Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3696/2022 17.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Tofik oğlunun Cavabdeh qarşı, maraqlı şəxs qismində 5 saylı “ASAN Xidmət” Mərkəzində notariat ofisi cəlb edilməklə “vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Tofik oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış “Subaru Forester” markalı **-HM-*** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı **-ZM-*** dövlət nömrə nişanlı avtomaşınlar və 2 ədəd kondisioner, 2 ədəd soyuducu, 2 ədəd böyük televizor, 1 ədəd orta ölçülü televizor, 1 ədəd paltaryuyan maşın, 1 ədəd mikrodalğalı soba, 1 ədəd qaz sobası, mebelə quraşdırılmış elektrik sobası, nahar masası və 6 stulun, qonaq otağı divanının, qonaq otağı masası 6 stulla, 1 ədəd qorka, yataq mebeli (çarpayı, dolab iki ədəd tumba, trumo, mətbəx mebeli, anasından qalan servislər və bohemiya xrustalları adlı əmlakların atamın əmlakı sayılmaqla, vəsiyyətnamə üzrə onunla cavabdeh arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X2 08.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum atası onun anası rəhmətə gedənnən sonra 2008-ci ildə Cavabdeh Nəcəfqulu qızı ilə rəsmi nikaha daxil olmuşdur. Atası yaşadığı evi və ölən günə kimi ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmiş və bu haqda vəsiyyətnamə qoymuşdur. Atası yüksək vəzifələrdə işləmiş və yaxşı qazancı olmuşdur. Cavabdeh atası ilə evləndikdən sonra işə düzəlmiş və aylıq 300 manat maaşı olmuşdur.Odur ki, cavabdehin bu əmlakların alınmasında gəlirlərindən istifadə oluna bilməzdi. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Məhkəmə İnformasiya Sistemi (AZE MİS) vasitəsilə əldə edilən məlumatlardan görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 1iciliyin tələbindən göründüyü kimi iddia ərizəsi bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə təqdim olunmalıdır. Lakin iddiaçı iddia ərizəsini cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə deyil, məlum olmayan səbəbə görə Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Eyni zamanda iddia ərizəsinin digər ərazi aidiyyəti(iddiaçının seçiminə görə, müstəsna aidiyyətə görə) qaydalarına uyğun olaraq təqdim edilməsi də müəyyən edilmir. Bu səbəbdən iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq təqdim edilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bundan başqa qeyd etməyi zəruri hesab edirəm ki, Mülki-prosessual qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Lakin iddia ərizəsinin mahiyyətindən, irəli sürülmüş tələbdən və ona əlavə edilmiş sənədlərdən tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranmasının əsası müəyyən edilmir. Əvvəla iddiaçının mirasın qəbul edilməsi ilə bağlı notariusa müraciət edib-etməməsi iş materiallarından görünmür. Halbuki Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan başqa iddiaçının cavabdehin vərəsəlik şəhadətnaməsini mübahisələndirməsi də iddia tələbindən görünmür. Hətta mirasın və mirasdan payın bölüşdürülməsi ilə bağlı mübahisənin mövcudluğu da aydın deyildir. Halbuki MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Lakin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən vərəsəliklə bağlı tərəflər arasında hansı mübahisəli hüquq münasibətlərinin yaranması aydın deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi yuxarıda göstərilənlərə əsasən geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, nöqsanları aradan qaldırdıqdan sonra müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Eyni zamanda Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinin tələbi baxımından iddia ərizəsi verilən zaman ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 149, 152.1,152.2, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Tofik oğlunun Cavabdeh qarşı, maraqlı şəxs qismində 5 saylı “ASAN Xidmət” Mərkəzində notariat ofisi cəlb edilməklə “vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən 100(bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə təkrarən müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3696/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3696/2022
17.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver