Məhkəmə qərarları › İş №2(001)-37/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-37/2023

28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-37/2023 28.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus ünvan 2şən mənzilə vurulmuş 4000 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin əvvəllərindən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzildən dəfərlərlə onun mənzilinə çirkab su axıdılmış, birgə yaşayış qaydalarına zidd hərəkətlər edilmiş və 4000 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin vaxtlar mənzilin sahibi ilə bu barədə dəfələrlə danışıb bu problemi aradan qaldırmağı bildirsə də, o, nasazlığı aradan qaldırmamış, aqressiv münasibət göstərmiş və təhqir etmişdir. Əxlaqazidd hərəkətləri nəticəsində isə İddiaçı mütəmadi müalicələr almış, 5000 manat məbləğində mənəvi ziyan dəymişdir. Cavabdeh vurmuş ziyanı qarşılamadığından İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 2şən mənzilə təqsirli hərəkət nəticəsində vurulmuş 4000 manat məbləğində pulun, maddi zərərlə bağlı 4200 manat məbləğində pulun, mənəvi zərərlə bağlı isə 5000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş maddi ziyana görə 5000 manat məbləğində pulun, mənəvi zərərə görə isə 6000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi və əsassız şikayətlər edilməsinin İddiaçı qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əsassız şikayətləri, böhtanları nəticəsində o, hər dəfə işdən icazə alaraq bölməyə gəlmiş və izahat vermişdir. Lakin bu şikayətlər öz təsdiqini tapmamış, 5-ci polis bölməsi cinayət işinin başlanması barədə rədd qərarı vermiş və münaqişəli qonşular kimi qeydiyyata alınmışlar. Həmçinin bu əsassız şikayətlərin bitməsi üçün Cavabdeh evini satmaq istəmiş, lakin ev ipoteka yüklülüyündə olduğu üçün mümkün olmamışdır. Bu əsassız hərəkətlər nəticəsində Cavabdeh həm maddi, həm də mənəvi zərər dəymişdir və bu zərərin qarşılanması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* nömrəli çıxarışına əsasən ünvan 3 X2 xüsusi mülkiyyətindədir və bu hüquq ona ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 25862 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 38 saylı Mənzil Tikinti Kooperativinin 4/47 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. - xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı AR DİN-in 102 Xidmətinə müraciət etməsi faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Məhkəmə tikinti-texniki ekspertizasının 10/6376 saylı, xx.xx.2022-ci il tarixli, 10/4295 saylı, xx.xx.2022-ci il tarixli və 10/1441 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəylərindən görünür ki, ünvan 2şən mənzilə su axıdılmış, həmin mənzilin tikililərinə ziyan vurulmuş, 79 saylı mənzilin sanitar qovşağında, su-kanalizasiya xətlərində hər hansı bir qüsur olmamış, bu mənzilin də tavan və divarlarında su sızma izlərinin və qüsurların yarandığı müşahidə olunmuşdur. Həmçinin, ünvan 2şən mənzildəki qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin dəyəri 1113 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 2şən mənzilə onun üst mərtəbəsində yerləşən cavabdehin yaşadığı 79 saylı mənzildən su sızması faktı İddiaçı izahatı ilə yanaşı, işin materialları ilə sübuta yetirildiyindən, onun yaşadığı mənzilə vurulmuş ziyan Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı (yaşadığı mənzilə) dəymiş ziyanın həqiqi həcminin onun tələb etdiyi məbləğdə deyil, 1113 (bir min yüz on üç) manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə sübuta yetirildiyindən, İddiaçı vurulmuş ziyanın həqiqi həcmi 1113 (bir min yüz on üç) manat məbləğində müəyyən edilir və həmin məbləğdə dəymiş ziyan Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, Cavabdeh istinad etdiyi dəlilləri sübuta yetirə bilməmiş, məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1113 (bir min yüz on üç) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 ( bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar