Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3700/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı Dadaşov Nazı̇ m Dadaş oğlunun, Cavabdeh İmanov Malı̇ k Nadı̇ r oğlunun iştirakları ilə, İddiaçı Dadaşov Nazı̇ m Dadaş oğlunun cavabdehlər Cavabdeh1 və İmanov Malı̇ k Nadı̇ r oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d ı̇ : İddiaçı Dadaşov Nazı̇ m Dadaş oğlu cavabdehlər Cavabdeh1 və İmanov Malı̇ k Nadı̇ r oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun da ona qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İmanov Malı̇ k Nadı̇ r oğlu iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini və işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyini bildirdi. Digər cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından iddiaçının 12 may 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hesabına ödədiyi 51 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Dadaşov Nazı̇ m Dadaş oğlunun cavabdehlər Cavabdeh1 və İmanov Malı̇ k Nadı̇ r oğluna qarşı pul tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Dadaşov Nazı̇ m Dadaş oğlu tərəfindən 12 may 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hesabına ödədiyi 51 (əlli bir) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3700/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3700/2022
14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver