əlaqə nömrəsi ilə danışdıqda ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona satılmış mənzil sahəsi əvvəlcədən Kəmalə Abdullayeva adlı şəxsin adına rəsmiləşdirilmişdir. Baş vermiş anlaşılmazlığı həll etmək üçün görüşdükdə Cavabdeh həmin mənzilin ona məxsus olduğunu bildirərək 8 nömrəli mənzildən aşağı mərtəbədə yerləşən eyni ölçülü 3 otaqlı mənzil sahəsini Kəmalə Abdullayevaya verəcəyinə dair vədlər versə də indiyədək həmin problem həll edilməmişdir. Maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə və protokolda MTK-nın sədri kimi X3 adı qeyd edilməsinə və mənzil tikintisi haqqında müqavilədə mənzilin dəyəri kimi hansı məbləğin qeyd edilməsinə fikir verməmişdir. Lakin həmin mənzilin satış qiyməti kimi Cavabdehla 147.000 manat qarşılığında razılığa gəlmiş və qeyd olunan vəsaiti ödəmişdir. Maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə və protokoldan çıxarış MTK-nın ofisində Cavabdeh tanımadığı işçisi tərəfindən tərtib edilmişdir. Bundan başqa həmin sənədləri MTK-nın sədri kimi Cavabdeh imzası və MTK-nın möhürü ilə təsdiq etmişdir. Mənzilin Günay Hacızadəyə məxsus olması məzmununda olan maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə və protokoldan çıxarışda əlyazma üsulu ilə tərəfindən icra olunmuş imza, xətt və ya yazı yoxdur. X7 adına rəsmiləşdirdiyi MTK-da 3-cü mərtəbədə 8 nömrəli mənzilin dəyəri kimi ödədiyi pul vəsaiti faktiki olaraq ona məxsus olmuş və törətdiyi qanunsuz əməl nəticəsində Cavabdeh faktiki olaraq ona maddi ziyan vurmuşdur. Kəmalə Abdullayevanın adına rəsmiləşdirilmiş mənzili Cavabdeh eyni zamanda, ona satması təsdiq edir ki, sonuncunun niyyəti əvvəlcədən ona məxsus pul vəsaitini aldatmaqla ələ keçirməkdən ibarət olmuşdur. Mənzilin dəyəri kimi ödədiyi ümumilikdə 147.000 manat pul vəsaiti manat şəklində olmuş, həmin pul vəsaitini fərqləndirə biləcək hər hansı rekvizitlər olmamışdır. Ödədiyi pul vəsaitini Bakı şəhərində yerləşən ailə üzvünə məxsus, lakin faktiki olaraq özünə məxsus mənzil sahəsinin satışından əldə etdiyi gəlir hesabına formalaşdırmışdır. Kəmalə Abdullayeva öz vəsaiti hesabına mənzilə giriş qapısı qoyduğu üçün mənzil üzərində mülkiyyətçi kimi digər hüquqlarını həyata keçirə bilməmişdir. Cavabdeh ona deməsinə görə bina tikintisi tam başa çatmadığı üçün təhvil verilməmiş və ona görə də mənzilin mülkiyyətçisi olması barədə çıxarış verilməsi qeyri-mümkündür. Cavabdeh həmin mənzili hər hansı borc və ya digər mülki xarakterli öhdəliyin icrası qarşılığında ona verməmişdir. Törədilmiş cinayət əməli nəticəsində ona dəymiş 147.000 manat maddi ziyanın hər hansı bir hissəsi Cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

5. Cavabdeh məhkəməyə ərizə göndərək iddia ərizəsi ilə razı olduğunu, iddiaçıya mənzilin təhvil veriləcəyini bildirmişdir.

6. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir.

Mülki işin materialları:

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və təqsirləndirilən şəxs Cavabdeh ifadəsində göstərmişdir ki, "xxxx" MTK-da 3-cü mərtəbədə sahəsi 156,6 m2 olan 3 otaqlı 8 nömrəli mənzili binada hörgü işlərinin aparılmasında iştirak edən X1 vasitəsilə satdığı X2, habelə İddiaçı tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. Tərəfindən İddiaçı satılmış mənzil Abdulla Abdullayevin övladı Kəmalə Abdullayevanın adına rəsmiləşdirilmiş mənzildən 1 mərtəbə aşağıda olan eyni ölçülü mənzil sahəsi olmasına baxmayaraq, İddiaçının arvadı X5 adına rəsmiləşdirilmiş sənədlərdə texniki olaraq yanlışlıqla MTK-da 3-cü mərtəbədə sahəsi 156,6 m2 olan 3 otaqlı 8 nömrəli mənzil göstərilmişdir. xx.xx.2019-cu il tarixli, 73 nömrəli maliyyə arayışı, xx.xx.2019-cu il tarixli mənzil tikintisi haqqında müqavilə, xx.xx.2019-cu il tarixli, 8 nömrəli protokol, xx.xx.2019-cu il tarixli, 62 nömrəli maliyyə arayışı, xx.xx.2019-cu il tarixli mənzil tikintisi haqqında müqavilə, xx.xx.2019-cu il tarixli, 8 nömrəli protokol göstərişi əsasında Sevinc Xudabaxışova tərəfindən əlyazma şəklində hazırlanmış, sənədlərdə “sədr” qrafasında olan imza tərəfindən icra olunmuşdur. 8 nömrəli mənzil Abdulla Abdullayevə məxsus olmaqla sonuncunun özündədir. İddiaçı isə 3 nömrəli mənzil təklif edilmiş, lakin sonuncu isə əsassız olaraq Abdullaya məxsus olan 8 nömrəli mənzili tələb edir. Eyni zamanda X10 vasitəsilə 10000 manat pul da vermişdir. Lakin İddiaçı ona təklif edilən mənzili istəmədiyinə, başqasına məxsus olan evi istədiyinə görə onunla barışıq əldə etmək mümkün olmamışdır.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(005)-15/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) müddətə tikinti, təmir və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəzalarla qismən toplanılmaqla toplanmış qəti əsas cəzaya qəti əlavə cəzanı birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə qəti cəzaçəkmə müddətinin əvvəli 4 may 2022-ci il tarixdən hesablanmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. 21.2-ci maddəsinı əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında AR Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının (xx.xx.2020-ci il tarixli düzəlişlərlə)” 4-cü bəndinə əsasən AR MPM-nin 82.4 maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.

15. Beləliklə MPM-nin 82.4-cü maddəsinə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan faktların iki növü mülki iş üzrə sübut olunmaqdan azaddır:

16. 1) hərəkətin olub-olmaması faktı (yəni cinayətin törədilib-törədilməməsi faktı);

17. 2) bu hərəkətin konkret şəxs tərəfindən edilməsi faktı (yəni cinayətin subyekti barədə məsələ);

18. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Məhkəmənin hökmü ilə müəyyən edilən digər hallar mülki iş üçün preyudisial əhəmiyyətə malik deyildir və mülki iş üzrə icraat qaydasında mübahisələndirilərək araşdırılmalıdır.

18. Məhkəmə qeyd edir ki, delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işguzar nüfuzuna vurulmuş ziyanın əvəzini tam həcmdə ödəməyə borclu olur, zərərçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir. Delikt məsuliyyətinin əsası kimi zərər dedikdə mülki hüquq subyektinin malik olduğu şəxsi qeyri-əmlak və ya əmlak hüquqlarının pozulması ilə bağlı əmələ gələn mənfi nəticə başa düşülür. Mənfi nəticə həm əmlak, həm də qeyri-əmlak xarakterli ola bilər. Bu nəticə subyektə məxsus olan əmlakın məhv olması və ya zədələnməsində, habelə fiziki şəxsin şikəst olmasında və ya ölməsində ifadə edilə bilər. Zərərin vurulduğu obyektlərin dairəsi müxtəlifdir. Belə ki, cinayət nəticəsində dəymiş ziyanın (zərərin) 3 növü müəyyən edilir: - fiziki; əmlak; mənəvi

19. Göründüyü kimi hazırki mülki iş üzrə tələb cinayət nəticəsində dəymiş əmlak zərəri ilə bağlıdır.

20. Beləliklə, qanuni qüvvəyə minmiş hökmlə Cavabdeh iddiaçı T.Hacızdəyə qarşı AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilmişdir. Buna görə də iddia təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 147.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir.

21. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 147.000 (bir yüz qırx yeddi min) manat məbləğində pul vəsaiti və 437 (dörd yüz otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar