Məhkəmə qərarları › İş №2(001)-3674/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3674/2021

12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3674/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Fərid Eldar oğlu Hətəmzadə, İddiaçının Cavabdeh MMC-yə qarşı “hərəkətləri qanunsuz hesab edilməsi və sahənin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “hərəkətləri qanunsuz hesab edilməsi və sahənin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixində İddiaçı nümayəndəsi (vəkili) X1 məhkəməyə ərizə göndərərək iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: 152.1-ci maddəsinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:.. 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərəkətləri qanunsuz hesab edilməsi və sahənin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 260.5-ci, 263-264-cü, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “hərəkətləri qanunsuz hesab edilməsi və sahənin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Binəqədi rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar