Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-370/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.300 manat məbləğində maddi, hər birindən 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması, sərhəddə yerləşən daş hasarın qalan hissəsinin cavabdehlər tərəfindən və onların vəsaiti hesabına çəkilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı elektron informasiya sistemi vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə və 0.052960 torpaq sahəsinə qanunsuz müdaxilələrə və həmin torpaq sahəsində aparılan tikinti işlərinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müdaxilələrinə son qoyulması, həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması və 5.000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddiasını, iddia tələbinin, habelə tələbin dəyişdirilməsi barədə ərizəni müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, o, iddiaçının mülkiyyətində olan əmlaka hər hansı formada müdaxilə etmədiyini, sadəcə olaraq, iddiaçı tikinti işlərini onun mülkiyyətinə aid olmaya sahədə apardığı üçün onunla qonşular arasında rarazılıq yaranmışdır. Mübahisə də bununla bağlıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, cavabdeh və onun yaşadğı binanın sakinləri xeyli müddətdir ki, binanın yanında olan sahədən istifadə edirlər. Lakin iddiaçı mülkiyyətinə aid olmayan həmin sahəni də zəbt etmək istəyir. Mübahisə də məhz bununla bağlıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ekspert X3..... Məhkəmə, işdə iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Beləliklə, göründüyü kimi, ünvan 1 ünvanında yerləşən əmlak (torpaq sahəsi və üzərində olan tikililər) İddiaçı mülkiyyətindədir. O, həmin əmlakı bələdiyədən almış, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin Cavabdeh2 mərhum həyat yoldaşının vaxtı ilə bu əmlakın yerində olan mağazanın direktoru, habelə mülkiyyətçisi olması, sonradan isə Cavabdeh2 həmin əmlaka sahiblik etməsi onun hazırda mübahisəli əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarını həyata keçirməyə, o cümlədən ondan istifadə və ona sahiblik etməyə maneə yaratması üçün qətiyyən əsas ola bilməz. Buna baxmayaraq, Cavabdeh2 həmin əmlaka mərhum həyat yoldaşının mülkiyyət, sonradan isə özünün istifadə hüququnun olmasını əsas gətirərək, İddiaçı mübahisəli əmlakla bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə, o cümlədən bu əmlakdan istifadə və ona sahiblik etməyə maneə olur, o cümlədən bu əmlakın yerləşdiyi yerə gedərək, ərazisinə hər hansı əsas olmadan və qanunsuz olaraq daxil olur, orada görülən işlərə müdaxilə edir, onların qarşısının alınmasına çalışır, mübahisələr yaradır, hüquq-mühafizə orqanlarını bu mübahisələrə cəlb edir (hətta mübahisə çərçivəsində xəsarət aldığını da bildirir). Bütün bunlar hazırki vəziyyətdə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 199E ünvanında yerləşən əmlaka dövlət tərəfindən təmin edilmiş mülkiyyət hüququnu sərbəst və müdaxiləsiz şəkildə həyata keçirməyə ciddi maneə yaradır ki, bu da öz növbəsində konstitusion prinsip olan və öz gələcək inkişafını qüvvədə olan mülki qanunvericilikdə tapan mülkiyyətin müdafiəsi prinsipinin pozulmasıdır. Bu səbəbdən məhkəmə iddia tələbini “mülkiyyətin müdafiəsi” hissəsində əsaslı hesab edir. Lakin iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu tələb üzrə cavabdehin üzərinə mülkiyyətin müdafiəsindən irəli gələn bir sıra vəzifələrin qoyulmasını, o cümlədən mülkiyyətdən məhrum etməyə son qoyulmasını tələb edir. Halbuki, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüquqununun məhdudlaşdırması, bu əmlakdan maneəsiz istifadə və ona sahiblik etməyə müdaxilə səviyyəsindədir. Belə ki, cavabdeh mülkiyyət hüququnun həyata keçirilməsinə müdaxilə edir, mülkiyyətin ərazisinə qanunsuz daxil olur, nəticədə mübahisələr yaranır, mülkiyyətin ərazisində təşkil edilmiş normal fəaliyyət pozulur. Hər bir halda iddiaçı bu əmlakdan maneələrlə olsa da, istifadə edir. Bu da öz növbəsində cavabdehin bu hərəkətlərinin iddiaçının mülkiyyətdən məhrum edilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı da hüquqi nəticə etibarı ilə mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinə bu hissədə, mülkiyyət hüququnun hər hansı formada pozulması, o cümlədən məhdudlaşdırılması ilə nəticələnən, mülkiyyətin həyata keçirilməsinə müdaxilə və mülkiyyətə qanunsuz daxil olma kimi qiymətləndirilən hərəkətlər xüsusi vurğulanmaqla (gələcəkdə yarana biləcək hər hansı anlaşılmazlıqların qarşısının alınması məqsədi ilə) məhz bu qaydada qiymət verilməli və iddia tələbi bu hissədə qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 199 E ünvanında yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsinə (mülkiyyət hüququnun hər hansı formada pozulması, o cümlədən məhdudlaşdırılması ilə nəticələnən, mülkiyyətin həyata keçirilməsinə müdaxilə və mülkiyyətə qanunsuz daxil olma kimi qiymətləndirilən hərəkətlər formasında), o cümlədən bu mülkiyyətdən maneəsiz istifadə və ona sahiblik etməyə Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bundan əlavə Qərarın 8-ci bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsiaydınlaşdırılmalıdır. 2-ci bəndində isə göstərilmişdir ki, mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin “5.000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu münasibətlər nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini bildirsə də, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “mənəvi zərərin tutulması” hissəsində əsassızdır və bu səbəbdən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsinə (mülkiyyət hüququnun hər hansı formada pozulması, o cümlədən məhdudlaşdırılması ilə nəticələnən, mülkiyyətin həyata keçirilməsinə müdaxilə və mülkiyyətə qanunsuz daxil olma kimi qiymətləndirilən hərəkətlər formasında), o cümlədən bu mülkiyyətdən maneəsiz istifadə və ona sahiblik etməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsinə (mülkiyyət hüququnun hər hansı formada pozulması, o cümlədən məhdudlaşdırılması ilə nəticələnən, mülkiyyətin həyata keçirilməsinə müdaxilə və mülkiyyətə qanunsuz daxil olma kimi qiymətləndirilən hərəkətlər formasında), o cümlədən bu mülkiyyətdən maneəsiz istifadə və ona sahiblik etməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-370/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-370/2022
13.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver