Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3691/2021 09.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçı Seib 3 saylı Evtikmə Kombinatının cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı pul vəsaitinin müəssisənin vergi borcu hesabına ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı Seib 3 saylı Evtikmə Kombinatı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı pul vəsaitinin müəssisənin vergi borcu hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunan sənədlərdən müəyyən olunur ki, iddiaçı icra sənədi üzrə ödənilən pul vəsaitinin qalığının Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən onun vergi borcunun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, işə baxan məhkəmələr tərəfindən iddiaçıya icra icraatına nəzarət edən məhkəməyə İcra və probasiya şöbəsinin hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunmuşdur. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə, tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə miivafıq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10.10.2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: ...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasımı dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddi 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olımanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasını həyata keçirilməsinə də xidmət edir. İcra haqqında Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra sənədi üzrə tərəflərin şikayət vermək hüquqlarını müəyyən etdiyindən hesab edirəm ki, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasın istisna etmişdir. Burada inzibati və ya mülki iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə iddia icraatı qaydasında deyil, məhkəmə aktlarının icrası ilə bağlı müraciətlər qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçının hazırkı iddia ərizəsi qəbul edilməkdən imtina edilməklə ona icra məmurunun hərəkətlərindən şikayət vermək hüquqlarının olması izah olunmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153.2., 153.2.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı Seib 3 saylı Evtikmə Kombinatının cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı pul vəsaitinin müəssisənin vergi borcu hesabına ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı Seib 3 saylı Evtikmə Kombinatına icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3691/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3691/2021
09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver