Məhkəmə qərarları › İş №2(001)-3741/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3741/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3741/2020 27.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Prado” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 1050 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Daewoo BS090” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ **********7 nömrəli şəhadətnamə əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalnmışdır. Cavabdehə məxsus “Daewoo BS090” markalı, **-XJ- *** dövlət qeydiyyat nişanlı avtomobili (avtobus) fərdi qaydada sürücü işləyən xx.xx.2019cu il tarixdə idarə etmək hüququ olmayan X4 nəqliyyat vasitəsini sərnişin daşımaqla idarə edərkən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota Prado” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 1050 manat məbləğində maddi ziyan dəymişdir. “Toyota Prado” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “xxxxxxxxx” ASC tərəfindən 1050 manat müəyyən edilmişdir. ASC tərəfindən həmin pul vəsaiti zərərçəkənin bank hesabına ödənilmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: İcbari sığorta müqaviləsinin surətindən görünür ki, X1 məxsus olan “Daewoo BS090” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “xxxxxxxxx” ASC-də sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5.000 manat, sığorta müqaviləsinin qüvvədə olma müddəti 1 il qeyd edilmişdir; İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə idarə etmək hüququ olmayan X4 nəqliyyat vasitəsini sərnişin daşımaqla idarə edərkən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota Prado” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin protokoldan görünür ki, X2 hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1693/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2 ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. “xxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Toyota Prado” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Daewoo BS090” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş zərərlə bağlı görülməli olan təmir işlərinin və ehtiyat hissələrinin qiyməti 1050 manat məbləğində müəyyən edilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh “Daewoo BS090” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prado” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş və bunun nəticəsində göstərilən avtomobilə ümumilikdə 1050 manat zərər dəymiş, dəymiş zərər sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş, 30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi “Taksi 4 London” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən idarə edilərkən baş verdiyindən, X2 hadisə yerindən yayındığından, bununla da “xxxxxxxxx” Sığorta Şirkəti ASC-nin subroqasiya tələbi əsaslıdır. Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, avtomobillərin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından, yüksək təhlükə mənbəyini qanunsuz əsasla X4 tərəfindən idarə edildiyindən, avtomobilin mülkiyyətçisi Cavabdeh olduğundan, mülki hüquq pozuntusu (delikt) törədilməsi nəticəsində vurulmuş zərərlə bağlı sığortaçı tərəfindən ödənilmiş sığorta haqqı Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 1050 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumu “xxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Toyota Prado” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 1050 (min əlli) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu “xxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar