Məhkəmə qərarları › İş №2(001)-3676/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3676/2021

04.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3676/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xx katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat və 35.669,38 ABŞ dolları məbləğində vəsaitin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildə qardaşı Cavabdeh adına rəsmiləşdirməklə “Chevrolet Captiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymaqla kredit yolu ilə almışdır. Avtomobili qardaşının adına rəsmiləşdirməkdə məqsədi ailəsində olan probləmlərlə əlaqədar olmuşdur. Onun qardaşı Cavabdeh avtomobil idarə etməyə sürücülük hüququ yoxdur və o, ümumiyyətlə avtomobil idarə edə bilmir. Onlar arasında münasibətlər normal olmuş və avtomobilin cavabdehin adında olması onlara heç bir maneə törətməmişdir. O, cavabdehin adından avtomobili idarə etmək üçün uzun illərdir ki, etibarnamə əsasında faktiki sahiblik və istifadə etmişdir. Lakin son dövrdə onların münasibətləri pisləşmiş və cavabdeh də bundan istifadə edərək, onun adına olan etibarnaməni ləğv etdirmiş və onun xəbəri olmadan polisə şikayət edərək avtomobili yolda saxlatmış və polis vasitəsilə iddiaçının əlindən aldırmışdır. Avtomobil onun əlindən alınaraq yol polisinin müvəqqəti saxlama dayanacağına aparılmışdır. Qeyd etdiyi kimi, avtomobil "xxxx" ASC-də iddiaçının qardaşı Cavabdeh adına ipotekada olmuş və bu illər ərzində o, banka avtomobilin borcuna görə kreditlər ödəmişdir. Həmçinin, avtomobilin ilkin ödənişi 10.000 manat onun tərəfindən ödənilib, buna da onun ailə üzvləri anası Əkbərova Zəminə və bacısı Qurbanova Könül də şahiddirlər. Bununla əlaqədar qeyd edir ki, o, avtomobili ABŞ dolları ilə kreditə almışdır və dollar qalxan zaman, yəni 1 ABŞ dolları = 1.05 manat olan zaman, o, Beynəlxalq Bankdan 10.000 manat pul krediti götürərək üstünə də əlavə pul düzəldərək həmin avtomobilə olan 13.790 ABŞ dollar olan qalıq borcunu "xxxx"-yə ödəmişdir. Həmin kredit məbləği onun qardaşının adına olduğuna görə banka bir yerdə gedərək ödəmişlər. Bununla da avtomobilə görə banka olan borcunu tamamilə ödəmiş olmuşdur. Hazırda cavabdeh onunla münasibətlərinin korlanmasından istifadə edərək, cavabdehin adına aldığı avtomobili onun əlindən almış və əsassız varlanmağa cəhd etmişdir. Bu səbəbdən o, avtomobilə görə ödədiyi pulları tələb etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Bank VTB (Azərbaycan) ASC-yə verilmiş sorğuya Bank tərəfindən göndərilmiş cavab məktubuna əlavə edilmiş kredit ödənişlərinə dair 31 (otuz bir) ədəd kassa mədaxil orderinə nəzər saldıqda aşağıda tərtib edilmiş cədvəldə qeyd olunanlar müəyyən edilmişdir. Mülki iş materiallarda olan “Avtomobil Krediti Müqaviləsi”nin surətindən də göründüyü kimi, sözügedən müqavilə 17 sentyabr 2012-ci il tarixində rəsmiləşdirilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə göndərilmiş kredit ödənişlərini təsdiq edən kassa mədaxil orderlərinin surətlərindən də göründüyü kimi avtomobil krediti müqaviləsi üzrə ödənişlər müntəzəm və ardıcıl olaraq İddiaçı tərəfindən şəxsən, bəzi hallarda isə onun vəsaiti hesabına cavabdeh tərəfindən həyata keçirilmişdir. 31 ədəd kassa mədaxil orderinin vizual analizi nəticəsində müəyyən edilmişdir ki, bu orderlərin 25 ədədində ödəyicinin imzası qrafasındakı imzalar İddiaçı məxsusdur (iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsindəki imza ilə kassa mədaxil orderlərindəki imzalara vizual baxış zamanı bunu müəyyən etmək çox asandır). Məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərindən 4 ədədindəki imzalar isə cavabdehə məxsusdur (iş materiallarında olan kredit müqaviləsində, ipoteka müqaviləsində və ödəniş cədvəlindəki imzalara və Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsindəki imzalara baxdıqda bu imzalar aydın görünür). Yerdə qalan 2 ədəd kassa mədaxil orderindəki imzaları isə oxumaq mümkün olmamışdır. Mülki iş materiallarında olan sübutların kompleks təhlili göstərir ki, kredit müqaviləsi formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Faktiki olaraq kredit müqaviləsi üzrə bütün ödənişlər – 35.669,38 ABŞ dolları vəsait İddiaçı tərəfindən şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, avtomobilin alınması üçün ilkin ödəniş olaraq tələb edilən 10.000 manat məbləğindəki vəsait də İddiaçı tərəfindən həyata keçirilmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Chevrolet Captiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismarı nəticəsində onun bazar qiymətində yaranan fərq 13.000 manat və onun mülkiyyətçi hüquqularının kobud şəkildə pozulması nəticəsində ona vurulmuş zərərin əvəzi 116.800 manat pulun İddiaçı alınaraq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini cavabdeh belə əsaslandırmışdır ki, o, 2012-ci il tarixdə “Chevrolet Captiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymaqla kredit yolu ilə alaraq adına rəsmiləşdirmişdir. İlkin ödənişi şəxsən o, öz pulu ilə ödəmiş və illər ərzində banka olan kredit borcunu mütəmadi olaraq öz hesabına ödəmişdir. O, mübahisəli avtomobili alandan sonra qardaşı İddiaçı belində problemlər olduğunu bildirərək, işə gedib-gəlmək üçün müvəqqəti olaraq özünə avtomobil alanadək ona məxsus avtomobili iddiaçıya idarə etmək üçün etibarnamə verməyi xahiş etmişdir. Bir müddət sonra o, avtomobili ona qaytarılmasını iddiaçıdan tələb etmiş, lakin o, özünə avtomobil axtardığını, tez zamanda onun avtomobilini qaytaracağını vəd vermişdir. Vəd verməyinə baxmayaraq nə qədər tələb etsə də müxtəlif bəhanələr ilə avtomobili ona qaytarmamışdır. 13 mart 2021-ci il tarixdə o, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməni ləğv etdirərək polis tərəfindən həmin avtomobili saxlatdırılıb ona verilməsinə nail olmuşdur. Hesab edir ki, İddiaçı onun mülkiyyət hüququnu pozan hüquqazidd hərəkətləri ilə ona zərər vurmuşdur. İddiaçının ona məxsus olan olan avtomobildən əvəzsiz istifadə etmək üçün onların aralarında nə şifahi, nə də yazılı müqavilə olmuşdur. O, dəfələrlə müraciət etsə də iddiaçı avtomobili qaytarmamışdır. Hesab edir ki, iddiaçı illərlə ona məxsus olan avtomobili öz şəxsi məqsədləri üçün heç bir hüquqi əsası olmayaraq istifadə etmiş, bununla ona zərər vurmuşdur. Əlavə olaraq qeyd edir ki, mübahisəli avtomobil cavabdehə 33.000 manata başa gəlsə də həmin avtomobilin qiyməti onun uzun müddət istismarı nəticəsində 20.000 manatdan aşağı qiymətə enmişdir. Buna səbəb intensiv istismar nəticəsində nəqliyyat vasitəsinin köhnəlməsi, nəqliyyat vasitəsinin zavod ehtiyyat hissələri sonradan başqa ehtiyyat hissələrinə dəyişdirilməsi, nəqliyyat vasitəsinin yürüşü 90.000 kilometri keçməsidir. O, şəxsi mülkiyyətində olan avtomobili 2012-ci ildən bəri günü 40-50 manat məbləğində kirayə versə idi, 8 illik müddətində 116.800-146.000 manat dəyərində əmlakından istifadə üçün qazanc əldə edərdi. Qeyd etdiyi məbləği müəyyən etmək üçün istənilən “Rent a car” şirkətinin ofertasında görmək mümkündür. Göstərilənlərə əsasən iddianən rədd, qarşılıqlı iddianın isə təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddiaya yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh ərizəsində qeyd edir ki, “2012-ci il tarixdə Chevrolet Captiva markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymaqla kredit yolu ilə alaraq adıma rəsmiləşdirmişəm. Bildirirəm ki, ilkin ödənişi şəxsən öz puluma ödəmiş və illər ərzində banka olan kredit borcumu mütəmadi olaraq öz hesabıma ödəmişəm.” Cavabdehin qeyd etdikləri tamamilə əsassız olub, heç bir sübuta əsaslanmamaqdadır. Belə ki, ilk öncə “Chevrolet Captiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 2012-ci ildə iddiaçı tərəfindən şəxsi vəsaiti hesabına ilkin ödəniş edilməklə qardaşı – cavabdehin adına kredit yolu ilə əldə edilmişdir. Sual oluna bilər ki, əgər avtomobili cavabdeh öz vəsaiti hesabına alırdısa, o zaman avtomobili niyə öz adına yox, qardaşı, qarşılıqlı iddia üzrə iddiaçının adına rəsmiləşdirirdi? İddiaçının ailə münasibətlərində problemlər olduğundan, həmin dövrdə münasibətləri soyuq olduğundan və rəsmi nikahda olmalarına baxmayaraq faktiki olaraq müəyyən müddətdir ki, ayrı yaşadıqlarından və münasibətlərinin boşanmaya doğru getdiyindən iddiaçı avtomobili qardaşının adına rəsmiləşdirmişdir. Bu halları təsdiq edən sübutlar və şahidlər də vardır. Belə ki, iddiaçının ailə münasibətlərinin pozulması və nikahlarına xitam verilməsi barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi iddiaçının dediklərinin bariz və birmənalı sübutudur. Əlavə olaraq, sözügedən avtomobilin ilkin ödənişinin, o cümlədən də aylıq kredit ödənişlərinin iddiaçı tərəfindən həyata keçirildiyini onun anası Zəminə Əkbərova və bacısı Könül Qurbanova da təsdiq edə bilərlər. Cavabdeh nə avtomobilin alındığı 2012-ci ildə, nə də 2012-ci ildən avtomobilə dair iddiaçıya verdiyi etibarnaməni ləğv etdirdiyi 2021-ci ilin martınadək olan dövr ərzində nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmadığı və nəqliyyat vasitəsini idarə edə bilmədiyi halda o, nəqliyyat vasitəsini niyə və nə məqsədlə alırdı? Cavabdehin kredit borcunu mütəmadi olaraq iddiaçı öz hesabına ödəmiş və cavabdeh tərəfindən məhkəməyə bu halla bağlı bir tək bank hesabından çıxarış təqdim edilmişdir. Hansı ki, bank hesabından çıxarışda kredit ödənişinin həyata keçirildiyi tarixlərdən başqa heç nə qeyd edilməmişdir. Yəni, kredit ödənişlərinin kim tərəfindən həyata keçirildiyini təsdiq edən sənəd bank hesabından çıxarış yox, kassa mədaxil orderləridir ki, sözügedən kredit ödənişlərinin iddiaçı tərəfindən ödənildiyini təsdiq edən kassa mədaxil orderləri də tərəflərindən məhkəməyə təqdim edilmişdir. İddiaçı Respublikada baş vermiş ilkin devalvasiyadan sonra 07 aprel 2015-ci il tarixində "xxxx"ndan öz adına 10.000 manat məbləğində kredit götürmüş və elə həmin tarixdə də kredit olaraq götürdüyü vəsaitin üzərinə şəxsi vəsaitini də əlavə edərək xarici valyutada qardaşı, cavabdehin adına olan kreditin ödənişini həyata keçirməklə, həmin kreditin ödənişini tamamilə başa çatdırmışdır. Həmin kreditin götürüldüyünü təsdiq edən kredit müqaviləsi və həmin vəsaitin də elə həmin tarixdə cavabdehin adına rəsmiləşdirdiyi kreditin ödənişinə sərf etdiyini təsdiq edən bank hesabından çıxarış mülki iş materiallarına əlavə edilmişdir. Yuxarıda sadalanan bütün halların özü cavabdehin dediklərinin tamamilə əsassız və fərziyyələrdən ibarət olduğunu bir daha təsdiq edir. Cavabdeh ərizədə daha sonra qeyd edir ki, “Chevrolet Captiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alandan sonra qardaşım İddiaçı mənə belində problemlər olduğunu bildirdi, işə gedib gəlmək üçün müvəqqəti olaraq özünə avtomobil alanadək mənə məxsus Chevrolet Captiva markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ona idarə etmək üçün etibarnamə verməyimi xahiş etmişdir. Bir müddət sonra avtomobili mənə qaytarılmasını ondan tələb etmiş, lakin o özünə avtomobil axtardığını, tez zamanda mənim avtomobilimi mənə qaytaracağını mənə vəd vermişdir. Vəd verməyinə baxmayaraq nə qədər tələb etsəm də müxtəlif bəhanələr ilə mənə məxsus avtomobili mənə qaytarmamışdır. ...Mən dəfələrlə müraciət etsəm də o, mənə avtomobili qaytarmamışdır". Cavabdeh avtomobili alandan sonra qardaşı - iddiaçının belində problem olduğunu deyərək nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona etibarnamə verməsini istədiyini iddia etdiyi halda bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu da cavabdehin dediklərinin fərziyyə olduğunu bir daha göstərir. Belə ki, cavabdeh qeyd edir ki, avtomobili alandan sonra qardaşı ondan etibarnamə istəmiş və bunu belində olan problemlə əlaqələndirmişdir. Halbuki, cavabdeh etibarnaməni qardaşına dərhal və şəxsən vermişdir. Həm də ona görə ki, cavabdehin nəqliyyat vasitəsini idarə etmə hüququ - sürücülük vəsiqəsi yox idi və bu günki gündə də yoxdur. Bu isə avtomobilin faktiki sahibinin məhz iddiaçının olduğunu təsdiq etməklə yanaşı cavabdehin dediklərinin yalan olduğunu göstərir. Cavabdeh qardaşının belində problemlər olduğu iddiasını irəli sürdüyü halda bu halı təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh daha sonra iddia edir ki, o, bir müddət sonra avtomobilin qaytardmasını iddiaçıdan dəfələrlə tələb etsə də və bunun üçün ona müraciət etsə də qardaşı avtomobili ona qaytarmamışdır. Sual olunur ki, cavabdeh qardaşına nə zaman və hansı formada müraciət etmişdir? Bunu hansı sübutlarla təsdiq edir? Göründüyü kimi, cavabdeh bir sıra iddialar səsləndirir, lakin onu təsdiq edən hər hansı bir sübutu yenə də təqdim edə bilmir. Cavabdeh avtomobilin qaytarılması üçün qardaşına nə vaxt və hansı formada müraciət etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməklə, dediklərinin əsassız olduğunu özü də etiraf etmiş olur. Çünki, cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamənin müddəti bitdiyi (qeyd: iddiaçının sürücülük - müddəti bitdiyi üçün) üçün onun tərəfindən iddiaçıya təkrarən 9 il 3 ay 25 gün müddətinə - 04 dekabr 2027-ci il tarixinədək (yeni sürücülük vəsiqəsinin bitmə tarixinədək) etibarnamə verilmişdir. Yenə sual olunmalıdır ki, əgər cavabdeh qardaşından avtomobili ona etibarnamə verdikdən bir müddət sonra geri tələb edirdisə və bu tələbi dəfələrlə edibsə o zaman o, niyə qardaşına yenidən etibarnamə verirdi? Yenə sual olunmalıdır ki, əgər cavabdeh avtomobili geri tələb edirdisə və iddiaçı onu geri qaytarmırdısa, o zaman niyə qardaşına verdiyi etibarnaməni ləğv etdirmirdi? Axı indi bunu edib. Cavabdeh qardaşının avtomobil axtardığı və özünə avtomobil aldıqdan sonra onun avtomobilini qaytaracağını iddia edir. Amma bu zaman da dediklərinin mülki iş materiallarında olan mötəbər sübutlarla uzlaşmadığını nəzərə almır. Belə ki, əgər iddiaçı özünə avtomobil axtarırdısa o zaman o, niyə hazırda adıçəkilən avtomobilin kredit ödənişlərini həyata keçirirdi? Ödənişlərin məhz iddiaçı tərəfindən həyata keçirildiyini təsdiq edən, bank tərəfindən təqdim edilmiş kassa mədaxil orderləri tərəflərindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə nəzər saldıqda aydın görünür ki, kredit ödənişləri məhz iddiaçı tərəfindən həyata keçirilmişdir. Mülki iş materiallarında olan yazılı və mötəbər sübutlar cavabdehin dediklərinin həqiqətdən uzaq, əsassız, fərziyyələrə əsaslanan iddialar olduğunu bir daha təsdiq edir. Cavabdeh ərizədə daha sonra qeyd edir ki, “Qardaşım İddiaçı mənə məxsus olan avtomobildən əvəzsiz istifadə etmək üçün bizim aramızda nə şifahi, nə də yazılı müqavilə otmamışdır. Hesab edirəm ki, qardaşım İddiaçı illərlə mənə məxsus olan avtomobili öz şəxsi məqsədləri üçün heç bir hüquqi əsası olmayaraq istifadə etmiş, bununla mənə zərər vurmuşdur. ...Mənə məxsus olan, şəxsi mülkiyyətimdə olan avtomobili 2012-ci ildən bəri günü 40-50 AZN məbləğində kirayə versəydim 8 illik müddətinə 116800- 146000 manat dəyərində əmlakımdan istifadə üçün qazanc əldə edərdim”. Cavabdeh tərəfindən irəli sürülmüş bu iddialarla bağlı bildirmək istəyir ki, burada da cavabdeh özü özünü təkzib etmişdir. Belə ki, cavabdeh əvvəl qeyd edir ki, avtomobildən əvəzsiz istifadə etmək üçün qardaşı ilə arasında hər hansı müqavilə olmamışdır. Bunu deyən cavabdeh avtomobildən əvəzli istifadəyə dair müqavilənin olmasını da təsdiq edən hər hansı bir sübuta istinad etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin özü nəqliyyat vasitəsindən əvəzsiz istifadəni təsdiq edən rəsmi sənəddir. Cavabdeh, iddiaçının avtomobili öz şəxsi məqsədləri üçün istifadə etməsinə dair iddialarına münasibətdə bildirmək istəyir ki, cavabdehin nəqliyyat vasitəsini idarəetmə hüququ olmadığı və nəqliyyat sasitəsini idarə edə bilmədiyindən cavabdeh daima qardaşına və onun ailəsinə öz vəsaiti hesabına qardaşının adına aldığı hazırda sözügedən avtomobillə nəqliyyat xidməti göstərmişdir. Başqa sözlə, iddiaçı avtomobildən şəxsi məqsədləri üçün yox, sürücülük hüququ olmayan qardaşı və ailəsinin məqsədləri üçün də istifadə etmişdir ki, bunu da iş üzrə şahidlər təsdiq edə bilərlər. Cavabdeh iddia edir ki, qardaşı avtomobildən heç bir hüquqi əsası olmayaraq istifadə etmişdir. Burada da cavabdeh özü özünü təkzib etmişdir. Belə ki, avtomobildən istifadə edilməsinin hüquqi əsası ondan istifadəyə dair verilmiş etibarnamədir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən də qardaşına iki dəfə - 2012-ci ildə və 2018-ci ildə (birinci dəfə verilmiş etibarnamənin müddəti bitdiyi üçün) nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə verilmiş və nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti İddiaçı həvalə edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən sözügedən nəqliyyat vasitəsi cavabdeh tərəfindən ona verilmiş etibarnamələr əsasında istifadə edilmişdir. Bütün bunlar da cavabdehlərin iddialarının əsassızlığına dəlalət edir. Cavabdeh tərəfindən qardaşına qarşı edilmiş qanunsuz hərəkətlərdən sonra sonuncu tərəfindən cavabdehə qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və iddiaçı qardaşı - cavabdenin xeyrinə həyata keçirdiyi kredit ödənişlərini ondan geri tələb etmişdir (cavabdeh tərəfindən iddiaçıya verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə birinci tərəfindən ləğv etdirildiyi üçün). İşin faktiki hallarına və mülki qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İlkin iddia tələbi təmin edilməyəcəyi halda bu hal ilkin iddia tələbi üzrə iddiaçının külli miqdarda zərərə düşməsinə, ilkin iddia tələbi üzrə cavabdehin isə əsassız varlanmasına səbəb olacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək iddia ərizəsində və qarşılıqlı iddiaya etiraz ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, mədaxil qəbzlərinin bir qisminin cavabdehin adına olması onunla bağlı olmuşdur ki, iddiaçı işi ilə bağlı tez-tez xidməti ezamiyyətlərə getmişdir, bu səbəbdən iddiaçı bəzi ödənişləri cavabdehə vermişdir ki, qardaşı onun əvəzinə ödəsin. O, qiymətləndirmə ekspertizasının nəticəsi ilə razı deyil. Belə ki, mübahisəli avtomobilin dəyəri çox aşağı qiymətləndirilmişdir, hazırda həmin avtomobilin dəyəri təqribi 15.000-16.000 ABŞ dollardır. Cavabdeh tərəfindən təqdim edilmiş əmək haqqı barədə arayışlar isə ümumiyyətlə sübut qismində qəbul edilə bilməz. Belə ki, əmək haqqları barədə məlumatlar nağdsız hesablaşmalarda yalnız bank hesabından çıxarışda, nağd hesablaşmalarda isə əmək haqqı kitabçasından çıxarışda öz əksini tapa bilər. Təqdim edilmiş arayışlar isə istənilən şəxs öz mülahizəsinə görə tərtib edə bilər. Həmçinin həmin arayışdan görünür ki, iddiaçının əmək haqqı ilə onların təqdim etdiyi hesabdan çıxarış arasında fərqlilik mövcuddur. Onun tərəfindən təqdim edilmiş bank hesabından əmək haqqı çıxarışından isə görünür ki, 2014-cü il tarixə qədər iddiaçı əmək haqqının bir qismini rəsmi, digər qismini isə qeyri-rəsmi formada almışdır. 2014-cü ilin may ayından isə aldığı əmək haqqı tam olaraq rəsmiləşdirilmişdir. Həmin vaxt iddiaçı "xxxx" QSC-də işləmişdir. Cavabdeh tərəf sözügedən avtomobilin birgə nikah dövründə əldə edilmiş avtomobil olduğunu qeyd etsə də, nəzərə alınmalıdır ki, onlar cavabdehdən əmlak deyil, pul tələb edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddia ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin bildirdi ki, cavabdehin sürücülük vəsiqəsinin olmaması, habelə avtomobil idarə edə bilməməsi cavabdehin avtomobil sahibi olmasına hər hansı şübhə yarada bilməz. Cavabdeh mübahisəli avtomobilin mülkiyyətçisidir. İkincisi isə, iddiaçının "xxxx" ASC-dən kredit götürməsi ilə avtomobilin ödənişlərinin tamamilə bağlanması arasında hər hansı səbəbli əlaqə yoxdur, belə ki, iddiaçı kreditin məhz avtomobilin ödənişinə görə götürülməsi ilə bağlı hər hansı tutarlı sübut təqdim edə bilmir. Üçüncüsü isə, cavabdeh avtomobilin bəzi ödənişlərini iddiaçı vasitəsilə ödəmişdir, ona görə də mədaxil qəbzlərinin müəyyən qismində iddiaçının adı qeyd edilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya nə qədər etibarnamə verilməsini dəqiq bilmir. Cavabdeh dəfələrlə iddiaçının özünə xahiş edib ki, avtomobili ona qaytarsın, çünki onun özünə lazımdır. Lakin, iddiaçı hər dəfə müxtəlif bəhanələr gətirməklə avtomobili qaytarmaqdan yayınmışdır. Sonda isə cavabdeh məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etmişdir. 2018-ci ildə ona görə cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilmişdir ki, onlar doğma qardaşdırlar, həmçinin həmin ərəfədə iddiaçı cavabdehə bildirmişdir ki, o, özünə yeni avtomobil alan kimi cavabdehin avtomobilini özünə qaytaracaq. Cavabdeh də qardaşı olmaları xatirinə ona yenidən etibarnamə vermişdir. Cavabdeh ona görə qarşılıqlı iddia vermişdir ki, iddiaçı cavabdehin avtomobilindən əsassız istifadə etmişdir. Cavabdeh iddiaçıya yalnız şifahi şəkildə xəbərdarlıqlar etmişdir. İddiaçı cavabdehin doğma qardaşı olduğundan ona hər hansı yazılı şəkildə xəbərdarlıq etməmişdir. Bundan əlavə, cavabdehin hüquqi savadı da olmamışdır ki, iddiaçıya rəsmi müraciət etsin. Cavabdeh avtomobili ona görə iddiaçıya vermişdir ki, iddiaçının uzun müddət bel nahiyəsində problemi olmuşdur. Cavabdeh birotaqlı mənzilini iddiaçıya vermişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş, ezamiyyətlə bağlı arayışdan görünür ki, iddiaçı 2012-ci ilin yanvar ayından 2015-ci ilin dekabr ayınadək xidməti vəzifəsi ilə əlaqədar Qazaxıstanın Astana şəhərinə və Ukraynanın Kiyev şəhərinə ezam olunmuşdur. Belə görünür ki, iddiaçı ümumiyyətlə həmin vaxtlar burda olmamış, avtomobilidə idarə etməmişdir? Bundan əlavə, nəzərə alınmalıdır ki, qeyd olunan avtomobil birgə nikah dövründə alınmışdır, yəni avtomobildə həm cavabdehin həmdə onun həyat yoldaşının payı vardır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli avtomobili 2012-ci ildən etibarən o, idarə etmişdir. Hazırda mübahisəli avtomobilin dəyəri 23.000-24.000 manat arasındadır. Həmin mübahisəli avtomobili o, nikahda olarkən qardaşının adına almışdır, çünki həmin vaxt yoldaşı ilə nikahlarının pozulması ehtimalı var idi. Avtomobili qardaşının adına almağının səbəbi o idi ki, nikahının pozulması zamanı avtomobilin bölünməsini istəmirdi. Mübahisəli avtomobilin ödənişlərini edərkən yoldaşının bundan xəbəri olmamışdır. Belə ki, yoldaşı onun qazancının nə qədər olması ilə bağlı ümumiyyətlə məlumatlı olmamışdır. O, həmişə özü cavabdehə deyirdi ki, ona yalnız avtomobili idarə etmək üçün etibarnamə versin, ona görə də cavabdeh ona avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnamə verməmişdir. Daha sonra, yəni nikah pozulandan sonra o, cavabdehə müraciət etmişdir ki, ona mübahisəli avtomobilə sərəncam verilməsi ilə bağlı da etibarnamə versin, lakin, cavabdeh etibarnamə verməkdən yayınaraq bu cür problemlər yaratdı. Atasından qalan 2 mənzil olub, 1 otaqlının yerinə cavabdehə 3 otaqlı mənzil verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək izahatında bildirmişdir ki, o, “Chevrolet Captiva” markalı, **-RJ- *** dövlət qeydiyyat nişanlı avtomobili öz toyunan sonra toydan yığılan pulla almışdır. İlkin ödəniş kimi 10.000 manat məbləğində pul vermiş, qalan məbləği kredit müqaviləsi üzrə aylıq ödəmişdir. Kredit müqaviləsi üzrə aylıq ödənişləri ödədiyi dövrdə “X23”-də işləyirdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 750-760 manat olub və o, həmin ödənişləri etmişdir. Kredit müqaviləsi üzrə ödənişləri ödədiyi dövrdə iddiaçı aviasiya adminstrasiyasında işləyirdi. O, kredit ödənişi üçün pulu evə qoyurdu, iddiaçı isə pulu gəlib evdən həyat yoldaşından götürürdü, bu səbəbdən də kassa mədaxil orderlərində iddiaçının adı qeyd olunmuşdur. 2012-2015-ci illərdə başqa banklara kredit ödəməmişdir. Avtomobillə bağlı kredit müqaviləsindən əlavə 2015-2016-cı illərdə “Merkuri” Bank Olmayan Kredit Təşkilatından 4.000 manat məbləğində kredit götürmüşdür. “Merkuri” Bank Olmayan Kredit Təşkilatına kredit müqaviləsi üzrə ödənişləri şəxsən birbaşa həmin təşkilata kart vasitəsilə ödəmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. İddiaçı Beynəlxalq Bankdan götürdüyü 10.000 manat məbləğində krediti evin təmirinə xərcləmişdir, o, pulu Tariyel adlı qohumundan borc kimi götürmüşdür. O, avtomobilin qaytarılması üçün dəfələrlə iddiaçıya müraciət etmiş, hətta onların arasında mübahisələr də olmuşdur, lakin iddiaçı avtomobili qaytarmaqdan imtina etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, tərəflərin anasıdır. Mübahisəli avtomobili iddiaçı ailəsində problemlər olduğu üçün məcbur qalıb cavabdehin adına almışdır. Həmin avtomobilin bütün ödənişlərini, o cümlədən ilkin ödənişi iddiaçının özü ödəmişdir, o da bir ana olaraq bəzən ödənişlərə köməklik edirdi. Həmin avtomobili iddiaçı atası vəfat etdikdən sonra, yəni 2010cu ildən sonra almışdır. Hazırda cavabdeh həyat yoldaşının sözlərinə qulaq asmaqla öz qardaşı ilə arasında bu cür mübahisələr yaratmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının ailədaxili problemləri 2012-ci ildən 2018-ci ilə qədər davam etmişdir. Belə ki, iddiaçı və həyat yoldaşı həmin ərəfələrdə tez-tez küsüb-barışırdılar. Həmin vaxt iddiaçının arvadının avtomobilin ödənişlərinin məhz Elmar tərəfindən edildiyindən xəbəri olub-olmadığını bilmir. Emilin arvadı ona qulluq etməyib, aralarındakı münasibətlər yaxşı deyil. İddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, tərəflərin bacısıdır. Mübahisəli avtomobili iddiaçı ailəsində problemlər olduğu üçün məcbur qalıb cavabdehin adına almışdır. Həmin avtomobilin bütün ödənişlərini, o cümlədən ilkin ödənişi iddiaçının özü ödəmişdir. Bəzən olurdu ki, iddiaçı ödənişləri anasına verirdi ki, onun yerinə digər qardaşı Emil ödəsin. Cavabdeh ümumiyyətlə heç vaxt işləməmiş və qazancı olmamışdır. Onun özünə və ailəsinə həmişə onlar maddi köməklik göstərmişlər. Onlar bilsə idilər ki, Emil belə hərəkətlər edəcək, onlar ona heç bir əmlak verməzdilər. Emilin pula tamahı olduğunu bu hadisələrdən sonra bilmişlər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdehlə aralarında olan münasibətlərdə son 2-3 il olar ki, gərginlik yaranmışdr. Belə ki, o, cavabdehin evinə ümumiyyətlə gedib-gəlmir. Emilin arvadı elə münasibət göstərir ki, həmin evə adam getmək istəmir. Ona görə də yalnız anasını müayinəyə aparmaq lazım olanda gedib anasını götürürür. Elmar Emilə dəfələrlə demişdir ki, avtomobili onun adına keçirtsin. Emil pula tamahına görə bu cür hərəkət etmişdir. Elmar 2005-ci ildə, Emil isə 2011-ci ildə ailə qurmuşdur. Mübahisəli avtomobil ona görə Emilin adına alınmışdır ki, Emilin arvadı onların qohumudur. Gələcəkdə problem çıxarmaz deyə fikirləşmişdilər. Bilsə idilər ki, Emil və arvadı belə hərəkətlər edəcək, avtomobili Elmarın adına alınardı, nikah pozulanda da avtomobil bölünərdi, yarısı Elmarın uşaqlarına çatardı. Əvvəllər Emilin arvadı ilə araları yaxşı idi, sonradan ayrı evə çıxmaq istədi, anasına qulluq etmək istəmədi deyə münasibətlər pisləşdi. Emilgil 6 aydır ki, evdən çıxıb gediblər. Hazırda anası onlarla birlikdə yaşamır. Cavabdehin tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, cavabdehin həyat yoldaşıdır. Avtomobili onun əri 2012-ci il tarixdə almışdır. İlkin ödəniş kimi 10.000 manat məbləğində pul vermişdir. 10.000 manatın 6.000 manatı toydan, qalan 4.000 manat məbləği isə ona məxsus olan qızılları satmaqla əldə etmişdir. Avtomobilin ümumi dəyəri 32.000 manat olmuşdur. Qalan məbləği kredit müqaviləsi üzrə aylıq ödənişlər şəklində edilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdeh hər ay 750 manat məbləğində kredit ödəmişdir. İddiaçı banka ödədiyi pulları onun əri Cavabdeh verirdi, belə ki, əri kredit üzrə ödənişləri ödəmək üçün pulu ona verirdi, həmin pulu isə İddiaçı gəlib ondan evdən götürürdü. İddiaçı 300 manat əmək haqqı alırdı, bu barədə məlumatı qaynanasından eşitmişdir. Qaynanası ilə əvvəllər münasibəti yaxşı olsa da, sonradan pisləşmişdir. O, ali təhsillidir, ərinin avtomobil aldığı və kredit ödədiyi müddətdə dövrdə işləmirdi. Onun himayəsində azyaşlı övladı olduğu üçün ərinin krediti üçün ona verdiyi pulları şəxsən banka gedib ödəməmişdir, həmçinin ödənişləri ödəməyi əri qardaşına İddiaçı etibar etmişdir. Ərinin sürücülük vəsiqəsi yoxdur. Ərinin vaxtı olmadığı üçün sürücülük vəsiqəsi almaq üçün kursa getməmişdir. Ərinin aylıq əmək haqqı 750 manat olub, lakin o, bundan başqa əlavə haqq da alırdı, bununla onun aylıq gəliri 1.000 manatdan çox olurdu. Əri 2011-ci il tarixdən “X23”-də işə başlamış, 2014-cü il tarixdən işdən çıxmışdır. 2014-cü ilin iyun ayından 2015ci ilin mayına kimi aylıq ödənişləri ödənilməsi üçün əri qardaşına verirdi. Avtomobil 5 il müddətinə kreditdə olmuşdur. Əri avtomobil üçün aylıq 700-750 manat kredit ödəyirdi. Neçə il ödədiyini və axırıncı səfər nə vaxt ödəniş etdiyini bilmir. Əri avtomobili almaq üçün hər hansı şəxsdən borc almamışdır. Əri avtomobilin qaytarması barədə müraciət etməsinə baxmayaraq qaynanası avtomobili İddiaçı verirdi. İş materiallarında olan: AB seriyalı 789574 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Captiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(008)-4645/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, X9 ilə İddiaçı arasında Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində 05 noyabr 2005-ci ildə bağlanılmış və 1274 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 23 iyun 2008-ci il təvəllüdlü X1 və 17 iyul 2006-cı il təvəllüdlü X3 boşanmadan sonra anaları X2 yanında qalması, İddiaçı 08 may 2018-ci il tarixdən başlayaraq, 23 iyun 2008-ci il təvəllüdlü X1 və 17 iyul 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməlidir. 09 avqust 2018-ci il tarixli, ƏN-İV seriyalı 516733 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh “Chevrolet Captiva” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini 04 dekabr 2027-ci il tarixə qədər İddiaçı etibar etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsinin 26 aprel 2021-ci il tarixdə qoşma kimi əlavə olunmuş “Chevrolet Captiva” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından görünür ki, qeyd olunan avtomobil 18 sentyabr 2012-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və onun tərəfindən 21 sentyabr 2012 – 17 dekabr 2017-ci il tarixi üçün İddiaçı, 17 fevral 2018 - 28 aprel 2027-ci il tarixi üçün X7, 09 avqust 2018 – 04 dekabr 2027-ci il tarixi üçün təkrar İddiaçı etibarnamə verilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 05 aprel 2010-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Aviasiya təhlükəsizliyi şöbəsinin Mülki aviasiya subyektlərinin fəaliyyətinə nəzarət sektorunun böyük məsləhətçisi vəzifəsinə işə qəbul edilib, struktur dəyişikliyi ilə əlaqədar olaraq, 14 iyun 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdirinin müavini vəzifəsində çalışır. O, 2012-ci ilin yanvar ayından 2015-ci ilin dekabr ayınadək xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq, Qazaxıstanın Astana şəhərinə və Ukraynanın Kiyev şəhərinə ezam olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 21 iyun 2021-ci il məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı 05 aprel 2010-cu il tarixdən 23 iyun 2018-ci il tarixdək Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Adminstrasiyasında çalışmışdır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin 08 iyul 2021-ci il tarixli məktubundan görünür ki, 01 iyun 01 iyun 2012 – 01 iyun 2016-cı il tarixləri arasında Xarici Əlaqələr şöbəsinin Hava Daşımalarına nəzarət müdiri İddiaçı hesablanmış əməkhaqqı (aylar üzrə) barədə məlumat aşağıdakı kimidir: 01 iyun 2012 – 31 dekabr 2012 ili üzrə iyun və iyul aylarında 522,25; avqust ayında 1070,51; sentyabr ayında 382,75; oktyabr ayında 987,25; noyabr və dekabr aylarında 522,25. Cəmi – 4.529,51 01 iyul 2013 - 31 dekabr 2013 ili üzrə yanvar və fevral aylarında 522,25; mart ayında 987,25; aprel ayında 522,25; may ayında 987,25; iyun və iyul aylarında 522,25; avqust ayında 1.320,83; sentyabr ayında 389,39; oktyabr ayında 987,25; noyabr ayında 522,25; dekabr ayında 674,00. Cəmi – 8.479,47 01 yanvar 2014 – 31 dekabr 2014 ili üzrə yanvar və fevral aylarında 674; mart ayında 1.254; aprel ayında 689; may ayında 1.269; iyun ayında 689; iyul ayında 2.207,48; avqust ayında 0; sentyabr ayında 1.137,18; oktyabr, noyabr və dekabr aylarında 689. Cəmi – 10.660,66 01 yanvar 2015 – 31 dekabr 2015 ili üzrə yanvar ayında 733,65; fevral ayında 689; mart ayında 1.269; aprel ayında 718; may ayında 1.008; iyun ayında 718; iyul ayında 2.192,54; avqust ayında 0; sentyabr ayında 892; oktyabr, noyabr və dekabr aylarında 718. Cəmi – 10.374,19 01 yanvar 2016 – 31 may 2016 ili üzrə yanvar və fevral aylarında 718; mart ayında 1.298; aprel ayında 718; may ayında 1.298. Cəmi 4.750. 0512380 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 29 noyabr 2011-ci il tarixdən 29 may 2014-cü il tarixə qədər “X23” MMC-də mütəxəssis vəzifəsində işləmiş,01 may 2015-ci il tarixdən – 16 dekabr 2015-ci il tarixə qədər "xxxx" MMC-də operator köməkçisi vəzifəsində işləmişdir. “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkil sorğusuna ünvanlandığı 04 may 2021ci il tarixli məktubdan görünür ki, vaxtı keçmiş sənədlərin məhvi ilə əlaqədar olaraq sorğuda qeyd edilmiş nəqliyyat vasitəsi ilə tələb edilən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. AZ-İ seriyalı 651250 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında nikah 04 mart 2011-ci il tarixdə bağlanmışdır. “X23” Şirkəti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh aylıq mükafat və əlavə ödənişlər daxil olmaqla ümumi əmək haqqı (AZN) aşağıdakı kimidir: 2012-ci il üzrə əmək haqqı yanvar ayında 947,78; fevral ayında 961,38 manat; mart ayında 996,63; aprel ayında 1.114,38; may ayında 971,85; iyun ayında 926,17; iyul ayında 926,04, avqust ayında 996,91; sentyabr ayında 1.020,89; oktyabr ayında 1.006,44; noyabr ayında 1.074,26; dekabr ayında 1.048,76. 2013-cü il üzrə əmək haqqı yanvar ayında 951,37; fevral ayında 1.059,71 manat; mart ayında 1.006,38; aprel ayında 1.258,7; may ayında 1.089,88; iyun 1.201,82; iyul ayında 1.417,28, avqust ayında 1.172,41; sentyabr ayında 2.172,52; oktyabr ayında 13,75; noyabr ayında 999,09; dekabr ayında 954,76. 2014-cü il üzrə əmək haqqı yanvar ayında 1.019,51; fevral ayında 1.005,53 manat; mart ayında 828,27; aprel ayında 679,79; may ayında 1.300,41. “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2012ci il tarixli kredit və ipoteka müqaviləsinin və ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, bank sonuncuya “Chevrolet Captiva” markalı avtomobilin alınması məqsədi ilə 60 ay müdətinə, illik 18 faizlə 26.207 ABŞ Dolları məbləğində kredit vermişdir. Kredit məbləğinin aylıq ödənişi 670,42 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 22 oktyabr 2012-ci il, sonuncu ödəniş tarixi isə 21 avqust 2017-ci ildir. Qeyd olunan avtomobil kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 35.415 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. “Bank VTB (Azərbaycan)” ASC tərəfindən təqdim edilmiş mədaxil qəbzlərinə əsasən: 08 oktyabr 2012-ci il tarixdə - İddiaçı tərəfindən banka 762,38 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 06 noyabr 2012-ci il tarixdə - İddiaçı tərəfindən banka 762 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 07 dekabr 2012-ci il tarixdə - Cavabdeh tərəfindən banka 763 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 30 dekabr 2012-ci il tarixdə - X12 tərəfindən banka 761 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 07 fevral 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 762 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 07 mart 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 763 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 08 aprel 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 763 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 08 may 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 764 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 10 iyun 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 764 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 08 iyul 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 764 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 07 avqust 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 764 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 09 sentyabr 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 764 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 08 oktyabr 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 763 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 28 oktyabr 2013-cü il tarixdə - Cavabdeh tərəfindən banka 764 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; ... 2013-cü il tarixdə - İddiaçı tərəfindən banka 764 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 08 yanvar 2014-cü il tarixdə - İddiaçı tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 11 mart 2014-cü il tarixdə - İddiaçı tərəfindən banka 701 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 09 aprel 2014-cü il tarixdə - Cavabdeh tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 12 may 2014-cü il tarixdə - Cavabdeh tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 04 iyun 2014-cü il tarixdə - İddiaçı tərəfindən banka 750 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 07 iyul 2014-cü il tarixdə - Cavabdeh tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 06 avqust 2014-cü il tarixdə - İddiaçı tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 11 sentyabr 2014-cü il tarixdə - Cavabdeh tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 16 oktyabr 2014-cü il tarixdə - Cavabdeh tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 17 noyabr 2014-cü il tarixdə - Cavabdeh tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 09 dekabr 2014-cü il tarixdə - Cavabdeh tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 14 yanvar 2015-ci il tarixdə - Cavabdeh tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 12 fevral 2015-ci il tarixdə - Cavabdeh tərəfindən banka 700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 17 mart 2015-ci il tarixdə - Cavabdeh tərəfindən banka 581 ABŞ dolları məbləğində vəsait ödənilmişdir; 07 aprel 2015-ci il tarixdə - Cavabdeh tərəfindən banka 13.790 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı verilmiş arayışın, kredit müqaviləsinə əlavənin surətlərindən görünür ki, bank tərəfindən 07 aprel 2015-ci il tarixli, 07.04.2015-SM50 saylı kredit müqaviləsinə əsasən onun adına 36 ay müddətinə 10.000 manat məbləğində kredit rəsmiləşdirilmişdir. 09 mart 2017-ci il tarixdə kredit tam olaraq bağlanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, LP-142/2021 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, “Chevrolet Captiva” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki tarixə orta bazar qiyməti 13.500 – 14.000 ABŞ dolları təşkil edir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. 06 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 16 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın qaldırılması üçün cavabdeh tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər doğma qardaşdırlar, 17 sentyabr 2012-ci il tarixdə cavabdehin adına “Bank VTB (Azərbaycan)” ASC-dən “Chevrolet Captiva” markalı avtomobilin alınması məqsədi ilə 26.207 ABŞ Dolları məbləğində kredit rəsmiləşdirilmiş, ödəniş qəbzlərinə əsasən həmin kredit məbləğinin bir qismi iddiaçı tərəfindən, bir qismi isə cavabdeh tərəfindən ödənilmişdir. Həmçinin, sözügedən avtomobil cavabdehin adına qeydiyyata alınsada, lakin avtomobil alındığı gündən etibarnamə əsasında iddiaçı tərəfindən idarə olunmuşdur. Daha sonra tərəflər arasında münasibətlər korlanmış, cavabdeh avtomobilin idarə edilməsi barədə iddiaçının adına verdiyi etibarnaməni ləğv etmiş və avtomobili iddiaçıdan almışdır. Hazırda iddiaçı qeyd olunan avtomobilin formal olaraq cavabdehin adına alındığını, qəbzlərdə ödənişlərin bir qismində cavabdehin adının qeyd olunmasına baxmayaraq avtomobilin ödənişlərini hamsının onun tərəfindən ödənildiyini və avtomobilin alındığı ilk gündən onun tərəfindən idarə edildiyini bildirərək, cavabdehdən 10.000 manat və 35.669,38 ABŞ dolları məbləğində vəsaitin ödənilməsini tələb edir, cavabdeh isə iddianın əsassız olduğunu, avtomobilin mülkiyyətçisinin onun olduğunu, kredit məbləğinində onun tərəfindən ödənildiyini, habelə həmin avtomobil iddiaçının səhhətində olan problemlərə görə verdiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh, qarşılıqlı iddia verərək avtomobilin iddiaçı tərəfindən istifadə edilməsi nəticəsində avtomobilin bazar qiymətində yaranan fərqin 13.000 manatın və onun mülkiyyətçi hüquqularının kobud şəkildə pozulması nəticəsində ona vurulmuş zərərin əvəzi 116.800 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı hesab edir ki, mübahisəli avtomobilin kredit məbləğlərinin mütəmadi olaraq iddiaçı tərəfindən ödənilməsi, avtomobilin alındığı vaxtdan iddiaçı tərəfindən idarə edilməsi, cavabdehin sürücülük vəsiqəsinin olmaması, tərəflər arasında ailə münasibətləri korlandıqdan sonra cavabdeh tərəfindən iddiaçının adına verilmiş etibarnamənin ləğv etdirilməsi, bundan əlavə iddiaçı tərəfindən "xxxx" ASC-dən 07 aprel 2015-ci il tarixdə 10.000 manat məbləğində kreditin götürülməsi, həmin tarixdə də mübahisəli avtomobilin 13.790 ABŞ dolları məbləğində son ödənişinin edilməsi ilə kreditin bağlanması halları sözügedən avtomobilin dəyərinin həqiqətən də iddiaçı tərəfindən ödənildiyinə, lakin formal olaraq cavabdehin adına rəsmiləşdirildiyinə dəlalət edir. Cavabdeh iddiaya etiraz edərək, “Bank VTB (Azərbaycan)” ASC-dən götürülmüş kredit məbləğinin hamısının onun tərəfindən ödənildiyini, bəzi ödənişləri qardaşının vasitəsilə ödədiyi üçün mədaxil qəbzlərinin bir qismində iddiaçının adının qeyd edilməsini bildirsə də, cavabdehin qeyd etdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və hər iki tərəfin ailə üzvləri olan şahid ifadələri ilə təkzib olunmuşdur. Belə ki, iddiaçı tərəf cavabdehin etirazına cavab olaraq bildirmişdir ki, kredit məbləğinin bir qisminin cavabdeh tərəfindən ödənilməsinin səbəbi məhz iddiaçının həmin vaxtlarda xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdə olduğu səbəbindən baş vermişdir. Eyni zamanda, iddiaçı tərəf irəli sürdüyü dəlilin sübutu kimi Dövlət Mülki Aviasiya Agentliyindən arayış təqdim etmiş və həmin arayışda məhz iddiaçının 2012-2015-ci illərdə xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdə olduğu qeyd edilmişdir. Bundan əlavə, iddiaçının ezamiyyətdə olduğu vaxtlarda banka ödənilmiş vəsaitlərin cavabdehin vasitəsilə ödədiyi isə hər iki tərəfin ailə üzvləri olan şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, iş materialları ilə həmçinin təsdiq olunur ki, iddiaçının arvadı ilə münasibətləri yaxşı olmamış və sonradan onların nikahı məhkəmə qaydasında pozulmuşdur. Eyni zamanda, cavabdeh iddiaçının "xxxx" ASC-dən kredit götürməsi ilə avtomobilin ödənişlərinin tamamilə bağlanması arasında hər hansı səbəbli əlaqə olmadığını, məhz Tariyel adlı qohumundan aldığı borcla avtomobilin kreditini bağladığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh sözügedən avtomobili iddiaçının belində olan problemə görə ona verdiyini, dəfələrlə iddiaçıdan avtomobilin qaytarılmasını tələb etdiyini qeyd etsə də, lakin bu halı da təsdiq edə bilən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə, məhz iddiaçı tərəfin irəli sürdüyü dəlillərin təqdim edilmiş sübutlarla dəstəkləndiyini nəzərə alaraq, həmin dəlillərin inandırıcı və ağlabatan olduğu qənaətinə gəlir. Məhkəmə mübahisəli avtomobilin alındığı vaxtdan məhz iddiaçının özü tərəfindən istifadə edildiyini, avtomobilin istismarı nəticəsində də avtomobilin hazırkı bazar qiymətinin mütəxəssis tərəfindən 13.500-14.000 ABŞ dolları məbləğində qiymətləndirildiyini, həmin avtomobilin hazırda cavabdehin mülkiyyətində qalması nəticəsində onun əsassız varlandığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13.750 (on üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı isə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli avtomobilin dəyərinin ödənilməsi öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbi, yəni avtomobilin istismarı nəticəsində onun bazar qiymətində yaranan fərqin və onun mülkiyyətçi hüquqularının kobud şəkildə pozulması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13.750 (on üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməli, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 (on) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 150 manatı Cavabdeh, 50 manatı isə İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13.750 (on üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 (on) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin 150 (bir yüz əlli) manatı Cavabdeh, 50 (əlli) manatı isə İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin ("xxxx" ASC Yasamal filialı, Kod 512565, VÖEN **********, Müxbir hesab AZE02NABZ********************, SFİFT BİK AZRTAZ22, "xxxx" MMC, VÖEN **********, hesab AZE30AZRT********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar