Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3667/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı ümumi mülkiyyətdə olmaqla ayrı-ayrılıqda iki tikilidən ibarətdir. Buna dair xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi digər paylı mülkiyyətçilərə məxsus yaşayış evindən tam ayrıca təcrid edilmiş şəkildə olmaqla iddiaçıya aid işıq, qaz və su sayğacları ilə təmin edilmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış sahəsi naturada ayıraraq ayrıca 2 otaq 36.48 kv.m. sahəsinin iddiaçının mülkiyyətində olması barədə dəfələrlə cavabdehlərə bildirsə də, bir araya gəlib naturada bölgıi aparmaqla hər kəsin payının ayrılmasına nail ola bilməmişmişdir. Tikililərin giriş-çıxış qapıları və həyətyani sahələri ayrıayrıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, mübahisəli daşınmaz əmlak əvvəl bir adama məxsus olub və o, paylarla həmin əmlakı müxtəlif şəxslərə satıb. Hal-hazırda tərəflərin giriş-çıxışı ayrıdır, birbirlərinə heç bir aidiyyəti yoxdur. Lakin sənəddə formal olaraq əmlakın paylı mülkiyyət kimi qalması faktiki olaraq hər iki tərəfin mülkiyyət hüquqlarını məhdudlaşdırmış olur. Qeyd olunanlar iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə də təsdiq olunur. O, eyni zamanda məhkəməyə bildirdi ki, ekspertiza xərcinin yarısının ondan tutulmasına etiraz etmir və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, əslində, iddiaçının payının naturada ayrılması cavabdehlərə də lazımdır. Belə ki, obyektiv olaraq iddiaçının evinin onların evinə heç bir aidiyyəti yoxdur. Ona görə də, iddia ərizəsinin təmin edilməsini xahiş edir. Ekspertiza xərcinin yarısının ondan tutulmasına etiraz etmir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* saylı çıxarışdan görünür ki, ünvan 2 2 otaq – 36,48 kv.m. hissədə X4, 1 otaqdan 1/3 hissə – 11,76 kv.m. Cavabdeh1, 1 otaqdan 1/3 hissə – 11,76 kv.m. Cavabdeh2, 1 otaqdan 1/3 hissə – 11,76 kv.m. X1 paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4693 saylı ekspert rəyində göstərilmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi, ev 18, mənzil 11 ünvanında yerləşən daşınmaz əmlakdan ayrıca giriş-çıxış nəzərdə tutulmaqla Şükürova (Piriyeva) Nisa Əbdül qızına məxsus payın ayrılması texniki cəhətdən mümkündür, faktiki olaraq iddiaçının payı ayrılmış və ayrıca giriş-çıxış qapısı açılmışdır. Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin sistemli şərhinə zərurət yoxdur. Belə ki, mübahisənin elə birinci mərhələdə həll edilməsi – payın naturada ayrılmasının mümkünlüyü iş materiallarında olan ekspert rəyi ilə öz təsdiqini tapıb. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan iddiaçı Şükürova (Piriyeva) Nisa Əbdül qızına məxsus pay (2 otaq – 36.48 kv.m.) naturada ayrılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan iddiaçı Şükürova (Piriyeva) Nisa Əbdül qızına məxsus pay (2 otaq – 36.48 kv.m.) naturada ayrılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı, digər 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3667/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3667/2022
20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver