Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3694/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının geri qaytarılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus qiyməti 3500 manat olan dəst komplekt sırqa, üzük, sep klonla birlikdə, qolbaq, qiyməti 1200 manat olan qol saatı, qiyməti 650 manat gümüş dəsti olmaqla, ümumi dəyəri 5350 manat olan qızıl-zinət əşyalarının və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 03.04.2015-ci il tarixdə qeyri-rəsmi olaraq el adəti ilə ailə qurmuş və cavabdehin evinə gəlin köçmüşdür. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonrada cavabdehin qardaşı və valideynləri ona qarşı sərt davranmağa başlamış, 06.07.2017-ci il tarixdə isə cavabdehin qardaşı X2 onu döyərək evdən qoymuş, o gündən bəri də cavabdehlə ailə münasibətləri pozulmuşdur. İddiaçı evdən döyülüb qovularkən ona hədiyyə olunmuş 5350 manat dəyərində qızıl-zinət əşyalarını götürə bilməmişdir. İddiaçı cavabdehdən və valideynlərində dəfələrlə cehiz və qızıl-zənət əşyalarını istəsə də, cehiz əşyalarını məhkəmə qərarına əsasən qaytarmış, qızıl-zinət əşyalarını isə qaytarmamışlar. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının bütün əşyalarını qaytardıqlarını və iddianın əsassız olduğunu bildirərək tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış digər iddiaçı məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş 06.07.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. - tərəflər tərfindən tərtib edilmiş və imzalanmış 14.01.2017-ci il tarixli aktdan məlum olur ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-12685/2017 saylı, 11.09.2017-ci il tarixli qərardadının icrası zamanı iddiaçı özünə aid əşyaları cavabdehdən qəbul edərək, özü ilə aparmış və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirərək imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cehiz əşyaları və qızıl-zinət əşyalarına dair tələb irəli sürmüş olsa da, göstərilən cehiz və qızıl-zinət əşyalarının həqiqətən məhz cavabdeh tərəfindən götürülməsinə və qaytarılmamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdiri. Həmçinin iddiaçı cehiz və qızıl-zinət əşyalarının həqiqətən olması və onların məhz cavabdeh tərəfindən götürülməsi və qaytarılmaması işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-3694/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3694/2021
09.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver