Məhkəmə qərarları › İş №2(001)-372/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-372/2021

02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-372/2021 02.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı reqress qaydasında pulun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı reqress qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 02.11.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək aşağıdakıları göstərmişdir: “ ... İddiaçı sonradan təşkilati-hüquqi formasının dəyişməsi ilə yenidən təşkil edilmiş və onun hüquqi varisi “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qeyd edilən iş üzrə hazırkı iddiaçı olaraq cavabdehlərə qarşı artıq hər hansı tələbimiz olmadığı üçün məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi zərurəti yaranıb. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52 və 261-ci maddələrini rəhbər tutaraq, Sizdən xahiş edirəm ki, məhkəmənin icraatında olan 2(001)- 372/2021 saylı iş üzrə iddiaçının iddiadan imtina etdiyini nəzərə alaraq, iş üzrə xitam verilməsi barədə qərardad qəbul edəsiniz”. İş materiallarında olan sənədlərdən görünür ki, X2 İddiaçı də qanuni təmsilçisi olmuş, iddia ərizəsi onun tərəfindən imzalanmış, hər iki hüquqi şəxs eyni VÖEN (**********) altında fəaliyyət göstər(mişd)ir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 vəkili Vəkil2 və Cavabdeh5 vəkili Vəkil1 ayrı-ayrılıqda iddiadan imtinanın məhkəmə tərəfindən qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanı qəbul edərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1, 261.0.4, 262.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı reqress qaydasında pulun tutulması tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar